II International Congress
385
pul daxil olan zaman Azərbaycan tarixən qısa
müddət ərzində neft hasilatının yeni inkişaf infra-
strukturunu əldə etdi. Elə qazma qurğuları tikildi
ki (keçmiş SSRĐ-də belə qurğuların tikilməsi
fanstastika idi), bunlar hər hansı bir yerdə, hətta
Xəzər dənizinin ən dərin yerində 1200 metr də-
rinlikdə, özü də qazmanın dərinliyi 10 km olmaqla
neft çıxarmaq iqtidarında idi.
Məlumdur ki, Azərbaycanda ilk boru kəməri
XX əsrin başlanğıcında tikilmişdir (Bakı-Poti
marşrutu üzrə). Neft ehtiyatlarının qiymətləndiril-
məsinin sovet dövrünün göstəricilərini üstələdiyi
yeni şəraitdə yeni neft kəmərinin tikilməsinə
ehtiyac yaranırdı. Dünya bazarlarına neftin daşın-
ması nöqtəsi kimi Türkiyənin dərin Ceyhan limanı
seçildi ki, burada su tutumu 100 min tondan artıq
olan tankerlər neftlə yüklənə bilərlər.
Đndiyə qədər BTC-nin qeyri-rentabelli olma-
sını və kəmərin doldurulması üçün neftin kifayət
etməməsini iddia edən məqalələr çap olunur
(hərçənd ki, ildən-ilə belə məqalələrin və layihə-
nin əleyhdarlarının sayı azalır). Əlbəttə, inamla
demək olar ki, bu cür skeptiklərin fikirləri uğur-
suzluğa duçar oldu. Belə ki, ilkin tədqiqatlar mər-
hələsində müqavilənin müddəti ərzində hasilatın
həcmi hasil edilən ehtiyatların 511 mln. ton səviy-
yəsində müəyyən edilmişdisə, hazırda söhbət 730-
900 mln. ton rəqəmindən gedir və təxminən 170
mln. ton işləmə müddətindən kənara çıxır. Đstis-
marın zirvəsi kimi 2009-1010-cu illərdə ildə 50
mln. ton neft hasil ediləcəkdir. Təbii ki, bu halda
qeyri-rentabellikdən söhbət gedə bilməz.
2020-ci ildə "Əsrin müqaviləsi"nin iştirakçı-
ları layihənin xərclərini ödəyəcəklər, bundan sonra
mənfəətin böyük bir hissəsi Azərbaycan dövlətinə
qalacaqdır. Rəsmi hesablamalar göstərir ki, əgər
20 il ərzində neftin dəyəri bir barrelə görə 40-50$
civarında olarsa (bu cür rəqəmlər dünyada mini-
mum mümkün səviyyədən aşağı kimi hesablanır),
Azərbaycan 140 mlrd. $ məcmu mənfəət əld edə-
cəkdir (qeyd etmək lazımdır ki, hazırda dünya ba-
zarında bir barrel neftin dəyəri 70-75$ hədlərində
tərəddür edir). Bu elə aşağı həddir ki, neftin dəyəri
bu həddən aşağı düşə bilməz (bizim ağlımıza da
gəlmir ki, hər hansı bir fantastik səbəblərə görə
bəşəriyyət neftdən imtina edə bilər, belə bir
hadisəni qabaqcadan görmək olmaz).
Qeyd etmək lazımdır 140 mlrd. $ məbləğinə
yalnız "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil
edilən neft daxildir. Hazırda "Əsrin müqaviləsi"nə
çəkilən xərclər 6,1 mlrd. $ təşkil edir. Bütövlükdə
isə bütün yataqların işlənməsinə 15 mlrd. $ sərf
olunacaqdır. Məhsulun bölgüsü haqqında saziş
müqavilələrində Qərb şirkətləri konsorsiumunun
investisiyalarının və kapital məsrəflərinin üstün
ödənilməsi qeyd edilmişdir. Neftin indiki qiymət-
ləri nəzərə alınaraq 5-7 il ərzində onlar öz xərc-
lərini ödəyəcəklər və mənfəətin bir hissəsini Azər-
baycana ödəyəcəklər. Hazırda gəlirlərin ödənil-
məsi proporsiyaları belədir: 70%-i şirkətlərin kon-
sorsiumu, 30%-i ARDNŞ alır, sonrakı illərdə
məsrəflər ödənildikcə proporsiyalar dəyişəcəkdir -
20% və 80%.
Ümumiyyətlə, BTC şirkətinin səhmdarlarına
daxildir: BP (30,1%); ARDNŞ (25%), Chevron
(8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI
(5%); Total (5%); Itochu (3,4%); INPEX (2,5%);
Conoco Philips (2,5%) və Amerada Hess (2,36%).
Bütövlükdə, neft kəmərinin ümumi uzunluğu
1768 km. təşkil edir ki, bunun da 443 km-i Azər-
baycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Tür-
kiyə ərazisindən keçir.
Đctimai investisiyalar Proqramı üzrə bütün
boru kəməri boyunca 25 mln. $ sərf olunmuşdur
ki, bunlardan 500 icma, o cümlədən Azərbaycanda
115 icma bəhrələnmişdir. Proqram çərçivəsində
32 tibb məntəqəsi, 43 məktəb bərpa edilmiş, 110
km. yol təmir edilmişdir.
Xam neft boru kəmərinin bir başından digə-
rinə 10 günə çatır.
Tikinti işlərinə 22 min insan cəlb edilmişdir.
110 milyon adam-saat sərf olunmuşdur.
Boru kəməri 1500 çayla kəsişir. Boru kəmə-
rinin keçdiyi ən hündür sahə Türkiyə ərazisindədir
və dəniz səviyyəsindən 2800 metr hündürlükdə
yerləşir. Neft kəmərinin keçdiyi istiqamətdə 8
nasos stansiyası qurulmuşdur: 2-si Azərbaycan, 2-
si Gürcüstan, 4-ü isə Türkiyə ərazisində.
Boru kəmərinin tikintisi və neftlə doldurul-
ması 4 mlrd. $-dan çox vəsaitə başa gəlmişdir.
Məlumdur ki, boru kəmərinin layihə gücü,
sutkada 1 mln. barrel, və ya ildə 50 mln. ton təşkil
edir. Lakin BTC, əlbəttə, 10-15 ilin layihəsi deyil,
o, Xəzəryanı regionda neft hasilatının inkişafı
nəzərə alınmaqla daha uzun müddətli istismar
üçün nəzərdə tutulmuşdur. Artıq Tengiz yatağı ilə
BTC üzrə neftin tranzitinə dair Qazaxıstanla
dövlətlərarası saziş imzalanmışdır. Đrəlidə Qaşa-
ğan neftinin iri həcmi durur ki, bunun da BTC
marşrutu üzrə ötürülməsi istisna olunmur. Buna
görə də, BTC-nin buraxılış qabiliyyətinin müəy-
yən müddətdən sonra ildə 90 mln. tona qədər çat-
dırılması tamamilə realdır. Bunun üçün ilkin ola-
raq texniki imkanların bünövrəsi qoyulmuşdur.
Azərbaycan ərazisində zəruri işlərin həyata keçi-
rilməsi üçün 1 mlrd. $ tələb olunur, Xəzərin şər-
qində müvafiq infrastrukturun yaradılması üç dəfə
baha başa gələcəkdir. Bu - 3 və ya 4 il üçün he-
sablanan qlobal layihədir. Fikrimizcə, neftin qiy-
Dostları ilə paylaş: |