Dədə Qorqud ● 2014/IV 122
Türklər etdikləri hər iş üçün Tanrıya hesab verir və etdikləri hər yaxşı işi Tan-
rının adına yazmışlar. Güc və qüdrətlərini də Tanrıdan aldıqlarına inanırdılar. O
hər zaman hər yerdə türkün başı üstündədir. Çünki bütün göy qübbəsi Tanrıdır.
Sonsuz bir məkanda və ya məkansızlıqda olan Tanrı həmçinin sonsuz bir zaman
və ya zamansızlıqda mövcudluğunu sürdürməkdədir (1, 213).
XI bölmə “Türk mifologiyasında astral kult” adlanır. Bu bölmədə qeyd
olunur ki, astral kultun türklərdə geniş yayılması atlı-köçəri dünyagörüşü ilə
əlaqəli olmuşdur. Heyvan saxlamaqla məşğul olan bir millətin astroloji bilikləri
ən azından gündüzləri və gecələri heyvan sürülərini otlaqdan ağıla, yazlıqdan
qışlağa apara bilmələri üçün kömək edəcək qədər olmalı idi. Səma ilə bağlı
sifahi ədəbiyyatlarda, qayaüstü rəsmlərdə və piktoqramlarda Ay haqqında yetə-
rincə məlumatın olması bir zamanlar Ay mərkəzli inanc sisteminin türklər tərə-
findən qəbul edilmiş olması ilə əlaqəli olduğunu düşünməyə əsas verir. Türk
mifologiyasının ən qədim qatlarından birini təşkil edən Ay inancı əski dünyanın
demək olar ki, bütün xalqlarında mövcud olmuşdur. Ay mərkəzli inanc sistemi
bu astral kultun əvvəlki zamanlardakı tanrı kimi təsəvvür edilməsinin qalığıdır.
Zaman-zaman Günəş mifinin populyarlıq qazanması Ay mərkəzli inanc siste-
minin arxa plana keçməsi ilə nəticələnmişdir. Hətta nəticədə Ay mərkəzli inanc
sistemi öz yerini Günəş mərkəzli inanc sisteminə vermişdir. Ancaq bu zamana
qədər Ay tanrı kainatın tək gücü olmuşdur. Bu da Ayın dünyamıza yaxın olması,
səmada yerini və şəklini dəyişməsi, gecələri çıxmaqla yeri işıqlandırması ilə
bağlı olmuşdur.
Burada həmçinin göstərilir ki, Ay Tanrı inancı türklərin ana yurdu olan
Xəzər dənizi ilə Aral gölü arasında geniş bir məkana yayılmışdı. O zamanın
türkləri ayı “göy saqqallı buğa” şəklində təsəvvür edirmişlər. Bunu Türkmənis-
tan bölgəsində Altın təpə qazıntıları zamanı tapılmış və alnında yaqutdan dü-
zəldilmiş Ay təsviri olan qızıl buğa başı da isbat etməkdədir. Türk mifoloji sis-
temində, əsasən, Dəmir Kazık (Qütb ulduzu), Dan ulduzu, Çoban ulduzu, Böyük
ayı bürcü, Ülkər, Karvanqıran ulduzu, Samanyolu və s. astral görüşlərin sıra-
sında yer almaqdadır. Bununla bərabər qədim türklər planetlərdən Qaraquş ola-
raq adlandırdıqları Yupiteri, Erlik və ya Yaruk ulduz olaraq adlandırdıqları
Veneranı və Marsı da tanımaqda idilər (1, 276).
I cildin XII bölməsi “Göy Tanrıdan antropomorflaşmış şaman tanrısı Ül-
genə keçid: türk mifologiyasında demiurq problemi” adlanır. Bu bölmədə gös-
tərilir ki, şamanlığın türklər arasında geniş yayılması ilə Altay-Sayan xalqları
(altaylılar, tuvalılar, xakaslar, teleutlar və s.) arasında ən çox yayılmış və məşhur
tanrı səviyyəsinə Bay Ülgen ucalmış oldu. Zaman-zaman Ülgen Göy Tanrı inan-
cını sıxışdırmağa və onun yerini almağa başladı. Göy Tanrı ilə heç bir əlaqəsi
olmayan və Göy Tanrıya kəsilən qurban mərasiminə qatılmayan şamanlar Ülge-
ni onun yerinə keçirməklə ruha kəsilən qurban mərasiminin də əsas iştirakçısına
çevrilmiş oldular. Ülgenin türk mifoloji düşüncəsində yer almadığı, Şaman fol-
Dədə Qorqud ● 2014/IV 123
klorunun obyekti olduğu bu hami ruhun qədim və orta çağ yazılı qaynaqlarında
adının çəkilməməsi ilə də təsdiqlənir. Digər tərəfdən Orta Asiya və Sibir türkləri
Ülgen adında tanrı və ya qoruyucu ruh tanımamışlar. Hətta bəzi güney Altay
soyları baş Tanrı olaraq Ülgeni tanımır və ona sitayiş etmirlər. Ülgeni baş Tanrı
hesab edən digər Altay Sayan xalqlarının inancına görə də o mütləq qüdrət
sahibi olan Kögö Mönkönün / Kege Mengenin (Göy Tanrının) oğludur. Şaman-
ların Ülgenə müraciətlə söylədikləri duada, alqışda Ülgenin Kögö Mönkö tərə-
findən yaradıldığına önəm verilir.
F.Bayat bu barədə araşdırmaların yekununda belə bir nəticəyə gəlmişdir
ki, Ülgen Tanrı deyil, demiurqdur. Hətta şamanlar onu baş Tanrı səviyyəsinə
qədər yüksəltmiş olsalar da, onun daha yüksək bir Tanrı olan Kögö Mönkö tərə-
findən yaradıldığı fikrini etiraf edirdilər (1, 322).
I cildin XIII bölməsi “Şaman mifologiyasının təqdim etdiyi bir ölüm ruhu
– Erlik və ya Erklik” adlanır. Sözügedən bölmədə qeyd olunur ki, mifoloji sis-
temlərdə həyatın və ölümün tanrıları olaraq təsəvvür olunan varlıqlar əsasən
dualist düşüncənin məhsulu kimi qəbul olunurlar. Antropomorflaşmış ölüm ruhu
olan Erlik türk mifologiyasında ən çox şaman miflərinin aktual mifoloji obrazı-
dır. Əsasən, ölüm mələyi olan və ya ölülər dünyasını idarə edən mifoloji varlığın
türk mifologiyasında qədim halda qalmamasının bir səbəbi də şaman dünyagö-
rüşünün qəbul edilmiş dinlərə qədər sərgiləmiş olduğu sosial-mədəni baxışla
bağlı olmuşdur. Əski türk düşüncəsinə görə ölənlər bir qayda olaraq Erlikin mə-
kanına aparılmışdır. İstər tarixi qaynaqlardan, istərsə də etnoqrafik qeydlərdən
məlum olur ki, Erlik insan oğlunun ömrünü müəyyən etməmiş, sadəcə öləndən
sonra günahkar olanların ruhlarını yeraltı dünyaya aparmışdır. Başqa sözlə, Erlik
ölüm hökmünü verməmiş, sadəcə hökmü yerinə yetirmişdir.
Bu bölmədə həmçinin göstərilir ki, Erlik və ya Erklik ad variantları ilə
mövcud olan ölüm mələyi şamanlığın inanc sisteminə daxil olmuş və hər nə qə-
dər əkizlər mifi ilə bağlı olsa da, əsasən, Ülgenə əks mövqeyə gətirilmişdir. Türk
mifoloji sisteminin yaradılış hekayəsini, törəyiş fəlsəfəsini, esxatoloji düşüncə-
sini mənimsəyən şamanlıq Erliyə kosmoqonik mifdə xüsusi bir yer ayırmışdır.
Göy Tanrının yaradıcılıq xüsusiyyətləri Ülgenə köçürülmüş və işıq Ülgenin si-
masına yaraşdırılmışdır, qaranlıq pislik və ölüm isə Erlikin xüsusiyyətləri kimi
təqdim edilmişdir. Türk şamalığının bu ziddiyyətlər haqqında anlayışları qərb
alimləri tərəfindən dualist düşüncə kimi qəbul olunmuşdur. Türk mifologiyası
qaranlıqla işığın, həyatla ölümün əbədi mücadiləsi üzərində qurulmamışdır. Belə
ki, türklərin zidd anlayışlara təbii mövcudluq kimi baxdıqları qaynaqlarda da
təsdiq edilməkdədir. Dualizm köçəri türk şüuruna zidd olduğu üçün Ülgen-Erlik
əlaqələrini də dualizm baxımından araşdırmaq yanlışdır. Şaman mifologiyasının
güclü təsirinə məruz qalmış Ülgenlə Erlik demiurq və anti-demiurq funksiyasını
öz üzərlərinə götürmüşlər. Bunlar bir-birinə müttəfiq olan əkizlər qütbündə de-
yil, bir-birinə düşmən olan iki qardaş qütbündə dayanmışlar. Bu mücadilə yara-