Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə46/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         124 

 

nışdan hər ikisinin arasında mövcuddur. Ancaq mifoloji düşüncədə əkizlərin hər 



birinin özünə aid məkanlarının olması təsəvvürləri də mövcuddur. Belə ki, türk-

lərin  Ülgenə  göyləri,  Erliyə  isə  yeraltı  dünyanı  vermələri  məntiqi  olaraq  bu  iki 

qardaşın məkanı anlamına gəlmişdir (1, 329). 

Bu  bölmədə  F.Bayat  həmçinin  göstərir  ki,  Altay  şamanlarının  inancına 

görə Erliyin insanlara bəla göndərməyinin səbəbi insanların ona qurban kəsmə-

lərini təmin etdirməklə bağlıdır. Əgər hər hansı bir insan və ya toplum onun istə-

yini yerinə yetirməzsə, o zaman Erlik xan ölüm və fəlakət ruhlarını göndərir. Pis 

ruh da qurban verməni gecikdirən  insanın canını  alır (1, 346). Onu yeraltı dün-

yaya aparır, mühakimə edir və özünə xidmətçi edir. Kəsilən qurbanların əvəzin-

də Erlik  insanlara  heç  nə  verməz,  yalnız göndərəcəyi  bəla  və  bədbəxtlikləri  bir 

az gecikdirmiş olar. Əslində elə Erliyə qurban kəsməklə insanlar xəstəliyi, zərə-

ri, qəzəbi və şiddəti azaltmaq məqsədi güdürmüşlər (1, 347). 

Altay-Sayan türklərinin  inancına görə Erlik həmçinin  ilk şaman olmuş və 

hətta  bəzi  sənətləri  insanlara  o  öyrətmişdir.  Şorlara  görə  Erlik  xan  şamana  şa-

mançılıq  vergisi  verməklə  bərabər  ona  qamlıq  etməyi,  davul  çalmağı  da  öyrət-

mişdir (1, 348). 

I cildin XIV bölməsi “Töz / tös, onqon, tanqara, erən, yaik / caik anlayış-

ları”  adlanır.  Bu  bölmədə  F.Bayat  qeyd  edir  ki,  töz  /  tös,  onqon,  tanqara,  erən 

anlayışları türk mifologiyasında  mühüm  bir kateqoriyanı əmələ gətirməklə bəzi 

hallarda müxtəlif fikir və görüşlərin də ortaya çıxmasına səbəb olmuşdur. Əslin-

də, bu qavramların əvvəllər heyvan kultu ilə əlaqəli olduğu da unudulmamalıdır. 

Bəzi Altay türklərində ağacdan, dəridən, keçədən, daşdan, sümükdən, palçıqdan 

və s. düzəldilən və əsasən heyvan, bəzi hallarda isə insan şəklində olan ruhların 

təsvirinə  töz/tös  deyilmişdir.  Bu  tözlərin  bir  qismi  oyuncaq  şəklində  düzəldil-

mişdir.  Bu  cür tözlərə  altaylılarda,  çuvaşlarda, tatarlarda  rast  gəlmək  mümkün-

dür.  Bunlar  yalnız  ailənin,  soyun  və  qəbilənin  qoruyucusu  funksiyasını  yerinə 

yetirən  və  Göy  Tanrı  ilə  heç  bir  əlaqəsi  olmayan  ruhların  təsvirləridir.  Ehtimal 

ki, bu tözlər altaylıların buddizmi qəbul etməsindən sonra ortaya çıxmışdır. Al-

tay-Sayan türklərinin çoxunda tös/töz olaraq adlandırılan ruhlara və onların təs-

virlərinə  yakutlarda tangara, tuvalarda  iren/eren, moğollarda və  buryatlarda on-

qon adı verilmişdir (1, 355). 

XV bölmə “Mifoloji Ana (Yer Ana) kompleksi və bu kompleksə aid olan 

digər ruhlar” adlanır. Bu bölmədə göstərilir ki, türk mifologiyasında qərb mifo-

logiyasından  fərqli olaraq kişi  və  ya qadın cinsli tanrılar anlayışına rast gəlmək 

mümkün  olmadığından,  bu  sistemdə  tək  Tanrı  olduğundan,  müqəddəs  qadın 

obrazlarını Mifoloji Ana adı altında cəmləşdirmək daha da məqsədə müvafiqdir 

(buraya Yer-su, Ağ ana, Humay, Ayıısı və s. varlıqlar aid edilir) (2, 11). 

Daha sonra bu bölmədə qeyd olunur ki, mifoloji sistemlərin böyük çoxlu-

ğunda bütün canlı varlıqların anası olaraq bilinən və törəyici gücə sahib müqəd-

dəs qadın – mifoloji Ana paradiqması vardır. Bütün arxaik mifoloji motivlər, bü-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         125 

 

tün hami ruhlar hər nə qədər dəyişməyə məruz qalsalar da, bir bütünün yəni mi-



foloji  Ananın  genetik  hafizədən  qopmuş  bölmələridir.  Türk  mifologiyasının  ən 

əski qatlarında doğumla ölümü təmsil edən  və  ilk başlanğıc olmanı özündə əks 

etdirən Mifoloji Ana və ya Yer Ana varlığına təsadüf edilmişdir. Zaman-zaman 

mifoloji  Ananın  müxtəlif  əlamətlərini  əks  etdirən  Yer  Ana,  Yer  Sub,  Ötükən, 

Umay  kultu  şəklində  ortaya  çıxdığını  və  mifolojilikdən  cisimləşməyə  qədər 

uzun  bir  yol  qət  etdiyi  də  görünür.  Tanrıçılıq  kultunun  ilkin  və  bəsit  mifoloji 

Ana  varlığından  mükəmməl  bir  sistemə  çevrilməsi  türklərin  düşüncə  və  yaşam 

fəlsəfəsindəki inkişaflarla bağlıdır (2, 13). 

XVI  bölmə  “Türk  mifologiyasının  doğum  və  ailə  qoruyucusu  –  Umay  / 

May  Ene”  adlanır.  Bu  bölmədə  göstərilir  ki,  rəsmi  türk  yazıları  olan  Orxon-

Yenisey kitabələrində Tanrı və İduk Yer-Subla bərabər adı qeyd olunan mifoloji 

varlıqlardan  biri  də  Umaydır.  Umay  “Kültigin”,  “Bilgə  xaqan”  və  “Tonyukuk” 

yazılı abidələrində qadın ilahə olaraq xatırlanmaqdadır. Digər abidələrdən fərqli 

olaraq “Tonyukuk” abidəsində Umayın funksiyası açıq şəkildə görünür: “Tanrı, 

Umay,  müqəddəs  Yer-Su  onlara  zəfər  verdi,  niyə  qaçaq?!”  Umayın  Tanrı  və 

İduk  Yer-Subla  birlikdə  türklərə  zəfər  verdiyi  rəsmi  yazılarda  da  görünməkdə-

dir. Umayın bəzi Turfan mətnlərində, “Altun Yaruq” əsərində və “Divanü luğa-

tit-türk”də  Tanrı  və  ya  ruh  anlamında  deyil,  ana  anlamında  təsvir  edilməsi  bu 

varlığın keçirmiş olduğu anlam dəyişikliyi  ilə əlaqədardır. Umayla bağlı etnoq-

rafik qaynaqların böyük bir qismi Altay qövmlərindən 19-cu əsrdə yazıya alındı-

ğına görə buradakı funksiya və status dəyişmələri təbii qarşılanmalıdır (2, 49). 

Bu bölmədə həmçinin göstərilir ki, rəsmi türk yazılarında Umayın funksi-

yasının daha geniş olduğu görünsə də, aradan keçən zaman kəsiyində o daha çox 

uşaq  qoruyucusu  olaraq  qəlibləşmişdir.  Zaman-zaman  digər  mifoloji  varlıqlara 

aid  olduğu  kimi  Umay  da  şaman  dünyagörüşü  ünsürü  kimi  nəzərə  alınmış  və 

onunla  bağlı  bəzi  dəyişik  fikirlər  ortaya  çıxmışdır.  Buna  baxmayaraq  kuman-

dinlərdə  Umay  səma  ruhlarından  olan  yüksək  dərəcəli  qadın  ilahəsi  hesab  olu-

nur. Bu da onun əski mifoloji Ana kompleksindən qopduğunu göstərir (2, 50). 

XVII bölmə “Türk mifologiyasında kult” adlanır. Burada göstərilir ki, kult 

və  inanc  insan  toplumunun  əsrlərcə  inkişaf  etdirdiyi  davranışlar  sistemidır  ki, 

buraya yaxşı və pis, aydınlıq və qaranlıq, yararlı və yararsız, müqəddəs və adi və 

s. bu kimi qəlibləşmiş ziddliklər daxildir. Kult və inanc sözlü mətnlərdə və ritu-

allarda  topluma  təqdim  olunan  və  toplumca  yaşanılan  hiss  və  duyğulardır.  Bir 

tərəfdə  mədəniyyəti  və  inancı  yaşadan  yaddaş  və yaddaşda qalan simvollar, di-

gər tərəfdə topluma yad olan, anlaşılmaz olan sirli sistem. Bax, bu ikili element 

mif çağı insanını ən çox düşündürən məsələ olmuşdur. İstər təhkiyəyə əsaslanan 

mətndə,  istər  nümayişli  mərasim,  ritualda  olsun,  kultlar  simvol  və  sirr  prinsipi 

üzərində əmələ gəlmişdir. Kultdan bəhs edən miflərdə insan həyatı doğru bildiyi 

bir  şəkildə  yaşamaq  niyyətli  olub,  müqəddəs  bilinəni  qorumağa  yönəlmişdir. 

Mifin kult və inanc elementi, həm də bir dini həssasiyyət də daşımaqdadır. Belə 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə