61
“Bakı-Tbilisi-Qars geosiyasi addımdır,geosiyasi təşəbbüsdür” söyləyən dövlət
başçısı bildirir ki, dəmir yolu layihəsi bundan sonra uzun illər Azərbaycanı nəqliyyat
baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu
yolun istismarından həm siyasi, həmdə iqtisadi dividentlər qazanacaq. Türkiyə
rəsmiləri bildirirlər ki, BTQ sadəcə bir dəmir yolu layihəsi deyil, həm də iqtisadi,
sosial və mədəni perspektivləri olan bir layihədir. Dəmir yolu xətti ilə bölgədəki
daşıma potensialından ən səmərəli şəkildə istifadə ediləcək, ölkələrimiz arasında tarixi
dostluq və qardaşlıq telləri daha da güclənəcək, ticarət inkişaf edəcək. Qeyd olunanlar
bir daha bu reallığı təsdiqləyir ki, neft-qaz layihələrinin uğurla həyata keçırılməsi
nəticəsində Azərbaycanın iqtisadi imkanları artdıqca yeni layihələrin icrası sürətlənir.
Dünya əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycan-
Gürcüstan-Türkiyə birliyinin önəmini xüsusi vurğulayan prezident lham Əliyev
bildirir: “Biz bütün layihələrin fəal iştirakçıları, onların təşəbbüskarıyıq və belə olan
halda, əlbəttə ki, dünyada bizim çəkimiz artacaqdır”.
TANAP və TAP layihələri.
“Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində
2006-cı ildən qaz alınır. Həmin ilin sonundan Azərbaycana və Gürcüstana , növbəti
ilin iyul ayından isə Türkiyəyə də mavı yanacaq verilir. Azərbaycanın və Gürcüstanın
ə
razisində qazı Cənubi Qafqaz Boru Kəməri daşıyır. Gürcüstan-Türkiyə sərhəddində
kəmərə 280 km-lik daha bir xətt qoşulur ki, o da Ərzurumadək çatdırır. Beləliklə,
başlanğıcını Səngəçaldan götürən bu qaz ixracı xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum
kəməri adlanır. “Şahdəniz-2” işə düşdükdən sonra hasilat xeyli artacaq. Əgər birinci
mərhələ çərçivəsində ən sabit hasilat dövründə ildə 9 milyard kub metr qazın alınması
nəzərdə tutulursa, növbəti mərhələdə bu rəqəm daha 16 milyard kub metr artacaq.
Təbii ki, qazın istehlakçıları da çoxalacaq və ixrac yolları şaxələnəcək. Azərbaycan
qazı Türkiyədən keçərək Avropanın müxtəlif ölkələrinə çatdıırılacaq. Qazı Avropaya
aparacaq yolların davamı isə Türkiyənin ərazisi ilə uzanan TANAP- Trans Anadolu
Qaz Boru Kəməri olacaq. TANAP Azərbaycan qazının Türkiyə ərazısındən Avropaya
tranzit daşınmasına imkan verəcək önəmli bir layihədir. Təsadüfi deyil ki, TANAP
qısa müddət ərzində böyük dəstəyə malik oldu. Onu dünyanın aparıcı ölkələri
birmənalı şəkildə dəstəklədilər, beynəlxalq qurumlar da eyni dərəcədə bəyəndilər.
62
Prezident lham Əliyev bu barədə demişdir: “deyə bilərəm ki, tarixi hadisə baş
vermişdir – biz TANAP layihəsinin əsasını qoymuşuq. Bu layihənin təşəbbüskarı
Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük.
Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi
inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir,
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır.Təsadüfi
deyildir ki, Avropa ttifaqı ilə azərbaycan arasınad imzalanmış sənədlərdə Azərbaycan
bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir”. TANAP-ın çəkilməsi üçün
qərarın verilməsi o demək idi ki, Türkiyə Xəzər hövzəsi və Orta Asiya təbii qazının bu
ölkənin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan “Cənubi
Qaz Dəhlizi” layihələrini həm özünün, həm də Avropanın enerji təhlükəsizliyini təmin
etmək baxımından dəstəkləyir. Bu dəhliz enerji resurslarının etibarlı şəkildə Avropaya
çatdırılmasında mühüm əhəmiyyət daşıdığı üçün Azərbaycan öçün xüsusilə önəmlidir.
Məlum olduğu kimi, bu kəmər “Cənub Qaz Dəhlizi”nin bir hissəsini təşkil
edəcək. O, başlanğıcını Türkiyənin şərq sərhəddində genişləndirilmiş Cənubi Qafqaz
Boru Kəmərinin çıxış məntəqəsindən götürəcək. TANAP ölkənin iyirmidə çox iri
bölgəsinin, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhanə, Ankara və Bursanın
ə
razisindən keçəcək. Təxminən 1900 km məsafə qət edən TANAP Türkiyənin qərb
sərhəddində TAP-la birləşəcək.
TANAP-ı dərhal dəstəkləyənlərdən biri də “Şahdəniz” yatağının işlənməsi
layihəsinin operatoru Cənubi Qafqaz Boru Kəmərinin texniki operatoru BP şirkəti
oldu. Şirkətin yaydığı mətbuat açıqlamalarının birində deyilir: “TANAP dünyada ən
mühüm strateji kəmərlərdən biridir. Onun şərq ucunda dünyanın ən iri qaz yataqları
var-Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarında biri
var-Avropa. TANAP bu ikisni birləşdirən mühüm bir layihədir və ona görə də BP və
digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-nin planlarını
dəstəkləyirlər”. Xatırladaq ki, TANAP layihəsinin operatoru ARDNŞ-dir. Layihədəki
pay bölgüsünə görə hazırda layihənin səhmdarları ARDNŞ (58% ), BOTAŞ (30% )
və BP – dir (12% ). TANAP-ın səhmdarları 2014-cü ilin ikinci rübündə kəmərin
63
təməlini qoymaq fikrindədirlər. Onun 2018-ci ildə istismara verilməsi gözlənilir.
Layihənin dəyərinin 10-11 milyard ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.
Prezident lham Əliyev TANAP –ın Azərbaycanın maraqlarına hərtərəfli
xidmət edən bir layihə olduğuna inamını belə ifadə edir: “TANAP layihəsi regional
çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra
edilməsi üçün konkret tədbirlər görürük. Bu layihənin icrası bizim uzunmüddətli
inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də
ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim
edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan
sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə
təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü
iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamandan, texniki
imkanlarımız da vardır. Həmçinin əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş
maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli
ə
məkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir”.Bu yaxınlarda qazın TANAP-
dan sonrakı marşrutu da müəyyənləşdirildi. Yəni Azərbaycan qazını Avropaya nəql
edəcək kəmər seçildi. Bu, Trans Adriatik Boru Kəməri – TAP-dır. Azərbaycan qazını
ixrac etmək tək TAP-ın arzusu deyildi. Bu məqsəd uğrunda ilk mərhələdə dörd böyük
kəməri təmsil edən şirkət çalışırdı. Bunlar SEEP (Cənub-Şərq Avropa Kəməri), TG
( nterkonnet Türkiyə, Yunanıstan, talita) Poseydon, “Nabukko” və TAP idi. xrac
marşrutunun seçilməsi qərarı bu kəmərləri təmsil edən şirkətlərin təkliflərinin
kommersiya, texniki və strateji meyarları əsasında aparılırdı. SEEP və TG şanslarını
itirdikdən sonra, meydanda “Nabukko” və TAP qaldı. Nəhayət 2013-cü ilin iyun
ayında “Şahdəniz” konsorsiumu TAP-ı seçdi. TAP Azərbaycan qazını taliya və
Cənub – Şərqi Avropa bazarlarına nəql edəcək. Əməliyyatçı şırkətin verdiyi məlumata
görə “Şahdəniz” konsorsiumu qaz satışları üzrə taliyada və Yunanıstanda bir sıra
ş
irkətlərlə şərtlərini razılaşdırıb. “Şahdəniz” layihəsində BP, Statoyl, ARDNŞ,
TOTAL, Lukoyl, N CO və TPAO şirkətləri tərəfdaşlıq edirlər. Konsorsium üçün
növbəti mühüm addım “Şahdəniz-2” layihəsinin tam işlənməsinə dair yekun
investisiya qərarının verilməsi olmuşdur.
Dostları ilə paylaş: |