Dədə Qorqud ● 2015/I I 77
Oni içər dərvişlər,
Allah-Allah demişlər,
Allah dedim oyandım,
Sufralara boyandım,
Əlif-Quran başidur,
Cümləmizin işidur.
Kim bu duayi oxusa,
Yarın cənnət quşudur (1,27).
Xalq məişətimizdə xəstəliklərin dəfi ilə bağlı ovsunların yaranmasında da
islam düşüncəsindən gələn “formullu mətnlər” daha cox xarakterikdir:
Yataram sağıma,
Dönərəm soluma,
Sığınnam sübhanıma.
Bizdən salam olsun
On iki imamımıza.
Hasarbahasar olsun,
Üstü təbəərək Allah.
Mələhlər şahid olsun
Dinimizə və imanımıza.
Yeddi məleykəyə salam olsun.
Əvvəli əlhəmdullah,
Kilidi qülvhəllah.(22)
İslam övliyaları, din xadimləri, ayrıca peyğəmbər və onun əshabələrinin
xalq şeirində obrazlaşdırılması onların möcüzə və müqəddəsliklərinə olan inam
və etiqaddan irəli gəlməkdədir. Müşahidələr göstərir ki, Məhəmməd peyğəmbər
və Əli ibn Əbu Talub xalq şeirində xüsusilə ehtiramla yad edilib, onlara pənah
aparılmaqdadır. Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni olan Əli İslam
tarixinin ən ziddiyyətli simalarındandır. Möminlər arasında cəsurluq, xeyirxah-
lıq timsalına çevrilən övliya şiəlikdə Məhəmməd hakimiyyəti və Allahla əlaqə-
nin bilavasitə varisi kimi qəbul olunmuşdur. Xalq arasında toplanan onlarla
rəvayətlərdə də Əli Məhəmmədin gizli meraclarından xəbər tutan, hətta Məhəm-
məddən öncə Allahla kəlmələşib, peyğəmbərlə meracda süfrə arxasında əyləşən
bir övliya olaraq əfsanələşdirilir. Bu baxımdan Məhəmməd peyğəmbər və Əliyə
səslənməklə ondan mədəd umma xalq bayatılarında daha geniş şəkildə yayıl-
mışdır:
Dərvişəm, kəskülüm var,
Əzizim çək, məni çək,
Bir bağda beş gülüm var.
Dizindən çəkməni çək.
Səslərəm mövla “Əli”,
Düşdüm qəm dəryasına
Sən anan müşkülüm var (21).
Ya Əli, çək, məni çək (20).
Dədə Qorqud ● 2015/I I 78
Aftafa vurdum daşa,
Qum qovrula, su daşa
Ya “Məhəmməd”, ya “Əli”
Yazılıbdır bu daşa (20).
Həzrəti Əlinin xalq rəvayətlərində simvollaşdırılan əsatiri qılıncı (xəncər,
bıçağı) ovsun nəğmələrinin məzmununa qoşulmaqla öz sakral gücünü əfsun,
sehri dağıtmaq, məhv etməkdə xüsusi obraza cevrilir. Xalq məişətində “Qurd
ağzı bağlama” və “İlan duası” ilə bağlı alınan ovsunlar bu baxımdan xarakterik-
dir:
Qurd-qurd kiş-kişi ,
İlan-ilan əfiya
Bağladım qurdun dişin,
Mən yelənnəm səfiya,
Mən də yurda safiyə,
Kəlağayı kiş -kişi,
Qurd mənə afiyə,
Bağladım ilan dişi,
Həzrəti Əlinin bıçağı
Fatma ananın saçağı,
Həzrət Əlinin xancar-pıçağı (20).
Fatma anamızın saçağı (20).
İslam tarixi və mifologiyasının xalq şeirində yer aldığı mühüm tərəflə-
rindən biri də zaman, vaxt anlayışının poetikləşməsidir. Bədii sənətdə, ümumiy-
yətlə zaman anlayışı real və mifoloji zaman ölçülərinə görə fərqləndirilir. Zama-
nın bədiiliyi daha çox onun demoramasiya olunmuş şərtiliyinə əsaslanır. Fəlsəfi
kateqoriya olan zaman bu mənada mifoloji funksiyada çıxış edir. Din tarixi və
mifologiyasında zaman obrazının xalq şeirində işləkliyi real və magik ölüçüləri
ilə seçilməkdədir. İkinci bir tərəfdən, mifoloji zaman, vaxt anlayışı İslamda
böyük tarixi gün – Qiyamətlə ifadə olunur. İslam mifologiyasında ölümdən son-
rakı həyat-axirətə inam və onun təbliği başlıca yer tutur. Qiyamət (yer kürəsi,
kainatın dağılıb məhv olması), həşr (ölənlərin təkrar dirilməsi), məşhər (insan-
ların Allah qarşısında mizan-tərəziyə çəkilməsi), axirət (hər kəsin əbədi cənnət,
yaxud cəza – cəhənnəmə göndərilməsi) əsasında yaradılışın qayə, hikmət və də-
lilləri İslam əxlaq, mənəviyyat məsələlərində başlıca yer tutur. İslamın insan,
mənəviyyat və cəmiyyət məsələlərini əhatə edən ölümdən sonrakı həyatın
mifoloji məkan, obraz və s. xalq lirikasının poetikasında mühüm tərəflərindən
birini təşkil edir.
İslamda “məhv olma”, “dağılma”, “hər şeyin süqutu” anlamında Qiyamət
əsas əqidə prinsiplərindən olmaqla İslam mifologiyasında bütün insanlar, cinlə-
rin dirilib məhşərdə toplandığı, insanların bədən üzvlərinin onların əməllərinə
şahidlik etdiyi əməl günü olaraq göstərilir.
Qiyamət, eləcə də ona bağlı, “axirət”, “həşr”, “məhşər” kimi islami ele-
mentlər xalq şeirində simvolik şəkildə “konstruksiyalaşdırılan məna və mo-
del”də çıxış edir. Əşya, hadisə simvolunun mahiyyətini araşdıran Losev qeyd
edir ki, “əşyanın simvolu onun əksidir, amma passiv, ölü əksi deyil, özündə
gerçəkliyin gücünü və qüdrətini daşıyan əksidir, çünki bir dəfə alınan inikas
Dədə Qorqud ● 2015/I I 79
şüurda işlənir, fikirdə təhlil olunur, hər cür təsadüflərdən və qeyri-vacib cə-
hətlərdən təmizlənir, inikas həddinə əşyanın ancaq hissi tərəfi kimi deyil, daxili
qanunauyğunluğu kimi çatır” (19, 31). Bu mənada insan mənəviyyatı, ağıl,
ehtirasdan yol alan “xeyir və şər”in ayrılan zaman, məkan yığını “Qiyamət” ob-
razında ümumiləşdirilərək simvollaşır.
Qeyd edək ki, xalq şeirində “qiyamət”, “məhşər” əsasən ayrılıq, vüsal
motivləri üzərində qurulan lirik şeirlərin strukturunda yer almaqdadır. Mifoloji
görüşdə haqq-ədalətin Qiyamətlə tarazlaşması, Qiyamət gününə inam əslində
insanın Dünyanın idarə olunmasındakı dini-fəlsəfi baxışlarını sistemləşdirir.
Yəni davamlı dünyalardan olan – işıq, qaranlıq, xeyir, şərdən keçən insanın
Qiyamətdə dirilməsi öz əməlləri ilə yeni ruhi aləmə qovuşmasıdır. Qiyamət bu
baxımdan “üsul əd-din” in əsaslarından olmaqla sünnilər və şiələr üçün ilk dörd
ehkamdan biridir. Xalq lirikasında Qiyamət mifoloji zaman, vaxt olaraq
mifopoetik formulda fərqli məzmun, poetik strukturda çıxış edir. Xalq şeirində
Qiyamət ilk növbədə uzaq tarixi vaxt və zamandır. Bu zamanın qəbulu insanın
dərin psixoloji sarsıntısı və üzüntüsünün mübaliğəylə poetikləşməsindən qay-
naqlanır:
El getdi, binə qaldı,
Yurdları yenə qaldı.
Təbriz, sənlə görüşüm,
Qiyamət günə qaldı.(20)
Təbriz ayrılığı, psixoloji ovqatının dərinliyi, ümid və ümidsizliyi bayatıda
bilavasitə “Qiyamət”in mifoloji kökü ilə birləşir. Vətən həsrəti – Təbrizlə görüş
yaşanan real zamanın içərisində ümüdsizlik, ayrılıq vəd edir. İkinci bir tərəfdən,
real zamanın insan ömrü üçün dayandığı vaxtdan Qiyamətə dönüşdə isə qovuş-
ma ümüdü var. Verilən bayatıda həsrət, itkinin poetikləşdirilməsi bilavasitə qi-
yamətin mifoloji mənası üzərində qurulmuşdur. Mifoloji aspektdə Qiyamət –
simvolik işarə kimi yalnız bir mənaya malikdir. Mifoloji baxışın bədii yaradıcı-
lıqda – məcaz sisteminə qoşulması ilə çoxsaylı poetik görüntüləri ifadə edə bi-
lər. Mifopoetik sistemdə Qiyamətin simvol anlayışı ilkin və vacib olmaqla bila-
vasitə obrazın mifoloji təfəkkürdə yaranma, mənalandırılan spesifikliyinə bağlı-
dır. Bu baxımdan bayatılarda Qiyamətin obrazlaşdırılması ikinci bir tərəfdən
sevgi lirikası, mənəvi-əxlaqi problemlərin motivi üzərində aparılır. Sevgi, mə-
həbbət mövzulu bayatılarda Qiyamət aşiqin qısqanclığı, məşuqəyə istəyinin po-
etik formulu kimi çıxış edir:
Mən aşiq özgəsinə,
Eləmi üzən günü,
Sığındım özgəsinə.
Asta bas üzəngini.
Qiyamət o gün qopar,
Qiyamət o gün qopar,
Yan baxsa özgəsinə (21 ).
Əl-əldən üzən günü (21).
Dostları ilə paylaş: |