Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə26/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         65 

 

yatılarının  xüsusiyyətləri”  (“Azərbaycanı  öyrənmə  yolu”  dərgisi,  1930,  №4-5) 



məqaləsində  yazırdı:  “Bizim  əldə  etdiyimiz  nəticəyə  görə  bayatı  təbiri  kimi, 

öləng,  çır, türkü, əşulə  adları  da  mənaca  şərqi  demək  olduğundan  bunlar  da  di-

gər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır” - tərc.-dən

mətnlərinin toplanması, tədqiqi və nəşri işi XX əsrin 20-ci illərindən başlamış və 

çağdaş dönəmədək davam etmişdir.  

Ulan  janrında  poetik  mətnlər  ilk  dəfə  məşhur  folklorşünas  X.Zaripov  tərə-

findən 1939-cu ildə “Ўзбек фольклори” (“Özbək folkloru”) toplusunda nəşr edil-

mişdir [18, 294-297]. “Ўзбек халқ ижоди” (“Özbək xalq ədəbiyyatı”) seriyasının 

“Гулёр” (“Gülər”) toplusuna uzun illər ərzində Fərqanə vilayətindən folklorşünas 

və  naşir  X.Razzakov  tərəfindən  toplanmış  ulan  nümunələri  (71  dördlük)  daxil 

edilmişdir  [4,  171-179].  Folklorşünas  M.Alaviya  tərəfindən  nəşrə  hazırlanan,  bu 

seriyadan  olan  “Оқ  олма,  қизил  олма”  (“Ağ  alma,  qızıl  alma”)  toplusunda 

tərtibçi  tərəfindən  1925-1970-ci  illər  arasında  toplanmış  ulanlar  daxil  edilmişdir 

[11].  Bundan  əlavə,  “Остонаси  тиллодан”  [12],  “Халқ  дурдоналари”  (“Xalq 

dürdanələri”)  [14],  “Ўзбек  халқ  оғзаки  ижоди  хрестоматияси”  (“Özbək  xalq 

ağız icadı müntəxəbatı”) [9, 71-76], “Тўй муборак ёр-ёр” (“Toyun mübarək, yar-

yar”)  [13,  13-41],  “Келиной  қўшиқлари”  (“Gəlin  nəğmələri”)  [7,  139-162], 

“Асрларга  тенгдош  қўшиқлар”  (“Əsrlərə  sirdaş  qoşuqlar”)  [2,  73-79]  və  s. 

toplularda da ulan örnəkləri toplanmışdır.  

Ulan  janrının  bədii  xüsusiyyətlərinin  öyrənilməsinə  həsr  olunmuş  bir  sıra 

elmi əsərlər də meydana gəlmişdir [1, 161-184; 2, 63-80; 12, 194-197; 8, 59−62; 

15, 47-50; 16, 75-82; 5, 158-161]. Eyni zamanda, ulan  janrının  lokal-yerli  xüsu-

siyyətlərinin  öyrənilməsi,  bu  ənənələrin  qorunduğu  bölgələrdə  ulanların  ifaçılıq 

özünəməxsusluğunun tədqiqi çağdaş günümüzdə də öz aktuallığını itirməmişdir.  

Qədim dövrlərdə ulan janrında mahnıların özbəklər yaşayan bütün bölgələr-

də  geniş  şəkildə  yayılmasına  baxmayaraq,  bu  janrın  ən  gözəl  nümunələri  əsasən 

Fərqanə  və  Zərəfşan  bölgələrində, Daşkənddə (Ahangaran  vadisi), Jizak, Səmər-

qənd  və  Nəvai  vilayətlərində  qeydə  alınmışdır.  Bu  isə  ulan  ifaçılığının  bir  neçə 

lokal tipinin mövcudluğundan xəbər verir. Ulan ifaçılığının lokal (yerli) ənənələ-

rinin  özünəməxsusluqlarının  tədqiqi  bu  janrın  təşəkkülündə  hər  bir  bölgədə  for-

malaşmış özünəməxsusluqlarının yerini və rolunu müəyyənləşdirməyə imkan ve-

rəcəkdir.  

Özbək folklorşünaslarının təqribən doxsan illik elmi-praktik və ekspedisiya-

toplama araşdırmaları göstərir ki, ulanlar Daşkənd vilayətinin dağlıq regionların-

da, xüsusən Ahangaran bölgəsinin dağlıq və dağətəyi kəndlərinin əhalisi arasında 

daha geniş yayılmışdır. Bu ərazidə qədimdən çağdaş dönəmədək ulan ifaçıları ya-

şamışlar  və  onların  ifa  etdiyi  ulanlar  məzmun  dolğunluğu,  yüksək  bədiilik  və  s. 

kimi cəhətləri ilə fərqlənmişdir. Ulan ifaçıları – qadın və kişi ifaçıları arasında toy 

mərasimində  və  xalq  gəzintiləri  zamanı  aparılan  özünəməxsus  yarış-deyişmələr 

tamaşaçıların  böyük  marağına  səbəb  olmuşdur.  Məsələn,  görkəmli  folklorşünas-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         66 

 

alim  M.Alaviya  təsbit  etmişdir  ki,  Daşkənd  vilayətinin  Ahangaran  bölgəsinin 



Qarabağ kəndinin sakini ifaçı Xalcuma Ömər oğlu və onun “harpdoş”ı (hərbdaşı-

rəqibi)  Umtay  (Umidoy)  bölgənin  Oblik,  Samarçuk,  Qarabağ,  Oçamayli  kəndlə-

rində  keçirilən  toylarda  gecə  səhərəcən  ulan  söyləmiş  və  bununla  da  toy  əhlinə 

böyük zövq vermişlər. Əslən Oçamaylı kəndindən olan Abdulla və Buki bölgəsi-

nin  Qarasayraq  kəndindən  olan  Altın  da  ulan  ifaçılığında  “harpdaş”  –  hərbdaş  – 

rəqib  olmuşlar.  Ulanlar  Ahangaran  rayonundan  Xoljuman  Ömər  oğlu,  Anqren 

şəhəri  yaxınlığındakı Ertaş kəndinin sakini  məşhur ulançı İmonazar bobo, Ahan-

garan rayonunun Niyazbaşı kəndinin sakini Qarabaş Tuyakov, Parkənd bölgəsinin 

sakini  Huriliqa  Serkobaeva  kimi  qədim  mahnı  ifaçılarının  repertuarının  əhəmiy-

yətli hissəsini təşkil etmişdir. Ahangaran vadisinin kəndlərində “İymon oxun” adı 

ilə tanınan İmonazor ulançı xüsusilə məşhur olmuşdur. O, təkcə xalq mahnılarının 

kamil  ifaçısı  deyil,  həm  də  hazırcavab  şair-improvizator  olmuşdur.  O,  adətən 

deyişmə  zamanı  öz  hərbdaş-rəqibinə  cavab  verərkən  yeni  ulanlar  qoşmuş  və  bu-

nunla  da  həmin  janrın  inkişafına  rəvac  vermişdir.  İymon  oxunun  bəstələdiyi 

ulanları XX əsrin 60-70-ci illərinədək oxuyurdular.  

Ahangaran  vadisinini  kəndlərində  ulanlar  ənənəvi  olaraq  qız  və  oğlanlar 

arasında  dialoq  formasında  ifa  olunurdu.  Onların  ifa  etdiyi  ulanlarda  bölgənin 

coğrafi  xüsusiyyətləri, ətraf təbiətin  nəbatat və heyvanat aləmi,  ifaçıların  məişəti 

əks  olunurdu.  Bu  səbəbdən  Ahangaran  bölgəsinin  ulanlarında  təbiət,  dağlar  və 

dağətəyi bölgələr, sürətlə axan dağ çayları, qışlaqlar, müxtəlif bitki və heyvanlar, 

at, qoyun və inək otaran çoban və naxırçıların həyat və məişəti ilə bağlı söz oyunu 

və  incə eyhamlara rast gəlmək  mümkündür. Məsələn,  Ahangaran  bölgəsinin dağ 

kəndlərinin sakinlərinin həyat və məişəti ulanlarda bu şəkildə əks olunmuşdur:  

Йигит: 


Оралайман овулингга кўк бияман, 

Ярашиққа бошима бўрк кияман. 

Мол берганинг узатиб олиб кетса 

Юрак-боврим ўртаниб кўк кияман. 

Қиз: 

Бийик-бийик товларга чиққим келади, 



Бийигига суяниб уйқум келади. 

Ухлаб ётган еримга биров келди, 

Узангиси шилдираб куёв келди [17]. 

(Oğlan:  

Sənin auluna səmənd atla girərəm, 

Yaraşıq üçün başıma börk geyərəm, 

Mal verən səni alıb aparsa, 

Ürək-bağrım qan olar, göy geyərəm (göy-qara – matəm rəmzi - Ş.İ.)  

Qız: 

Böyük-böyük (uca-uca) dağlara çıxmağım gəldi, 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə