Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

 191
Mövzu: Xəlil Rza Ulutürk. 
“Qaytar mənim qüdrətimi, Azərbaycan!” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.2. 
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
2.1.2.  
  Şeirin mövzusuna, qoyulmuş problemə müqayisələr, ümumi-
ləşdirmələr aparmaqla münasibət bildirir. 
2.2.1.  
 
  Əsərlərlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş 
etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və 
müzakirəsi əsasında müəyyənləşdirilə bilər.  
Motivasiya, problemin qoyuluşu.  Azərbaycanın müstəqilliyi, milli azadlıq 
hərəkatı, Qarabağ müharibəsi mövzusunda şagirdlərə tanış olan əsərlər xatırladılır 
və  yığcam müsahibə aparılır. Müsahibə  tədqiqat sualının müəyyənləşdirilməsi ilə 
yekunlaşır.  
Tədqiqat sualı: Xəlil Rza Ulutürkün “Qaytar mənim qüdrətimi, Azərbaycan!” 
şeiri oxşar mövzuda olan əsərlərdən hansı cəhətlərinə görə fərqlənir? 
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması. Dərslikdəki tapşırıqlar elə hazırlanmışdır ki, müəllim 
fərqli iş formalarından istifadə edə bilər. Birinci tapşırıq (müzakirənin aparılması) 
ona müəyyən hazırlıq işinin aparılmasını  tələb edir. Doğrudur,  şagirdlərdə  Xəlil 
Rza Ulutürkün şəxsiyyətinə və yaradıcılığına xüsusi maraq, pərəstiş çox tez yara-
nır. Bu, digər sənətkarlarla, onların yaradıcılığı ilə Xəlil Rza şəxsiyyətinin və yara-
dıcılığının arasında oxşarlıq və  fərqin müəyyənləşdirilməsi arzusunun baş qaldır-
masına səbəb olur. Lakin şeirin tədrisinə başlanan saatdan şagirdlərin diqqətinin 
həmin tapşırığa cəlb edilməsi faydalıdır. Müzakirədə  şagirdlərə seçim etməkdə 
sərbəstlik verilir. Başqa sözlə, ictimai fəaliyyəti, yaradıcılığı ilə Xəlil Rzaya yaxın 
olan sənətkarı  şagirdlərin özlərinin müəyyənləşdirməsinə imkan yaradılmalıdır. 
Müəllim izah edir ki, müqayisə bir sənətkarı başqasının hesabına yüksəltmək
yaxud aşağılamaq məqsədi daşımır. Burada başlıca məqsəd onların yaradıcılığının, 
ayrı-ayrı əsərlərinin oxşar və fərqli cəhətlərinin aydınlaşdırılması olur. 
Dərslikdə  təklif edilmiş növbəti tapşırığa (“Qaytar mənim qüdrətimi, 
Azərbaycan!” şeiri ilə Q.İlkinin yenicə öyrənilmiş “İntiqam” əsərinin müqayisəsi) 
dərsdə daha çox diqqət yetirilir və vaxt ayrılır. Təlimatlandırma zamanı bu iki 
əsərin hansı əsaslar üzrə (mövzu, problem, ideya, bədiilik və s.) müqayisə ediləcəyi 
barədə şagirdlərdə aydın təsəvvür yaradılır. Tapşırıq kiçik qruplarda iş formasının 
tətbiqi ilə yerinə yetirilir. Məlumat mübadiləsi və müzakirə mərhələlərinin birləş-
dirilməsi vaxta qənaət etməyə imkan verir. Nəticənin çıxarılması, ümumiləşdir-
mənin aparılması  mərhələsində müəllimin istiqamətləndirici sualları  şagirdlərdə 
belə bir qənaət möhkəmləndirir ki, Xəlil Rza Ulutürkün milli azadlıq, Qarabağla 


 192
bağlı yazdıqları, o cümlədən “Qaytar mənim qüdrətimi, Azərbaycan!”  şeiri
 
oxşar 
mövzuda olan
 
digər əsərlərdən məzmunca daha kəskin olması, şərəfli keçmişimizə 
böyük rəğbət bəslənməsi, qələbəyə, gələcəyə nikbin ruhun hakim olması baxımın-
dan fərqlənir.   
Sonrakı tapşırıq (şeirin lirik növdə olduğunun əsaslandırılması) cütlük şəklində 
yerinə yetirilir və nəticəsi sinif üzrə aparılan müsahibə əsasında müzakirə olunur. 
Dərsdə ifadəli oxu üzrə işin təşkili dərslikdəki tövsiyə əsas götürülməklə həyata 
keçirilir. Şagirdlər müəllimin təklifi ilə şeirin ilk altı misrasını iş vərəqlərinə, yaxud 
dəftərlərinə köçürürlər. Mətnin sağ  tərəfində  ağ yer saxlanılır. Parçanı bir daha 
diqqətlə nəzərdən keçirən şagirdlər onun ideya-məzmunundan çıxış edərək ifaçılıq 
vəzifəsini müəyyənləşdirir və mətnin sağ tərəfində yazırlar. Hər misranı dönə-dönə 
oxuyan  şagirdlər onlarda ifadə olunmuş hiss və fikrin təsiri altında səsin almalı 
olduğu çalarları (kədər, həsrət, təntənə  və s.) müəyyənləşdirib ifaçılıq vəzifəsinin 
altında qeyd edirlər. Səsdəki dəyişilmələr (tonun yüksəlməsi, alçalması  və s.), 
məntiqi vurğulu sözlər, fasilələrin yeri mətn üzərində  şərti işarələrlə göstərilir. 
İfaların dinlənilib, münasibət bildirilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 
 


 193
SİNİFDƏNXARİC OXU DƏRSİ 
Zəlimxan Yaqub “Dur ayağa, məmləkətim!” şeiri – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə şeirin lirik qəhrəmanını səciyyələndirir. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
 
 
  Şeirlə bağlı  təqdimat və  çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.1.2.  
  Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 
 
Dərsə hazırlıq dövründə bütün şagirdlərin  şairin yaradıcılığı ilə tanış olması, 
sinifdənxaric oxu üçün tövsiyə olunan “Dur ayağa, məmləkətim!”  şeirini mütaliə 
etməsi, ədəbiyyat dəftərində qeydlər aparması diqqət mərkəzində saxlanılır. Kiçik 
qruplar müəllimin tövsiyəsi ilə sinifdənxaric oxu dərsinə hazırlıq işləri görür, şairə 
həsr olunmuş guşə, əsərlərindən ibarət kitab sərgisi təşkil edir, internet materialları 
toplayır. Dərsdə nümayiş etdirilmək üçün videomateriallar, şairin sözlərinə yazıl-
mış mahnılar seçilir. 
 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində şairin 65 illiyi münasibə-
tilə  çəkilmiş filmdən (https://www.youtube.com/ watch?v=21Y-n-FPsX4) fraq-
ment, çıxışının videoyazısı nümayiş etdirilir. “Ananın səsi” mahnısı 
(https://www.youtube.com/watch?v=jAX5ohklnVM) dinlənilir. Sonra “Hədəf 
Bakıdır” filmindən (https://www.youtube.com/watch?v=kQGKmJqpG5I) fraq-
mentlərə baxış keçirilir. Rəy mübadiləsi aparılır, nəticədə tədqiqat sualı müəyyən-
ləşdirilir. 
Tədqiqat sualı: Şeirdə müəllifin əsl niyyəti, sizcə, nədir?
 
Şagirdlərin fərziyyələri dinlənilir, lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması. Tapşırıqların əks olunduğu iş vərəqləri kiçik qruplara 
təqdim olunur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə