71
8. Düzgün fikirləşmək; Yuxarıdakı yeddi qanunun əsasını və
özülünü təşkil edir.
Sonra Budda düzgünlük barədə qanunları belə açıqlamağa başla-
yır:
1. Canlılara əzab-əziyyət verməkdən uzaqlaşmaq
2. Oğurluqdan uzaqlaşmaq
3. Həyasızlıqdan uzaqlaşmaq
4. Yalandan uzaqlaşmaq
5. Sərxoşluqdan uzaqlaşmaq
6. Pis söz danışmaqdan uzaqlaşmaq
7. Xudbinlikdən uzaqlaşmaq
8. Nadanlıqdan uzaqlaşmaq
9. Düşməçilikdən uzaqlaşmaq
3-5. Buddizmin firqələri
Buddizmdə üç firqə mövcuddur:
1. Mahayana; Yəni, “Böyük çarx”. Bu şimal firqəsi Çində da-
ha geniş yayılmışdır. Buddizimdən olan bu firqə Çində Konfusizm,
Lautsa və Yaponiyada Sintoizm etiqadları və adət-ənənələrilə qarış-
mışdır. Onun irfani təriqətlərindən biri Sanskrit dilində Dehyana,yəni
düşünmək, Çin dilində Çanq və Yapon dilində Zen adlandırılır və
dünyada bu adlarla böyük şöhrət qazanmışlar.
2. Hinayana; Yəni, “Kiçik çarx”. Bu cənub firqəsi Şrilankada və
cənub-şərqi Asiya ölkələrində yayılmışdır. Bu firqə davamçıları öz
məzhəblərini Teravada, böyüklərin və əcdadların dini adlandırırlar.
3. Vacrayana; Yəni “Almaz çarx”. Bu firqə Tibetdə mövcud-
dur. Onlar Buddizmi sehrbazlıq, kahinlik və Totemizimlə qarışdıra-
raq özləri üçün güclü təşkilat yarada bilmişlər. Qeyd etdiyimiz firqə
Lamaizm də adlandırılır və həmin firqənin qüdrətli rəhbərini Dalay-
lama, yəni dənizə bənzər rəhbər adlandırırlar. Bu firqənin ən maraqlı
cəhətlərindən biri də budur ki, onların dini liderləri dünyasını dəyi-
şəndə rahiblər onun canişini olmağa layiq uşağın, yəni Dalaylama
ölən anda dünyaya gələn uşağın axtarışına çıxırlar. Sonra onlar bu
72
uşağı xüsusi olaraq bəsləyirlər. Həmin uşaq elm öyrəndikdən və
müxtəlif məqamları geridə qoyduqdan sonra qeyd etdiyimiz dini mə-
qama yüksəlir. Bizim zamanımızda Çin Kommunizminin Tibetə təsi-
rindən sonra Dalaylama Hindistana köçməli və öz dini liderliyinə or-
da davam etməli oldu. Bəzi Qərb ölkələrinin Çin ölkəsilə əlaqələri
pisləşən kimi onlar Lamaların sürgündə olan liderini rəsmi səfərə
dəvət edirlər və bunun ardınca Çinin etiraz səsləri yüksəlir. Dalayla-
ma bir neçə il bundan öncə dini adət-ənənəyə zidd olaraq bir oğlan
uşağını öz yerinə təyin etdi və bu hərəkətdən sonra geniş etirazla
üzləşdi.
3-6. Buddizmin kitabları
Buddistlərin ən qədim müqəddəs kitabı Tripitaka, yəni “üç sə-
bət” adlanır. Bu kitab üç hissədən ibarətdir:
1. Rahibliyin qaydaları
2. Nicat tapmağın yolları
3. Fəlsəfi və psixoloji məfhum
Buddizmin müqəddəs kitabları Pali və Prakeriti dilindədir. Bud-
dizmin müxtəlif firqələrinin özünəməxsus kitabları da mövcuddur.
4. Sikhizm
Brahmanizm (Hinduizm) dinində daha yeni şöbələr və firqələr
mövcuddur və həmin firqələrdən biri və ən tanınmışı “Sikh” (Sikh),
yəni “Şagird”-dir. Hindistanda İslam dini ilə Hinduizmin toqquşması
nəticəsində əsrlər boyu bir çox qarışıq firqələr meydana çıxmışdır.
Kəbir adlı məşhur müsəlman ariflərindən biri (1440-1518) İslami
tövhid məsələsini bəzi Hinduizm əqidələri ilə qarışdırdı və ətrafına
saysız-hesabsız müridlər topladı.
73
4-1. Nanak və başqa Qurular
Ən məşhur çagirdlərdən biri Nanak idi. O, Sikhizmin banisi və
ilk Quru, yəni müəllim idi. O, 1469-cu ildə Lahurun kəndlərindən bi-
rində Keşatryalar ailəsində dünyaya göz açmışdır. Nanak İslam dini-
nin və Hinduizmin ən böyük ariflərinin təlimlərindən yararlanmış,
müxtəlif müsəlman ölkələrində səfərdə olmuş, Məkkəni ziyarət etmiş
və sonda İslam dini ilə Hinduizmin qarışığı olan Sikhizm firqəsini
yaratmışdır. O, 1539-cu ildə dünyadan köçmüşdür.
1
Quru Nanakdan sonra bir-birinin ardınca 9 Quru meydana çıxdı
və həmin on Qurunun adı, doğum və vəfat tarixləri belədir:
1. Quru Nanak (1469-1539)
2. Quru Anqad (1504-1552)
3. Quru Amardas (1479-1574)
4. Quru Ramdas (1534-1581) Növbəti Qurunun atası
5. Quru Arcan (1563-1606) Öncəki Qurunun övladı
6. Quru Harqubind (1595-1644) Öncəki Qurunun övladı
7. Quru Harray (1630-1661) Öncəki Qurunun nəvəsi
8. Quru Harikrişan (1656-1668) Öncəki Qurunun övladı
9. Quru Tiğbahadur (1621-1675) Altıncı Qurunun övladı
10. Quru Qubid Sink (1666-1708) Öncəki Qurunun övladı
Səkkizinci Quru 5 yaşında bu məqama çatmışdır və yeddi il rəh-
bərlik etdikdən sonra 12 yaşında vəfat etmişdir. Beşinci, doqquzuncu
və onuncu Quruları qətlə yetirmişlər. Onuncu Quru yaralanadan son-
ra və hələ can verməmişdən öncə ondan sonra Qurunun olmayacağını
elan etmişdir və səmavi kitabın Quruların yerini tutacağını bildir-
mişdir.
1
Hicri-Qəməri tarixi ilə təxminən 1000-ci ildə Hindistanın müsəlman padşahı Əkbər
Şah bu firqənin təsiri altına düşərək zamanının məşhur alimlərindən birinin
köməkliyi ilə Əkbəri firqəsinin əsasını qoymuşdur. Bu firqənin əsas qayəsi dinlər
arasında sülhü təbliğ etməkdən ibarət idi.
74
4-2. Təlimləri
Nanak dünyanın yaradıcısı olan Allahı “Haqq” adlandırırdı. O,
deyirdi ki, Allah hansı adı ilə adlandırılmasına baxmayaraq yalnız
Qadir və Haqqdır. Nirvanaya qovuşmaq Haqqın zikrində boğulmaq
deməkdir. O, Maya, yaxud Hinduizmdə qeyd olunmuş dünyanın xə-
yali surətini, ruhların yeni bədənlər qayıtmasını və Karmaları müəy-
yən qədər qəbul etmişdir. Nanak bütpərəsliyi və insanın özünə işkən-
cə verməsini qadağan etmişdir. Sektalara bölünməni, çox arvadlılığı
haram buyurmuş və davamçılarına ətdən istifadənin məkruh olduğu-
nu bildirmişdir. Sikhizm davamçıları müsəlmanların heyvan kəsmə
metodunu, yəni damarların bir-bir kəsilməsini haram bilirlər və hey-
vanın bir zərbə ilə öldürülməsini bildirirlər. Onlar şərab və siqatet
məmulatlarında da istifadə etmirlər.
Sikhlər çox yekdildirlər və müstəqil ölkə yaratmaq istəyilə Hin-
distan dövlətilə mübarizə aparırlar. Onlar 1974-cü ildə Hindistanın
Baş Naziri xanım Qandini qətlə yetirdilər.
4-3. Dini əsərlər və adət-ənənələr
Sikhlərin beşinci rəhbəri olan Quru Arcan Amritsar şəhərində
salınmış süni gölün ortasında qızıl məbəd inşa etdirdi. O eləcə də,
Qrant Sahib adlı kitab da yazdı və bu kitab Sikhlərin ən müqəddəs ki-
tabı sayılır. Sikhlər beşinci dini rəhbərlərinin zamanında yavaş-yavaş
döyüşçü qövmə və onuncu rəhbərləri Quru Qubind Sinkin zamanında
dini-siyasi qrupa çevrildilər və siyasi məsələlər üçün yeni adət-ənə-
nələr yaratdılar. Bundan sonra onlar özlərini Xalsa, yəni “qarışıqsız
və təmiz” adlandırmağa başladılar. Onlar özləri üçün beş şüar da ya-
ratdılar və bu şüarların hər birisi Pəncabi dilində “K” hərfi ilə baş-
layır:
1. Keys; Üz və baş tüklərinin saxlanılması
2. Kanqa; Darağı üstündə daşımaq
3. Kaça; Qısa şalvarın geyinməsi
4. Kara; Biləkdə həmişə dəmir bilərziklərin olması
5. Kirpan; Hamıda polad qılınc və ya xəncərin olması
Dostları ilə paylaş: |