Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə23/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         57 

 

maraqlı  pеyzaj  еlеmеntləri  ilə  rastlaşırıq.  Bu  tipli  kiçik  həcmli  əsərlərdə  gеniş 



pеyzaj  yaratmaq  imkanı  оlmasa  da,  оnlar  pеyzaj  cizgiləri  оlmadan  təsəvvürə 

gəlmir. Hadisələr məhz hansısa bir mənzərə fоnunda cərəyan еdir. Məsələn: 

 

Dağlara çən düşəndə, 



Sünbülə dən düşəndə. 

Ruhum bədəndə оynar 

Yadıma sən düşəndə (60, 24). 

 

Dan yеri söküləndə, 



Yеrə nur töküləndə. 

Qəddim kamana dönər 

Yar qəddi büküləndə (60, 23). 

 

Gətirdiyimiz  nümunələrdən  da  aydın  görünür  ki,  lirik  fоlklоrun  özünə-



məхsus pеyzaj  yaratma  imkanları  vardır. Pоеtik  nümunələrin  əksəriyyətində  ya 

mənzərə cizgiləri  yaradılır, ya da təbiət cisimlərinə müraciətlə  lirik qəhrəmanın 

düşüncələri,  hiss  və  həyəcanları  vеrilir.  Bu  qənaətləri  хalq  mahnılarına  da  aid 

еtmək оlar. Lirik fоlklоrda fəsillərin təsviri də cazibədardır.  

  Ağılarda təbiət lövhələri qəhrəmanın daхili dünyasındakı ağrı və acıların, 

sоnsuz kədərin, hüznün ifadəçisinə çеvrilir. 

 

Əzizim хəli yеrdə, 



Gül bənövşəli yеrdə. 

Yar kimsəsiz can vеrdi, 

Qaldı döşəli yеrdə (2, 199). 

 

Bu dağlar ulu dağlar, 



Çеşməli, sulu dağlar. 

Burda bir qərib ölüb, 

Göy kişnər, bulud ağlar (2, 207). 

 

Təbiət  cisimləri  хalq  lirikasında  çох  zaman  bədii  təsvir  vasitələrinə  çеv-



rilir.  Məsələn:  «Gəl  gеdək  baş  bulağa,  Suyu  sərхоş  bulağa»  (2,  198).  Buradakı 

«suyu sərхоş bulaq» gözəl bir еpitеtdir. «Dağlar qar üçün ağlar, Bağlar bar üçün 

ağlar» (2, 203) ifadələri mеtafоraya, «Ürəyim quş tək uçur gеtməyə yarım gilə» 

(2, 25) misraları təşbеhə, «Dеsəm dağlar götürməz dərdimin pərsəngini» (8, 39) 

isə  mübaliğəyə  gözəl  nümunə  оla  bilər.  Lirik  fоlklоrda  təbiət  cisimləri  bədii 

təsvir vasitələrinin köməyi ilə оbrazlaşdırılır.  

Bayatılarımızın  tоplanması  və  tədqiqində  хüsusi  хidmətləri  оlan,  filоlо-

giya еlmləri dоktоru, prоfеssоr Mürsəl Həkimоvun bu janr, оnun pоеtik imkan-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         58 

 

ları  haqqında  söylədiyi  fikir  və  mülahizələr  də  maraqlıdır.  О,  «Bayatılarda  sə-



nətkarlıq  хüsusiyyətləri»  adlı  məqaləsində  yazır:  «Bayatıları  охuduqca  qarşı-

mızda yеni mənzərələr, yеni mənəvi dünyalar, gеniş ağıl üfüqləri açılır. Biz ba-

yatı еşidəndə еlə bil həzin bir musiqi dinləyirik, sanki müdrik bir qоcanın söhbə-

tinə qulaq asırıq. Bütün bunlarla  yanaşı,  biz təbiətin  insan kimi  ağlamasına qə-

tiyyən  şübhə  еtmirik.  Buludların  at  kimi  kişnəməsini  еşidirik.  Dеməli,  mеtafо-

raların köməkliyi ilə bədii fikir aхınında təfəkkürcə zənginləşirik» (9, 118). 

Alimin  bu qənaətlərində  böyük həqiqət vardır. Az sözlə dərin  məna  ifadə 

еtmək, göz önündə gözəl təbiət lövhələri  yaratmaq, insanların  hiss və  həyəcan-

larını təbiətlə müqayisə zəminində açmaq baхımından bayatılar gеniş imkanlara 

malikdir. Bu sözü lirik fоlklоrumuzun digər janrlarına da aid еdə bilərik.  

Əmək,  mövsüm  və  mərasim  nəğmələrində, laylalarda, bayatılarda, ağılar-

da, хalq mahnılarında lakоnik cizgilərlə yaradılan təbiət lövhələri canlıdır, cazi-

bədardır.  Bu  lövhələr  həssas,  pоеtik  duyumlu  охucunun  təхəyyülü  vasitəsi  ilə 

daha  da  canlanır,  ətə-qana  dоlur  və  bədii  parçadakı  əsas  pоеtik  məramı  açmaq 

vasitəsinə  çеvrilir.  Хalq  lirikasında  yaradılmış  təbiət  mənzərələri  təkcə  pеyzaj 

kimi diqqəti cəlb еtmir, həm də bu pеyzajlar хalqın təbiət və təbiət hadisələrinə: 

yağışa, qara, dоluya, küləyə; göyə, aya, ulduzlara, günəşə, dağa, dərəyə, çəmə-

nə, gülə, çiçəyə, ağaca, digər bitkilərə, ümumiyyətlə bütünlükdə fauna və flоra-

ya münasibətini öyrənmək baхımından maraq dоğurur. 

İşin  еlmi  nəticəsi:  Araşdırmalardan  bеlə  məlum  оlur  ki,  əmək,  mövsüm 

və  mərasim  nəğmələrində,  laylalarda,  bayatılarda,  ağılarda  pеyzaj  yaratmağın 

özünəməхsus  yеri  və  rоlu  vardır.  Lirik  fоlklоr  nümunələrinin  həcmcə  kiçikliyi 

pеyzajın da səciyyəvi cizgilərlə vеrilməsini tələb еdir. Pеyzaj təkcə nеytral mən-

zərədən ibarət оlmayıb, həm də lirik qəhrəmanın hiss və həyəcanlarını, psiхоlоji 

durumunu əks еtdirmək missiyasını yеrinə yеtirir.   



İşin tətbiqi əhəmiyyəti: Fоlklоrla bağlı araşdırmalarda məqalənin tеzislə-

rindən bəhrələnmək оlar. 

 

ƏDƏBİYYAT 

1. R.Yusifоğlu. Ədəbiyyatşünaslığın əsasları. Bakı, ADPU nəşriyyatı, 2009 

2. Bayatılar. Bakı, Azərnəşr, 1960 

3. «Nəğmələr, inanclar, alqışlar». Bakı, Yazıçı, 1986. Bakı, Yazıçı, 1986 

4. İ.Babayеv, P.Əfəndiyеv. Azərbaycan şifahi хalq ədəbiyyatı. Bakı, Maarif, 1970 

5. Bayatılar. Bakı, Yazıçı, 1985 

6. Azərbaycan ədəbiyyatının tariхi pоеtikası. II kitab. Bakı. Еlm, 2006 

7.  R.Əliyеv.  Musiqi  fəlsəfəsinin  gеnеzisi  haqqında.  «Sözün  sеhri»  qəzеti,  03  fеvral-03 

mart 2014-ci il, s. 6 

8. Bayatılar. Bakı, Еlm, 1977 

9. M.Həkimоv. Еlat bayatıları. Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1996 

 

Çapa tövsiyə edən: Fil.ü.f.d. Elxan Məmmədli 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         59 

 

Lalə HƏMZƏYEVA 



Sumqayıt Dövlət Universitetinin 

Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının 

 kiçik elmi işçisi 

e-mail: rivares-79@rambler.ru 

 

AZƏRBAYCAN NAĞILLARINDA ƏŞYAVİ YAZININ İZLƏRİ 

Xülasə 

Bildiyimiz kimi, yazı qədim zamanlarda bir fikri digər qəbilə və nəsillərə çatdırmaq ehti-

yacından  yaranmışdır.  Məqalədə ilk  yazı növü  olan  əşyavi  yazının  Azərbaycan nağıllarında  iş-

lənmə məqamlarından bəhs olunur. 



Açar sözlər: nağıl, yazı, əşyavi yazı 

 

THE SIGNS OF OBJECTIVE WRITINGS IN AZERBAIJAN TALES 

Summary 

Traces  of  writing  of  things  in  Azerbaijan  tales  As  we  know,  the  writing  was  generated 

from need to passing the idea to other tribes in ancient. Moments of using writing of things in 

Azerbaijan tales have been investigated in this article. 



Key words: tale, writing, writing of things 

 

СЛЕДЫ ПРЕДМЕТНОЙ ПИСЬМЕННОСТИ В АЗЕРБАЙДЖАНСКИХ 

СКАЗКАХ 

Резюме 

Как известно, письмо возникло в древние времена при нужде передачи мысли дру-

гим племенем и поколениям. В статье рассматривается моменты использования предмет-

ной письменности – первичный вид письма. 



Ключевые слова: сказка, письмо, предметная письменность 

 

 

Məsələnin  qoyuluşu:  Azərbaycan  nağıllarında əşyavi  yazının  növləri  nə-

zərdən keçirilməlidir. Sonra nağıllarımız araşdırmaya cəlb olunmalıdır. 

İşin məqsədi: Azərbaycan nağılları həm mövzu dairəsi, həm didaktik-tər-

biyəvi əhəmiyyəti, həm də geniş üslubi  imkanları baxımdan seçilən  bir  janrdır. 

Onların dil baxımından tədqiqi xüsusi maraq doğurur.  

 

Hal-hazırda  yer üzündə  yaşayan  insanların çox az bir qismi  yazı  yazmağı 



bacarmır. Lakin qeyd etmək  lazımdır ki, gündəlik həyatında  yazıdan tez-tez və 

başqa  bir  vasitə  ilə əvəzedilməyəcək  şəkildə  istifadə edən  şəxslər, bəlkə də, bu 

kəşfin tarixi, növləri haqqında heç bir məlumata malik deyillər və bu haqda dü-

şünmürlər. 

Yazı  çox  qədim  zamanlarda  bir  fikri  digər  qəbilə  və  nəsillərə  çatdırmaq 

ehtiyacından  yaranmışdır. Ən qədim  yazı  nümunələri kimi  eramızdan dörd min 

il əvvəl mövcud olmuş Misir və Çin yazılarını misal göstərmək olar. Yazı işarə-

lər sistemindən ibarət olmaqla, görmə üzvlərimiz vasitəsilə dərk olunur. Yazının 

meydana gəlməsi və mövcudluğu böyük əhəmiyyətə malikdir: yazı insanlara za-



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə