Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə36/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         94 

 

Dərdinnən olmuşam dəli, 



Göyçəli Aşığ Musanı, 

Öldürmə, amandı, Maral, 

Əl mənnən, ətəy sənnən, 

İşim pərişandı, Maral. 



 

 

XALQ TƏBABƏTİ 

 

*Qan təzyiqi olannara kəkotu çayı vermək xeyirridi.   



*İtburnu, bizdə ona “gillik” deyillər. O ürək xəsdəliyinə, böyrəklərə, sidik 

daşı xəsdəliyinə xeyirridi. İtburnunu çay kimi dəmləyib içməy lazımdı.   

*Həmərköçü var. Onu qaynadıllar, içillər. Şəkər xəsdəliyünə xeyirdi. 

*Xartuşka var. Onun həm çigin yeyirdülər, həm də bişmişin. Qaynadılmı-

şın  yeyürdülər,  şəkər  xəsdəliyinə  xeyrü  vardu.  Onun  həm  də  mədəyə  xeyri 

vardu. 


 

Söyləyici:  Aşıq  Gülağa,  1934-cü  il  təvəllüdlü,  orta  təhsilli,  təqaüdçü, 

Ostair kəndi 

 

 

TOPLAYICILAR:  Füzuli BAYAT, Tahir ORUCOV 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         95 

 

Qardaş türk folkorundan 



 

RUMELİ: İZİ İTMİŞ TARİX 

 

“Rumeli:  izi  itmiş  tarix”  seriyasından  təqdim  etdiyimiz  türküləri  yayınla-



maqda  davam  edirik.  Bu  sayımızda  təqdim  etdiyimiz  türkülər  Fikrət  Soysalın 

“Tarihi Olaylar Işığında Rumeli Olay Türküleri” (Diyarbekir, 2012) e-kitabında 

“Şahıs Türküleri” başlığı altında yayınlanmışdır.  

Əvvəlki  saylarımızda  Qazi  Osman  paşa,  Köprülüoğlu  Fazil  Əhməd  paşa, 

Arnavutlu Məmiş paşa və başqa dövlət məmurları və sədrəzəmlərdən bəhs edən 

türkülərdən söz açmışdıq. Bu sayımızda isə təqdim edəcəyimiz türkülər yuxarı-

da adlarını çəkdiklərimiz dövlət məmurları və sədrəzəmlərlə yanaşı, həm də adi 

insanlardan bəhs edir. Bu insanlar xalq tərəfindən hər hansı bir işi ilə sayılıb-se-

çilən, hörmət sahibi olan insanlardır. Onların ölümünə və yaxud qəhrəmanlıqla-

rına həsr olunmuş onlarla türkü mövcuddur.  

Burada diqqəti çəkən mətnlərdən biri də Qaracaoğlana aid olunan şeir nü-

munəsidir. Qaracaoğlanın Rumeli türküləri arasında  yer alması diqqətəlayiqdir. 

Qaracaoğlan  irsi  Türkiyədə  Əli  Rza  Yalçın,  Sadəttin  Müzhet  (Ergün),  İshak 

Rüfət, Zehni Ardıc, Cahid Öztelli kimi dəyərli tədqiqatçılar tərəfindən XX əsrin 

əvvəllərindən öyrənilməyə başlayıb. Aşıq-şairin həyat və yaradıcılığını araşdıran 

Azərbaycan  alimlərindən  isə  İsmayıl  Öməroğlu  və  Qara  Namazovun  da  adını 

çəkmək  vacibdir.  Qaracaoğlanın  həyatı  və  yaradıcılığı  haqqında  ilk  məlumata 

Mehmet  Fuad  Köprülüzadənin  “Türk  saz  şairləri”  adlı  kitabında  rast  gəlirik. 

Onun  XVI  əsrin  əvvəllərində  Türkiyənin  Çuxurova  mahalında  dünyaya  gəldiyi 

güman edilir. Şərqi Anadolunun tərəkəmə həyatı ilə dərindən maraqlanan Qara-

caoğlan əslində gəzərgi həyat keçirib. Bütün Şərq vilayətlərini, o cümlədən İranı 

və  Azərbaycanı  gəzib  dolaşıb.  Bununla  belə,  o,  öz  doğma  yurdu  Çuxurovadan 

ayrı  qalmayıb,  ömrünün  son  illərini  Şərqi  Anadoluda  keçirib.  Təxminən  80  ilə 

yaxın ömür sürən sənətkar uca bir təpədə dəfn edilib. İndi “Qaracaoğlan təpəsi” 

adlanan həmin yer ziyarətgaha çevrilib.  

Mehmet Fuad Köprülüzadə, Sadettin Müzhet Ergün və başqa tədqiqatçılar 

Qaracaoğlanın doğulduğu yer haqqında müxtəlif fikirlər söyləsələr də, Radlovun 

verdiyi məlumata görə, o, Belqradda anadan olmuş, əsl adı Simayıl, sevgilisinin 

adı  da  İstemi  Sultandır.  Bu  da  bir  həqiqətdir  ki,  Qaracaoğlan  aşıq  ənənələrinə 

uyğun olaraq sazı və sözü ilə Osmanlı İmperatorluğunun Konya, İçel, Qeysəriy-

yə, Mardin, Qaraman, Adana, Diyarbəkir, Toqat, Ankara, Bursa, Sivas kimi böl-

gələrini gəzərək hər yerdə şairlik və aşıqlıq gücünü göstərmişdir.  

Şeirlərində Dunay boylarından və Avstriya müharibələrindən söz etdiyinə 

görə,  onun  Osmanlı  İmperatorluğunun  qərb  hüdudlarına  qədər  getdiyi  ehtimal 

olunur.  Radlovun  da  Qaracaoğlanın  Belqradda  anadan  olmasını  qeyd  etməsi 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         96 

 

üzərinə, şeirlərində də Rumeli folklor nümunələrinə xas ağızın (ləhcənin) olması 



rumelilər arasında onun bir aşıq kimi tanınmasına şübhə yaratmır.

 

 



Qumru ŞƏHRİYAR 

 

Qaracaoğlan 

Hazır ol vaktine Nemçe

1

 kralı, 


Yer götürmez asker ile geliyor. 

Patriklerin inmiş tahttan diyorlar, 

Bir halife kalmış, o da geliyor. 

 

Yetmiş bin var siyah postal giyecek, 



Seksen bin var Allah Allah diyecek, 

Doksan bin var tatlı cana kıyacak, 

Yüz bini de Tatar Han’dan geliyor. 

 

Gelen Ahmet Paşa’m kendidir kendi, 



Altmış bin dal kılıç küsuru hindi, 

Kaçma kafir kaçma ölümün şimdi, 

Hacı Bektaş Veli kalkmış geliyor. 

 

Şevketli Efendim, Sultanım Vezir, 



Altmış bin kılıçlı yanında hazır, 

Deryalar yüzünde boz atlı Hızır, 

Benliboz’a binmiş o da geliyor. 

 

Karacoğlan der ki, burda durulmaz, 



Güleç yüze, tatlı söze doyulmaz, 

Gökteki yıldızdan çoktur sayılmaz, 

Yedi iklim dört köşeden geliyor. 

 

Ceyran Ahmet türküsü 

Akşam namazında yoldaşlar ben eve vardım, 

Silahı pusadım ağalar elimden bırakdım, 

Ne al ilen çıkardılar kulluk önüne, 

Kıydılar Ceyran Ahmed’e ruhu şad olsun. 

Ona kıyan Turnacılar’ın

2

 ömrü az olsun. 



                                         

1

 Nemçe – Bəzən “nemsə” olaraq da rast gəlirik. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz 



kimi, alman mənasını verən bu söz Rumeli ağzına məxsusdur. 

2

 Turnacılar – Yeniçəri ocağının padşahla ova gedən, ov köpəklərinə və tazılara baxan, 



bir neçə durna daşıyan əsgər sinifi. 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə