Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

 

52 



 

Türkiyənin 

stanbul  şəhərində  keçirilən  “Xəzər  forumu”nda  müxtəlif 

nominasiyalar  üzrə  mekafatlar  təqdim  olunmuşdur.Azərbaycan  Respublikasının 

Prezidenti  lham Əliyev “ lin Xəzər dövlət adamı” mükafatına layiq görülmüşdür. 

Dövlət  başçısına  bu  mükafat  regionda  həyata  keçirilən  transmilli  lahiyələrdə 

liderliyinə görə verilmişdir.Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu Bakı-

Tbilisi-Ceyhan, 

Bakı-Tbilisi-Ərzurum, 

Bakı-Tbilisi-Qars, 

TANAP, 

TAP, 


“Azərbaycan-Gürcüstan-Türkiyə  Enerji  körpüsü”  lahiyələrinin  və  digər  transmilli 

lahiyələrin  iştirakçısı  olan  ölkələr  siyasi,  maliyyə-iqtisadi,  soaial  dividentlər  qazanır, 

nəinki regionda, eləcə də beynəlxalq müstəvidə nüfuzlu tərəf müqabil qismində çıxış 

edirlər.Azərbaycanın  və  Orta  Asiya  regionunun  enerji  resurslarının  Gürcüstan  və 

Türkiyə  vasitəsilə  Avropa  bazarına  nəql  edilməsi,  ölkələrimizin  Avropanın  enerji 

təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması regionun əhəmiyyətini daha 

da artırır. Bakı-Tbilisi-Qars dəmir  yolu layihəsi də yaxıngələcəkdə Asiya və Avropa 

arasında  nəqliyyat  dəhlizinin  yaradılması  istiqamətində  strateji  rol  oynayacaqdır.Son 

on  ildə  həyata  keçirilən  tədbirlərə  nəzər  salanda,  görülən  işlərin  müqayisəli  şəkildə 

təhlilini aparanda yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən 

dövrdə  neft  gəlirləri  əsasında  yaradılmış  möhkəm  maliyyə-iqtisadi  baza  hesabına 

qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl 

sektorun  inkişafına  hərtərəfli  dövlət  dəstəyi,  regionların  tarazlı  inkişafı,  keyfiyyətli 

insan  kapitalının  formalaşdırılması,  səmərəli  beynəlxalq  iqtisadi  əməkdaşlıq,  dünya 

iqtisadiyyatına  inteqrasiya  və  son  nəticədə  ölkəmizin  hər  bir  vətəndaşının  rifahının 

yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir. 



TRASEKA

 . Əsrin əvvəllərində Qafqaz və Orta Asiyada nüfuz uğrunda Rusiya 

və  ngiltərənin  apardığı  mübarizəni  əks  etdirən  “böyük  oyun”  ifadəsi  əsrin  sonunda 

siyasi  leksikona  “yeni  böyük  oyun”  ifadəsi  altında  fərqli  konteksdə  yenidən  atıldı. 

Lakin  zaman  dəyişmiş,  bir  regionun  digər  region,  bir  dövlətin  digər  dövlət  üzərində 

hegemonluğuna  əsaslanan  imperiyalar  süqut  etmiş,  onların  yeritdikləri  işğalçı  siyasi 

kurslar  iflasa  uğramışdır.  Dünya  bütün  dərinliyi  ilə  dərk  etməyə  başlamışdır  ki, 

sivilizasiyanın gələcəyi regionlar və dövlətlər arasındakı münasıbətlərin dərinliyindən, 

bu münasibətlərin qarşılıqlı faydalılıq prinsipinə əsaslanmasından asılıdır. Məhz buna 



 

 

53 



 

görə  də  müxtəlif  geosiyasi  maraqların  toqquşmasına  deyil,  ümumi  maraqların 

ə

laqələndirilməsi  prinsipinə  əsaslanan  “Böyük  pək  yolu”  ideyasının  ortaya  atılıb, 



həyata  keçirilməyə  başlanması  bəşəriyyətin  qlobal  problemlərinin  həlli  yolunda 

dünyanın  inkişafında,  yeni  və  nəhəng  bir  addım  hesab  edilir.Tarixi  hadisələrin  təbii 

axarı nəticəsində meydana gəlmiş və Qərblə Şərqi qırmızı tellərlə bir-birinə bağlayan 

qədim “ pək yolu”nun bərpasının gələcək nəsillərin ümumi rifahının yüksəldilməsində 

mühüm rol oynayacağı getdikcə daha aydın dərk edilir. 

“Böyük  pək Yolu” layihəsi əhalisini ümumi sayı 100 mln. nəfərdən çox (2005-

ci il) olan və bu layihənin əsas hədəfini təşkil edən Orta Asiya və Qafqazın müstəqil 

ölkələrinin  ümumdünya  təsərrüfat  dövriyyəsinə  fəal  cəlb  olunması,  onların  70  illik 

sovet dövründə yığılıb qalmış sosial-iqtosadi problemlərinin həll edilməsi və nəhayət, 

bu  dövlətlərin  siyasi  və  iqtisadi  müstəqilliklərinin  möhkəmləndirilməsi  üçün  daha 

geniş perspektivlər açır. Məlum olduğu kimi, sovet iqtisadi sistemini səciyyələndirən 

bir  çox  xəstəliklər  bu  respublikalarda  özünü  daha  kəskin  şəkildə  göstərirdi.  Sovet 

imperiyasının  süqutu  nəticəsində  inzibati-amirlik  sisteminin  iflası,  planlı  bölgü 

prinsiplərinə  əsaslanan  mövcud  iqtisadi  əlaqələr  mexanizminin  dağılması  və  bazar 

iqtisadiyyatına  keçidin  daşlı-kəsəkli  yolları  bu  ölkələrin  müstəqilliyinin  ilk  illərində 

dərin  iqtisadi  böhrana  məruz  qalmasına,  istehsalın,  o  cümlədən  adambaşına  məhsul 

istehsalının  ciddi  surətdə  azalmasına  səbəb  olmuşdur.  Bol  təbii  sərvət  potensialına 

malik  olan  Xəzər  hövzəsi  və  Qafqaz  ölkələrinin  gələcək  sosial-iqtisadi  tərəqqisi 

həlledici dərəcədə onların ümumdünya təsərrüfatı sisteminə inteqrasiyası sistemindən 

asılıdır. 

Ümummilli lider Heydər Əliyev “Böyük  pək Yolu” layihəsində Azərbaycanın 

xüsusi  rol  oynadığını  bəyan  edirdi.  O  göstərirdi  ki:  “Azərbaycan  “ pək  yolu”nun 

mərkəzində yerləşir... “ pək Yolu” Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə 

çıxacaqdır.  Xəzərdə  Şərq  və  Qərb  sahilləri  arasında  keçid  bərəsi  var  və  bu  bərə 

Azərbaycana  məxsusdur.  Bakı  “ pək  Yolu”nun  üstündə  yeganə  iri  dəniz  limanıdır. 

Ona görə də Azərbaycan burada çox mühüm strateji mövqe tutur”. 

Məlumdur ki, XXI əsrdə beynəlxalq iqtisadi inteqrasiya daha da dərinləşir. Bu 

baxımdan da bir regionda və ya dövlətdə sosial-iqtisadi proseslərin  gedişi əhəmiyyətli 




 

 

54 



 

dərəcədə  bu  region  və  ya  dövlətin  dünyada  mövcud  olan  hansı  nəhəng  inteqrasiya 

birliklərinə  daxil  olacağından  əhəmiyyətli  dərəcədə  asılıdır.  Texnoloji  inqilabların 

beçiyi olan Avropaya alternativ yollarla çıxış bu ölkələrdə istər iqtisadiyyatın müasir 

texniki və texnoloji əsaslarla yenidən qurulması və dirçəldilməsində, istərsə də bazar 

iqtisadiyyatının formalaşmasında mühüm rol oynayacaq. Böyük  pək yolu layihəsi ilk 

növbədə  Qərblə  Şərq  arasında  etibarlı  nəqliyyat  dəhlizinin  formalaşmasına 

yönəldilmiş  olsa  da  region  ölkələrinin  inkişafında,  dünya  birliyi  ilə  əlaqələrinin 

genişlənməsində keyfiyyətcə tamamilə yeni proseslərin başlanğıcını qoymuşdur. 

TRACECA  proqramı  vasitəsilə  həyata  keçirilən  texniki  yardım  Beynəlxalq 

Valyuta  Fondu  (BVF),  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  (AY B)  və  Dünya 

Bankından  böyük  investisiyalar  cəlb  olunmasına  kömək  etmişdir.  AY B  TRACECA 

marşurutu üzrə liman, dəmiryolu və avtomobil yolları üçün əsaslı layihələr üçün 200 

mln.  doll.  məbləğində,Dünya  Bankı  isə  Ermənistan  və  Gürcüstandakı  yollarda  yeni 

ə

saslı layihələri üçün 40 mln. dollar məbləğində öhdəliklər götürmüşlər. 



TRACECA proqramının formalaşma mərhələləri. Brüssel konfransı (may 1993) 

iştirakçı ölkələrin ticarət və nəqliyyat sistemlərində çoxsaylı problem və çatışmazlıqlar 

müəyyən  etdi.Onlar  TRACECA  proqramının  layihə  təkliflərinin  əsasılnı  təşkil  etdi. 

Ə

vvəlcə,  region  daxilində  ticarət  və  nəqliyyatın  inkişafı  və  yaxşılaşdırılması 



layihələrinə  15  mln.  ekyü  ayrıldı.Onlar  Qərbə  ticarət  marşurutunun  açılması  üçün 

olduqca  vacib  idi.  şçi  qrupunun  ilk  iclası  may  1995-ci  ildə  Alma-Atada  keçirildi. 

Proqramın  planı  bütün  dövlətlərin  fəal  iştirak  etdikləri  dörd  bölmədən  (ticarətin 

asanlaşdırılması,  yol,  dəmiryol  və  dəniz  nəqliyyatı)  ibarət  işçi  qrupu  tərəfindən 

hazırlandı.  lkin  təkliflərdən  16  layihənin  siyahısını  işçi  qrupu  bəyəndi  və  bütün 

iştirakçı  dövlətlər  tərəfindən  təsdiq  edildi.  15  mln.  ekyü  dəyəri  olan  layihələr  üzrə 

kontraktlar bağlandı və onlar 1995-ci ilin payızından həyata keçirilməyə başlandı. şçi 

qrupunun ikinci iclası 1995-ci ilin oktyabırında Vyanada keçiriidi. Bu görüşdə bütün 

iştirakçı  dövlətlər  əlavə  olunmuş  xəritədə  göstərilən  marşrut  üzrə  TRACECA 

proqramının  mərkəzləşməsi  razılığına  gəldilər.Həmçinin  razılığa  gəlindi  ki,  bu 

marşrutdan  kənara  çıxan  bütün  hərəkətlər  yalnız  TAS S  milli  proqramları  və  yaxud 

başqa  donorlar  hesabına  maliyyələşdirilməlidir.  şçi  qrupunun  üçüncü  iclası  mart 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə