40
11.
Remko
Böyük Britaniya
2.0825
12.
Delta Hess
Səudiyyə Ərəbistanı
1.6800
Cədvəldən göründüyü kimi, yerli və xarici şirkətlərin “Əsrin Müqaviləsin”də
pay bölgüsündəən çox pay ABŞ-nın şirkətlərinə məxsusdur – 38.38%. Şirkət
baxımından ən çox pay isə British Petroleum şirkətinə məxsusdur.
Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri -
neftdən əldə olunan gəlirlərin ölkə iqtisadiyyatının inkişafında vacib rol oynaması və
gələcək nəsillər üçün saxlanılması vəzifəsi uğurla həyata keçirilir. Neft Fondundan
ayrılan ilk ödəmələr ölkəmizdə ən çətin və ağır vəziyyətdə yaşayan qaçqın və məcburi
köçkünlərimizin sosial problemlərinin həllinə yönəldilmişdir. “Azəri”, “Çıraq”
yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi (AÇG) üzrə hasilatın pay
bölgüsü sazişinin – “Əsrin müqaviləsi”nin imzalanmasından sonra 1995-ci ilin fevral
ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olunmuş və həmin ilin
oktyabr ayında ilkin neft layihəsinə sanksiya verilmişdir. ki il keçməmiş - 1997-ci il
noyabrın 7-də “Çıraq” yatağından ilkin neft hasil olunmuşdur. Qərb ixrac boru kəməri
marşrutu istismara verildikdən sonra isə, 1999-cu ilin aprelində Supsa terminalından
ilk tanker neftlə yüklənib yola salınmışdır.
Yataqların tammiqyaslı işlənilməsinin 1-ci fazasına – “Mərkəzi Azəri”
layihəsinə 2001-ci ilin avqust ayında sanksiya verilmiş və növbəti ilin əvvəlində
hasilat başlanmışdır. 2002-ci ilin sentyabr ayında 2-ci fazaya – “Qərbi və Şərqi Azəri”
layihələrinə sanksiya verilmiş və burada da hasilata başlanmışdır. Daha sonra Faza-3
layihəsinə - “Günəşli”nin dənizin dərin hissəsində yerləşən sahəsinin işlənilməsinə
sanksiya verilmişdir. Bu layihə “Azəri-Çıraq-Günəşli” üçün yataqların tammiqyaslı
işlənilməsi konsepsiyasında yekun mərhələni göstərir. Faza-3 layihəsi Xəzərin
Azərbaycan sektorundan təxminən 1,2 milyard barrel neft çıxarılmasını nəzərdə tutur.
2009-cu ilədək “Azəri-Çıraq-Günəşli” üzrə gündəlik ümumi neft hasilatı bir milyon
barreldən yuxarı səviyyəyə çatdırılmışdır.
41
“Əsrin müqaviləsi”nin uğurla reallaşması bir çox bədxahlarımızın
gümanlarının, arzularının əksinə olaraq Xəzərin Azərbaycan sektorunun zəngin neft-
qaz ehtiyatlarına malik olduğunu sübut etmişdir.
AÇG layihəsinin icrasına başlanandan indiyədək həmin yataqlardan 96 milyon
683 min tondan çox neft hasil edilmişdir. “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri” və
“Şərqi Azəri” platformalarından sutkada orta hesabla təxminən730 мin barrel neft
hasil edilir. “Çıraq” platformasında hazırda 19 quyu, “Mərkəzi Azəri” (MA)
platformasında 15 quyu, “Qərbi Azəri” (QA) platformasında 9, “Şərqi Azəri” (ŞA)
platformasında 7 quyu istismardadır. Ən son texnologiyalarla yeni quyuların
qazılması, hər birinin ağırlığı təqribən 15 min ton olan platformaların tikilib Xəzərdə
quraşdırılması neft hasilatının artmasına şərait yaradır. MA, QA və ŞA
platformalarından hasil olunan səmt qazının əvəzsiz olaraq dövlətimizin qaz qəbulu,
nəqli sisteminə təhvil verilməsi ölkəmizin ötən ildən Rusiyadan qaz nəqlini
dayandırmasına, bunun üçün ayrılan külli miqdarda vəsaitin dövlətimizin büdcəsində
qalmasına imkan yaratmışdır.
Səngəçal terminalı vasitəsilə Azərbaycan tərəfinə 1 milyard 900 milyon
kubmetrdən artıq mavi yanacaq təhvil verilmişdir. Onu da qeyd etmək lazımdır ki,
“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən Səngəçal terminalının
genişləndirilməsi proqramı bu obyekti dünyanın ən nəhəng terminallarından birinə
çevirmişdir. lin sonunadək terminalın nefti texniki emaletmə gücü sutkada bir milyon
barreldən yuxarı səviyyəyə qədər artırılacaqdır. Son illərdə Səngəçal terminalı bir
gündə 905 min barreldən artıq nefti texnoloji emaldan keçirərək ixrac etməklə özünün
indiyə qədərki ən yüksək gündəlik ixrac göstəricisinə nail olmuş, bu göstəricinin tam
real olduğunu sübut etmişdir. Xəzərin Azərbaycan sektorundan ABƏŞ-in ixrac etdiyi
neft 2007-ci ilin aprelindən dünya bazarlarına yalnız Heydər Əliyev adına Bakı-
Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə nəql edilir. ndiyədək BTC boru kəməri
ilə ümumilikdə 200 milyon barreldən çox xam neft və kondensa tixrac olunmuşdur.
Artıq bir neçə ildir ki, Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilmişdir.
Bunu reallığa çevirən “Şahdəniz” layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda qaz
və kondensatın işlənməsindən və Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına
42
planlaşdırılmış qaz ixracından ibarətdir. Bu yataqdan sabit şəkildə hasil edilən qaz
Azərbaycan və Gürcüstandakı qaz qəbuletmə məntəqələrinə nəql olunur. 2006-cı ildə
ilk qaz Cənubi Qafqaz boru kəməri (CQBK) vasitəsilə BOTAŞ-ın qaz nəqli sisteminə
daxil olmağa başlamışdır. Hazırda “Şahdəniz” yatağından gündə 500 milyon standart
kub futdan çox (təxminən 14,2 milyon kubmetr) qaz, üstəgəl sutkada 30 min barreldən
artıq kondensat hasil olunur.
2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə
prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin təməli qoyuldu. Təxminən üç il sonra, 2005-ci ilin mayında
kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi
keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin
Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan
limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi
açılış gününədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker yola
salınmışdır. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan
terminalınadək uzanan 1770 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar
vəsait xərclənmişdir.
BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə
tutulmuşdur. Lakin bu yaxınlarda Qazaxıstanın BTC-yə qoşulması bu ölkəyə də
neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarmağa imkan verəcəkdir.
Hazırda kəmərlə gündə 400 min barreldən çox neft nəql olunur. 2002-ci ildən 1 fevral
2007-ci il tarixinədək olan dövr ərzində ümumilkdə 298 mln. AZN məbləğində vəsait
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas xrac Boru Kəməri layihəsində
Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.
Müasirdövrdəneftsənayesində, xüsusilədə onunqurudayerləşənneftqazçıxarma
idarələrində mövcud elmi-texniki və istehsal potensialından daha səmərəli istifadə
etməklə
iqtisadi
islahatlarıhəyatakeçirməklazımdır.Busahədəmüəyyənnailiyyətlərdəəldə
edilmişdir.
Beləki, son 5-6 ildəneft sənayesində bazar iqtisadiyyatına uyğun infrastrukturlar
yaradılmış, neftqazçıxarma idarələrinin bəzibölmələri özəlləşdirilmiş, xarici ölkələrin
Dostları ilə paylaş: |