Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə44/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         120 

 

oğullarını  yeməyə  hazırlaşdıqları  zaman  şahin  ceyran  dərisini  oğlanın  üstünə 



atır. Uşaq dərini alıb  şahinin dalınca gedir. O, ölmüş ceyranın ətini gətirib  ata-

anasına  verir.  O  vaxtdan  sonra  yakutlar  uşaqlarını  öldürüb  yemirlər  və  bu  pis 

adəti tərgitməklə onlara yol göstərən şahini müqəddəsləşdirmişlər (1, 197). 

I cildin IX bölməsi “Türk mifoloji sistemində ruhlar: ierarxiya və siniflən-

dirmə məsələləri” adlanır. Bu bölmədə qeyd olunur ki, paradiqmatik olaraq türk 

mifologiyasındakı  hər  şeyin  tərkibində  var  olduğuna  inanılan  ruh  anlayışının 

əsasən heyvan, xüsusilə də quş qismində oda bənzəyən yaşam gücü, enerjisi ol-

duğu  güman  edilir,  bu  səbəbdən  də  görünməz  və  çəkisiz  hesab  olunur.  Lakin 

ruhlar  istədikləri zaman,  istədikləri  şəkildə görünə bilən, ağırlıqları  ilə  hətta in-

sanların  üzərinə  çökməklə  onları  boğa  bilən  varlıqlar  olaraq  da  düşünülməkdə-

dirlər. Səmavi dinlərdə, xüsusən də İslam dinində ruh inancı mifologiyadakı ruh 

hesab  olunan  cin,  şeytan  və  mələklərdən  kəskin  fərqli  şəkildə  nəzərdə  tutulur. 

Türk mifoloji təfəkkürünə görə ətraf aləm fərqli-fərqli ruhlarla doludur. Əcdadı-

mız  heyvanlar,  bitkilər,  qayalar,  dağlar,  ulduzlar  kimi  ətrafında  olan  hər  şeyin 

bir ruhu olduğuna inanmışdır. Sayları on minlərlə olan bu ruhlar fərqli kateqori-

yalarda,  fərqli  məkanlarda  olsalar  da  bütün  ruhları  beş  kateqoriyaya  ayırmaq 

mümkündür: 

a) İşıqlı ruhlar (tanqaralar). 

b) Qoruyucu, hami (iyələr) ruhlar. 

c) Ev-eşik qoruyucuları olan damdabacalar. 

d) Pis (demonik) ruhlar. 

e) Əsdad (ata) ruhları (1, 206). 

Əbədi və əzəli göyün hakimi olan Tanrı və səmada olan yaxşı və ya işıqlı 

ruhlar I kateqoriyanı təşkil etməkdədir. Ayrı-ayrı nəsnələri, heyvanları və insan-

ları qoruyan hami ruhlar heç bir ierarxiyaya tabe deyillər. Orxon-Yenisey yazıla-

rında  əsasən,  İduk  Yer-Sub  adlanan,  əslində,  dəniz,  orman,  dağ,  yağmur,  daş, 

ildırım, bulaq və s. kimi təbiət hadisələrinin qoruyucusu olan ruhlar orta dünya-

da mövcud olmaqdadır. Türk mifologiyasında bu ruhlara ümumi olaraq kut, baş-

qa sözlərlə iyə, izi, isse, eye, yiyə və s. deyilməkdədir. 

Bu bölmədə həmçinin göstərilir ki, iyə kateqoriyasına çox yaxın olan, an-

caq məxsus olduqları məkanda (ev-eşik, bağça, tövlə və s.-də) mövcud olan qo-

ruyucu  varlıqlar  da  vardır.  Bunlar  əsəbləşdirildikləri  zaman  pis  ruhlara  çevrilə 

bilən  ibtidai  ruhlardır.  Belə  ki,  damdabaca  adlanan  (bu  qoruyucu  ruhların,  əsa-

sən, damda, bəzən də döşəmənin altında və s. yaşadıqlarını nəzərə alaraq F.Ba-

yat onları damdabaca adlandırır) varlıqlar müxtəlif xüsusiyyətləri və fərqli görü-

nüşləri  ilə Yer-Su  iyələrindən  fərqlənən ayrıca  bir kateqoriyanı təşkil etməkdə-

dir. Yeraltı dünya ruhları kateqoriyasını təşkil edən varlıqlar, əsasən, pis ruhlar, 

körmeslər və ya yeglər / yeylər olub ölüm, xəstəlik, sıxıntı kimi pisliklərin mən-

bəyidirlər.  Bunlar  türk  mifologiyasında  ayrıca  bir  kateqoriya  olan  demonologi-

yanı  təşkil  etməkdədir.  Ancaq  bütün  demonik  varlıqlar  yeraltı  dünya  ilə  bağlı 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         121 

 

deyillər.  Bu  mənada  ki,  bunların  bir  çoxu  iyə  kateqoriyasından  çevrilmə  ruhlar 



olub qoruduğu yerlərə zərər verən demonoloji ruhlardır. Ümumiyyətlə, demono-

logiya  əski  görüşləri  özündə  ehtiva  etdiyi  üçün  və  Tanrı  qavramı  ilə  həmyaşıd 

və  ya hətta ondan qədim olması  ilə  mifologiyanın təməl daşlarını təşkil etmək-

dədir (1, 208). 

Türk  mifoloji  sistemində  önəmli  bir  yerə  sahib  olan  əcdad  ruhları  və  ya 

atalar  kultu  və  onlara  verilən  qurbanlar  çox  qədim  zamanlardan  bu  kultu  həm 

işıqlı  səma  ruhlarından,  həm  fərqli  nəsnələrin  qoruyucusu  olan  ruhlardan,  həm 

də  bütün  canlı  aləmə  zərər  verən  pis  ruhlardan  fərqləndirmişdir.  Atalar  kultu 

inancı  istisnasız bütün türk və moğol xalqlarında mövcud olmuş və  islamiyyət-

dən sonra türk milli-mədəni sistemində qeyb-ərənlər və ya övliya kultu adı altın-

da varlığını qoruya bilmişdir. Əcdad ruhları  çox zaman Tanrıya kəsilən qurban 

mərasimlərində  xatırlanır  və  onların  da  ruhlarına  qurbanlar  deyilir.  Məsələn: 

türklərin payızda Göy Tanrıya və əcdad ruhlarına qurban kəsdikləri tarixi  mən-

bələrdən  bəllidir.  Bu  qurbanların  əksəriyyəti  əcdad  ruhlarının  olduğu  inanılan 

ata mağaralarında kəsilirmiş. Qurbanın kəsilməsinin əsas məqsədi sosial nizamı, 

kosmik tarazlığı qorumaqdan ibarət olmuşdur (1, 210). 

I cildin X bölməsi “Göy Tanrı dini-mifoloji sistemi” adlanır. Bu bölmədə 

göstərilir  ki,  türk  mifologiyasının  ana  mövzusu  olan  Göy  Tanrı  dini-mifoloji 

sistemi bu günə qədər ən çox araşdırılmış və yenə də ən çox tədqiq edilməsi la-

zım  olan  problemlərdən  biridir.  Göy  Tanrı  və  ya  tanrıçılıq  dini  mifoloji  sistem 

kimi ümumi dil birliyi dövründən yəni proto türk və ya Altay dil dövrü dediyi-

miz  dönəmdən  bəri  mövcuddur.  Göy  Tanrı  ifadəsinin,  şübhəsiz,  ilkin  mənası 

göy üzünün hakimi anlayışı olmuşdur. Dünyanın 3 təbəqədən ibarət olan mode-

lində Göy Tanrının əsasən yuxarı dünya ilə bağlı olmasına baxmayaraq onun hər 

üç dünyaya təsiri şübhəsizdir. Orxon-Yenisey  yazılarında adı qeyd olunan Göy 

Tanrı və ya Türk Tanrısı dəqiq zamanı və məkanı bəlli olmayan yüksək tapınma 

kultu  olmuşdur.  Şamanlığın  geniş  şəkildə  yayılması  ilə  əlaqədar  olaraq  bir  az 

arxa  plana  keçən  Göy  Tanrı  inancı  daha  çox  mifoloji  mətnlərdə  və  etnoqrafik 

ədəbiyyatlarda öz varlığını qoruya bilmişdir. Ancaq həm şamanlar, həm də digər 

adi  türklər  bütün  ruhlardan  yuxarıda  Tanrı  adlı  mütləq  varlığın  mövcudluğunu 

qəbul etmişlər. 

Bu bölmədə həmçinin türk mifologiyasında Göy Tanrının antropomorflaş-

dırılması, kosmik yaddaşda Göy Tanrı və Deus Otiosus problemi, antropomorf-

laşdırıldığı zaman Tanrının  simvolları, Göy Tanrıya qurban vermə  mərasiminin 

dini  mifoloji  xüsusiyyətləri,  bu  qurbanların  dəyərləndirilməsi,  qurban  ritualının 

etnoqrafik təsviri, qurban ritualının dini-mifoloji əlaqəsi, Tanrı termininin fono-

morfoloji  xüsusiyyətləri,  Tanrı  sözünün  etimologiyası  məsələlərindən  də  bəhs 

edilmişdir. Yekun olaraq qeyd olunmuşdur ki, türk  mifoloji şüurunda Tanrı  in-

sanları  fəlakətdən  qoruyan,  bol  nemət  bəxş  edən  ata  kimi,  böyük  kimi  görün-

müşdür.  Onun  böyüklüyü  əzəməti  bütün  səmanı  əhatə  etməsi  ilə  təsdiq  olunur. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə