64
Fə
sil 3: Azə
rbaycan Respublikasının regional inteqrasiya
siyasə
tinin realizasiyası xüsusiyyə
tlə
ri
3.1Azə
rbaycanın regional iqtisadi inteqrasiya prosesində
mövqeyi
Müasir Azərbaycan iqtisadiyyatının tədqiqatçıları belə hesab edirlər ki, sovet
dönəmində və müstəqilliyin ilk illərindən həyata keçirilən iqtisadi siyasətin müxtəlif
mərhələlərinin səmərəli uzlaşdırılması Azərbaycanın bölgədə və dünyada güclü
dövlətlərdən birinə çevrilməsində müəyyənedici rol oynamamışdır.SSR -nin
mövcudluğu dövründə Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil
subyekti olmadığından onun müstəqil xarici əlaaqələri də olmamaışdır.
Lakinmüstəqilliyimizin ilk günlərindən başlayaraq bu istiqamətdə ciddi addımlar
atılması zəruri hesab edilsədə bu sahədə ciddi sistemli addımlar atılmamışdır. Yalnız
90-cı illərin ortalarından başlayaraq Ulu öndər Heydər Əliyevin ardıcıl səyləri ilə
digər sahələrdə olduğu kimi bu sahədə də mübət nəticələrə gətirə biləcək addımlar
atılmasına başlamışdır.
Müstəqilik illərində Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet
istiqamətlərindən biri müasir dünya təsərrüfat proseslərinə aktiv qoşulmaq, qlobal
65
geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə reaksiya verməkdən
ibarətdir. Siyasi sistemin transformasiyası, iqtisadiyyatın əsaslarının radikal şəkildə
yeniləşdirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına əlverişli şərait
yaratmışdır.Azərbaycanın dövlət müstəqilliyini tanıyan hər bir dövlət iqtisadi
ə
məkdaşlıqla da suverenliyimizin möhkəmləndirilməsinə dəstək olduqlarını
ə
məllərində də təsdiqləmişlər.Azərbaycanın beynəlxalq inteqrasiya birliklərində
iştirakı barədə ümumi məlumatlar Sxem 4-də verilmişdir.
Regional təşkilatlarla əməkdaşlıqda ölkəmizin prioritet maraqları Şimal, Şərq
və Qərb istiqamətləri üzrə olmaqla müəyyənləşdirir.
Ş
imal istiqaməti üzrə əməkdaşlıq
Bu istiqamət üzrə əməkdaşlıq Müstəqil
Dövlətlər Birliyi və Demokratiya və qtisadi nkişaf üzrə Təşkilat (GUAM) ilə
ə
məkdaşlığı əhatə edir.
Sxem 4
Müstəqil Dövlətlər Birliyi (MDB)90-cı illərin əvvəllərində əsasən siyasi
xarakter daşıyan və keçmiş SSR ölkələri arasında dövlətlərarası münasibətlərin
qurulması məqsədini daşıyan bu əməkdaşlıq hazırda daha çox üzv ölkələr arasında
iqtisadi inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini yaratmış,
Azərbaycan
Müstəqil
Dövlətlər
Birliyi,1993
Qara Dəniz
qtisadi
Ə
məkdaşlıq
Təş
kilatı, 1993
qtisadi
Ə
məkdaşlıq
Təşkilatı,
1992
BMT-nin
qurum
və
təşkilatları
GUAM
(Gürcüstan,
Ukrayna,
Azə
rbaycan,
Moldova), 1993
66
sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Bununla yanaşı, MDB
çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur.
Demokratiya və qtisadi nkişaf üzrə Təşkilat (GUAM)2006-cı il 23 may
tarixində yaradılmışdır. Təşkilatın əsas məqsədləri olan demokratik dəyərlərin
tanınması, qanun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması,
ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropa inteqrasiyasının
dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi müasir
Azərbaycan üçün aktualdır.
Bu gün GUAM çərçivəsində ən prioritet fəaliyyət istiqamətləri arasında
“Ticarət və nəql etməyə yardım və azad ticarət zonasının fəaliyyəti haqqında” sənəd
layihəsinin yerinə yetirilməsi hesab olunur. Bu sənədin icrasının nəticələri 2007-ci ilin
18-19 iyun tarixlərində Bakıda keçirilmiş GUAM-ın Zirvə Toplantısında müzakirə
olunmuşdur. Sonucu dəfə Azərbaycan Respublikasının iştirakı ilə 2009-cu ilin 27-28
may tarixlərində Kiyevdə GUAM-ın iqtisadiyyat və ticarət üzrə 9-cu iclası
keçirilmişdir. clasda GUAM-ın iqtisadiyyat və ticarət üzrə 2009-cu il üçün
hazırlanmış planının həyata keçirilməsi müzakirə edilmişdir.GUAM üzv dövlətləri
arasında əqli mülkiyyət hüquqlarının qorunması aspektləri haqqında saziş layihəsi
müzakirəsi üzrə 25 yanvar 2010-cu il tarixində Kiyev şəhərində iclas keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata
ə
sasən, 2014-ci ildə Azərbaycan Respublikasının MDB dövlətləri ilə ticarət
dövriyyəsinin həcmi 2921.3 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2083,187.
mln. ABŞ dolları, ixracın həcmi 838,06 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət
saldosu isə mənfi1245.1mln. ABŞ dolları olmuşdur.
Qərb istiqaməti üzrə əməkdaşlıq
Bu istiqamət üzrə əməkdaşlıq əsasən Avropa ttifaqı və Qara Dəniz qtisadi
Ə
məkdaşlıq Təşkilatıilə əməkdaşlığı əhatə edir.
Avropa
ttifaqı Azərbaycan ilə Avropa
ttifaqı arasında hərtərəfli
münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış
“Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan
Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir.