Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə17/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     40 
 
 
период «железной завесы» советской власти. Так, в его исследованиях проанализировано 
создание азербайджанских народных песен и танцев, их своеобразные свойства.  
В  своих  исследованиях  М.Х.Тюркегул  анализировал  историю  азербайджанской 
музыки, и освещал деятельность Абдулгадира Марагалы и Узеира Гаджибекова в данной 
области.  Кроме  того,  он  представил  сведения  о  предвзятом  отношении  к  музыке  в 
советское  время,  как  и  к  прочим  областям  народного  творчества,  и  затрагивал  песни, 
преданные забвению.  
Необходимо  отметить,  что  в  исследованиях  М.Х.Тюркегула  говорится  также  о 
мифах  и  легендах,  созданных  в  связи  в  песнями,  танцами  и  музыкальными 
инструментами.  
В  статье  анализируются  исследования  М.Х.Тюркегула,  связанные  с  турецко-
азербайджанской музыкой. 
Ключевые  слова:  азербайджанская  музыка,  танцы,  народные  песни,  советское 
время. 
 
Məsələnin  qoyuluşu.  Məqalədə  Azərbaycanın  istiqlalının  itirilməsindən 
sonra mühacirətə getmək məcburiyyətində qalsa da, Türkiyədə mübarizəsini da-
vam etdirən Mustafa Haqqı Türkəqulun elmi-nəzəri irsi təhlilə cəlb edilmişdir. 
İşin  məqsədi.  Mustafa  Haqqı  Türkəqulun  Azərbaycan  musiqisi  ilə  bağlı 
tədqiqatlarını tanıtdırmaq və xalq mahnılarının təbliği istiqamətində mühacir zi-
yalıların fəaliyyətini işıqlandırmaqdır. 
 
Xalq  musiqisi  mühacirət  folklorşünaslığının  nəzərdə  saxladığı  mövzular-
dan  biridir.  Türk  xalqlarının  musiqi  mədəniyyətinin  qədimliyi  və  zənginliyi  ilə 
bağlı  Azərbaycan  mühacirət  folklorşünaslarının  çox  maraqlı  və  maraqlı  olduğu 
qədər  düşündürücü  tədqiqatları  vardır.  Belə  ki,  M.Ə.Rəsulzadənin,  Ə.Cəfəroğ-
lunun,  M.H.Türkəqulun,  X.Aslanın,  Ə.Özərin  və  başqalarının  Azərbaycan  mu-
siqi sənəti və xalq mahnıları ilə bağlı araşdırmaları vardır. Mühacirət mətbuatın-
da mahnı mətnləri, bəzən də onların musiqisini təbliğ etmək üçün notları ilə bir-
likdə nəşr edilmişdir (9).  
Qeyd etmək  lazımdır ki,  “Cahan ədəbiyyatında türk qopuzu” (2) tədqiqa-
tında  Əhməd  Cəfəroğlu  türk  milli  musiqisinin  tarixi  inkişafı  ilə  bağlı  məlumat 
vermiş,  hətta  bir  miniatürə  əsasən  qədim  dövrlərdə  uyğur  türklərinin  müxtəlif 
musiqi alətlərinin və orkestrinin olması qənaətini bildirmişdir.  
Azərbaycan musiqisinin ən qədim izlərini xalq mahnılarının həm mətninə, 
həm  də  melodiyalarına  əsasən  müəyyənləşdirmək  mümkündür.  Bu  istiqamətdə 
çox əhəmiyyətli bir fakta M.Ə.Rəsulzadənin yaradıcılığında təsadüf edilməkdə-
dir. O, 1928-ci ildə İstanbulda çap etdirdiyi “Qafqazya türkləri” adlı tarixi-siyasi 
tədqiqatının  “Tarixə  bir  baxış”  adlı  ilk  bölümündə  “Kitabi-Dədə  Qorqud”  das-
tanlarının mötəbər tədqiqatçılarından olan Mehmet Fuad Köprülüzadə tərəfindən 
irəli sürülən eposun “mövzu etibarı ilə Azərbaycan sahəsinə aid olması” fikrinin 
düzgünlüyünü  sübut  etmək  üçün  şifahi  ədəbiyyatın  bu  gün  də  azərbaycanlılar 
arasında yayılmış olan bir janrına – xalq mahnılarına diqqət yetirməyi lazım bil-
mişdir. Belə ki, eposun “Qambürənin oğlu Bamsı Beyrək boyu”nun qəhrəmanını 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     41 
 
 
xatırladan  M.Ə.Rəsulzadə  yazmışdır:  “Dədə  Qorqud”  qəhrəmanlarından  biri-
sinin  eşqinin  dərəcəsini  göstərmək  üçün  sevdiyi  qıza  “bir  öpüb  üç  dişlədiyi”n-
dən  (Əslində  eposda  ifadə  “üç  öpüb  bir  dişləmək”  (3,  318,  336)  şəklindədir  – 
A.H.)  bəhs  olunur.  Bu  “miqyas”  müasir  azəri  xalq  ədəbiyyatında  hələ  qullan-
maqdadır” (5, 9).  
Maraqlıdır  ki,  M.Ə.Rəsulzadə  fikrini  oxucusuna  daha  aydın  ifadə  etmək 
üçün xüsusi olaraq çıxarışda “İrəvanda xal qalmadı” mahnısından: 
İrəvanda mən işlərəm,  
Xəncərimi gümüşlərəm,  
Bir öpər, üç dişlərəm, – 
misralarını xatırlamışdır (5, 9). 
M.Ə.Rəsulzadənin diqqət yetirdiyi bu fakt, bir tərəfdən, “Dədə Qorqud”un 
Azərbaycan sahəsinə aidliyi məsələsini təsdiqləyirsə, digər tərəfdən, bu gün belə 
dillər əzbəri olan bir mahnıda yaşayan tarixi əks etdirir. Xüsusən son dövrlərdə 
həmin mahnını Xan Şuşinskinin adı ilə bağlamaq üçün başqa əhvalatlar uyduru-
lur.  Bu  da  cox  qədim  bir  mahnının  tarixini  xeyli  cavanlaşdırmaqla  yanaşı,  İrə-
vanda  hələ  Dədə  Qorqud  zamanından  türk  etnoslarının  varlığını  ortaya  qoya 
biləcək bir faktın da üzərinə kölgə salmış olur.  
 Yeri gəlmişkən, sovet dövründən  başlayaraq, indinin özündə də bu  mah-
nının ifaçıları onu oxuyarkən, bilərəkdən, ya bilməyərək son misranı ixtisar edir-
lər ki, bu da yolverilməzdir. Əvvala, mahnı özünün ifadə zənginliyini və forma 
xüsusiyyətlərini,  yəni  həm daxili, həm zahiri gözəlliyini  itirir,  ikincisi  isə  məhz 
“Dədə Qorqud”la bağlılığını qeyb edir. Yəqin ki, elə bu mahnı da sosialist sen-
zura sisteminin qəzəbinə tuş gələndən sonra bu cür ifa edildiyindən müasir döv-
rümüzdə artıq, demək olar ki, son  misra unudulmuşdur. Lakin M.Ə.Rəsulzadə-
nin yuxarıda bəhs etdiyimiz mülahizələrinə bələd olduqdan sonra bir daha əmin 
oluruq  ki,  xatırlanan  həmin  misraya  yenidən  həyat  vermək  çox  vacibdir,  yoxsa 
tarixin  bir  izi  də  səhlənkarlıq  ucbatından  belə  silinəcəkdir.  Bundan  başqa, 
P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində bu mahnı “Yere-
vanda xal qalmadı” (1, 158) adı ilə təqdim edilmişdir ki, bu da sosialist sistemi-
nin məcburiyyətindən meydana gələn xəta kimi dəyərləndirilməlidir. 
Azərbaycan  musiqisilə  bağlı  mühacirətdə  ən  çox  araşdırma  aparanlardan 
biri  Mustafa Haqqı Türkəqul olmuşdur. Onun 1953-cü ildə  “Azərbaycan” (An-
kara) dərgisinin bir neçə sayında “Azərbaycan musiqisi” adlı tədqiqatı dərc edil-
mişdir. Dərgidə verilən izahatdan aydın olur ki, bu məqalə M.H.Türkəqulun An-
kara  Xalq  Evində  keçirilən  konfransda  etdiyi  məruzə  əsasında  hazırlanmışdır. 
Türkəqul  çıxışına  musiqinin  xalqların  varlığındakı  dəyərini  izah  etməklə  baş-
lamış, fikrini Pifaqorun, Əflatunun, Russonun, ingilislərin və başqalarının söylə-
diyi  aforizmlərlə  sübut  etməyə  çalışmışdır.  Belə  ki,  Əflatunun  “İdman  bədən 
üçün  nədirsə,  musiqi  insan  ruhu  üçün  odur”,  Pifaqora  görə,  “Musiqi  bir-birinə 
bənzəməyən müxtəlif səslərdən meydana gələn bir konsertdir” və ya C.Cabbar-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə