Dədə Qorqud ● 2014/IV 47
c) ov ovlamaq üçün edilən səfərlər; sonuncu tip səfərlərdə bəzən yuxarıda
(a və b bəndlərində) adı çəkilən səfərlərə zəmin yaradılır. Belə ki, bəzi hallarda
qəhrəman ov səfəri zamanı gözələ aşiq olur, ona qovuşmaq üçün öz yurdunu
tərk edir (bu, yəni qəhrəmanın öz yurdunu tərk etməsi gözəlin hansı məkanda ol-
masından da asılıdır). Birinci tip səfər daha çox məhəbbət dastanlarında, nağıl-
larda, ikinci tip səfər, xüsusilə, qəhrəmanlıq dastanlarında, üçüncü tip səfər isə
epik növün bütün irihəcmli janrlarında özünü göstərə bilər. Bir sıra dastanları-
mızda məqsədinə görə edilən səfərlərin hər üçünə (a, b, c ) kompleks şəkildə də
rast gəlmək mümkündür.
3. Səfərə çıxan qəhrəman subyektinə görə; bu araşdırmalar zamanı hər
bir əsərə, onun baş qəhrəmanına individual şəkildə yanaşmaq lazımdır. Belə ki,
“Dədə Qorqud kitabı”nda səfər edən obrazlar yüksək zümrədəndirlərsə, “Koroğ-
lu” dastanında paşalar istisna olmaqla, Koroğlu və onun dəliləri bu təbəqəyə aid
deyil. Məhəbbət dastanlarında və nağıllarda isə səfər edən hər iki təbəqənin nü-
mayəndələrinə rast gəlmək olar. Burada maddi baxımdan imkanı az olan şəxs-
lərin, zəhmətkeş aşiqlərin imkanlı ailələrin və yaxud, paşa və bəylərin qızlarına
aşiq olması, istəklərinə öz ağıl və bacarıqları hesabına nail olmaları göstərilir.
Məhəbbət və qəhrəmanlıq dastanlarında səfərəçıxmada niyyət fərqli olduğundan
həmin qəhrəmanların üzləşdiyi problemlər də fərqli olur.
4. İstiqamətinə görə isə səfərləri
horizontal və vertikal olmaqla iki qrupa
ayırmaq mümkündür. Burada vertikal səfərlər mətnin alt qatlarında inikas
olunan mifik səfərlərdir.
5. Reallaşma məkanına görə; məlum olduğu kimi folklorun irihəcmli
epik əsərlərində edilən səfərlər məkan baxımından ya xaosda, ya da kosmosda
cərəyan edir.
6. Motivin əsasında dayanan mifik-mistik, dini görüşlərə görə təsnifat.
İlk olaraq, səfərin epik əsərlərin süjet strukturundakı mövqeyi və onun lek-
sik idiom kimi hansı mənanı ifadə etməsi düşündürücüdür. Motivin epik janra
gəlişinin konkret zamanı haqqında fikir söyləmək qeyri-mümkün olsa da, onun
süjet daxilindəki erkən təkamülündən və tələb olunan motiv kimi sabit mövqe-
yindən bəhs etmək mümkündür. Qədim dövrdə insanlar erkən bədii yaradıcılıq-
da primitiv motivlər yaratmaq iqtidarında olmuş və ya ayrı-ayrı detallar hələ
mükəmməl motiv şəklinə düşməmişdir. Adi detal kimi səfər motivi də ilk olaraq
insanların əsatiri görüşlərində formalaşmışdır. Bu, hər şeydən əvvəl, qədim insa-
nın dünya haqqındakı ilkin təsəvvürlər sistemi olub, onun həqiqət axtarışlarının
nəticəsi idi. Belə ki, hər bir etnos öz sivil mədəniyyətinin əsasını qoymamışdan
əvvəl mifopoetik sözü yaratmış və mifik dünya modelini formalaşdırmışdır.
Məhz buna görə də hər hansı bir motivin epik janrda tutduğu mövqeyini araşdı-
rarkən onun tarixinin mifik təfəkkür süzgəcindən keçdiyini unutmaq olmaz.
Bu motivin ədəbi janrlarda özünə yer alması, hər şeydən əvvəl, sosial-iqtisadi
səbəblərdən qaynaqlanır. Tarixə nəzər salsaq, görərik ki, sinifli cəmiyyət yarandıq-
Dədə Qorqud ● 2014/IV 48
dan sonra milli maraqlar, diplomatik və işğalçı münasibətlər zəminində səfərlər
ənənəvi bir hal almışdır. İbtidai insanı bir ərazidən digərinə aparan ilkin səbəb onun
qida axtarışları idi. Tayfaların formalaşması, onların müxtəlif etnik qruplara ayrılıb
yeni ərazilərə köç etməsi və etnosların başqa ərazilərə tarixi axını vahid süjet və
motivlərin yaranmasının əsasını qoydu. Daha sonra istər böyük fateh İsgəndərin
istilası, istər ərəb işğalları, istərsə də səlib yürüşləri siyasi səfərlərin sayını artırmış-
dır ki, bu da, öz növbəsində, şifahi poetik dilə təsirsiz ötüşməmişdir.
Səfər motivinin geniş yayılaraq epik mətnin strukturunda möhkəmlənmə-
sində İslam dininin, İslam düşüncəsinin böyük rolu olmuşdur. Cahiliyyə dövrün-
də sözügedən motiv mövcud olsa da, o, sırf İslamın bərqərar olunmasından son-
ra el arasında geniş yayılmışdır. Belə ki, Hz Məhəmməd (ə.s) və onun davamçı-
larının, imamlar və xəlifələrin islamı yaymaq və s. səbəblərdən irəli gələn səfər-
ləri artıq qədim dövr insanının səfərlə bağlı kifayət qədər biliyinin olduğunun
göstəricisidir. Məhəmməd peyğəmbərin “Səfərə çıxın, gəzin, sağlam olun, ruzi
qazanın” (6.119) kəlamı fikirlərimizi bir daha təsdiq edir.
Ərəb leksikonuna nəzər salsaq, görərik ki, səfər “sa fa ra” kökündən olub,
səyahət, səfər etmək, hərbi sahədə yürüş və daha sonra sübh çağı, dan yeri mə-
nalarını ifadə edir. Digər tərəfdən hicri təqvimində Məhərrəm ayından sonra
ikinci ay “Səfər ayı” hesab edilir. Sözü gedən ayın niyə səfər adlandırılması da,
maraq doğurur. Bununla bağlı bir sıra rəvayətlər vardır. Bir sıra alimlərin fikrin-
cə, bu, “sıfır”, bəzi alimlərin nəzərincə isə “sarı” sözündəndir. “Sıfr, yəni boş”
kəlmələrindən olması buna görədir ki, Məhərrəm ayında müharibələr edilmə-
diyindən, bu ay bitən kimi insanlar müharibəyə gedər və nəticədə evləri boş qa-
lardı. Digər mülahizələrə görə, aylara ad verilərkən payız fəsli olduğundan hər
tərəf sarı imiş və ya müharibə zamanı qılınclar havaya qalxanda günəş şüası on-
ların üzərinə düşərmiş və hər tərəf sarı rəngə boyanarmış. Bizim leksikonumuz-
da hər iki ad eyni səslənsə də, əslində onlar ayrı-ayrı köklərdəndir. Demək, təd-
qiqata cəlb etdiyimiz səfər lüğəvi mənada döyüşə getmə, yola çıxma, səyahət
anlamlarını bildirir.
“Sıfır” və “boş” kəlmələrinin səfərə çıxma ilə əlaqəsi də maraq doğurur.
Epik əsərlərdə səfərə çıxan şəxs geri qayıtma imkanının ola bilməyəcəyini nə-
zərə alıb, sanki bu yolda hər şeyi sıfırdan başlayır və səfər zamanı, demək olar
ki, əliboş yola çıxır. Obrazın səfər etdiyi coğrafi məkan əksər hallarda bəlli olur.
Lakin nəzərdə tutulan məkana gedib çatmaq olduqca təhlükəli hesab edilir. Bu
zaman qəhrəman müəyyən çətinliklərlə üzləşməli və qalib şəklində geri dönmək
üçün müxtəlif sınaqlardan keçməli olur.
7. Hərəkət dinamikasına görə; Səfər, tarixi qədimliyi ilə seçilməklə ya-
naşı, özünün təkamül prosesində əsərin süjet strukturunun daimi gözəçarpan
motividir. Motivin hərəkət dinamikasına nəzər salsaq, onu şərti şəkildə aktiv və
passiv olmaqla 2 qrupa ayıra bilərik: