Dədə Qorqud ● 2014/IV 45
Hər bir xalqın yaratdığı folklor nümunələri özlüyündə unikaldır və o bir
kod kimi həmin xalqın mifik düşüncəsində kök salaraq, onun milli psixologi-
yasından xəbər verir. Bu da sirr deyil ki, hər nə qədər unikallıq olsa da, xalqları
bir-birinə yaxınlaşdıran süjet və onun komponentləri, motivləri olmuşdur.
Ayrılıqda xüsusi məna kəsb etməyib, mətn daxilində simvolik əhəmiy-
yətə malik olan, digər ədəbi komponentlərin meydana gəlməsində dominant
rol oynayan motiv insan şüurunda stimulverici mövqedə dayanır və o, bu
şüurun məhsulu olan bədii əsərin strukturunda hadisələrin ardıcıl, məntiqi
düzülüşünə təkan verib, onu nizamlayan hər hansı bir detaldır. Bədii ele-
mentlərin çoxçeşidliliyi bir-birindən fərqlənən müxtəlif motivlərin yaranmasını
şərtləndirir.
Hər bir sahənin öz motivi, hərəkətverici qüvvəsi vardır ki, onlar da bu sa-
hənin spesifik məqsədlərinə xidmət edən ideyalar modelini bərqərar edir. Motiv
bir-birindən tədric olunmuş, səpələnmiş elementləri bir bütov ad altında cəmlə-
yərək birləşdirir və mövzu ilə əlaqələnərək, onunla eyni mənada təzahür edir.
Motivə bədii sürət, təhkiyədəki ifadə, səs və fiziki hərəkətlər kimi mətnin başqa
elementləri də daxildir. O, mücərrəd şəkildə özünü göstərən mövzu vasitəsilə
rəmzləşərək konkretləşir. Eyni zamanda süjetin ən bəsit, sadə hissəciyi olan mo-
tivdən əsərin individual detallarının təsviri üçün də istifadə olunur. Təbii ki, hər
bir əsərin süjet strukturunda aparıcı − ana motiv vardır və o, əsərdə çatdırılacaq
ideya ilə birbaşa əlaqəlidir. Bir ədəbi motivdə bütöv bir mətnin struktur kom-
ponentləri özünü göstərə bilər. Eynilə bir motiv yeni bir motivi şərtləndirə bilər.
Bədii əsərdə hər hansı bir motivin meydana gəlməsi, baş tutması üçün ilk olaraq
onu şərtləndirən səbəb olmalıdır.
Səfər motivi tarixi düşüncəni epik ənənə ilə sıx bağlayan, onları birləşdi-
rən motivlər fəzasıdır. Təbii ki, sözügedən motiv tarixi səciyyə daşıyaraq, qədim
türkün ictimai, siyasi, dini baxışlarını, psixoloji və mədəni sferasını yəqin etmək
üçün tarixi qaynaqdır. Bu ele bir elementdir ki, mütləq özünü hər hansı bir dav-
ranış tərzində, hərəkətdə göstərməlidir. Motiv informativ səciyyə daşıyır, bu və
ya digər məlumatı kodlar şəklində istər süjetdən süjetə, istərsə də süjet daxilində
ekspozisiyadan finala kimi istiqamətləndirir. Bu baxımdan, səfər motivi də poe-
tik yoldur, istiqamət və üsuldur.
Bu daha çox irihəcmli epik janrlarda − nağıl və dastanlarda tez-tez rast gə-
linən motiv olub, digər motivləri də şərtləndirməkdə dominantlığı ilə xarakterizə
edilir. Tədqiqatçıların yalnız epizodik olaraq bəhs etdiyi səfər - spesifik seman-
tikaya malik olan və islamaqədərki türk mifoloji düşüncə tərzi, digər tərəfdən isə
təsəvvüfi görüşlərlə bağlı olan motivdir. Bu isə özlüyündə motivi sosial, mifo-
loji və fərdi aspektlərdən yanaşıb təhlil etməyə doğru istiqamətləndirir.
Epik folklor nümunələrində səfər motivini aşağıdakı kimi təsnif etmək
mümkündür:
Dədə Qorqud ● 2014/IV 46
1. Reallaşma formasına görə; reallaşma forması dedikdə, biz edilən sə-
fərlərin hansı yollarla gerçəkləşməsini nəzərdə tutururuq. Səfərlərin istiqamətlə-
rini nəzərə alsaq, bu formaya aşağıdakı yolları aid etmək olar:
a) yaraqlanıb, atlanaraq edilən səfər. Bu, səfər motivinin mətnin ilk
oxunuşunda aydın nəzərə çarpan formasıdır. Şübhəsiz, türk mifik düşüncəsində
at həmişə igidin dostu, qardaşı və köməkçisi kimi verilir və onun vasitəsilə iki
dünya − qaranlıq və işıqlı aləm, xaos və kosmos arasında əlaqə yaradılır. Çox
zaman isə səfərə təkbaşına gedən igidə el ağsaqqalı, müdrik insan və ya ata tə-
rəfdən at hədiyyə olunur. Bu da igidin xilaskarı rolunda çıxış edən atın güclü ol-
masına və uzaq məsafələri qısaltmaq gücünə işarədir.
b) yuxu vasitəsilə. Epik janrda səfər motivini şərtləndirən bir sıra detallar
var ki, onlardan biri də prof. Azad Nəbiyevin janr adlandırdığı yuxulardır. Yuxu
əsrlər boyu öz aktuallığını qoruyub saxladığından bu gün də folklorşünas alimlər
tərəfindən kifayət qədər tədqiq olunmaqdadır. Mətnin istər məzmununa, istərsə
də mifopoetik strukturuna kök salmış yuxu səfərəçıxmada da önəmli detal olub,
xüsusi araşdırma tələb edir. Folklor mətnində heç bir detal kortəbii olmayıb ha-
disələrin ümumi gedişində müəyyən rol oynayır. Bu motiv ayrı-ayrı janrlarda
bəzən baş, bəzən də epizodik rolda çıxış edərək, əsasən, hadisələrin düyünlən-
məsində özünü göstərir. Yuxu fərdin özünüdərkinin təzahür forması olmaqla
xaos və kosmos arasında keçid funksiyası daşıyır.
c) quyu vasitəsilə. Xüsusilə, məhəbbət dastanlarında sınağa çəkilən aşiqin
tez-tez quyulara atıldığını görürük. Bu quyu bəzən içi zəhərlə dolu olub qəhrəmanın
düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Quyu keçid funksiyasını daşıyır. Bu keçid
ölüm və yaşam, xaos və kosmos arasındadır. Məsələn, “Abbas və Gülgəz”
dastanında Abbasın iki dəfə quyuya atılması və müqəddəs qüvvə tərəfindən xilas
olunması, “Koroğlu” dastanının “Koroğlu ilə Bolu bəy” qolunda adıçəkilən obrazın
quyuya atılması və dəlilərdən biri − İsabalı tərəfindən xilas olunması dediklərimizə
sübutdur. Təbii ki, bu siyahını artırmaq da mümkündür: “Tahir və Zöhrə”, “Seydi
və Pəri”, “Şah İsmayıl” və s. Bu detal dastanlarımızda olduğu kimi nağıllarımızda
öz əksini tapmaqdadır: “Məlikməmməd”, “Hatəmin nağılı” və s.
Quyu xaosdan kosmosa və ya əksinə olan keçidi mikro səviyyədə təcəs-
süm etdirir.
d) dərya, bulaq və ya küfül (yeraltı su yolu) vasitəsilə. “Şəms və
Qəmər”, “Qızıl Qoç”, “Oxxayla Əhməd”, “Tapdıq” və s. kimi nağıllarımızda bu
yolla qəhrəmanlar mifik səfər edirlər. “Koroğlu” dastanında böyük əhəmiyyət
kəsb edən “Qoşabulaq” isə xüsusi araşdırma tələb edir.
2. Məqsədinə görə; yuxarıda qeyd etdiyimiz kimi, hər bir səfərəçıxmada
məqsəd önəmlidir. Bu, səfərin hansı sonluqda yekunlaşacağını şərtləndirir. Məq-
sədinə görə səfərləri 3 qrupa ayırmaq olar:
a) aşiqin sevgilisinə qovuşmaq üçün getdiyi uzaq səfər;
b) müəyyən ictimai toqquşmaları özündə əks etdirən hərbi səfərlər;