Đnflyasiya, faiz, valyuta məzənnəsi Dr. Cihan Bulut, Nəsimi Kamalov
arasındakı münasibət və Azərbaycan
65
Beləcə Patinkin, qiymət və maaş elastikliyində qiymətlərin
düşməsi ilə xarici pul dəyərindəki dəyişmələrin iqtisadiyyatda tam
məşğulluq tarazlığını təmin edəcəyini göstərmişdir. Burada qiymət-
lərin düşməsi ilə MB-nın bazara sürdüyü pul və istiqraz dəyər-
lərindəki dəyişikliklər və bunların xərclərə təsiri nominal və real faiz
hədlərinə təsir etməkdədir. Xüsusilə istiqraz faizləri qiymətlərdəki
düşüşlə bərabər artmaqda, insanların gəliri və xərclərini artırmaq-
dadır. Qiymətlərin düşməsi nominal faizləri azaltarkən real faizləri
artırmaqdadır.
6. Milton Friedman və Digər Modern Miqdar
Nəzəriyyəçilərinin Analizi
Miqdar nəzəriyyəsi pul, milli gəlir və qiymətlər arasında özünə
məxsus və bəsit bir əlaqə quraraq əsrlərdir iqtisadi ədəbiyyatda yer
almışdır. Tarixi olaraq Qədim Yunan dönəminə qədər uzanan miqdar
nəzəriyyəsi, ən qədim iqtisadiyyat nəzəriyyələrindən birisi olan 16-cı
əsrın ortalarındakı Đspanya Salamanka Məktəbi Skolastik yazıçılarının
əsərlərində də özünü göstərməkdədir. Pul təklifiylə qiymətlər ümumi
səviyyəsi arasında düz mütənasib bir əlaqənin var olduğunu söyləyən
nəzəriyyə, bir tərəfdən bu əlaqənin tam və eyni nisbətdə olması
mövzusunda qəti bir fikirdə ikən, digər tərəfdən də daha ilıq bir
versiyanı bərabərində inkişaf etdirmişdir. Məsələn, Amerikalı iqtisadçı
Đrving Fisher (1867-1947) pul miqdarındakı bir artışın eyni nisbətdə
qiymətlər ümumi səviyyəsində artışa səbəb olacağını söylərkən Đsveçli
iqtisadçı Knut Wicksell (1851-1926) pul miqdarındakı artışların bazar
faiz həddi ilə təbii faiz haddi arasındakı ələqayə görə qiymətlərə təsir
göstərəcəyini söyləmişdir.
139
Miqdar nəzəriyyəsi, 1930-lardakı böyük iqtisadi böhranla
birlikdə önə çıxan keynesyən iqtisadiyyatın əksik məşğulluq səviy-
yəsi və bundan çıxış yolları ilə əlaqədar siyasət açıqlamalarının geri-
sində qalmışdır. Ancaq, 1960-lı illərdəki pul ilə əlaqəli mövzularda
yaşanan müzakirələr bu nəzəriyyəni yenidən gündəmə gətirmişdir.
Xüsusilə Milton Friedmanın 1956-da (studies in the quantity theory
of money) və 1959-da (the demand for money some theoretical and
empirical results) yazmış olduğu məqalələr bunda təsirli olmuşdur.
139
Thomas M. Humphrey, “Fisher and Wicksell on the Quantity Theory” Economic
Quarterly, Federal Reserve Bank of Ricmond, Volume 83/4, Fall 1997, p. 71.
Dr. Cihan Bulut, Nəsimi Kamalov Đnflyasiya, faiz, valyuta məzənnəsi
arasındakı münasibət və Azərbaycan
66
Friedman, milli gəlir səviyyəsini müəyyənləşdirən ən önəmli fakto-
run pul və pul siyasətləri olduğunu önə sürən bir qrup monetarist
iqtisadçının fikir lideridir. Bu monetarist iqtisadçıların öndə
gələnlərindən bəziləri; Karl Brunner, Allan Meltzer, Phillip Cagan,
David Laidler, Michael Parkin, William Poole, Anna Schwarz,
Robert Barrodur.
140
Milton Friedman klassik miqdar nəzəriyyəsinin əksinə əldə
pul tutmanın fürsət məsrəfinə (faiz gəliri və inflyasiya) olduqca
önəm vermişdir. Bu səbəblə Friedmanın keynesyən ənənəyə yaxın-
laşdığını düşünənlər belə olmuşdur. Ancaq, Friedman Times Jurnalı-
na verdiyi bir reportajda bu düşüncələrin cavabı olaraq “biz keynes-
yən üslub və vasitələrdən istifadə edirik amma, başlıca keynesyən
nəticələri qəbul etmərik” ifadəsini işlətmişdir. Friedman monetarizm
ilə keynesyən düşüncə arasındakı fərqləri bu şəkildə göstərmişdir:
141
1 - Keynesyənlər faiz həddinin tamamilə deyil, əsasən pul təklif və
tələbi tərəfindən müəyyən edilən monetar bir hadisə olduğuna inanır-
lar. Monetaristlər isə faiz həddinin borc verilə bilən fondların təklif və
tələbi tərəfindən müəyyən edilən real bir hadisə olduğuna inanırlar.
2- Keynesyən düşüncədə faiz hədlərindəki bir dəyişimənin məc-
mu kapital qoyuluşları üzərində bir təsiri yoxkən, monetarist düşün-
cədə önəmli bir təsiri vardır. Bu fərqlilik böyük nisbətdə keynesçi və
moneta-rist düşüncələrdəki qısa və uzun dönəmli yönəlişləri əks
etdirməkdədir.
3- Keynesyən düşüncədə iqtisadiyyat üzərindəki təsirləri səbəbiylə
maliyyə siyasətləri pul siyasətlərinə görə daha önəmli olduğundan
seçilməkdədir. Monetarist düşüncə isə geniş ölçüdə bazar mexaniz-
ması içində inkişaf edən qaydaya əsaslanan bir pul siyasəti tətbiqatını
seçməkdədir.
4- Keynesyənlər, iqtisadi durğunluqları bazar iqtisadiyyatının xa-
rakteristik istiqrarsızlıqları olaraq görməktədirlər. Đnvestisiya fondları
140
Rudiger Dornbusch, Stanley Fischer, a.g.e., s. 209
141
Roger W. Garrison, “Is Milton Friedman a Keynesian?” Dissent on Keynes: A
Critical Appraisal of Keynesian Economics, Ed. By Mark Skousen, New York,
Praeger Publishers, 1992, pp. 131-133.
Đnflyasiya, faiz, valyuta məzənnəsi Dr. Cihan Bulut, Nəsimi Kamalov
arasındakı münasibət və Azərbaycan
67
tələbindəki ani bir düşüş iş çevrələrində anlaşılmaz şəkildə etibarsız-
lığı artırmaqda, xərc və gəlirlərdə daimi azalışlara səbəb olmaqdadır.
Monetaristlər, iqtisadi durğunluqları pul siyasətlərinin səhv tətbiqatları
olaraq görməkdədirlər. Məsələn, yersiz pul məhdudlaşdırmaları nomi-
nal maaşlarda və qiymətlərdə buna görə uyğunlaşmalara səbəb olaca-
ğından məcmu istehsal və gəlirlər üzərində azaltıcı təsirlər ortaya çıxa-
racaqdır.
5- Keynesyənlər iqtisadiyyatdakı boşda qalan istehsal imkanları-
nın bazarlar kanalıyla ortadan qaldırıla biləcəyinə inanmazkən,
monetaristlər maaş və qiymətlərdəki dəyişikliklərə bağlı olaraq bazar
şərtlərində bu natarazlığın ortadan qaldırılacağına, kənardan bir
müdaxiləyə ehtiyac olmadığına inanmaqdadırlar.
Monetaristlər, pul miqdarındakı dəyişmələrin iqtisadi fəaliy-
yətlər və qiymətlər ümumi səviyyəsi üzərində əhəmiyyətli təsirinin
olduğunu, iqtisadiyyatda qiymət istiqrarının təmini üçün ən uyğun
həll yolunun da pul təklifindəki artışın əvvəlcədən müəyyənləş-
dirilməsi olduğunu irəli sürmüşlər. Yəni ixtiyari pul siyasəti
tətbiqatlarına son verilərək siyasi səlahiyyətlilərin pul səlahiyyətliləri
üzərindəki müdaxilələri qaldırılmalıdır. Monetarislərə görə pul təkli-
findəki artımlar qısa dönəm üçün eyni nisbətdə faiz hədlərini azalda-
raq sərmayə malları üçün daha artıq təlabatın ortaya çıxmasına səbəb
olacaqdır. Sərmayə mallarına yönəlik artıq tələb də qiymət artışla-
rına yəni inflyasiyaya səbəb olacaqdır.
142
Monetaristlər tərəfindən inflyasiyanın təməl səbəbi pul təklifi-
nin pul səlahiyyətliləri tərəfindən lazımsız yerə və hədsiz ölçüdə artı-
rılmasıdır. Đnflyasiya həddinin yüksək olması, əldə tutulan nağd pulun
alım gücünü daimi azaltacağından nağd pul tutmanın faiz məsrəfi
yanında dəyər itirmə məsrəfi də ortaya çıxmaqdadır. Đnflyasiya ehti-
malları Fisher təsiri səbəbiylə fond təklif edənlərin daha artıq faiz
tələb etmələrinə səbəb olmaqda, faizləri artırmaqdadır. Buna görə
Friedmanda pul tələbinə təsir göstərən faktorlar; pul tutmanın faydası,
142
Michal Oulik, “Why Monetarists and Keynesians Disagree About the Relationship
Between Money &Inflation” 1996, http://www.aapi.co.uk/ ~oulik/Essay1.htm, 30
Ağustos 2001.
Dr. Cihan Bulut, Nəsimi Kamalov Đnflyasiya, faiz, valyuta məzənnəsi
arasındakı münasibət və Azərbaycan
68
qiymətlər ümumi səviyyəsi, real gəlir səviyyəsi və bazarda keçərli
faiz həddidir.
143
Monetarist düşüncə pulu bir varlıq xüsusiyyəti ilə dəyərlən-
dirməkdədir. Bir sərvət tutma şəkli olan pulun tələbi digər istehlak
malları tələbindən fərqsizdir. Pul tələbi məcmu sərvətə, pul alterna-
tivi çeşidli sərvət ünsürlərinin gəlirinə və şəxslərin seçimlərinə
bağlıdır. Friedman gəlirdən ziyadə sərvəti ön plana çıxarmaqdadır.
Burada sərvət, gəlirin kapitalizə edilmiş dəyəri olaraq tərif edilərkən
gəlir də keçmiş, bugün və gələcək dönəm gəlirlərinin ortalaması olan
daimi gəlir olaraq alınmaqdadır. Daimi gəlir istiqrarlı olduğundan
pul tələbi də istiqrarlıdır. Monetaristlər real faktorlar tərəfindən
müəyyən edilən pul tələbinin pul səlahiyyətlilərinin müdaxilələrin-
dən birbaşa təsirlənməyəcəyini söyləyirlər. Pul tələbi faizə həssasdır
amma, faiz elastikliyi zəifdir.
144
Keynesin likid seçimi yanaşmasında nominal pul təklifindəki
artış, faiz hədlərini azaltaraq investisiyaları və iqtisadi böyüməni
artırmaqdadır. Halbuki monetarist yanaşmada nominal pul miqdarın-
dakı artım qısa vədədə faiz hədlərini azaltsa da xərclərdəki və
məcmu tələbdəki artımlar faizləri təkrar başlanğıc səviyyəsinə gəti-
rəcəkdir. Əlavə olaraq inflyasiya ehtimallarının varlığında nominal
və real faiz hədləri təklif edilən inflyasiya həddinə görə müəyyən
edilməkdədir.
145
Qısaca modern miqdar nəzəriyyəsində inflyasiyanın təməl
səbəbi monetar faktorlardır. Bir ölkə pul miqdarındakı artım sürət-
ləndikcə inflyasiya həddi artacaqdır. Pul miqdarındakı artışla düşən
nominal faiz hədləri qiymətlər ümumi səviyyəsindəki artışla yenidən
artacaqdır. Fisher təsiri səbəbiylə nominal faiz həddi gözlənən
inflyasiyaya görə müəyyən ediləcəkdir. Nominal faiz hədlərində
azalışların keynesyən düşüncədə olduğu kimi istehsal üzərində artıq
bir təsiri yoxdur.
143
Merih Paya, Makro Đktisat, Filiz Kitabevi, Đstanbul, 1997, s. 141.
144
Mükerrem Hiç, Para Teorisi ve Politikası, 8. Baskı, Đstanbul, Menteş Kitabevi,
1992, s. 430.
145
Đlker Parasız, Monetarizm, 2. Baskı, Bursa, Ezgi Kitabevi Yayınları, 1996, s. 123.
Dostları ilə paylaş: |