Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə34/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         88 

 

Oğul, gəl getmə, aman günüdür. 



Aldı Noruz: 

Başına döndüyüm gülüzlü ana, 

Ana, halal eylə, mən gedər oldum. 

Əmmişəm südünü mən qana-qana, 

Ana, halal eylə, mən gedər oldum. 

Aldı ana: 

Zeynəb xanımı ağlar qoyma sən, 

Sinəsinə əlvan dağlar oyma sən. 

Atanın qapısın bağlar qoyma sən, 

Oğul, gəl getmə, aman günüdür. 

Noruz anasıynan halal-hümmət eliyif yola düşdü. Usdad dili yüyürək olar, 

çox getdi, gəlib bir dərya kənarına çatdı. Gördü bir gəmi yola düşdü. O gəmi də 

6 aydan bir gələrdi. Birdən Noruzu bir tacir gördü, əmr elədi. Gəmi qayıdıb gəl-

di dəryanın qırağına, Noruz mindi. Tacir baxdı gördü cavan oğlan çox qəmgindi. 

Dedi: 

– Ay oğul, niyə belə qəmginsən? 



Dedi: 

– İcazə ver mən onu saznan deyim.  

Aldı görəy nə dedi: 

 

Canım tacir, gözüm tacir, 



Qəndab Misirdə, Misirdə. 

Sənə qurban, özüm tacir, 

Qəndab Misirdə, Misirdə. 

 

Mən olmuşam yalan aşiq, 



Tökülən gözümnən yaşdı, 

Uçubdu könlümün quşu, 

Vəzir Misirdə, Misirdə 

 

Sözün müxdəsər elədi. Tacir dedi: 



– Heç fikir eləmə, səni Misirə aparacağam.  

Belə deyir, gəmi  yola düşür. Gəmi 3 gün 3 gecə yol gedənnən sora, bərk 

tufan oldu, qasırğa qopdu. Gəmi qırıx-qırıx olub dağıldı. Noruz balaca bir taxda 

parasının üsdündə qaldı. Ona süd verən anası yadına düşdü, görəy orda nə dedi: 

 

Bu dəryada balıq çoxdu, 



İnsannıxda ölüm haxdı. 

Beş arşın kəfənim yoxdu, 

Qaldım dəryada, dəryada. 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         89 

 

Noruz ağlar yana-yana, 



Yandı bağrım, döndü qana. 

Balığlar oldu divana, 

Qaldım dəryada, dəryada. 

Novruz baxdı ki, yox, ölüm çağıdı, görəy ona buta verən dərvişi harayına 

neçə çağırdı: 

 

Qarlı dağlar gəldi-keşdi aradan, 



Kərəm eylə, qıyma məni dəryada. 

Ərşü-kürşü, Yeri-göyü yaradan, 

Kərəm eylə, qoyma məni dəryada. 

 

Haraya baxıram dərya yolumda, 



Duman aldı yolumu da amma. 

Sənə qurban olum Sahib əz-Zaman, 

Kərəm eylə, qoyma məni dəryada. 

Sözün  müxdəsər  eliyənnən  sora  Xıdır  İlyas  dərviş  paltarında  hazır  oldu. 

Noruza dedi: 

– Ey Noruz, gözünü yum. 

Noruz  gözünü  yumdu.  Bir  azdan  gözünü  açanda  özünü  dərya  kənarında 

gördü. Baxdı ki, heş kim yoxdu. Sudan çıxmış adam, ac-susuz. O, başını dərya-

nın  qırağına  qoyub  yatmağda  olsun,  sizə  kimnən  xəbər  verim  qəvvas  Əhməd-

dən. Qəvvas – üzgüçü olduğuna görə onun peşəsinin adı, Əhməd isə öz adı idi. 

Gəldi, o hər vaxt tor atardu, balığ tutardu. Aradı həmişə balığ yeyərdü. Gəldi ki, 

yenə tor atıb balığ tutsun, gördü bir cavan oğlan yatıbdu. Ona irəhmi gəldi, gəlib 

onu yuxudan belə oyatdı: 

 

Ab* içində yatan ay cavan oğlan,  



Oğul, dur götürüm, xanə mən səni. 

Nədən belə tərgi-vətən olmusan? 

Oğul, dur götürüm, xanə mən səni. 

 

Mən qəvvas Əhmədəm, özümü yetirrəm, 



Yetirirsəm, səni burdan götürrəm. 

Səni mətləbinə özüm yetirrəm, 

Oğul, dur götürüm, xanə mən səni. 

 

 



 

____________ 



*Ab – su 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         90 

 

Sözün  müxdəsər  elədi,  Noruzu  oyadıb  götürüb  gəldi  evə.  Noruz  qəvvas 



Əhmədin  evində  qalmağda  olsun,  o  qəvvas  Əhmədin  də  Gülşən  xanım  adında 

gözəl bir qızı varıydı. Noruz bir könüldən min könülə ona aşıq oldu. Sevgi-zad 

hamısı yadınnan çıxmışdı. Qəndab yaddan çıxmışdı. 

Bir  gün  bağda  gəzirdilər.  Baxdı  gördü  bir  bülbül  saralıb  solmuş  qızılgül 

kolunun  üstünə  başını  qoyub  ölüb.  Bir  bülbül  də  qızılgülün  dəsdəsini  götürüb 

yuxarıda, göydə oynadır. Noruzun köhnə yarası təzələndi, dedi: 

– İlahi, gör mənim neçə vəfam yoxdu, vəfasızam. Ama bülbül öz sevgili-

sindən  ötrü  canını  qurban  verüb.  Noruzun  köhnə  yarası  yenidən  təzələndi,  qız-

nan halallaşdı, dedi: 

– Mən gedəciyəm. 

Dedi: 

– Olmuya mənnən incimisən? 



Dedi: 

– Yox, mənim sevgilim var. Haçan Tanrı əcəldən macal versə, gələndə sə-

ni  də  götürəciyəm.  Noruz orda  qızınan  halallaşıb,  az  gəldi,  çox  gəldi,  gəldi  bir 

göy çəmənniyə çatdı. Bura da Kəlləgöz pəhlivanın məkanıymış, gəlib-gedəni ça-

lıb çaparmış. Noruz oturub dincəlirdi, gördü Kəlləgöz gəldi. Dedi: 

– Ə, qulbeçə, bura quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar. Sən hara, 

bura hara? 

Dedi: 


– Yol adamıyam, oturub bir az dincəlib sora gedəciyəm. 

Dedi:  


– İndi mən səni soyaram, onda bilərsən dincəlməy nədi. 

Orda başdıyıllar deyişməyə. Noruz deyir: 

 

Qadir Allah, azad elə məni bu yaman əlinnən, 



Qurtarmaz qovğadan başım vədəsiz düşmən əlinnən. 

 

Kəlləgöz deyir: 



 

Kəs səsini, a heyvərə, gününü eylərəm qara, 

Ellər tamam gəlib zara, Kəlləgöz pəhlivan əlinnən. 

 

Noruz deyir: 



 

Noruz dağı dəlməy isdər, 

Misri qılınc çalmağ isdər. 

Kor yapalağ almağ isdər, 

Sonanı tərlan əlinnən. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə