Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə27/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 
83
Sultaniyyə mədrəsələrində təhsil pulsuz idi. Kərbas mədrəsə-
sində  təhsil alan tələbələrdən hətta 100 nəfəri yataqxana, “məkul” 
(yemək), “məlbus” (geyim) və sair lazımi vəsaitlə təmin olunurdu. 
Ş.M.Amolinin yazdığına görə, Sultaniyyə mədrəsələri F.Rəşi-
dəddinin rəhbərliyi altında tikilərək idarə olunmuşdur. Təbrizdə Rə-
be Rəşidi mədrəsələrində  təlim-tərbiyə  və maarif işlərinin zəngin 
təcrübəsini əldə etmiş F.Rəşidəddinin Sultaniyyə mədrəsələrinə rəh-
bərlik etməsi həmin mədrəsələrdə təlim işinin yuksək səviyyədə təş-
kil olunmasını bildirir. 
Ş.M.Amolinin qeydlərindən bizə çatdığı “Nəfayes əl-Fonun fi 
Ərayes əl-Oyun” adlı əsərindən məlum olur ki, o, özü həmin dövrün 
ensiklopedist alimlərindən biri kimi Sultaniyyə mədrəsələrində təd-
rislə  məşğul olmuşdur. Amoli həmin  əsərində, demək olar ki, icti-
mai və dəqiq elmlərin əsas sahələrindən, o cümlədən riyaziyyat, nü-
cum, fizika, kimya, psixologiya, pedaqoqika, ədəbiyyat, dilçilik, ta-
rix, ilahiyyət və sairədən bəhs etmişdir. 
Qeyd etmək lazımdır ki, “Nəfayes  əl-Fonun fi Ərayes  əl-
Oyun” kitabı mövzu və quruluşu etibarı ilə dərs vəsaiti formasında 
tərtib olunmuşdur. Həmin kitabda o zamankı ali məktəblərdə (məd-
rəsələrdə) tədris olunan bütün elmlər şərh edilmişdir. Buna görə də 
XIV əsr Azərbaycan mədrəsələrində və ümumiyyətlə, Yaxın və Or-
ta  Şərq mədrəsələrində  tədris proqramlarını müəyyənləşdirməyə, 
eləcə  də o zamankı  tələbələrin bilik səviyyələrini təsəvvür etməyə 
“Nəfayes əl-Fonun fi Ərayes əl-Oyun” əsəri imkan verir. 
 


 
84
AZƏRBAYCANDA DÜNYƏVİ MƏKTƏBLƏRİN 
YARANMASI TARİXİ 
(VIII – XVIII əsrlər) 
 
VII  əsrdə  ərəb hakim dairələrində belə bir ümumi rəy hökm 
sürməkdə idi ki, “islam keçmişi (yəni özündən  əvvəlki elmi irsi) 
məhv etməlidir”. VIII əsr islam ideoloqlarından  Əbd ür-Rəhman 
Ozai (706 – 773) yazırdı: “Peyğəmbərin ardıcılları tərəfindən deyi-
lənlər elmdir, ondan başqa nə varsa, elm deyil”. Buna görə  də 
“Peyğəmbərin ardıcılları Rum və  İran üzərində  qələbə çaldıqdan 
sonra belə bir qənaətə gəldilər ki, “…Qurandan başqa heç bir kitab 
oxunmasın”. Bu tələb ərəblərin qələbə çaldığı ölkələrdə dövlət qə-
rarı kimi tətbiq edilirdi. Lakin Quran hələ yazılı  mətnlər və kitab 
şəklində tərtib edilmədiyindən, ilk ərəb ibtidai məktəblərində Quran 
ayələrinin və duaların şifahi öyrənilməsi, əzbərlənməsi təhsilin məz-
mununu təşkil edirdi. Bu vəziyyət  ərəb istilasının ilk dövründə 
Azərbaycanda “məktəb” adı ilə fəaliyyət göstərən müsəlman tədris 
ocaqlarında təkrar olunurdu. Bu cəhətdən, müsəlman ibtidai mək-
təbləri ilk inkişaf dövründə Zərdüşt ibtidai məktəblərinə çox oxşa-
yırdı. 
Ərəb imperiyası milliyətcə  ərəb olmayan xalqların mədəniy-
yət və elmi irsini məhv etmək niyyətində olsa da, buna nail ola bil-
mədi.  Ərəb istilası müxtəlif xalqları vahid islam dövlətində birləş-
dirdi; Yunanıstan, Roma, Bizantiya, Hindistan, eləcə  də Yaxın və 
Orta Şərq xalqları mədəniyyətlərini bir-birinə yaxınlaşdırdı. Bu və-
ziyyət islam alimlərinin gərgin fəaliyyəti hesabına elmi düşüncənin 
qarşısıalınmaz yüksəlişi ilə  nəticələnərək  ərəb irticasını geri çəkil-
məyə məcbur etdi. Həmin dövrdə islam alimləri bir-birinə qarşı du-
ran iki dəstəyə ayrıldılar: 1) Əshab-e hədis (bunlar öz tədqiqatların-
da hədis və rəvayətlərə istinad edirdilər); 2) Əshab-e rəy (bunlar əql 
və məntiqi əsas götürürdülər). Bu baxımdan islam maarifində elm-
lər iki əsas qrupda cəmləşdirilmişdi: 1. Ülum-e mənqul (dini elm-
lər); 2. Ülum-e məqul (dünyəvi və qismən də dini elmlər). Bu hadi-
sə təhsilin məzmununa təsir göstərməyə bilməzdi. VIII əsrdən təhsil 


 
85
də dini çərçivədən müəyyən qədər kənara çıxmağa imkan taparaq, 
bir sıra dünyəvi fənləri əhatə etmişdir. IX əsrin ikinci yarısından eti-
barən bu vəziyyət Azərbaycan, İran və Orta Asiya xalqları içərisin-
də daha qabarıq şəkildə gözə çarpır. IX-X əsrlərdə kimya, təbabət, 
coğrafiya, riyaziyyat, nücum və fəlsəfə üzrə dünya şöhrəti qazanmış 
əsərlər yazılmışdır (Əl-Xarəzmi, M.Z.Razi və  Əbu Nəsr Farabinin 
əsərləri bu qəbildəndir. Bu əsərlərdən bəziləri riyaziyyat və təbabət 
üzrə Avropa universitetlərində uzun müddət yeganə dərs vəsaiti ki-
mi istifadə edilmişdir). Bu dövrdə dünyəvi elmlərin təhsili və təbliği 
sahəsində Bəsrə şəhərində təsis edilmiş “Exvan üs-Səfa” cəmiyyəti-
nin fəaliyyəti Azərbaycan maarifi tarixində diqqəti cəlb edir. Cə-
miyyətin rəhbər heyətini təşkil edən beş nəfərdən biri, Əbdülhəsən 
Əli ibn Zəncani azərbaycanlı olmuşdur. Hicri 970-ci ildə cəmiyyət 
tərəfindən 51 risalə yazılıb bütün islam ölkələrində, o cümlədən 
Azərbaycanda yayılmışdır. Risalələr riyaziyyat, təbiiyyat,  əqliyyat 
(ictimai elmlər), ilahiyyat bölmələrindən ibarət dörd sahəni  əhatə 
edirdi. “Exvan üs-Səfa” müəllifləri bir sıra təlim-tərbiyə məsələləri-
nə toxunmuşlar. O cümlədən, idrak və  təlim məsələsi ilə  əlaqədar 
olaraq, təlim prosesinin mərhələlərindən danışmışlar. “Hesab bütün 
elmlərin anasıdır” – deyə, təhsilin hesabdan başlanması  zərurətini 
qeyd etmişlər. Risalələrdə deyilir: “Şagird hesab elmini bilməsə, 
heç bir elmi başa düşməz, başa da düşsə, onun mahiyyətini dərk et-
məz…”. 
Risalələrdə həndəsə, nücum, məntiq, təbiiyyat, tibb, fəlsəfə və 
nəhayət, ilahiyyat elmlərinin öyrənilməsi məsləhət görülür. Beləlik-
lə, “Exvan üs-Səfa” cəmiyyəti tərəfindən təbliğ edilən tədris planın-
da dünyəvi elmlər birinci sıraya çəkilmişdir ki, bu da X əsrdə əqli 
tərbiyə sahəsində mütərəqqi dairələr tərəfindən irəliyə doğru atılmış 
mühüm addım idi. 
Əbu  Əbdullah Məhəmməd Xarəzminin 976-cı ildə yazdığı 
“Məfatih ol-olum” adlı kitabında verilmiş elmlərin təsnifatından 
məlum olur ki, X əsrdə Orta Asiya, Qafqaz və İranda təhsil fənləri, 
əsasən, aşağıdakı hissələrə ayrılmışdır: 
a) Ülum-e Şərife (fiqh, kəlam, nəhv, ədəbiyyat, tarix); 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə