Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə33/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         85 

 

 



Frontda yaralandım, 

Sağ qoldan paralandım. 

Frontdıyam, motdayam, 

Göydə samalyotdıyam. 

 

Atıram pilamyotu, 



Vururam samalyotu. 

Girirəm məclisdlərə, 

Oluram “çısti” lotu. 

 

 

KƏNDİMİZ 

    


Dağ döşündə məskən salıb kəndimiz,  

     


Bağçalı kəndimiz, bağlı kəndimiz. 

   


Günü-gündən abadlaşır kəndimiz, 

   


Yaşıllı, bağçalı-bağlı kəndimiz. 

   


Meyvəli kəndimiz, bağlı kəndimiz. 

 

   



Bir yanında sərt qayalar dayanıb, 

   


Günəş çıxır, kəndim nura boyanır. 

   


Adamları tez yuxudan oyanır, 

   


Yaşıllı, bağçalı-bağlı kəndimiz. 

   


Meyvəli kəndimiz, bağlı kəndimiz. 

 

   



Ziyalısı vardu, alimi vardu, 

   


Mövhümata, dinə inamı vardu. 

   


Məşədisi vardu, hacısı vardu, 

   


Yaşıllı, bağçalı-bağlı kəndimiz. 

   


Meyvəli kəndimiz, bağlı kəndimiz. 

 

   



Aşıq Gülağayam, gəlmişəm coşa, 

   


Aşıqlıq sənətin seçmişəm peşə. 

   


Yaşa, doğma kəndim, yüz illər yaşa, 

   


Yaşıllı, bağçalı-bağlı kəndimiz, 

   


Meyvəli kəndimiz, bağlı kəndimiz. 

 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         86 

 

DASTAN VƏ AŞIQ RƏVAYƏTİ 



 

NOVRUZ VƏ QƏNDAB 

(Dastan) 

Deyir  sizə  hardan  xəbər  verim,  Misir  padşahınnan.  Onun  övladı  yox  idi. 

Günnərin  bir  günü  vəzir,  vəkili  çağırdı  ki,  mənə  bir  ağsaqqalığ  elüyün  görüm 

mən neyniyim ki, dünyadan gedənnən sora mənim var-döylətimə, xəzinəmə sa-

hib çıxan olsun. Vəzir-vəkil dedi ki: 

–  Xəzinəyü  iki  qismə  böl.  Bir  qismini  fağır-fuğaraya  ver.  Onda  bəlkə 

Allahın rəhmü gələ, onda sənə bir övlad verə. 

Padşah xəzinəsünü böldü, yarısını fağır-fuğaraya payladu, yarısı qaldı. Us-

dad deyir ki, 9 ay 9 gün 9 sahatdan sora padşahın arvadı barı-həmləni yerə qoy-

du. Bir dənə oğlan uşağı dünyaya gəldi. Bayram günü anadan olduğu üçün uşa-

ğın  adını  Noruz  qoydular.  Uşağı  verdilər  dayəyə,  o  uşağı  bəsdəməyə  başdadı. 

Uşağ 7-8 yaşına çatanda atası onu mollaxanıya-məytəbə qoydu. Noruz bütün ki-

tabları sinədəfdər elədü. 

Bir gün aləmi-röyada bir dərviş gəldi dedi: 

– Ey Noruz, gözünü yum. Al bu badəni nuş elə.  

Dedi:  


– Ağa dərviş, bu badə bizə haramdı. 

Dedi:  


– Bu badə, o badədən döyül. Bu badə Adəmi Həvvaya yetirən badədi, Yu-

sifi Zülexaya yetirən badədi. Al bu badəni, nuş elə. 

Badəni alıb nuş eliyənnən sora dedi: 

– Ağa dərviş, yandım, mənə əlac. 

Dedi:  

– Barmağımın arasınnan bax, gör nə görürsən? 



Dedi: 

– Uzağ-uzağ yollar görürəm.  

Dedi: 

– Sora nə görürsən? 



Dedi: 

– Şəhər. 

– Şəhərdə nə görürsən? 

– Bir saray. 

– Sarayda nə görürsən? 

Dedi: 


– Bir gözəl qız görürəm. 

Dedi: 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         87 

 

– O gördüyün şəhər Misir şəhərüdü. Sarayın içindəki qız da Calal padşahı-



nın qızı Qəndab xanımdı. Onu sənə, səni ona buta verirəm. İndi bir geri bax gör 

gələn kimdi? 

Geri baxdı gördü heç bir şey yoxdu. Baxdı ki, dərviş də yoxdu.Savah açıl-

dı,  gecəniz  xeyirriyə  açılsın.  Ata-anası  gözdədi  ki,  bu  nahara,  yeməyə  gələcəy. 

Gördülər ki, gəlmədi. Getdilər, gördülər Noruz özünnən gedib, ağzınnan köpüy 

daşdanır. 

Çox bilən adamlardan çağırdılar. Axırda bir qoca dedi: 

– Qorxmuyun, bununku vergidü. On bir günnən sora özünə gələcəy. 

Noruz 11günnən sora özünə gəldi, baxdı ki, eli-obası, atası-anası toplaşıb. 

Dedi: 


– Mənə bir başı nimçə, bir başı çömçə, həmin bu sazı deyirmiş, onu götü-

rün verin, dərdimi saznan deyim. 

Getdilər bir saz verdilər. Sazın zilini zil, bəmini bəm eliyüb basdı sinəsinin 

üsdünə, aldı görəy nə deyir: 

 

Tifilkən qulluq etdim ustada, 



Oxudum dərsimi, kamalın gördüm. 

Oxuyub hər elmi sinəmə yığdım. 

Alim-üləmanın amalın gördüm. 

 

Girdim bağa, bağım təbii yar oldu, 



Əğyar əli dəydi, təğyar oldu. 

Gözüm gördü, ağlım təqyar oldu, 

Çalışdım, bu bağın zülalın gördüm. 

 

Noruzam, qalmışam bir can içində, 



Bir canı bəslədim bir can içində. 

Ağam badə verdi bir cam içində, 

Misirdə Qəndabın camalın gördüm. 

Noruz sözünü müxdəsər elədi. Dedi: 

– Gedirəm.  

Atası-anası dedi:  

– Gəl getmə, yəni kəndimizdə, elimizdə, obamızda elə bir gözəl qız yoxdu 

sənə? 


Dedi: 

– Yox, mənə buta verüblər, sevgilimin dalınca gedəciyəm. 

Atasıyla, anasıyla halal eliyəndə anası deyir: 

Başına döndüyüm, gülüzlü oğlum, 

Oğul, gəl getmə, aman günüdür. 

Başına çevirrəm, qəndinən noğul, 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə