Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə32/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         81 

 

 



Bacarmadı süd-qatığı yeməyi, 

Acığım tutdu keçən il satdım inəyi. 

İndi öyrənibdi qonşuları gəzməyi, 

Çəpərdən salubdu yol bizim arvad. 



Söyləyici:  Dadaş  Mansurov:  1923-cü  il  təvəllüdlü,  4-cü  sinif  təhsilli, 

Ostair kəndi 

 

DÜNYA 

 

Dünya, səndə bir etibar görmədim. 

Adəmi, Həvvanı neynədin, dünya? 

Azdırdın Habili, vurdu Qabili, 

Saldın nahaq qanı, neynədin, dünya? 

 

Dünya, sən yalansan, yalan, 



Bəzirqannar soyub, salırsan talan. 

Allahın yolunda Zülfüqar çalan, 

Əli tək imamı neynədin, dünya? 

Söyləyici:  Dadaş  Mansurov:  1923-cü  il  təvəllüdlü,  4-cü  sinif  təhsilli, 

təqaüdçü, Ostair kəndi 

 

YARDIMLIYA GƏL 

(Qoşma) 

Sərin su içməgə, can bəsdəməgə, 

Min ilham almağa Yardımlua gəl. 

Qəlbində ən böyük arzularınla, 

Gülüb-şad olmağa Yardımlua gəl. 

 

Gəl, burda açılar toyun-büsatun, 



Gülər gözəlliklə, həyatun, vaxtun. 

Böyüy xoşbəxdiylər gətirər baxtun, 

Xoş arzu bulmağa Yardımlua gəl, 

 

Xalqımız yenə verib əl-ələ, 



Mingəçevir işıq verir hər yerə. 

Masallı, Leriki demirəm hələ, 

Səfalı yaylağa Yardımlua gəl. 

 

Viləşin üsdünnən keçirsən hər an, 



Sərin bulağlardan içirsən hər an. 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         82 

 

Gülağa, yubanma, tez keçir zaman, 



Çalıb-oxumağa Yardımlua gəl. 

 

İNCİYƏR 

(Gəraylı) 

Naşı bağban girmə bağa 

Yarpağ düşər, gül inciyər. 

Gəl toxumma, göy budağa, 

Dəymə ona, əl inciyər. 

 

Hər axşamın səhərisən, 



Alagözlüm, dilbərimsən. 

Şirin dillə dindirməsən, 

Dodaq küsər, dil inciyər. 

 

Gəl zəhmətdən uzağ olma, 



Məhəbbətdən uzağ olma. 

Hər günü boş yola salsan, 

Ay sevinməz, il inciyər. 

 

Pənah deyər: hər vaxdı sən, 



Sinən üsdə sazını sən. 

Mizrab vurub dindirməsən, 

Sazındakı tel inciyər. 

 

AŞIQLIQ HAQQINDA 



 

Deyir: 


– Aşığlığ neçə şeydən ibarətdir? 

Deyir: 


– 3 şeydən. 

Deyir: 


– Hansıdı? 

Deyir: 


– Birinci ağız, ikinci barmağ, uçuncu ayağ. Ağızdan çıxanı barmağ çalma-

lıdı, barmağdan çıxanı ayağ oynamalıdı. 

 

İGİDLİK HAQQINDA 

 

Koroğluya sual verillər: 

– İgiddiy neçə şeydən ibarətdi? 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         83 

 

Deyir: 



– Üç şeydən. 

Deyillər: 

– Hansılardı? 

Deyir: 


– Gördün düşməni, öldür. İgiddiyin birinci şərti, nişanası elə budu. İkinci, 

gördün düşmən güc gəlir, qaç qutar. Üçüncü, gördün düşmüsən tora, şirin dilnən 

canını qutarsan, bunun özü də elə bir igiddihdi. 

 

GÖZƏLLİK HAQQINDA 

Şairə sual verillər: 

– Şair, gözəlliy neçə şeydən ibarətdir? 

Deyir: 


– 14 gözəlliy, 32 zinət. 

Deyiblər: 

–Bəh-bəh, aşığlığın,  igiddiyin üç şərtdi oldu, noldu, bu gözəlliyin 14  şərt 

oldu? Bunun mənasını de. 

Deyib: 

– 14 hörügü ola, dal gərdənə tökülə, torpağa düşə. Ucu əlif-lam yaza. Yed-



disini o əvəzdiyir. Yeddisi də: oturmağ, durmağ, danışmağ, alçağdan danışmağ, 

ucadan  gülməy,  quba-qaz  kimi  qanad  çala-çala  yeriməy,  pəri  nə  pəri,  evlər  yı-

xan,  mərdimazar, gəl  məni gör, dərdimnən öl. Yeddisini də bu əvəz eliyir. İndi 

də hörüy saxlamıllar. Ama zənənin gözəlliyi hörüyündədi. 

   

 

 



 

 

 



QIFILBƏND 

 

O nədir ki, əlləri var yeddi min? 



Hər əlində barmağları yeddi min. 

Hər barmağda buğumları yeddi min. 

Hər buğumda qələm çalar yeddi min. 

Onu nə sən görərsən, nə də mən. 



Açması: Cəhənnəm mələyi   

 

  



 

QIFILBƏND 

   


 

 

O nədü ki, dayanıbdu dayaxsız? 



O nədü ki, boyanıbdu boyaxsız? 

O nədü ki, doğar əlsiz-ayaxsız? 

Üç ay keçər ayağı var, əli var. 

O nədü ki, qanadında xalu var. 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         84 

 

Açması:  



 

 

 

O göydü ki, dayanıbdu dayaxsız. 

O Günəşdü boyanıbdu boyaxsız. 

Qurbağadu – doğar əlsiz, ayaxsuz. 

Üç ay keçər ayağı var, əli var. 

Kəpənəkdü – qanadında xalu var. 

 

QIFILBƏND 

 

O nədü ki, göydən yerə sallanır? 



O nədü ki, hər nə versən allanur? 

O nədü ki, əl-ayağunnan nallanır? 

Aşıq Samı, al cavabını verginən. 

 

Açması: 

O yağışdu göydən yerə sallanır, 

O uşağdu hər nə versən allanır. 

O atdu ki, əl-ayağınnan nallanur, 

Ver sualın, al cavabın sən indi. 



 

HƏSƏNİN MEYXANASI 

 

Bizdə Həsən addı bir qavalçalan olub. Müharibə vaxtında yaxşı qavalçala-



nıdu, həm də  igid adamıdu, Allah rəhmət eləsin. Onun bir oğlu da vardu – Hə-

sənağa. Mən onu özümnən toylara da aparardım. İndi o Biləsuvarda mollalığ eli-

yür. Bu Həsənin bir meyxanası vardu. Onu mən deyim: 

 

Oturmuşdum əvdə mən, 



Bayır-baca qar idi. 

Mənim də sənin kimi, 

Bir yoldaşım var idi. 

 

Lapdan qapı döyüldü, 



Vayınkom tərəfinnən. 

Yoldaşdarımnan biri, 

Qapuya tərəf yüyürdü. 

 

Paviskanı verdilər. 



Başımı maşına verdilər. 

Hamamda çimdirdilər. 

Diviziya – eşalonda, 

Fronta göndərdilər. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə