Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə35/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         91 

 

 Bullar  başdıyır  vuruşmağa.  Noruz  Kəlləgözü  öldürür,  başını  kəsib  qoyur 



xurcuna,  gəlir  onun  qalaçasına.  Görür  bir  qızı  saçınnan  asıblar  göydən.  Qızı 

azad eliyir. Qız deyir: 

– Ay yazığ, Kəlləgöz indi gələr, səni də öldürər, məni də. 

Deyir: 


– Yeri, o xurcunda qarpız var, onu gətir, kəsim yeyək, sora baxaruğ. 

Qız  gedib  xurcuna  baxanda  baxıb  görür  Kəlləgözün  başıdı.  Noruzun  əl-

əyağına düşür ki: 

– Məni də özünnən apar. 

Xəzinədən yüngüldən – ağırdan, qiymətdi şeylərdən götürüb yola düşüllər. 

Get ha get, get ha get, gəlib Qəndabın olduğu vilayətə çatıllar. Çatır ora. Deyir 

Noruzun gedib-gəlməyi 25 il çəkir. Orda öz sevgilisini də alır, qayıdır. Gələndə 

öz atasının çobanına rast gəlir. Çoban Noruzu tanımır. Görür şəhərsayağı geyin-

miş bir adamdı, yanında da üç dənə gözəl xanım gəlir: Gülşən xanım, Kəlləgö-

zün saçınnan bağladığı xanım və Qəndəb xanım. Çoban bulları görəndə deyir ki, 

bu xanımları onnan alaciyəm. Kimdi ki, bu üş dənə gözəli aparır?! Deyir: 

 

Gəl əzəl başdan danışağ, 



Zövqün, qeyri-qalın oğlan. 

Bir çomağla indi səni, 

Vurub atdan sallam, oğlan. 

 

Noruz deyir: 



 

Gəlirdim Misir elinnən, 

Duman aldı yolum, çoban. 

Çəkərəm Misri qılıncı, 

Sənə fərzad, ölüm çoban. 

 

 Belə deyəndə çoban onu tanıyır, deyir: 



–  Məni  bağışda,  ağa,  səni  tanımamışam.  Mən  gedim  muşduluğa,  sən  ya-

vaş-yavaş xanımlarınan bir yerdə gəl. 

Çoban gəlir Noruzun atasına xəbər verir. Orda deyir: 

 

Noruz, gəldi, Noruz gəldi, 



Üş incəbelli gözəlnən. 

Noruz gəldi, Noruz gəldi, 

Üş durnabelli gözəlnən. 

 

Gələndə mənim yanıma, 



Sevdanı saldı canıma. 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         92 

 

Muşduluq Zeynəb xanıma, 



Noruz gəldi, Noruz gəldi. 

 

Gəlir ayləsi Noruzun pisvazına çıxır, onu qarşılayır. Atası üş gözəl xanım-



nan Noruza toy eliyir, onnarı Noruza alır. 

 

AŞIQ XANMUSA İLƏ DÖRD QIZ 

(Aşıq rəvayəti) 

  

Sizə  hardan  xəbər  verim,  Göyçə  mahalında  Aşıq  Xammusadan.  O  vaxt 



Aşıq  Xanmusanı  toya  dəvət  etdilər.  O  zamannar  toylar  7  gün  7  gecə  keçirilər-

miş.  Aşıq  Xammusa  toyda  7  gün  7  gecə  çalıb-oxudu.  Gəlini  gətirib,  bəyi  tərif 

elədü,  haqq-hesabın  alıb  geri  qayıtdı.  Piyadaçılığ  idi,  gəlhagəl,  gəlhagəl,  gəlib 

bir göy çəmənniyə çatdı. Burda çeşmə vardı. Əl-üzünü yuyub, su içib, sazını ye-

rə qoyub, uzanmaqda olsun. 

Yazın isdi günü idi, Aşıq Xammusanı yuxu apardı. Aşıq Xammusa burda 

yatmağda olsun, sizə kimnən xəbər verim – 4 dənə gözəl qızdan. Onnar ekskur-

siyaya çıxmışdılar. Onun biri azərbaycannı qızı, biri gürcü qızı, biri erməni qızı, 

biri də rus qızıydı. 

Gəldilər gördülər bir cavan oğlan yatıb. Sazını görəndə bildilər ki, bu aşığ-

du. Azərbaycannı qızı dedi: 

– Aşığ, aşığ, ayağa qalx! 

Aşığ Xammusa qalxdı, gördü dörd dənə gözəl qızdı. Bunun  biri azərbay-

cannıdı. Azərbaycannı qızı dedı: 

– Aşığ, bizə bir tərif söylə. 

 Dedi: 


– Söylüyə bilmərəm. 

Dedi: 


– Bəs aşığ tərif bilməzmi? 

Dedi: 


–  Xanım,  səni  tərif  eləsəm,  o  birilər  mənnən  inciyəcəy.  O  birilərin  dilini 

bilmirəm. 

Qız dedi: 

– Elə bunların starşısı mənəm. Məni tərif elə, o birilərnən işin yoxdu. 

Dedi: 

Mən səni görənnən bəri, 



Halım pərişandı, Maral. 

Əl mənnən, ətəy sənnən, 

Ölürəm, amandı, Maral. 

 

 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         93 

 

Açılıbdı qoynun içi, 



Bağı-Gülüstandı, Maral. 

Əl mənnən, ətəy sənnən, 

Ölürəm, amandı Maral. 

 

Dedi: 



– Mənim adımı hardan bilirsən? 

Dedi: 


– Gözəl olduğun üçün sənə Maral dedim. Maral, Ceyran çöl heyvandı. On-

nar gözəl olduğuna görə şamil eliyiblər insana. 

Erməni qızı dedi: 

– Aşığ, yenə burda millətpərəsdiy eliyirsən? Məni də tərif elə. 

Dedi: 

– Axı, sənin dilini mən yaxşı bilmirəm. 



Sora dedi: 

Axçi, qanır banım aşım, 

Sirbov sirac yarım aşım 

Sevannı, bannı, cümləsin, 

Çoxdandı sevirəm səni. 

 

Əl mənnən, ətəy sənnən, 



Ölürəm amandı, Maral. 

Açılıbdı qoynun içi, 

Bağı-Gülüstandı, Maral. 

 

 Erməni qızını tərif eliyib yola düşəndə baxdı ki, rus qızı başın qoyub cına-



ğına, bahar buludu kimi gözlərinnən yaş tökür. Dedi: 

– Heç, insaf döyül ki, bu rus qızın tərif eləmiyəsən. 

Aldı Aşığ Xammusa: 

Aşığ gərəy döşdən yaza, 

Taziyanəni vura saza. 

Krasiva, çorniy qlaza, 

Tuda-suda yexıt mojna? 

 

Prixadite pervi Mayda, 



Paka çetvertum subota, 

Day ruki, radi Boqa, 

Tuda-suda xadit mojna? 

 

Rus qızın da tərifləyir, qalır gürcü qızı. Deyir: 



Modya, qogi, genasvali, 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə