II International Congress
383
тельная экспертиза разрабатываемых проектов
по разведке и добыче нефти на экологичность.
Не менее важно выявление динамики потреб-
ления сырой нефти в развитых странах. Спрос
на сырую нефть позволит формировать более
устойчивые цены на нефть на определенном
периоде времени.
Одной из серьезных проблем, с которыми
сталкиваются прикаспийские государства, яв-
ляется отсутствие единства взглядов между
ними в определении статуса Каспия. В ре-
зультате еще не достигнута договоренность о
разделе Каспия. Основными проблемами, тре-
бующих своего решения, в этом регионе
являются, на наш взгляд, следующие: скорей-
шее решение юридических вопросов, опре-
деляющих собственность и право на раз-
работку углеводородных ресурсов; достижение
региональной стабильности в целом на Кав-
казе; расширение межгосударственных экс-
портных маршрутов для транспортировки неф-
ти и газа на мировые рынки, чтобы не ставить
страны в зависимость от одного или двух
нефтепроводов; становление и развитие неза-
висимого нефтяного и газового бизнеса.
384
BAKI-TBĐLĐSĐ-CEYHAN NEFT KƏMƏRĐ NEFT
STRATEGĐYASININ REAL TƏCƏSSÜMÜDÜR
Fərhad Mirzağa oğlu QARAYEV
Bakı Dövlət Universitetinin
“Đqtisadi Nəzəriyyə” kafedrasının
baş müəllimi, iqtisad elmləri namizədi
Bakı / AZƏRBAYCAN
Azərbaycanın yeni neft erasının başlandığını
bildirən "Əsrin müqaviləsi"nin imzalanmasından
12 il ötür. Ötən illər ərzində həmin tarixi sazişin
həyata keçirilməsi istiqamətində mühüm addımlar
atılıb, bu məqsədlə bir çox layihələr işlənib hazır-
lanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin
memarı olduğu yeni neft strategiyasının məntiqi
nəticəsi olan Azərbaycan neftinin dünya bazarına
çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas
Đxrac Boru Kəmərinin (ƏĐBK) tikintisi ideyası
reallığa çevrilmişdir. Belə ki, arzunun təcəssüm
olunmasının təntənəsi 2006-cı ilin 13 iyul tarixin-
də Türkiyənin Ceyhan şəhərində baş verdi. Hər-
çənd ki, Azərbaycan neftinin boru kəməri vasitəsi
ilə Ceyhan limanına qaytarılması taleyin qismətinə
uyğun olaraq Azərbaycanın müstəqillik gününə -
28 may tarixinə təsadüf edir. Doğrudur ki, "böyük
səkkizlik" ölkələrinin sammitinin demək olar ki,
Ceyhan mərasimi ilə eyni vaxta düşməsinə və bir
çox dünya liderlərinin mərasimə qatılmasına bax-
mayaraq bayram lazımca təntənəli surətdə qeyd
edildi. Belə ki, kütləvi informasiya vasitələrinin
qeyd etdiyi kimi Ceyhanda mərasimin qeyd edil-
məsi üçün Türkiyə tərəfi 5 mln. avro vəsait xərc-
ləmişdir.
BTC layihəsinin iştirakçıları olan üç dövlətin
prezidentləri, eləcə də dünyanın 30-dan artıq ölkə-
sindən çoxsaylı diplomatik nümayəndələr bir səslə
layihənin təkcə perspektivliyini yox, həm də bütün
dünya üçün mühüm strateji layihə olduğunu qeyd
etdilər. BTC neft kəmərinin planlaşdırılması və
yaradılması tarixi-beynəlxalq münasibətlərin elə
yeni məntiqinin təşəkkül tapması tarixidir ki,
burada kimin, nəyin hesabına udması məsələsinin
qoyuluşu artıq öz əhəmiyyətini itirmişdir. Çünki
əksəriyyət bu layihədən bəhrələnib, heç kim uduz-
mayıbdır.
Azərbaycan Respublikasının Prezidenti Đlham
Əliyev bu yaxınlarda çıxışlarının birində demişdir:
"Bakı-Tbilisi-Ceyhan neft kəməri geosiyasi xarak-
ter daşıyır və özünün mövcudluğu ilə dünya pro-
seslərinə təsir göstərəcəkdir". Bu fikirlə razılaşma-
maq qeyri-mümkündür.
Türkiyə Prezidenti Əhməd Necdət Sezərin fik-
rincə Şərq-Qərb enerji dəhlizini təşkil edən
layihələr - regionunda sülhün, təhlükəsizliyin və
iqtisadi inkişafın təmin edilməsi yolunda strateji
addımlardır.
Gürcüstan Prezidenti Mixail Saakaşvili vurğu-
lamışdır ki, Azərbaycanın ümummilli lideri Hey-
dər Əliyevin qətiyyəti BTC layihəsinin mümkün-
lüyünü göstərdi. Qeyd etmək lazımdır ki, burada
gələcəyə baxış da vacibdir, uzunmüddətli layi-
hənin həyata keçirilməsində inam zəruridir.
Dünyada artan enerji çatışmamazlığı şəraitin-
də Azərbaycanın karbohidrogen ehtiyatlarına tə-
ləbatı da artır. Azərbaycan "Əsrin layihəsi"ni
həyata keçirərək, artıq özünün artan sosial öhdə-
liklərinin keyfiyyətcə yerinə yetirilməsinə, demok-
ratik islahatların həyata keçirilməsinin təmin
edilməsinə, regionda geosiyasi təhlükəsizliyin
daha təsirli zəmanətçisi kimi çıxış etməsinə qadir
olan səmərəli dünyəvi dövlətin təşəkkül tapması
yollarında son dərəcə çoxlu işlər görmüşdür.
"Neftin moderləşmə ilə mübadiləsi" siyasətini
həyata keçirərək, Azərbaycan yalnız məhz neft
ölkəsi kimi yox, həm də ictimai və iqtisadi həyatın
bütün sferalarını əhatə edən dəyişikliklərin möv-
cud olduğu böyük bir regionun ən dinamik, inkişaf
edən ölkəsi kimi dünyanın diqqətini özünə cəlb
etmişdir. Belə ki, 2006-cı ilin birinci yarım ili ər-
zində Azərbaycanda ümumi daxili məhsulun artım
sürəti keçən ilin müvafiq dövrünə nisbətən 36%
çox olmuşdur ki, bu da nəinki regionda, hətta
dünyada ən yüksək göstəricidir. Şübhəsiz ki, bu
artım göstəricisində neft faktoru ön sırada gedir.
Qərb şirkətləri ilə bağlanan ilk neft müqavilə-
ləri sayəsində güclü qanunverici baza yaradılmış-
dır, investorlar öz investisiya qoyuluşlarının
etibarına inanmışdılar. Bütövlükdə, MBS (Məhsu-
lun bölgüsü haqqında sazişi) standartlarına uyğun
olaraq 23 neft müqaviləsi bağlanmışdır ki, bu
layihələrin dəyəri 65 mlrd. dollar civarındadır.
Məlumdur ki, neft kəşfiyyatı çox bahalı işdir,
belə ki, bir buruğun qazılması bəzən 100 mln ABŞ
dollarına başa gələ bilər. Ölkəyə çoxlu miqdarda
Dostları ilə paylaş: |