Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

 189
Mövzu: Xəlil Rza Ulutürk.  
“Qaytar mənim qüdrətimi, Azərbaycan!”– 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2. 
  Müəllifin mühakimələrindən çıxış etməklə obrazları  səciyyə-
ləndirir. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin 
rolunu aydınlaşdırır. 
1.2.4.  
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir, onlara 
əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
 
 
  Şeirlə bağlı  təqdimat və  çıxışlarında müxtəlif mənbələrdən top-
ladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii xüsusiy-
yətlərini şərh edir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi müna-
sibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin həmin prosesdə müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Təhlil dərsində motivasiyanın yaradılması 
üçün fərqli yollardan istifadə etmək olar. Rəmzi (simvolik) materiallardan, suallar-
dan və s. istifadə etməklə motivasiyanı yaratmaq və son nəticədə  tədqiqat sualını 
formalaşdırmaq mümkündür. İlk dərsdən  şagirdlərin diqqətinə çatdırılan 
“Düşünün” başlıqlı sual (“Vətən üçün təhlükə yarananda həqiqi sənətkarın qələmi 
süngü, özü əsgər olur” cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?) əsa-
sında yığcam müsahibə aparan müəllim bu yolla da tədqiqat sualını müəyyənləş-
dirə bilər. 
 
Tədqiqat sualı:  “Bu  şeirdə böyük vətənpərvər, qorxmaz azadlıq mücahidi, 
ustad şair görürük” fikrini doğru saymaq olarmı? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması.  Təhlil dərsi müxtəlif təlim metodları, iş formaları 
tətbiq edilməklə təşkil oluna bilər. Dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” 
tapşırığına və “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi vacibdir.
 
 
“Əsərin təhlilinə hazırlaşın” mətninin başa düşülərək mənimsənilməsi həyata 
keçirilir.  Şairin yaradıcılığı, öyrənilən  əsərlə bağlı müxtəlif tədqiqat  əsərlərindən 
toplanmış məlumatdan necə istifadə edilməsinin səmərəli olması barədə şagirdlərə 
istiqamət verilir. Müəllimin ictimai-siyasi mövzuda olan lirik əsərlər haqqında əla-
və nümunələr göstərməsi, dərslikdəki “Qısa  ədəbiyyatşünaslıq terminləri lüğə-
ti”ndəki məlumatlardan şagirdlərin bəhrələnməsini təmin etməsi məqsədəuyğundur. 
Tədqiqatın kiçik qruplarda aparılmasına üstünlük verən müəllim “Araşdırın. 
Fikirləşin. Cavab verin” tapşırığındakı sualların (hər qrupa bir sual ayırmaqla) əks 
olunduğu iş  vərəqlərini qruplara təqdim edir. Tapşırığın bütün tələbləri tədqiqat 


 190
sualının aydınlaşdırılmasında müəyyən rol oynayır. Müəllim tədqiqat başlanmaz-
dan  əvvəl verdiyi təlimatlarda bu məsələ ilə yanaşı, hər qrupun hansı  məsələlərə 
daha çox diqqət yetirməli olduğu barədə tövsiyə verir.  
Məlumatın mübadiləsi və müzakirəsi mərhələsində kiçik qrupların təqdimat-
larının dinlənilməsi və müzakirəsi həyata keçirilir. Qrupların bir-birini fəal dinlə-
məsi, suallar verməsi, öz mövqelərini əsaslandırması diqqət mərkəzində saxlanılır. 
Müzakirədə müəllifi narahat edən problemlər – müstəqilliyin qorunub sax-
lanmasına mane olan əngəllər, ölkəyə  dəyən mənəvi və maddi zərər, Vətən 
torpağının işğal altında olması, Azərbaycan həqiqətinə göz yumulması, düşmənin 
qəddar, vəhşi əməlləri və s. bir-bir nəzərdən keçirilir.  
Şagirdlər Azərbaycanın qələbəsinə  şairin qəti inam bəsləməsinin səbəblərini 
açıqlayır, xalqın azadlıq istəyini, mübarizlik əzmini xatırladırlar. 
Şairin Xocalı  qətliamını törədən düşmənin mənfur obrazını ustalıqla yarat-
dığına diqqəti çəkən şagirdlər əsərdən fikirlərini təsdiq edən nümunələr göstərirlər. 
Əsər yüksək bədii məziyyətləri ilə diqqəti cəlb edir. Mətn daxilində ustalıqla 
əlaqələndirilən söz və ifadələr müəllifin fikrini sərrast ifadə edir, asan qavranılır, 
dərin emosionallıq yaratmaq keyfiyyətləri ilə seçilir. Orijinallığı ilə seçilən 
məcazlar  əsərin bədii təsir gücünün artmasında, estetik təsirinin tamlığında 
əhəmiyyətli rol oynayır. Tapşırığın tələblərinə uyğun olaraq bu məsələlər əsərdən 
seçilən nümunələr əsasında şərh edilir. 
Müəllim ehtiyac duyulan məqamlarda yığcam izahlarla şagirdlərə istiqamət 
verir, onları əlavə məlumatlardan, müşahidələrindən bəhrələnməyə yönəldir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində müəlli-
min istiqamətləndirici sualları olmadan belə,  şagirdlər vətənini, xalqını sonsuz 
məhəbbətlə sevən, azadlığı hər şeydən uca tutan, imperiyaya qarşı cəsarətli çıxışları 
ilə xalqı ayağa qaldıran müəllif obrazını asanlıqla təsəvvür edir və yüksək 
qiymətləndirirlər.  Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, vətəninin müstə-
qilliyi, xalqının azadlığı yolunda hər cür fədakarlığa hazır olan Xəlil Rza Ulutürk 
əsərdə  həm böyük sənətkar, həm də imperiyaya qarşı mübarizə aparmış, minlərlə 
azadlıq mücahidinin ümumiləşdirilmiş obrazı kimi qavranılır. 
Çıxarılmış  nəticənin tədqiqat sualı  və  şagirdlərin irəli sürdükləri fərziyyələrlə 
müqayisə edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə