Đnflyasiya, faiz, valyuta məzənnəsi Dr. Cihan Bulut, Nəsimi Kamalov
arasındakı münasibət və Azərbaycan
31
Valyuta məzənnəsinin ortaya çıxışı yuxarıda anlatıldığı kimi
sərbəst valyuta bazarında valyuta təklif və tələbi tərəfindən müəyyən
edilməkdədir. Ancaq, tətbiqatda hər ölkədə sərbəst valyuta bazarı
olmadığından valyuta məzənnəsinin ortaya çıxmasına dövlət tərəfin-
dən müdaxilə edilməkdədir. Valyuta məzənnəsinun ortaya çıxışında
bu müdaxilənin ölçüsünə görə fərqli xarakteristikalara və nəticələrə
sahib üç cür valyuta məzənnəsi sistemi mövcuddur. Bunlar; a) elastik
valyuta məzənnəsi, b) sabit valyuta məzənnəsi və c) bağlı valyuta
məzənnəsidir. Bunlardan sabit və elastik məzənnə sistemi bir-birinin
ziddi kimi görünsələr də təməldə hər ikisi də beynəlxalq ödəmələr
yönündən sərbəst bazar mexanizmasının ünsürləridir. Bağlı məzənnə
bunlardan fərqli və beynəlxalq ödəmələr yönündən sərbəst bazar
mexanizmalarından deyildir. Elastik məzənnə sistemində pul siyasə-
tini həyata keçirən səlahiyyətli orqanlar (qeyd: bundan sonra pul
səlahiyyətliləri) bəlli bir pul siyasəti ortaya qoysa da valyuta
məzənnəsi təklif və tələbə görə avtomatik olaraq ortaya çıxdığından
bir valyuta məzənnəsi siyasəti yoxdur. Pul həcmi pul səlahiyyətliləri
tərəfindən daxili olaraq müəyyən olunur. Sabit məzənnə sistemində isə
pul səlahiyyətliləri valyuta məzənnəsini müəyyənləşdirərkən pul
tarazlığı avtomatik olaraq müəyyənləndiyindən bəlli bir pul siyasəti
yoxdur. Sabit məzənnə sistemində pul həcmi ödəmələr tarazlığı
tərəfindən müəyyən olunur. Yəni bir ölkənin rəsmi valyuta rezervi
artdığında pul həcmi artmaqda tərsində azalmaqdadır. Bu iki sərbəst
bazar valyuta məzənnəsi sistemində pul siyasəti ilə valyuta məzənnəsi
arasında bir uyuşmazlıq və ödəmələr tarazlığında böhran olmaz.
Çünkü elastik və sabit məzənnə sistemlərində bazar gücləri mali hərə-
kətləri avtomatik olaraq bərzbərləşdirdiyindən ödəmələr tarazlığı böh-
ranları önlənməkdədir. Prinsip olaraq elastik və sabit məzənnə rejim-
ləri eyni dərəcədə seçilməklə bərabər qeyd edilməlidir ki, elastik
məzənnə rejimi pul səlahiyyətlilərinin və monetar istiqrarın zəif olma-
sı səbəbiylə inkişaf etməkdə olan ölkələrdə yaxşı işləməməkdədir.
71
Valyuta bazarındakı təklif və tələbə görə ortaya çıxan tarazlıq
məzənnəsində, ölkənin puluyla əlaqədar olaraq bazarda bir artıqlıq və
71
Steve H. Hanke, “Some Reflections on Currency Boards” Central Banking,
Monetary Policies and the Implication for Transition Economies, Edited by
Mario I. Blejer, Marko Skreb, Kluwer Boston, Academic Publishers, 1999, pp. 341-
343.
Dr. Cihan Bulut, Nəsimi Kamalov Đnflyasiya, faiz, valyuta məzənnəsi
arasındakı münasibət və Azərbaycan
32
ya əksiklik yoxdur. Çünkü belə bir fərqlilik tarazlıq məzənnəsinə təsir
edəcəkdir. Məsələn, tarazlıqdakı dollar/mark məzənnəsində ABŞ-ın
Alman mal və xidmətlərinə olan tələbindəki artım Alman markına
olan tələbi artıracağından bazar qurucuları olan ticarət bankları
markın dolar qarşısındakı məzənnəsini artıraraq yeni bir tarazlıq
məzənnəsi ortaya çıxacaqlar. Bunun yerinə Alman şirkət və investor-
larının daha artıq ABŞ mal və varlığını satın almaq istəməsi dollara
olan tələbi artıracaq, dollar qarşısında markın dəyər itirməsinə səbəb
olaraq tarazlıq dollar/mark məzənnəsi dəyişəcəkdir. Əslində tarazlıq
valyuta məzənnəsi, təklif və tələbdəki dəyişmələrə bağlı və bərabər
zamanlı olaraq mütəmadi dəyişməkdədir.
Tarazlıq valyuta məzənnəsindəki dəyişiklikdə təsirli olan başqa
bəzi faktorlar da vardır. Bunlar: inflyasiya hədlərindəki, faiz
hədlərindəki, gəlir səviyyəsindəki fərqliliklər və dövlətin həyata
keçirdiyi müdaxilələr kimi faktorlardır. Đnflyasiya həddi yüksək olan
ölkənin digər ölkə mallarına və buna bağlı olaraq pullarına tələbi
yüksək olacağından bazara sürəcəyi yerli pul miqdarı artacağından
tarazlıq valyuta məzənnəsi əleyhinə dəyişəcəkdir. Daha əvvəl də
açıqlandığı kimi faiz hədlərindəki fərqlilik, investorları faiz həddinin
yüksək olduğu ölkəyə çəkəcəyindən bu ölkənin puluna olan tələbi
artıraraq tarazlıq məzənnəsini ölkə lehinə çevirəcəkdir. Gəlir səviy-
yəsinin yüksək olması başqa ölkə mal və xidmətinə yönəlik tələbi
artıracağından valyuta bazarında yerli pulun təklifini artıraraq taraz-
lıq valyuta məzənnəsini azaldacaqdır. Əlavə olaraq dövlətin mərkəz
bankı kanalıyla aparacağı birbaşa müdaxilələr və ya inflyasiya, faiz,
gəlir kimi faktorlara təsir edərək həyata keçirəcəyi dolayılı müdaxi-
lələr tarazlıq valyuta məzənnəsinə təsir göstərəcəkdir.
72
Fərqli valyuta rejimlərində müəyyən edilən məzənnələrdəki
inkişaflar qısa və uzun dönəmdə müxtəlif faktorların təsirində qala-
raq ortaya çıxmaqdadır. Qısa dönəm valyuta məzənnələri bir çox
dəyişkən faktor tərəfindən təsirlənməkdə olub bu faktorların təsir
yönünü tam olaraq əhatə edən bir model ortaya çıxarmaq olduqca
çətindir. Uzun dönəmdə isə bu dəyişmələrin yönünü və təsirinin nə
olacağını bir az daha yaxşı anlamaq mümkün olmaqdadır. Məsələn,
72
Jeff Madura, Financial Markets and Instıtutions, Second Edition, West Publishing
Company, New York, 1992, pp. 328-330.
Dostları ilə paylaş: |