Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
61
cəmiyyətinin üzvləri bir-biri ilə  əmək  əlaqələri yaratmış, ümumi 
mənafe naminə  xərcləmək üçün öz şəxsi qazanclarının müəyyən 
hissəsini ümumi xəzinəyə vermiş  və ehtiyacı olanların tələbatını 
ödəmiş, zülm və haqsızlıq edənləri cəzalandırmış, bununla da bütün 
Şərq ölkələrində, o cümlədən Azərbaycanda ümumxalq rəğbəti qa-
zanmışdılar. 
XIV  əsrin məşhur  ərəb səyyahı  İbn Bətuta  şimali Afrikadan 
İspaniyaya, Anadoludan Hindistana və Çinə  qədər bir çox ölkələri 
gəzib dolaşaraq yazdığı məşhur “Səyahətnamə” əsərində göstərir ki: 
“Başqa ölkələrdən olan adamlara onlardan (Əxilərdən) daha qayğı-
keş, acları yedizdirməyə səy göstərməkdə, ehtiyacı olanların tələba-
tını ödəməkdə, zülmkarın  əlini kəsməkdə, yaxud ziyankar və pis 
adamlardan onlara qoşulanları  məhv etməkdə  onlardan  daha  tələs-
kən adamları dünyada tapmaq olmaz. Mən (İbn Bətuta) dünyada on-
lardan (Əxilərdən) əməlisaleh adam görmədim”. 
Böyük mütəfəkkir bütün əsərlərində  mənəvi kamillik, əmək-
sevərlik, insanpərvərlik və başqa yüksək  əxlaqi keyfiyyətlərlə ya-
naşı,  ən çox ədalətli hökmdar və ideal siyasi quruluş üzərində da-
yanmışdır. Şahlığın nüvəsini ədəbdə, adillik nişanəsini xeyirxahlıq-
da, ən böyük xəzinəni xalqa xidmətdə görən mütəfəkkir şair dövrü-
nün hökmdarlarını ədalətə səsləyirdi: 
 
Ədalət müjdəsilə cahanı şad eylə sən, 
İşlər gör ki, iş olsun, yurdu abad eylə sən! 
Ədalət təşnəsidir, inan bu gözəl diyar, 
Ədl ilə iş görənlər əbədi özül tapar. 
 
Öz türklüyü ilə daim fəxr edən böyük mütəfəkkir Türk haki-
miyyətini  ədalətin simvolu, “Türk” sözünü “gözəlliy”in sinonimi 
hesab etmişdir. Səlcuq İmperatorluğunun dağılmasında “müstəsna” 
rol oynayan, gününü eyş-işrətə sərf edərək keçirən, məmur və dar-
ğaları ölkədə özbaşınalıqlar törədən, xalqa zülm edən Sultan Səncə-
ri, etnik cəhətdən türk olsa da, onu türk yox, “yağmaçı hindu” ad-
landırır, təqribən iki yüz illik, nəhəng bir Türk imperatorluğunun 
parçalanmasını şair ürək ağrısı ilə qələmə alır: 


 
62
Dağ kimi ucalmışdı bir zaman Türk dövləti 
Sarmışdı məmləkəti ədaləti, şəfqəti. 
Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san, 
Demək, sən Türk deyilsən, yağmaçı bir hindusan... 
 
Dahi mütəfəkkirin dünyada şöhrət qazanmış ölməz “Xəmsə”si 
“İskəndərnamə” poeması ilə sona çatır. Əsərin “Şərəfnamə” adlanan 
birinci hissəsi Azərbaycan Atabəylər dövlətinin dördüncü hökmdarı 
Atabəy Məhəmməd Cahan Pəhləvanın oğlu Nüsrəddin  Əbubəkr 
Atabəyə, ikinci hissəsi – “İqbalnamə” isə Mosul Atabəylərindən İz-
zəddin Məsuda ithaf edilmişdir. 
Bütün əsərlərində olduğu kimi, bu əsərində də dahi şair bu iki 
türk hökmdarına mədhiyyələr yazmış, onlardan öz müdrik məslə-
hətlərini əsirgəməmişdir. Hər iki türk hökmdarı ilə qürur duyan şair 
Nüsrəddin  Əbubəkrdən bəhs edərkən göstərir ki, onda Cəmşiddən 
qılınc, Kəyumərsdən tac, Firudindən taxt, Keyxosrovdan ulduzların 
sirrini aşkar edən cam, Süleymandan parlaq üzük, İskəndərdən par-
laq bir güzgü ilə yanaşı, həm də onlarda olmayan altı xislət var: 
 
Hamıda insanlıq bir təbiətdir 
Bu başqa insandır, başqa xislətdir. 
…Hər yeni nemətdən dağıdır xalqa 
Neməti çay kimi axıdır xalqa. 
 
Əsəri ulu Tanrının adı ilə başlayıb Atabəy Əbubəkr Nüsrəddi-
nin adı ilə tamamlayan şair onu “Yeni İskəndər” adlandıraraq xeyir-
dua verir və yazır: 
 
Yaşasın padişah uca baxtıyla! 
Var olsun həmişə tacu-taxtıyla! 
… Bu taxta tək səni bəyəndi dövlət, 
Dünyada bəxtiyar bir sənsən, əlbət... 
 
Böyük mütəfəkkir Nizami Gəncəvi intibah mədəniyyətimizin 
zirvəsidirsə, Nizami yaradıcılığının zirvəsi, onun əzəmətli və ləya-


 
63
qətli yekunu “Şərəfnamə” və  “İqbalnamə”dən ibarət “İskəndərna-
mə” poemasıdır. Özünəqədərki bütün Şərq və Yunanıstan tarixini
elmi-fəlsəfi və dini irsini, görkəmli filosoflar, hökmdar və sərkərdə-
lərin həyat və fəaliyyətini dərindən öyrənən böyük şair bütün yara-
dıcılığı boyu onu düşündürən ictimai-siyasi həyat həqiqətlərini araş-
dırmış, insan və  cəmiyyət münasibətlərini öz fəlsəfi konsepsiyası 
əsasında aydınlaşdırmağa səy göstərmiş, bu ictimai problemlərlə 
bağlı suallara İskəndər surəti vasitəsilə cavab tapmağa çalışmışdır. 
Dahi  şair bütün əsərlərində olduğu kimi, “İskəndərnamə”də 
də feodal cəmiyyətində müşahidə etdiyi ictimai və mənəvi nöqsan-
ları ifşa edərək onları hansı yollarla aradan qaldırmaq haqqında dü-
şünmüş, feodal hakimlərə  təsir göstərmək və onları  ədalətə  çağır-
maq istəmişdir. Nizaminin elmi-fəlsəfi dünyagörüşünün  ən böyük 
qələbəsi ondadır ki, onun yaratdığı ədalətli hökmdar yalnız qılıncla, 
şəxsi şücaəti ilə deyil, elmlə, ağılla, zəka ilə qalib gəlir. İskəndər hə-
mişə öz ətrafına alimləri, filosofları toplayır, müxtəlif dillərdə olan 
kitabları yunancaya tərcümə etdirir, elmə qiymət verir, alimi, filoso-
fu hamıdan üstün tutur: 
 
…Ağıl hər bir sirrə yol tapsın deyə, 
O verdi fikrini elmə, biliyə. 
 
Şair öz qəhrəmanı İskəndəri bilici Bəlinasın dili ilə başa salır 
ki, dünyada taxt-tac, şöhrət və dövlət müvəqqətidir, daimi olan yax-
şı addır ki, bunu da yalnız yaxşı əməllərlə qazanmaq mümkündür. 
Bu fikirlər göstərir ki, dahi mütəfəkkir bütün ömrü boyu inam bəs-
lədiyi “ədalətli  şah”, “ideal hökmdar” konsepsiyasından  əl çəkir; 
əsərin ikinci hissəsini təşkil edən “İqbalnamə”də İskəndəri ideal cə-
miyyətə, xoşbəxtlər ölkəsinə aparıb çıxarır və bununla da təsdiq edir 
ki, bəşər cəmiyyətinin səadət dolu gələcəyi ədalətli şah konsepsiyası 
ilə deyil, ancaq maddi və mənəvi azadlıq ideyaları ilə bağlıdır. Şai-
rin təsvir etdiyi xoşbəxtlər ölkəsində düzlük və bərabərlik hökm sü-
rür, heç kəs yalan danışmır, acizlərə, dara düşənlərə kömək göstəri-
lir. Bu ölkədə hamının varı  bərabərdir, bütün mallar bərabər bölü-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə