Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə49/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         130 

 

xüsusiyyətlərinin olması  məlumdur və bu xüsusiyyətlər dağ kultunda da vardır. 



Dağların və obaların yalnız öz iyələrinin deyil, həmçinin digər ruhların da məs-

kəni olduğu etnoqrafik  məlumatlarla öz təsdiqini  tapmışdır. Bu səbəbdəndir ki, 

dağlar və obalar türk mifologiyasında ritualların icra edildiyi müqəddəs məkan-

lar olaraq qalır. Türk xalqlarının demək olar ki, hamısında mövcud olan dağ kul-

tu mifologiyada dağ və oba kultu ilə sintez halında görünür. Dağ iyəsi yalnız bir 

təbiət kultu olmaqla qalmayıb, həmçinin mənşə mifinin də xüsusiyyətlərini daşı-

yır. Belə ki, boyların, soyların və qəbilələrin hər birinin özlərinin müqəddəs dağ-

larının olması, soyun öz əcdadını dağ ruhu ilə birləşdirməsi bu iki mifoloji kate-

qoriyanın  ortaq  bir  kultla  bağlanmış  olduğunu  göstərməkdədir.  Digər  tərəfdən 

dünya modelində dağın yerin dayağı olması inancı dünya dağlarının və ya dəmir 

dağların varlığı inancını meydana gətirmişdir. Ümumiyyətlə, canlı varlıq olaraq 

qəbul  edilən  dağ  bəzi  təsəvvürlərə  görə  Dağ  ruhunun  özüdür.  Dağ  qədim  türk-

lərin  müqəddəs  mərkəz  anlayışını  təşkil  etməklə  dövlətin  də  mərkəzi  olmaq 

funksiyasını öz üzərinə götürmüşdür. Belə ki, Göytürklər və Uyğurlar dönəmin-

də  dağlıq  və  ormanlıq  bölgə  olan  Ötükən  dövlətin  mərkəzi  olmaq  funksiyasını 

da daşımışdır. Bəlkə də bu səbəbdəndir ki, türklər and içərkən müqəddəs bildik-

ləri  varlıq  və  nəsnələrə  and  içirlər  ki,  bunların  içində  dağların  da  adı  zikr  edil-

mişdir. Digər tərəfdən dağ türklərin dastanlarında (xüsusilə də Altay-Sayan türk-

lərində) vətən simvoluna çevrilmişdir. Həmçinin dağ ata ruhlarının məskunlaşdı-

ğı yer olduğundan da müqəddəs hesab edilmişdir. Dağa baba deyilməsi ənənəsi 

bu gün də türk xalqları arasında  yaşamaqdadır. Azərbaycanda dağa baba deyil-

məsi ilə yanaşı gəlinlərin dağı gördükdə üzlərini örtmə (yaşmaqlanma) adəti də 

dağın qayınata, həm də ərinin soy dağı kimi təsəvvür olunmasının bir işarəsidir 

(2, 223). 

XXV  bölmə  “Mifoloji  Ana  kompleksində  su  iyəsi”  adlanır.  Bu  bölmədə 

göstərilir ki, qədim türk yazılarında İduk, Yer-Sub olaraq qeyd olunan qoruyucu 

ruhların başında yer ilə bərabər su kultunun da olduğu görünür. Adından da gö-

ründüyü  kimi  su  yerlə  bərabər  digər  hami  ruhların  başında  yer  almaqdadır.  Su 

ünsürü kosmosun yaranmasında ilk maddə rolunu icra etdiyi üçün başlanğıcların 

başlanğıcı  hesab  edilmişdir.  Mifoloji  təsəvvürlərdə  su  sahibi  əksər  hallarda  in-

san, bəzən də balıq şəklində yer almışdır. Suyun müqəddəsliyi mikro kosmosun 

eyni ilə makro kosmos kimi su ilə başlayıb su ilə sona çatması ilə bağlıdır. Kos-

moqonik mif, bu baxımdan törəyiş mifinin dilində variantlaşmış, yaradılış törə-

yişlə  eyni  sintaqmatik  cərgəyə  gətirilmişdir.  Su  paradiqması  kosmos  və  insan 

sintaqmalarında  dəyişmə  göstərmişdir.  Türk  yaradılış  mifində  kosmos  sudan 

törəmişdir,  başqa  sözlə,  yaradılışın  nüvəsi sudur. Bütün canlılar da sudan  yara-

dılmışdır. Bu halda, su yaradılışın təməl nöqtəsi olduğundan onun mifoloji şüur-

da xüsusi, üstün bir status qazanmış olmasını da məntiqli hesab etmək lazımdır. 

Su  başlanğıc  maddə  olduğu  kimi  esxatoloji  mifdə  də  dünyanın  sonunu  gətirən 

ünsür olaraq qeyd olunur. Kosmik bilgidə tufan olaraq qeyd olunan dünyanı su 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         131 

 

basması  kimi  ezoterik  bilgilərə  görə  yaşlanmış  dünyanın  sonu  yeni  yaradılışın 



da  ilk  ünsürüdür.  Folklor  düşüncəsində  də  abi-həyat  və  ölüm  suyu  olaraq  ikili 

xarakter  nümayiş  etdirən  su  kultu  mifoloji  dünya  modelindəki  kosmoqonik  və 

esxatoloji miflərin təsiridir. Suyun ilk maddə olması da həyatla ölümü birləşdir-

məsində görünməkdədir. Törəyiş miflərində də insanın bir qətrə sudan törəməsi 

informasiyası  qorunmuşdur.  Bu  gün  türk  boylarından  yakutlarda,  qazaxlarda, 

qırğızlarda və  Azərbaycan türklərində qısır qadınların sudan uşaq  istəmələri  və 

bunun üçün çayın kənarında, tənha ağacın altında, boz at dərisinin üstündə gecə-

ləməsi suyun ilk başlanğıcdakı övlad vermə funksiyasının zamanımıza qədər gə-

lib çıxdığını göstərir. Ayrıca, xalq nağıllarında suyun ölən qəhrəmanı diriltməsi 

də başlanğıcda suyun həyatverici gücünün olduğu inancının folklor düşüncəsinə 

transformasiya olunmuş variantıdır (2, 249). 

XXVI  bölmə  “Damdabacalar  –  ev-eşik  iyələri”  adlanır.  Bu  bölmədə  gös-

tərilir ki, islam dininin qəbulundan sonra ümumi adıyla – yaxşı və pis cinlər ola-

raq sosiallaşdırılan  bu  varlıqlar hələ də danışılan  mifoloji  mətnlərdə (memorat-

larda) qorunmaqdadır. Memoratlar (xatirələr) yaşanmış və ya yaşanıldığına ina-

nılan fövqəladə hadisələr, yaxşılıq və ya pislik edən varlıqların gerçəlikdə möv-

cud olduğuna  inanılaraq  danışılan  mifoloji  hekayətlərdir.  Memoratda  danışanın 

ya özünün, ya da bir başqasının fövqəladə varlıqlarla təmasından bəhs edilir. Əs-

lində inisiasiya mərasimlərinin bir variantı olan damdabacalarla və demonik var-

lıqlarla  bağlı  memoratlar  arxaik  özüllü  olması  ilə  seçilməkdədir.  Yetkinləşmə 

dövrü ilə bağlı olaraq danışılan bəzi mifoloji hekayətlər zamanla əslindən uzaq-

laşaraq  yaşanılan  bir  hadisənin  hekayəsinə  çevrilmiş  olur.  Uşaqları  qorxutmaq 

məqsədi ilə danışılan hekayətlər isə zaman-zaman şüuraltı qalıqlar şəklində təza-

hür etmiş, yaşanılan bir hadisə şəklini almışdır. Hər halda bu iki faktor mifoloji 

məzmunlu  memorat növünün  yaranmasına öz təsirini göstərmişdir. Həm demo-

noloji varlıqlar, həm də damdabacalar arxaik şəkillərini qorusalar da, hər yönüy-

lə  gündəlik  həyatda  hiss  edilən,  duyulan,  mövcudluğuna  inanılan  varlıqlardır. 

Bu prizmadan  baxıldığında  bu gün xalq  inancları  və  xalq dini  anlamları əfsanə 

çərçivəsində öyrənilsə də, əslində memoratlar kimi öyrənilməlidir (2, 259). 

Prof. F.Bayata görə, ev-eşik  iyələri  və  ya demonik varlıqlarla  bağlı  heka-

yələr danışanın gördükləri və ya ikinci şəxsdən dinlədikləri və ya üçüncü şəxsin 

iştirakı ilə baş verdiyinin söylənilməsi ilə xarakterizə olunur. Ev-eşik iyələri əsa-

sən  iki  yerə bölünürlər: birincisi, evi qoruyan  iyələrdir ki, mifoloji təsəvvürlərə 

görə onlar əsasən damda, evdə və ya döşəmənin altında yaşayırlar. İkincisi, eşiyi 

və ya yurdu qoruyan iyələrdir ki, bunlar bəzi fəaliyyət xüsusiyyətləri ilə heyvan 

qoruyucularına  bənzəməklə,  əsasən,  evin  eşiyində  (qapının  ağzında),  evin  bax-

çasında yaşayırlar. Əsasən, damdabaca adlandırılan bu iyələr Kazan tatarlarında 

Öy iyase və ya Yort iyase, başqırdlarda Biçura / Bisura və ya Bisyura adları ilə 

tanınır və eyni funksiyanı icra edirlər (2, 263). 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə