Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə47/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         126 

 

ki,  mifologiyada  kainatın  və  insanın  yaradılış,  mövcud  olma  səbəbləri,  yaradı-



lışda mütləq gücün rolu və s. mifologiyanın ilk dini faktı bünövrəsində saxladı-

ğını  sübut  edir.  Kult  və  inanc  sistemi  toplumun  dünyagörüşünün  məhsulu  ol-

maqla  bərabər eyni zamanda onların  yaşamıdır. Kult  və  inanc  sisteminin qəbul 

edilmiş dinlərin təsiri ilə şəkil dəyişdirmələri mövcud olsa da, onların bütün du-

rumlarda sosio-mədəni qurumda öz sürəkliliyini qoruya bilməsi əsas  məsələdir. 

Kult  türk  mifologiyasında  fövqəltəbii  varlıqlar  şəklində  qəbul  edilən  uca  və 

müqəddəs  varlıqlara  göstərilən  ehtiram  və  etiqaddır.  Xüsusilə  də,  bəlli  anlayış 

və məfhumların qoruyucusu olaraq zənn edilən ilahi varlıqların kultlaşması türk 

mifologiyasında  məlum  bir  hadisədir.  Kult  anlayışına  aid  olan  varlıqlar,  iyə 

kateqoriyasına  nə  qədər  bənzəsə  də,  onlar  ayrı-ayrı  statuslara  malikdirlər. 

Xüsusilə,  türklərin  atalarına  hörmətdən  yaranan  atalar  kultu  iyə  kateqoriyasına 

bənzəsə  də  onları  fərqləndirən  cəhətlər  də  az  deyildir.  Atalar  kultunun  başlıca 

funksiyalarından biri toplumu, eli birləşdirmək, mənəvi birlik ideyasını dəstəklə-

məkdir. Atalar kultu türk mifologiyasında üç funksiya ilə çıxış etmişdir: 1. Soya 

ad vermiş və ilk ata olmuşdur: Oğuz ata, Qırğız ata. Bunların əsas xüsusiyyətləri 

ilklik, törədicilikdir. 2. Toplumda ata olaraq qəbul edilmiş və mədəni fəaliyyət-

ləri olan şəxslər olmuşlar: Qorqud ata, Qənbər ata, Baba Dehqan. Xüsusiyyətləri 

müdriklik və övliyalıqdır. 3. Əski türk atalar kultu baxımından şəkil dəyişdirmiş 

və  İslamdan  sonrakı  mədəni  qəhrəmanlıq  fəaliyyətini  məslək  və  sənət  pirləri 

olaraq yerinə yetirmək: Xızır, Həzrəti Əli və s. (2, 81). 

Bu  bəhsdə  həmçinin  türk  mifologiyasındakı  ata  ruhlarının  mədəni  qəhrə-

manlıq və iyəlik, hamilik fəaliyyətlərindən də geniş bəhs edilmişdir. Burada, ey-

ni  zamanda  göstərilmişdir  ki,  İslamın  qəbulundan  sonra  türk  atalar  kultuna  aid 

olan  mədəni  qəhrəmanlar  öz  mənəvi  yaşamlarını  İslami  dəyərlər  çərçivəsində 

sürdürmüşlər. Bəzən  isə onlara aid  mədəni  fəaliyyətlər  və  hamilik, pirlik  xüsu-

siyyətləri  islam  müqəddəslərinə aid edilmişdir. Məsələn: tacirlərin  ilk piri,  yəni 

mədəni qəhrəmanı Həzrəti Məhəmməd, səyyahların piri  Həzrəti İsa, çobanların 

piri Həzrəti Musa, dərzi və yazıçıların piri Həzrəti İdris, çörəkçilərin piri Həzrəti 

Zülküf, balıqçıların piri Həzrəti Yunis və s. olmuşdur (2, 114). 

XVIII bölmə “Od-ocaq kultu paradiqmasında od ruhu” adlanır. Bu bölmə-

də göstərilir ki, türk mifoloji sistemində onlarla fərqli variantda mövcud olan od 

və ya ocaq kultunun başlıca funksiyası insanları, onların ailələrini bəladan, xəs-

təlikdən  qorumaq,  heyvanların  artımı  və  evin  bərəkətini  təmin  etməkdir.  Hər 

evdəki  (çadırdakı)  ocaq  və  ocaqdakı  od  hamisi  ilə  bərabər  qədim  türklər  Tanrı 

qədər  güclü  və  nüfuzlu  olan  alov,  od  ruhunun  da  varlığını  etiraf  edərdilər.  Xü-

susilə, şaman mifologiyasının təsiri ilə bu od-ocaq hamisi yeni, bəzi dəyərlər qa-

zanmışdır. Məsələn, yakut şamanı Mərəyə görə 9-cu göydə odu yaradan Dalkın 

eezi tanqara adlı tanrı yaşayır (eezi digər türk ləhcələrindəki ezi, iyə, idi və s.-yə 

uyğun  gələn  sözdür).  Eezi  sözünün  yanında  tanqara  –  ilah  sözünün  işlədilməsi 

od  hamisinin  yüksək  mövqeyinə  işarə  etməklə  yanaşı,  bu  qoruyucunun  yüksək 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         127 

 

dərəcəli ruhlar sırasına aid olduğunu bildirir. Od ruhuna qurban kəsmə inancı da 



türk mifologiyasında yayılmış bir inancdır (2, 117). 

XIX bölmə “İyə kateqoriyası” adlanır. Bu bölmədə göstərilir ki, türk xalq-

larının  inanc  obyektində  var  olan  iyə  kultu  mifologiyamızın  ən  zəngin  qismini 

təşkil  etməkdədir.  Əslində  ən  əski  mifoloji  düşüncənin  ünsürü  olan  iyə  kultu 

müxtəlif  türk  ləhcələrində  fərqli  variantlarda  özünü  göstərmişdir:  qədim  türk-

lərdə idi/izi, osmanlı məntlərində is/issi, xakaskada ezi, altayca və türkməncədə 

ee, tuva, qırğız, qazax və noqaycada ie, Azərbaycan türkcəsində yiyə, iyə. Bəzi 

qaynaqlarda, məsələn, Divanü lüğatit-türk, Ətibətul-həqayik, Əbu Həyyan lüğəti 

və s.-də iyə sözünün Tanrı anlamına gəldiyi göstərilmişdir. İyə kultu orta dünya 

ruhları içində xüsusi bir yer tutmaqdadır. Belə ki, türk mifologiyasının əsaslı ka-

teqoriyalarından  birini  təşkil  edən  və  sayları  bilinməyən  iyələr  nə  qədər  orta 

dünyada olsalar da, hər biri müstəqil olub öz aralarında da ierarxiya təşkil etmir-

lər. İççi, ezi, iye olaraq adlanan bu hami ruhların sayı haqqında türk mifologiya-

sında dəqiq bir təsəvvür yoxdur. Haqqında çox az məlumatımız olan və bəzən də 

Tanrı adı ilə adlanan taleh və ya yol tanrısı, eyni zamanda yaz və qış tanrıları da 

orta dünyanın qoruyucuları arasında yer almaqdadır. Bununla bərabər Altay-Sa-

yan xalqlarında və Sibir türklərində, xüsusilə də yakutlarda insan soyunun qoru-

yucusu vəzifəsini icra edən Umay, Ayıısıt və ya İyehsıt kimi çox populyar mifo-

loji varlıqlar da vardır. Buraya ov hamisi də əlavə edilsə, orta dünya qoruyucusu 

ruhlarının  mürəkkəb  mənzərəsi  ortaya  çıxır.  İstər  İslam  mətnlərində,  istərsə  də 

Altay-Sayan türklərinin sözlü  mədəniyyətində olsun,  iyələr, sahib  və qoruyucu, 

hami funksiyalarını (Tanrı, yaradıcı, rəbb statuslarında) günümüzə qədər daşıya 

bilmişdir.  Bəzi  iyələrin  mədəni  qəhrəmanlıq  fəaliyyəti  qədim  çağlarda  iyə  kul-

tunun  daha  geniş  funksiyalara  malik  olmasından  xəbər  verir.  Ancaq  daha 

sonralar mədəni qəhrəmanlıq funksiyasının atalar kultu paradiqmalarında özünü 

göstərdiyinin şahidi oluruq (2, 141-143). 

XX  bölmə  “Yol  iyəliyi  baxımından  sinkretik  Xızır  anlayışı”  adlanır.  Bu 

bölmədə  göstərilir  ki,  insanları  və  nəhayət  dünyaları  bir-biri  ilə  birləşdirən  yol 

paradiqması  türk  mifoloji  düşüncəsində  xüsusi  bir  yerə  sahibdir.  Qoruyucu  ata 

kultuna aid olan, lakin İslamın qəbulu ilə funksiyalarının böyük bir qismi Xızıra 

aid edilən mifoloji xarakterlərdən biri də yol hamisidir. Bu mifoloji hami qədim 

uyğur  yazılı  abidəsi  olan  “İrk  bitig”  fal  kitabında  da  qalmışdır.  Bu  kitabda  yol 

hamisi  Ala  Atlıq Yol tenqrisi  və Kara  yol Tenqri adı  ilə qeyd olunmuşdur. Yol 

hamisinin adındakı  “tanrı” ünvanı onun  yüksək statusundan xəbər verir. Köçəri 

bir  xalqın  hər  zaman  yolda  olduğunu  göz önünə  gətirsək,  bu  tip  Yol  tanrısının 

bəzi  mətnlərdə  xatırlanması  təbii  qarşılanmalıdır. Yol  tanrısı  “İrk  bitig”  əsərin-

də,  həm  də  bəxt,  taleh  qoruyucusu  kimi  də  təqdim  edilmişdir.  Bu  tip  mifoloji 

hamiyə  başqa  qədim  mətnlərin  heç  birində  rast  gəlinmir.  “Dədə  Qorqud  kita-

bı”nda da bəxt, şans gətirən  hami ruha  işarələr edilsə də, Yol tanrısının adı çə-

kilmir.  Bu  da orta  əsrlərdə  bəxt  və  ya  yol  tanrısının  artıq  unudulduğunu  aşkar-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə