Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

Caucasus and Central Asia in the Globalization Process
 
 
378 
Çin,  bu  sahədəki  fəallığını  daha  da  artırır.  Çinin 
Neft-kimya qrupu kimi tanınan Sinopek (Çinin 2-
ci böyük neft şirkəti) Đran dövləti ilə ilkin razılaş-
ma  imzalamışdır.  Həmin  razılaşmaya  əsasən  Çin 
şirkəti Đranın Đraqla sərhədində yerləşən Kuzestan 
əyalətindəki  Yadavaran  neft  yataqlarındakı  51  % 
paya və əldə etdiyi neft və qaza görə 25 il ərzində 
ona 100 milyard dollar ödəyəcəkdir. 3 milyard ba-
rel ehtiyata malik Yadavaran yatağı gündə 300000 
barel hasil edəcəkdir, bu isə Çinin idxalının həcmi 
ilə  təxminən  eynidir.  Bundan  başqa  Çinin  Milli 
Neft  Korporasiyası  Đranın  ofşor  qaz  yatağına  3,6 
milyard  dollar  investisiya  qoyacağını  bəyan 
etmişdir. Bu, cənubi Fars qaz yatağının 14-cü blo-
kunu  inkişaf  etdirmək  üçün  yeddi  illik  sazişdir. 
Şirkət  blokun  tədqiq  edilməsi  üçün  1.8  milyard 
dollar  investisiya  qoyacaqdır.  Buradakı  təbii  qaz 
ehtiyatlarının  370  milyard  kub  metr  olduğu 
bildirilir.  Yerdə  qalan  1,8  milyard  dollar  isə  illik 
məhsuldarlığı 4.5 milyon ton olan maye təbii qaz 
zavodunun  tikilməsi  üçün  istifadə  ediləcəkdir. 
Pekin  artıq  dünyada  ikinci  böyük  neft  ehtiyatları 
təsdiq  olunmuş  Səudiyyə  Ərəbistanı  və  ikinci 
böyük  qaz  ehtiyatlarına  malik  Rusiyadan  sonra 
Đrandan enerji məhsulları alan ən böyük ikinci alı-
cıdır.  Bundan  başqa  2007-ci  ilin  əvvəlində  Đranın 
Đspaniyanın  Repsol  və  Almaniyanın  Şel  şirkətləri 
ilə  ölkənin  Fars  qaz  yatağından  maye  təbii  qazın 
hasilatı  üçün  10  milyard  dollar  həcmində  saziş 
imzaladığı  da  bildirilir.  Yaponiyanın  Đnpeks  Kor-
porasiyası  da  2004-cü  ildə  bağlanmış  sazişə  görə 
Đranın  Azadeğan  neft  yatağından  gün  ərzində 
260000  barel  məhsul  çıxarmaq  niyyətindədir, 
qiymətləndirmələrə  görə  həmin  yataqlarda  26 
milyard barel neftin olduğu bildirilir. 
Çinin  ixracının  üstün  sürətlə  artması  bir  sıra 
ölkələri  artıq  narahat  etməyə  başlamışdır.  Onun 
2006-cı  ildə  xarici  ticarət  qalığı  rekord  həddə 
çataraq  177,47  milyard  dollar  təşkil  etmişdir,  bu, 
2005-ci  ilə  nisbətən  74  %  çoxdur.  Bu  müvəffə-
qiyyətlərin əsası 1978-ci ildə Çində başlayan iqti-
sadi  islahatların  bazar  iqtisadiyyatının  formalaş-
ması  və  xarici  iqtisadi  əlaqələrin  liberallaşdırıl-
masının iqtisadi  inkişaf  üçün  əsas  şərt  olduğunun 
birmənalı  olaraq  qəbul  edilməsi  ilə  qoyulmuşdur. 
Çin Yaxın Şərq xam neftinin Çinin qərbinə daşın-
ması  üçün  trans-Himalay  neft  kəməri  üzrə 
Pakistanın təklifi ilə maraqlanır. Təklif olunan kə-
mər  Pakistanın  dərin  sulu  limanı  cvadarla  birlə-
şəcəkdir,  bu  liman  Đran  sərhədinə  yaxındır  və 
Çinin uzaq qərb regionları ilə birgə qismən Pekin 
tərəfindən maliyyələşdiriləcəkdir. Pakistan həm də 
Çin  investisiyasının  böyük  neftayırma  komplek-
sinə  cəlb  edilməsinə  ümid  edir.  Đki  ölkə  2008-ci 
ildə  2  yolla  ticarəti  8  milyard  dollara  çatdırmaq 
niyyətindədirlər.  Đkitərəfli  ticarət  2004-cü  ildəki 
3,06  milyard  dollardan  2005-ci  ildə  4.25  milyard 
dollara yüksəlmişdir.  
Bundan  başqa  2006-cı  ildə  Çin  və  10  Afrika 
ölkəsi  1,9  milyard  dollar  həcmində  ticarət  sazişi 
imzalamışdır.  
Çinin böyük ofşor neft istehsalçısı OPEK üzvü 
olmayan  ölkələri,  xüsusilə  Asiyanın  Sakit  okean 
ölkələrini  yaxından  əməkdaşlığa  çağırmışdır. 
Asiyanın  Sakit  okean  ölkələri  arasında  OPEK-ə 
bənzər təşkilatın yaradılması hökmən həmin ölkə-
lərin  öz  resurslarından  daha  yaxşı  istifadə  etmə-
lərinə  şərait  yaradacaqdır.  OPEK  11  ən  iri  neft 
istehsal edən dünya xalqları qrupu olmaqla onların 
öz maraqlarını qoruyur. Asiya ölkələrindən yalnız 
Đndoneziya OPEK-in üzvüdür. 
Çinin son onilliklərdə yaratdığı iqtisadi möcü-
zələr  artıq  bir  çox  ölkələrdə  narahatlığa  səbəb 
olmuşdur. Böyük Britaniya əhalisi arasında aparı-
lan  sorğunun  nəticələrinə  görə  Çin  və  Hindistan 
növbəti 5 il ərzində ingilis iqtisadiyyatına meydan 
oxuyacaqdır.  Respondentlərin  fikrinə  görə  daha 
rəqabətli qlobal iqtisadiyyat zamanı Böyük Brita-
niya  hazırkı  6-cı  yerindən  12-ci  yerə  düşə  bilər. 
Böyük  Britaniyanın  rəqabətə  dözümlülüyünün 
gücləndirilməsi  üçün  sorğu  olunanların  75  %-i 
təhsil  və  öyrətmə  sahəsinə  böyük  investisiya  qo-
yulmasına üstünlük verirlər. Digər bir 60 % əhali 
yenicə  dirçəlməyə  başlayan  kiçik  biznesə  daha 
çox  kömək  göstərilməsini  vacib  hesab  edirlər. 
Hökumət  üçün  təklif  olunan  bir  mümkün  yol  da, 
vergi vermək imkanını artırmaq üçün öyrətmə biz-
nesi xərcləri üçün kreditlərin verilməsidir, bu üsul 
innovasiyaları  Böyük  Britaniya  səviyyəsinə  qal-
dırmaq üçün istifadə olunan stimullara oxşardır.  
Haqqında  bəhs  etdiyimiz  bu  layihələrin  real-
laşması  Avropa  və  Asiya  arasında  iqtisadi  əlaqə-
lərin  genişləndirilməsi,  istehsal  olunan  məhsul-
ların  dünya  bazarına  çıxarılması  və  bu  bazarlar 
uğrunda  mövqelərin  möhkəmləndirilməsi  üçün 
yeni  transkontinental  nəqliyyat  kommunikasiya 
layihəsi olan TRASEKA-nın əhəmiyyətini daha da 
artıracaqdır. 
Bakı-Tbilisi-ceyhan neft, Bakı-Tbilisi-Ərzrum 
qaz  layihələrinin  uğurla  həyata  keçirilməsi,  Bakı-
Tbilisi-Qars  dəmir  yolu  layihəsi  üzrə  yekun  sazi-
şin imzalanması Azərbaycanın dünya iqtisadiyya-
tına inteqrasiyasını gücləndirməklə yanaşı region-
da davamlı iqtisadi artım, stabillik və sosial rifahın 
yüksəldilməsinə  ciddi  zəmin  yaradacaq.  Gələcək-
də Çin, Qazaxıstan, eləcə də digər Asiya ölkələri-
nin Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması yük 
daşımalarının  həcminin  artması  ilə  yanaşı,  ölkə-
mizin  ərazisindən  keçən  tranzit  daşımalarının  da 
artmasına səbəb olacaqdır. 
 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə