Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə42/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         116 

 

mifologiyasının  demək  olar  ki,  bütün  nəzəri  problemləri  tədqiq  edilir,  təhlilə 



cəlb  olunur.  Xatırladaq  ki,  bu  tədqiqatların  aparıldığı  zaman  F.Bayatın  qardaş 

ölkə olan Türkiyənin universitetlərindən birində  müəllim  işlədiyi dönəmlərə tə-

sadüf  etdiyi  üçün  sözügedən  kitablar  Türkiyədə  və  Türkiyə  türkcəsində  çap 

olunmuşdur. 

F.Bayatın 2 cildlik “Türk mitolojik sistemi” araşdırması ardıcıl rəqəmlən-

məklə  ümumilikdə  28  bölmədən  ibarətdir.  I  cildin  I  bölməsi  “Mifoloji  kateqo-

riyalar baxımından türk mifologiyası” adlanır. Bu bölmədə mifologiya haqqında 

ümumi  məlumat verilir. Qeyd edilir ki,  mifologiya bizləri əhatə edən  yaşanılan 

keçmişin  dildə,  ritualda  və  təsvirlərdə  gerçəkləşən  dialektikasıdır.  Hər  xalqın 

milli  təfəkkürünün,  milli  psixologiyasının  özünə  xas  özəlliklərinin  ilk  və  təməl 

qaynağı mifologiyadır (1, 15). Daha sonra alim bu bölmədə türk mifologiyasının 

mövcud  vəziyyəti  ilə  bağlı  fikirlərini  bu şəkildə ümumiləşdirir:  “Milli kimliyin 

formalaşmasında  məhək  daşı  rolunu  oynayan  qədim  türklərin  mifoloji  təsəv-

vürləri  elmi  araşdırma  baxımından  böyük  dəyərə  malikdir.  Buna  baxmayaraq 

türk  mifoloji  mətnlərinin  təsnifi  və  sistemləşdirilməsi  çətindir,  öyrənilməsi  bir 

sıra  problemin  həllinə  bağlıdır.  Mifoloji  təfəkkürü  əks  etdirən  mətnlər  rənga-

rəngdir, dağınıqdır, sistemsiz şəkildədir, yazıya gec alınmış və yetərincə toplan-

mamışdır.  Həmçinin  qəbul  edilən  din  və  mədəniyyətlərin  inteqrasıyası  nəticə-

sində əmələ gəlmiş mifologiyanın ilkin vəziyyətini təsəvvür etmək imkansız ha-

la gəlmişdir” (1, 17). Bu bölmədə F.Bayat həmçinin türk mifoloji sisteminin təs-

nifat  məsələsinə  də  toxunmuş  və  qeyd  etmişdir  ki,  türk  mifoloji  mətnlərinin 

araşdırılması göstərir ki, indiyədək təqdim edilən təsnifatlarda həm ümumi, həm 

də xüsusi kateqoriyalara geniş  yer verilmişdir. Türk mifoloji  mətnlərinə dair S. 

Klyaştornının  türk  mifoloji  mətnlərinin  təsnifatına  münasibət  bildirən  F.Bayat 

daha sonra öz təsnifatını təqdim etmişdir. Onun təsnifatı belədir: 

1. Dünya modeli. 

2. Kosmoqonik, törəyiş mifləri, mənşə mifləri və dünyanın sonu haqqında 

miflər. 


3. Mifoloji Ana kompleksi. 

4. Göy Tanrı inanc sistemi. 

 

5. İyə kultu və demonologiya. 



6. Kult və inanc sistemi (1, 26). 

I cildin II bölməsi “Dünya modeli – kosmik təsəvvür” adlanır. Bu bölmədə 

F.Bayat qeyd edir ki, dünya modeli bütün mifoloji sistemlərin ana mövzusudur. 

Mifologiya  nəticə  etibarı  ilə  dünya  modelini  ortaya  qoymaq  üçün  mövcuddur. 

Dünya  modeli  türklərin  ətraf  aləmə  baxış  fəlsəfəsi,  biliklərinin  məcmusudur. 

Kosmosun dərk olunması və dünya  modelinin təsəvvür olunması öncə dünyanı 

tanımaqla,  sonra  isə  insanın  özünü  tanıması  ilə  gerçəkləşir.  Dünya  modelinin 

türk düşüncəsindəki təsəvvürü kosmosun üçlü təsviri  ilə öz əksini tapır. Ancaq 

bu  üçlü  təsvir  mifoloji  məntiqdə  görünən,  bilinən  bu  dünya  ilə  görünməyən, 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         117 

 

bilinməyən o biri dünyalardan (göy və ya ölümdən sonrakı axirət dünyasından) 



ibarətdir  (1,  29).  Üçlü  bölgünün,  başqa  adla  ternar  bölgünün  mifologiyada  təs-

virlərinə  münasibət  bildirən  F.Bayat  kosmik  təsəvvürlərdəki  yuxarı  və  aşağı 

dünyaların orta dünyanın surətindən başqa bir şey olmadığını qeyd edir. “Qısaca 

söyləmək  mümkünsə,  o  biri  aləmlər  insanoğlunun  yaşadığı  dünyanın  proyekti 

ilə təsəvvür olunmuşdur” (1, 30). Bu bölmədə həmçinin yerin müxtəlif heyvan-

ların  üzərində  durması  modeli,  dünyanın  təbəqələri,  dünyanın  dirəyi,  həmçinin 

Dünya ağacı təsəvvür-modelindən də bəhs edilmişdir (1, 59). 

I cildin III bölməsi “Türk kosmoqoniyası” adlanır. Bu bölmədə qeyd olu-

nur ki, mifologiyanın təməl nöqtəsi olan kosmoqoniya bir doğuluş, yaradılış, var 

olma  hekayətidir  ki,  dinlərdə  də  təməl  ünsür  olaraq  yer  almaqdadır.  F.Bayata 

görə,  kosmoqonik  miflər  əsasən,  kosmosdan  öncəki  durum  haqqında  məlumat 

verir, həmçinin yaradılış hekayəsini anladır. Kosmosdan öncəki vəziyyət sistem-

siz boşluq, ağılın təsəvvür etməyəcəyi dərəcədə naməlum olan, kosmosun mən-

bəyi olan xaosdur. Kosmoqoniya  isə dünyanın  meydana gəlməsi  haqqında  mif-

lərdir  ki,  bunlar  mifologiyada  önəmli  yer  tutur.  Kosmoqonik  miflərin  əsas  isti-

qamətlərindən biri təbiətlə insanın birlikdə götürülməsidir. Yəni burada ya insan 

dünyanın  yaradıldığı  elementdən  əmələ  gətirilir,  ya  da  kainat  ilk  insanın  və  ya 

ilk varlığın bədənindən yaradılır (1, 31). 

Bu bölmədə həmçinin türk yaradılış mif mətnləri – Radlov və Verbitskinin 

altay və yakutlardan topladığı mətnlər təhlilə cəlb edilmişdir. Həmin miflər ara-

sındakı fərqlilik və bənzərliklər bu şəkildə göstərilmişdir: hər iki variantda xaos 

sonsuz sular şəklində təsvir edilmişdir. Sudan başqa heç bir şey yoxdur. Verbit-

skinin variantında kainatın başlanğıcında insan yoxdur. Radlovun variantında isə 

Kurbustanın yaratdığı ilk insan – Erlik vardır. Erlik Verbitskinin variantında in-

san deyildir. Hər iki variantda demiurqa yardım edən anti-demiurqun adı Erlik-

dir.  Verbitskinin  variantında  yaratma  ilhamını  demiurqa  Ağ  ana  verir.  Radlov 

variantında Ağ anaya rast gəlinmir. Verbitskinin variantında demiurqun adı Ül-

gendir.  Radlovda  Kurbustandır.  Verbitskinin  variantında  Ülgen  sümükləri  qa-

mışdan, bədənləri gildən olan 7 insan yaradır. Onlara qulaqlarından can, burun-

larından  ağıl  üfürülür.  Radlovun  variantında  isə  demiurq  doqquz  budaqlı  bir 

ağacdan 9 insan yaradır. Radlov variantında rast gəlinən Həvva ilə Adəmin bən-

zəri olan Toningey ilə Ecenin (ilk insanların) vücudlarının tüklərlə qapalı olma-

sı, yasaq meyvə motivi, cütlüyün yer üzünə atılması və s. Verbitski variantında 

yoxdur (1, 86). 

I  cildin  IV  bölməsi  “Zamanın  yaradılması  baxımından  türk  düşüncəsində 

təqvim  mifləri”  adlanır.  Bu  bölmədə  F.Bayat  qeyd  edir  ki,  təqvim  mifləri  kos-

moqonik  miflərin  yaradılış  kodunun  zaman  kodu  üzərinə  köçürülmüş  variantı 

olduğu üçün çox zaman ona kosmoqonik dilin təqvim variantı da deyilir. Zaman 

anlayışının  qədim  türklərdə  önəmli  bir  yer  tutduğu  istər  Orxon-Yenisey  yazı-

larında,  istərsə  də  orta  çağ  ədəbi  və  elmi  əsərlərində  göstərilməkdədir.  Türklər 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə