49
2007-ci il avqust ayının 16-da Azərbaycanda Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti ilə ABŞ-ın Ticarət və nkişaf Agentliyi arasında Qazaxıstan neftinin ixracı
üçün neft kəmərinin və “Transxəzər” layihəsinin reallaşması istiqamətində çəkiləcək
qaz kəmərinin texniki imkanlarının araşdırılması və Xəzər dənizinin dibinin coğrafi
şə
raitinin öyrənilməsi ilə bağlı 1,7 milyon dollar məbləğində qrant sazişinin
imzalanması bir daha onu sübut edir ki, Azərbaycan Mərkəzi Asiyanın enerji
resurslarının dünya bazarına çıxarılmasında ən əlverişli geosiyasi mövqeyə malikdir.
Bu gün enerji təhlükəsizliyi və təhlükəsiz marşrutların aktual məsələyə
çevrilməsində hər hansı inhisarçılıq bazar qanunlarında ziddiyət təşkil edir. Bu
səbəbdən Avropa alternativ və stabil tərəfdaş axtarır. Avropanın vahid enerji siyasəti
mümkün qədər yeni ixrac marşrutlarını tələb edir ki, bu sahədə bazar iqtisadiyyatı
mexanizmi etibarlı işləsin. Azərbaycan məhz belə bir ixracçı ölkədir. Avropa Birliyi
ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Bakı-Tbilisi-
Ceyhan neft kəmərinin etibarlı işləməsi bu qənaətə gəlməyə əsas verir.
Respublikamızın tranzit ölkə qismində çıxış etməsi ölkəmizin iqtisadi
maraqlarını olduqca yüksək səviyyədə qoruyur. Tranzit ölkə kimi çıxış etməyimizdə
bir çox Avropa ölkələri daha çox maraqlanır. Belə ki, Avropa iqtisadi əlaqələri daha
çox öz xeyrinə olaraq “siyasi silaha” çevirməyə adət etmiş Rusiya kimi iri
dövlətdənsə, Azərbaycan kimi daha diplomatik siyasət yeridən müstəqil ölkələrə
üstünlük verirlər. Ölkəmizin tranzit ölkə qismində çıxış etməsi barədə bir çox qərb
mətbuatlarında dolğun fikirlər səslənir. “United Press International” mətbuat
agentliyinin məlumatına belə bir fikr səslənmişdir - “Qərbin Şərqdəki investisiyasının
ə
sas mirvarisi Xəzərdəki Bakı-Tbilisi-Ceyhan neft kəməridir”.
Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, hazırki dövrdə
respublikamız neft amilindən olduqca yüksək səviyyədə yararlana bilər. Həm neft və
neft məhsulları ixracından, eləcə də Avropa-Asiya nəqliyyat dəhlizinin mərkəzindəki
coğrafi mövqeydən istifadə edərək tranzit ölkə kimi regionda çıxış edə bilər.
Bazar iqtisadiyyatının bərqərar edilməsi yolunda ilk iri addım olmuş bu
müqavilə bütün dünyaya bir daha göstərmişdir ki, Azərbaycan Respublikasının
iqtisadiyyatında və ictimai-siyasi həyatında sabitlik hökm sürür.Neft hasilatının
50
artırılması neftə yerli ehtiyacları ödəyəcək və Azərbaycan üçün yeni mənfəət mənbəyi
olacaqdır. Müqavilələrdən gələn tam mənfəət tədricən-əvvəlcə xarici şirkətlər
tərəfindən ödənilən bonuslar və onların qoyduqları sərmayələrlə, hasilat başlayandan
sonra isə neftdən gələn gəlirlər vasitəsi ilə hiss ediləcəkdir.
Bu hadisələr Azərbaycanın neft yataqlarının, təbii sərvətlərinin birgə işlənməsi
və ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yüksəltmək üçün
atılan dəyərli addımlardan biridir. Bu hadisələr Respublikamızın iqtisadiyyatını inkişaf
etdirmək üçün aparılan kompleks tədbirlərin, ölkəmizdə bazar iqtisadiyyatı
prinsiplərinin həyata keçirilməsinin yeni bir təzahürüdür. Bunlar hamısı birlikdə
Respublikamızı inkişaf etdirmək üçün atılan addımlardır. Eyni zamanda bu,
Respublikamızın iqtisadi siyasət sahəsində tutduğu strateji yolun davamıdır və
olkəmizin təbii sərvətlərindən, dünyanın qabaqğıl texnologiyasından səmərəli istifadə
olunması üçün dünyanın başqa şirkətləri ilə sıx əməkdaşlıq etməyiməzin yeni bir
təzahürüdür. Müqavilələrin imzalanması ölkəmizin müstəqilliyinin möhkəmlənməsi
üçün çox dəyərli sənədlərdir. Bu müqavilələr sosial iqtisadi sahədə bizim gələcək illər
üçün uzunmüddətli proqramımızın böyük bir hissəsidir. Eyni zamanda bu müqavilələr
Azərbaycanda gedən böyük iqtisadi islahatların tərkib hissəsidir, respublikamızın
iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, dünyanın inkişaf etmiş ölkələrinin
iqtisadiyyatı səviyyəsinə qaldırmaq işində çox dəyərli addımlardır.Bir sözlə demək
olar ki, bu müqavilələr Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət
quruculuğunun, iqtisadi strategiyasının böyük bir hissəsidir.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra respublikanın neft-qaz
sərvətləri xarici dövlətlərin, dünyanın ən iri şirkətlərinin diqqət mərkəzinə
çevrilmişdir. Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər
artırmışdır ki, indi onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin
aparıcı istiqamətlərindən biri kimi baxılır.
Azərbaycanın neft strategiyası özünün yeni böyük inkişaf yolundadır və bu yol
iqtisadiyyatımızı yüksəlişə doğru aparacaqdır.
2.2 Azərbaycanın tranzit potensialı realizasiyası siyasəti və
51
onun iqtisadiinkiş afa tə siri
Müstəqillik dövrünün təcrübəsi göstərir ki, Azərbaycan Respublikasında sürətli
iqtisadi artımın əsas təminatı iqtisadiyyatın infrastruktur sahələrinin, xüsusi оlaraq
nəqliyyat sisteminin dinamik inkişafından çоx asılıdır. Nəqliyyat sisteminin
genişlənməsi, bununla əlaqədar tranzit siyasətinin inkişafı Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır.Ölkəmizdə mövcud nəqliyyat
növlərinin(dəmir yоl, dəniz, hava, avtоmоbil və bоru kəməri kimi) texnоlоji
səviyyəsinin yüksəldilməsinə əsas səbəb TRASEKA, eləcə də digər marşrutlar üzrə
layihələr çərçivəsində daxili yük və sərnişin daşıma həcminin tədricən ilbəil artması,
xarici investisiyaların iqtisadiyyatın bütün sahələrinə yönədilməsi nəticəsində istehsal
müəssisələrinin sayının və istehsal imkanlarının artması, ərazimizin əsas transmilli
nəqliyyat arteriyası kimi regiоn dövlətləri arasında strateji cəhətdən tranzit
mövqeyinin güclənməsi ilə bağlılıq və s. hesab оlunur. Müstəqillik əldə edildikdən
sоnra keçən sоn illər ərzində milli nəqliyyat sektоrunun dinamikliyi daha sürətli
inkişaf tempinə malik оlmuşdur. Buna birbaşa «təkanverici qüvvə» 1998-ci ilin
sentyabr ayında Böyük Ipək Yоlunun bərpası üzrə Bakıda keçirilən Beynəlxalq
Kоnfransda imzalanmış «Avrоpa-Qafqaz-Asiya» dəhlizinin inkişafına dair beynəlxalq
nəqliyyat haqqında Əsas Çоxtərəfli Saziş оlmuşdur. Bu saziş imzalandıqdan sоnra
Azərbaycanda qtisadiyyatın hər bir sahəsi üzrə, о cümlədən nəqliyyat sektоruna
investisiya qоyuluşlarının sürətli artım tendensiyası daha çоx müşahidə edilməyə
başlanılmışdır. Lakin buna baxmayaraq milli nəqliyyat sektоrunun müasir
səviyyəsinin dünya standartlarına çatdırılması üçün daha geniş həcmli yenin
beynəlxalq investisiya qоyuluşlarının cəlbi vacib amildir. Məsələn, Avrоpanın
nəqliyyat üzrə beynəlxalq ekspertləri tərəfindən ölkəmiz üzrə texniki qtisadi
ə
saslandırmalara uyğun оlaraq hazırlanmış layihələrdə nəqliyyatın bütün növlərinin
infrastruktur kоmplekslərinin istismar səviyyəsini yaxşılaşdırmaq və daha da inkişaf
etdirmək, sahəvi maddi-texniki bazanı möhkəmləndirmək üçün təxminən 900 milyоn
ABŞ dоlları maliyyə vəsaiti tələb оlunduğu müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |