Dədə Qorqud ● 2015/I I 84
metaforası hiyləgər, mələk metaforası gözəl, xoşxasiyyət, məlahətli adamın
səciyyəsi üçün olduqca əhəmiyyətlidir” (6, 120).
Mətn daxilində konkret məcazi ifadə edən dini-əsatiri anlayışların funksio-
nallığı bilavasitə onların mifoloji motivindən qaynaqlanır. Yəni, “şeytan”, “ib-
lis”ə bağlı əsatiri görüşlər imkan verir ki, bu xtonik qüvvələr metaforikləşmədə
məhz hiyləgərlik, daha geniş mənada «mənfi ekspressiya»da işlənsin. Konkret
olaraq İslam mifoloji motivlərinə bağlı mələklər aləmi xalq şeirində daha çox
“Əzrayıl” və “Şeytan”ın obrazlaşmasında təmsil olunur. Quran əsatir və əf-
sanələrdə “ölüm mələyi” adlandırılan Əzrayıl xalq şeirində bayatılar, xüsusilə
ağı mətnlərində geniş obrazlaşdırılır. Əzrayılın mifoloji düşüncədən gələn sim-
volu anlayışın işarəsi, onun strukturu, “emprik konkretliliyinə toxunmadan məna
obrazı ilə varlığı törədən” (6,121) qanunu olmaqla yanaşı, həm də xarici və
daxili ifadəsidir. Dini təsəvvürlər fizioloji aktda mələklərin uçması, quş kimi
hərəkət aktivliyini bildirir.
Can alan mələk – Əzrayılın da xarici-obyektiv obraz müəyyənliyi iri,
rəngbərəng lələklərlə bəzədilən qanadlı quş şəklində təsəvvür olunur. Uyğun
mifoloji təsəvvürlər xalq bayatılarında da eyni obrazlaşmada ifadə edilir:
Kömürdəndi,
Keçən gün ömürdəndi.
Əzrayıl canlı quşdu,
Caynağı dəmirdəndi (5, 196).
Əzrayılın Allahın tədbir və itaətində yaradılışın – insanların canını alması
mifoloji funksiyası ağıların poetik strkturunda müvafiq dini-əsatiri varlıqla bə-
diiləşir:
Dağlara çən gəlincə,
Əzizim, fənər keşdi,
Durmadım sən gəlincə.
Bu yolda fənər keşdi.
Əzrayıl canım alsa,
Əzrayıl sinəm üstə,
Ölmərəm sən gəlincə (5,163).
Qəlbindən nələr keçdi? (20).
Mifoloji obrazın poetikləşməsi hər bir bayatıda fərqli məna potensiyala-
rına bağlanır. Əzrayılın göyün uca mərtəbəsində əlində kitab insanların nə za-
man öləcəyini bəyan edən əsatiri səkildə oturub haqq-hesab aparması, müəyyən
olunan gündə onların canını almaq üçün «yerə enməsi» və s. mifoloji motivlər
folklorumuzda bayatı – deyişmədə maraqlı bir şəkildə verilmişdir:
Əzrayıl, əzmə dedim,
Əzrayilim əzəcəm,
Bacamda gəzmə dedim,
Bacanda da gəzəcəm,
Mənim canım cahıldır,
Vaxt, saat yetişdi,
Dəftərə yazma dedim (21).
Dəftərə də yazacam (21).
Mifoloji obrazın əsatir mətnlərində qorunan ilkin məna funksiyası poetik-
ləşmədə bir çox hallarda «ov», «ovçu» kimi funksional anlayışların məzmunun-
da verilir.
Dədə Qorqud ● 2015/I I 85
Bağımda var gavalı,
Başım olub havalı.
Əzrayıl ova çıxdı,
Mənə vurdu zavalı (5, 215).
Başqa bir tərəfdən Əzrayılın mifoloji funksiyası müqayisədə verilməklə
lirik mətnlərdə zülm, haqsızlığın ümumiləşdirilmiş motivinə işarələnir:
Mən Aşiq, bular imiş,
Əcəb çeşmə, sularımış.
Əzrayıl yalan imiş,
Can alan bular imiş (4,150).
Xalq şeirində obraza (Əzrayıl – M.M.Abbasova) çevrilmənin arzulanması
da maraqlı poetik axtarışlardandır:
Aşıqla tən olaydım,
Sazla ötən olaydım.
Əğyar canın almağa,
Əzrayıl mən olaydım (5,133).
Qeyd etdiyimiz kimi, bədii sənətdə «İblis», «Şeytan» xüsusilə geniş obraz-
laşmada ifadə olunur. Bu obraz bütövlükdə incəsənətə şər ruhlu qüvvə, demonik
varlıq olmaqla mifik təsəvvürün xəyali dünyasından obyektiv düşüncəyə daxil
olub, bəşəri ideyanın təbliği üsulunda reallaşır. İstər Qərb, istərsə də Şərq dini-
mifoloji mənbələrində Şeytanın əsatir görüntüsü demək olar ki, eynidir. İblis,
Şeytanın vətəni həmçinin bu mənbələrdə Babilistanla əlaqələndirilir. İblis vətəni
«...sonralar «İncil»də qəti olaraq formalaşan yahudi İblisi də öz mənşəyini Babil
əsatirindən alır. Lakin bir şərr dühası kimi İblis ideyasının inkişafı üçün ən
qədim və fəlsəfi zəmin dualizm – zərdüştlük sayılır. Biz burada artıq əslindən
dönmək şərrə, süqut edən nə cənnətdən qovulan ruha – İblis – mələyə deyil, ilk
və müstəqil başlanğıc olan şərrə, allah-şərrə Əhrimənə rast gəlirik» (14, 114).
Məlum olduğu kimi, mifologiya bütövlük, tamlıq təşkil edən iki əks tərə-
fin, qütbün qarşıdurmasından bərqərardır ki, bu sistemdə Xeyir və Şər anlayışı
genişdir. Qədim insan zamanla kosmosu xaos, ölümü həyat, təbiəti mədəniyyət-
lə və s. birlikdə götürmüşdür. Əslində mifologiyada İblis, Şeytan və s. Tanrının
deyil, ilk növbədə İnsanın özünün qarşıdurmasıdır. Təsadüfi deyildir ki, bu qüv-
vələr yalnız İnsan cəmiyyətində özlərini təsdiq edə bilir, Tanrıya qarşı mübarizə
aparır, İnsanın ağlına, inamına, əqidəsinə, mənəviyyatına sahib olmaq naminə
fəaliyyət göstərirlər.
Qeyd edək ki, «İblis» mifik obrazı bədii sənətdə, bütövlükdə əsatiri İblisə
bağlı deyildir. İblislik burada daha ümumiləşdirici məna qazanan simvolik ob-
razdır. A.Şaiq vaxtilə H.Cavidin «İblis» faciəsindən bəhs edərək yazırdı: «Ca-
vidin İblisi bildiyimiz əsatiri iblis deyildir. O, «atəşli müəmma» insanlara hər
fəallığı yandıran, vəhşətlərə sürükləyən maddi ehtirasatın, ona qida verən Qərb
mədəniyyətinin, «ağıl və fənnin» simvoludur (13,191). Deməli, mifoloji obraz
Dostları ilə paylaş: |