Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə25/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         62 

 

Nağılın  sonuna  yaxın  Daşdəmiri  padşahdan  sirr  gizlətdiyinə  görə  (Mirzə 



Möhsünün  qızına  and  içərək  saxladığı  sirr)  dar  ağacından  asmağa  hazırlaşırlar. 

İpi onun boynuna salanda, bir atlı çox sürətlə atını sürərək dar ağacına çatıb yerə 

bir  nar  vurur.  Nar  parçalanır  və  dənələri  ətrafa  səpələnir.  Yalnız  bu  hadisədən 

sonra Daşdəmir sirri açmağa razı olur və nar dənələrini göstərərək bildirir ki, sirr 

sahibi sirrin açılmasına icazə verdi. Fikrimizcə, bunu iki cür yozmaq olar: 

Birinci, Mirzə Möhsünün qızının adı Nardan olduğu üçün məhz nar seçil-

məsi təsadüfi deyildi. 

İkinci,  bütün  nar  bir  növ  ağzı  bütövlüyə  işarədirsə,  parçalanmış,  dənələri 

dağılmış nar sirrin açılmasına icazə kimi başa düşülə bilər. 

Bir  sözlə,  bu  nağılda  biz  Daşdəmirin  simasında  xalq  müdrikliyinə,  uzaq-

görənliyinə bələd oluruq. Heç nə danışmayan əşyalar qəhrəmanımıza çox şeylər 

deyir, o əşyalar vasitəsilə çox sirlərin üstünü açır, çox bəlaların qarşısını alır. Bu 

nağılda  təsvir  olunan  əşyavi  yazının  izlərini  başqa  bir  nağılda  da  görə  bilirik. 

“Dərzinin şagirdi” adlı nağılda eyni vəziyyətlə qarşılaşırıq. Qonşu vilayətin pad-

şahı bir adam göndərib şəhərin meydanında bir dairə çəkdirib, bunun nəyə işarə 

olduğunu padşahdan soruşur və bildirir ki, cavab verə bilməsə, davaya hazırlaş-

malıdır. Padşah qızı rəğbət bəslədiyi dərzi şagirdinə bu cür yol göstərir: "Söylər-

sən  ki,  dairə  ona  işarədir  ki,  dünyanın  cümləsi  mənimdir.  Ondan  sonra  gedib 

dairəni  iki  bölərsən,  yəni  yarısı  sənin  yarısı  mənimdir.  Sən  də  padşahsan,  mən 

də.  Onda  onlar  götürüb  bir  soğan  qoyacaqlar,  yəni  aramıza  acılıq  düşər,  onda 

sən də bir qılınc qoyarsan, yəni dava edərsən. Onda o götürüb bir ovuc darı tö-

kərsə,  yəni  mənim darı  sayında qoşunum  var. Onda sən də bir xoruz qoyarsan, 

yəni bizim qoşunumuz sizin qoşununuzu xoruz kimi dənlər [1, 261]". 

Ümumiyyətlə,  əşyavi  yazını  üstünlüklərindən  biri odur  ki,  əşyalar  vasitə-

silə bir məlumatı müxtəlif xalqların nümayəndələrinə eyni məzmunda çatdırmaq 

mümkündür. Belə ki, hər bir millət üçün əşyalar, məfhumlar ümumbəşəri, sözlər 

isə  milli  səciyyəlidir.  Yalnız  mücərrəd  anlayışları  əşyalar  vasitəsilə  çatdırmaq 

olmur. Fikrin çatdırılması üçün sonradan cizgilər, şərti işarələrdən istifadə olun-

sa da, qeyd etmək lazımdır ki, əşyavi yazı hələ də bir sıra məqamlarda insanların 

köməyinə çatır. 



İşin  elmi  nəticəsi.  Azərbaycan  nağıllarında  müşahidə  olunan  əşyavi  yazı 

dilçilik  və  ədəbiyyatın  sıx  əlaqədə  olmasının  bariz  nümunəsi  kimi  çıxış  edir. 

Eləcə də, bu araşdırma  bu  istiqamətdə digər tədqiqatlara da rəvac verə biləcək-

dir. 


Tətbiqi  əhəmiyyəti. Tədqiqat  işindən  ali  məktəblərdə  folklor  və  dil  dərs-

lərində istifadə oluna bilər. 



Elmi yeniliyi. Nağıllarımızın dil və üslub xüsusiyyətləri tədqiq olunsa da, 

burada əşyavi yazının izləri araşdırmaya cəlb olunmamışdır.

 

 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         63 

 

ƏDƏBİYYAT 



 

1. Azərbaycan nağılları, 5 cilddə, I cild, Bakı, Şərq-Qərb, 2005, 324 s. 

2. Azərbaycan nağılları, 5 cilddə, IV cild, Bakı, Şərq-Qərb, 2005, 336 s. 

3. Qurbanov A. Ümumi dilçilik. Bakı, Maarif, 1989, 568 s. 

4. Xalqın söz xəzinəsi. (Tərtibçi P. Ş. Əfəndiyev), Bakı, Maarif, 1985, 268 s 

 

 



 

Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev 

   


 

  



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         64 

 

Şahodatxan İMOMNAZAROVA  



Özbəkistan Elmlər Akademiyası  

Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun  

böyük elmi işçisi 

e-mail: miss_ folklorstyler8@mail.ru

 

 

“ULAN” (“ÖLƏNG”) JANRININ BƏDİİ TƏKAMÜLÜ VƏ 

ONUN LOKAL XÜSUSİYYƏTLƏRİ 

Xülasə 

Məqalə  özbək  folklorunda  "ulan"  ("öləng")  janrının  bədii  təkamülünün  və  janr  xüsusiy-

yətlərinin  öyrənilməsinə  həsr  edilmişdir.  Xüsusilə  ulan  ifaçılıq  ənənəsi  saxlanan  bölgələrdə  bu 

sənətin özbək xalqının qeyri-maddi mədəni irs kimi aktuallığını qoruyub saxlaması, lokal xüsu-

siyyətlərin  özünəməxsusluğu  diqqət  mərkəzinə  gətirilmişdir.  Müəllif  çoxsaylı  ulan  nümunələri 

əsasında təhlil aparmış, deyişmə formasında olan ulanlardan misallar gətirmişdir. 



Açar  sözlər: xalq mahnısı, ulan janrı, özbək folkloru, lokal ənənələr, improvizasiya, bə-

dii təkamül, poetik mətn  



 

THE ARTISTIC EVOLUTION OF THE GENRE “ULAN” (“OLENG”)  

AND ITS LOCAL CHARACTERS 

Summary 

The article deals with the peculiarities of genre and artistic evolution of the genre "ulan" in 

Uzbek folklore. Its characterized by local peculiarities of “ulan” genre performers in those regions 

where these  traditions  are  preserved, has not  lost its relevance as the  oldest  samples  of  the  most 

inestimable cultural heritage and also importance in the present days. 

Key words: folk song, genre “ulan”, Uzbek folklore, local traditions, improvisation, artis-

tic evolution, poetic text.

 

 

ХУДОЖЕСТВЕННАЯ ЭВОЛЮЦИЯ ЖАНРА “УЛАН”  

И ЕГО ЛОКАЛЬНЫЕ ОСОБЕННОСТИ 

Резюме 

Статья  посвящена  вопросам  жанровых  особенностях  и  художественной  эволюции 

жанра  “улан”  в  узбекском  фольклоре.  Характеризируются  локальная  своеобразия  испол-

нения уланов в тех регионах, где сохранились эти традиции, не потерявший свою актуаль-

ность,  как  древнейший  памятник  нематериального  культурного  наследия  и  в  сегодняшние 

дни. 


Ключевые  слова:  народная  песня,  жанр  улан,  узбекский  фольклор,  локальные  тра-

диции, импровизация, художественная эволюция, поэтический текст. 

 

 

Bəllidir  ki,  bədii  təfəkkürün  çoxəsrlik  inkişafı  prosesində  təşəkkül  tapmış 



folklor əsərləri,  mahiyyəti etibarilə  xalqın  mənəvi və ruhi aləmini zənginləşdirən 

əvəzsiz  incilərdir.  Bu  səbəbdən  özbək  folklorşünaslığında  şifahi  söz  sənətinin 

toplanması, tədqiqi və nəşri işinə hər zaman xüsusi diqqət yetirilmişdir. Xüsusilə, 

xalq  ifaçılıq  ənənəsinin  ən  geniş  yayılmış  janrlarından  olan  ulan  (folklorun  bu 



lirik janrı türk xalqlarında əsasən öləng adı altında yayılmışdır. Azərbaycan folk-

lorşünası Əmin Abid “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan ba-


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə