Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə43/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         118 

 

illərin əmələ gəlməsi haqqında danışdıqları miflərdə də illərin yaranmasını Yeng 



iyl (Novruz) bayramına bağlamışlar. Bu mifə görə müdriklər yeni il bayramında 

gəzməyə  çıxmışlar  və  qarşılaşdıqları  heyvanların  adlarını  illərə  ad  olaraq  ver-

mişlər.  İllərin  heyvanların  xüsusiyyətlərini  daşıması  zoomorfik  baxımından  tə-

səvvür edilən təqvim iyələrindən də xəbər verməkdədir (1, 99). 

Araşdırmanın  “İlk  insanın  yaradılışı (antropoqonik  mif): dominant ünsür-

lər və əlavə təsirlər” adlı V bölməsində qeyd olunur ki, mifoloji sistemlərin bö-

yük bir qismində ətraf aləmin kiçik modelini təşkil edən ilk insanın yaradılması 

Tanrıya və ya tanrısal bir gücə, demiurqa aid edilir. Ümumiyyətlə, yaradılış aktı 

insanın  yaradılması  ilə tamamlanır. Bu  baxımdan  insanın tarixi əslində kosmo-

sun tarixi ilə üst-üstə düşür. Türk mifologiyasında, digər kosmoqonik miflər ki-

mi insanın yaranması haqqında olan əsl türk mifləri də digər dinlər və inancların 

əlavə  təsirləri  ilə,  demək  olar  ki,  yox  olmaq  dərəcəsinə  gəlib  çatmışdır.  Qeydə 

alınmış  miflərin  əksəriyyətində  İslam  dininin  təsirləri  aşkar  görünməkdədir. 

Başlanğıc  zamanda  yaradılan  ilk  insan  və  ya  insanlar,  əsasən,  bu  kosmik  ele-

mentlərdən  yaradılmışdır:  torpaq  /  gil  /  ağac  /  qamış.  Altay  törəyiş  miflərində 

Ülgen ilk insanları Altın Dağın (Altın-tu) şərq və qərb tərəflərində yaradır. An-

caq  Ülgen  insanlardan  daha  öncə  özünə  bir  çox  xidmətçilər  yaradır.  Yalnız 

bundan  sonra  sümükləri  qamışdan,  bədənləri  gildən  olan  yeddi  kişi  yaradır. 

Bunların qulaq və burunlarından onlara ruh və ağıl üfürür (1, 120). 

I cildin VI bölməsi “Türk esxatoloji düşüncəsində dünyanın sonu: kalğan-

cı çağ” adlanır. Bu bölmədə qeyd olunur ki, əslində  mifologiya  başlanğıcla  so-

nun, kosmoqoniya ilə esxatologiyanın şərhindən başqa bir şey deyildir. Mifolo-

giyanın dinə ən yaxın olan və ən çox təsirə məruz qalan bölməsi yaradılış, dün-

yanın  sonu  və  qiyamət  haqqındakı  miflərdir.  Kalğancı  çağla  bağlı  miflər  türk 

mifologiyasında xüsusi çəkiyə  malikdir. Tarixi  və ya gerçək zaman anlayışında 

qiyamətdən sonrakı zamanın sonsuza qədər davam edəcəyi təsəvvürü türk mifo-

logiyasında  kalğançı  cağ  (əbədi  zaman,  qalacaq  çağ  mənalarında)  anlayışı  ilə 

təzahür  etmişdir.  Kalğancı  çağla  bağlı  böyüklü-kiçikli  bir  neçə  mifdən  başqa 

Verbitskinin toplamış olduğu iki mif variantı xüsusilə önəmlidir. Bütün variant-

larda az və ya çox dərəcədə səmavi dinlərin (əsasən Xristianlıq, Buddizm və İs-

lamın) təsiri də görünməkdədir. Ancaq hər nə qədər dinlərin tarixi və ya gerçək 

zaman anlamı qarışmış olsa da burada mifoloji və ya dairəvi zaman açıqca hiss 

olunur. Bu mənada ki, mifoloji (dairəvi) zaman anlayışında yaradılış bir nöqtədə 

başlayır,  bəlli  dövrdən  sonra  qiyamətlə  başa  çatmış  olar.  Ancaq  qiyamətdən 

sonra yaradılış yenidən (təkrarlanaraq) başlayır. Türk kalğançı çağının təsvirində 

də  dairəvi  zamanın  aktual  olduğu  görünməkdədir.  Bu  mənada  kalğançı  çağ 

qiyamətdən sonra meydana gələn yeni zamana adekvat termin hesab oluna bilər 

(1, 123). 

I cildin VII bölməsi “Türk boylarının meydana çıxması baxımından mənşə 

(etnoqonik)  mifləri”  adlanır.  Bu  bölmədə  qeyd  olunur  ki,  türk  mifologiyasının 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         119 

 

ən zəngin qolunu təşkil edən mənşə (etnoqonik) mifləri, eyni zamanda türk kos-



mik  nizamının  topluma  təsiri  haqqındakı  görüşləri  və  milli  psixologiyanı  anla-

maq  baxımından  da  dəyərlidir.  Bu  mənada  ki,  köçəri  həyat  tərzi  sürən  türklər 

qəbilə, boy,  icma birliyinə söykənən patriarxal  bir quruluşa üstünlük  vermişlər, 

bu onların mifologiyalarına da təsir etmişdir. Mifoloji kateqoriyalar içində mən-

şə  mifləri  milliliyi  ilə diqqəti çəkməkdədir. Türk mifologiyasında geniş  yayılan 

mənşə, əcdad kultunu təşkil edən məşhur bir atadan törəmə mifi vardır. Bu, oğuz 

boylarının  ilk  atası  olan,  eyni  zamanda  Türk  dövlətinin  ilk  təməlini  qoyan,  ilk 

ordunu yaradan, ilk cahan hakimiyyətini quran, tarixi-mədəni kimliyə sahib olan 

Oğuz Kağan haqqında mifdir. 

Bu  bölmədə  həmçinin  əcdadın  mədəni  qəhrəman  fəaliyyətindən  də  bəhs 

olunmuşdur. Göstərilir ki, şor türklərinin arasında yayılmış bir əfsanəyə görə əti 

çiy  yeyən  insanlara  ilk  əcdad  iki  daşı  bir-birinə  vuraraq  atəş  yandırmağı  öy-

rətmişdir.  Bundan  başqa  əcdad  insanlara  əkinçiliyi,  ovçuluğu,  mahnı  oxumağı, 

musiqi aləti düzəltməyi də öyrətmişdir. Burada türk mənşə miflərində boz qurd, 

quş,  ağac,  dağ,  mağara,  su  kimi  ünsürlərin  də  ayrı-ayrı  qəbilələrin  mənşəyini 

əmələ gətirdiyi göstərilir (1, 179). 

I  cildin  VIII  bölməsində  “Etioloji  miflər”dən  bəhs  olunur.  Bu  bölmədə 

göstərilir ki, əslində  mifologiya  insan şüurunda  yaranan dünya,  insan,  yaradıcı, 

həyat  və  ölümlə  bağlı  suallara  cavab  vermək  üçün  meydana  gəlmişdir.  Bu  ba-

xımdan mifologiyanın bir missiyası da bu sualların cavabının izahını verməkdir. 

Və bu tip miflərə etioloji miflər deyilir. Kosmoqonik miflər dünyanın ilkin mo-

delini  (maketini)  hazırlamağa  xidmət  edir.  Ancaq  bu  ilkin  yaradılışdan  sonra 

təbii ki,  nizamın tamamlanması üçün digər canlı  və cansız  varlıqların  meydana 

gəlməsi də gərəkdir. Etioloji miflərdə kosmoqonik miflərlə başlayan mərhələ ta-

mamlanmağa doğru gedir. Belə ki, etioloji mif çox vaxt kosmoqoniya ilə başla-

yır. Əsasən başlanğıc zamanı qeyd etməklə başlayan mifoloji hekayətlər yavaş-

yavaş  insanların  və  nəsnələrin  meydana  çıxma  səbəblərini,  yaradılışda  yer  alan 

nəsnələrin  xüsusiyyətlərini  və  mənşəyini  açıqlamağa  qədər  gedib  çıxır.  Etioloji 

miflər əsasən, bitkilər, od, su, torpaq, hava, müxtəlif heyvanlar, quşlar, ağaclar, 

xəstəlik və dərmanlar və onların xüsusiyyətləri, dənizlər, ormanlar, göllər, ayrı-

ayrı  sosial  qurumlar, ovçuluq,  musiqi  sənəti,  əkinçilik  və  s.-nin  yaranma  heka-

yətlərini təşkil edir. Bütün bu kateqoriyalar etioloji səciyyə daşısa da, bu miflər 

kosmoqonik,  astral,  totem  və  kult  mifləri  arasında  paylanmışdır.  O  baxımdan 

etioloji  miflər  bütün  mifoloji  kateqoriyalarda  vardır  və  onları  ilk  yaradılış 

mifləri hesab etmək lazımdır (1, 196). Etioloji miflərin bir missiyası da toplumu 

məlumatlandırmaqdır. Bu  məqsədlə söylənən  miflər ilkin  bilikləri özündə cəm-

ləsə də, toplumu bəzi hadisələrə hazırlamaq baxımından önəm kəsb etməkdədir. 

Məsələn:  yakutların  etioloji  görüşlərində  qartal,  şahin  kimi  yırtıcı  quşların  mü-

qəddəslik  qazanmasının  səbəbi  haqqında  mifoloji  mətnlər  mövcuddur.  Bu  mif-

lərə görə qədim zamanlarda yakutlar uşaqlarını yeyirlərmiş. Bir gün ər-arvad öz 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə