Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

62
 
Ceyhan  əsas  neft  və  Bakı-Tbilisi-Ərzurum  qaz  boru  kəmərlərinin  çəkilməsindəki 
xüsusi  rolunu  qeyd  etmək  lazımdır.  Bundan  başqa,  ABŞ  Şərq-Qərb  nəqliyyat-
kommunikasiya  dəhlizininin  (TRASEKA  layihəsi)  reallaşmasında,  Azərbaycanda 
struktur  islahatlarının  və  iqtisadi  liberallaşmanın  həyata  keçirilməsində  də  Avropa 
Birliyi ilə çiyin-çiyinə çalışmışdır. 
ki  ölkə  arasındakı  ikitərəfli  və  çoxtərəfli  iqtisadi  əməkdaşlıq,  transmilli 
layihələrin  reallaşmasındakı  birgə  fəaliyyətin  müxtəlif  aspektlərini  müzakirə  etmək 
məqsədilə çoxsaylı rəsmi görüşlər keçirilmişdir. Bunlardan 1999-cu il avqustun 18-də 
ABŞ-ın  energetika  naziri  V.  Riçardsonun  Azərbaycana  səfəri  və  dövlət  rəsmilərilə 
keçirdiyi  görüşlər,  2002-ci  il  yanvarın  29-da  dövlət  katibinin  Avrasiya  məsələləri 
üzrə  köməkçisi  E.  Consun  Bakıya  səfəri  və  Prezident  Heydər  Əliyevlə  apardığı 
danışıqlar,  2002-ci  il  sentyabrın  17-də  ABŞ-ın  yeni  energetika  naziri  S.  Abrahamın 
Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  açılış  mərasimində  iştirakı  və 
Prezident Heydər Əliyevlə keçirdiyi görüş, 2003-cü il fevralın 23-də ABŞ prezidenti 
Corc Buşun dəvəti ilə bu ölkəyə səfər etmiş Azərbaycan Prezidenti Heydər Əliyev iki 
ölkə  arasında  iqtisadi  əlaqələri  inkişaf  etdirdi.  Ölkə  Prezidenti  lham  Əliyev  bu 
siyasəti uğurla davam etdirir.
66
  
Azərbaycanın  daha  bir  önəmli  iqtisadi  tərəfdaşı  Türkiyə  dövlətidir.  Türkiyə 
1991-ci  il  noyabrın  9-da  Azərbaycanın  müstəqilliyini  tanıyan  ilk  ölkə  olub.  Bu 
ölkənin Azərbaycan Respublikası ilə diplomatik münasibətləri isə 1992-ci il yanvarın 
14-də  qurulub.  Elə  həmin  il  iki  ölkənin  ticarət,  turizm,  iqtisadiyyat,  nəqliyyat,  elm, 
media,  hüquq,  statistika,  sənaye,  mütəxəssis  hazırlanması,  investisiya  qoyuluşu 
sahələrində  əməkdaşlığının  əsası  qoyulub.  1992-ci  ildə  Azərbaycanla  Türkiyə 
arasında bu sahələrdə əməkdaşlığı əhatələyən 13 mühüm saziş imzalanıb.  
1992-ci il noyabrın 2-də qəbul olunan iki önəmli sənədlə - ticari-iqtisadi sahədə 
ə
məkdaşlıq,  investisiyaların  təşviqi  və  qorunması  haqqında  sazişlərlə  Türkiyə  ilə 
Azərbaycan  arasında  iqtisadi  münasibətlərin  hüquqi  bazası  yaradılıb.  O  zamandan 
Türkiyə iş adamları Azərbaycana yatırımlar qoymağa başlayıblar. 1994-cü ildə ikiqat 
                                                            
66
 Vahid Ömərov, «Azərbaycan-ABŞ iqtisadi əlaqələri”, Səs Qəzeti, Bakı, 2012 / 
    http://sia.az/az/news/interesting/330963-azerbaycan-abs-iqtisadi-elaqeleri 


63
 
verginin  aradan  qaldırılması  haqqında  sazişin  imzalanmasından  sonra  isə  bu 
yatırımların həcmi artmağa başlayıb.  
ki ölkənin ticarət dövriyyəsinin həcmi ilə bağlı fərqli rəqəmlər səslənir. 2008-
ci ilin oktyabrında Bakıda səfərdə olan Türkiyənin dövlət naziri Gürşad Tüzmən ilin 
sonuna  qədər  ticarət  dövriyyəsinin  həcminin  2,5  milyard  dollara  çatacağına  ümid 
etdiyini  söyləmişdi.  Xarici  şlər  Nazirliyinin  Dövlət  Statistika  Komitəsinə  istinadla 
hazırladığı  hesabata  görə,  2008-ci  ilin  yanvar-mart  ayları  arasında  iki  ölkə  arasında 
ticarət  dövriyyəsinin  həcmi  2,19  milyard  dollar  olub.  Dövlət  Statistika  Komitəsinin 
malların idxal və ixracına dair 2008-ci ilin yekunu üçün hazırladığı hesabata əsasən, 
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard 433 milyon dollar olub. 
Bunun  807  milyon  dolları  Türkiyədən  idxalın,  626  milyon  dolları  isə  bu  ölkəyə 
ixracın  payına  düşür.  Həmin  rəqəmlərə  görə,  2008-ci  ildə  Türkiyənin  Azərbaycan 
idxalında  payı  11,2  %  olub.  Azərbaycan  Türkiyədən  2350  adda  məhsul  idxal  edib, 
Türkiyəyə isə 138 adda məhsul ixrac edilmişdir.  
Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı məhsulları, elektrik 
cihazları,  neft-kimya  məhsulları,  müxtəlif  maşınlar  və  avadanlıq,  inşaat-tikinti 
materialları,  təbii  ipək  və  ipək  məhsulları,  tekstil  və  trikotaj  məhsulları,  müxtəlif 
avtomobil  hissələri,  məişət  avadanlıqları,  metallurgiya  məmulatları  və  mebel 
üstünlük  təşkil  edir.  Azərbaycandan  Türkiyəyə  ixracda  isə  neft  və  neft  məhsulları 
ə
sas  yeri  tutur.  Çox  kiçik  həcmdə  pambıq  mahlıcı,  polietilen,  şəkər  çuğunduru  da 
ixrac olunur.  
Türkiyə  ilə  Azərbaycan  bir  sıra  neft-qaz  müqavilələrində  birgə  iştirak  edir. 
Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var:  
• 
Bakı-Tbilisi-Ceyhan layihəsində - 6,15 %; 
• 
Azəri-Çıraq-Günəşli layihəsində - 6,75 %;  
• 
Ş
ahdəniz layihəsində - 9 %; 
• 
Kürdaşı layihəsində - 5 %; 
• 
Araz Alov-Şərq layihəsində - 10 %.  


64
 
Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabata görə, 2008-ci ildə 
Türkiyə şirkətlərinin Azərbaycana qoyduğu investisiyaların həcmi 517 milyon dollar 
olub. Azərbaycanın qeyri-neft sektoruna ən çox yatırım qoyan ölkə Türkiyədir.   
Türkiyə  şirkətləri  sənaye,  istehsal,  telekommunikasiya,  inşaat,  mətbuat,  qida, 
tekstil,  təhsil,  səhiyyə,  bank  və  sığorta,  nəqliyyat,  avtomobil,  neft  sahələrində 
fəaliyyət  göstərirlər.  Bu  şirkətlər  kənd  təsərrüfatı  və  heyvandarlıq  sahəsinə  80 
milyon, xidmət sektoru (təhsil, hotellər, restoranlar, banklar, sığorta xidmətləri) 295 
milyon,  sənaye  və  istehsal  sahəsinə  410  milyon,  səhiyyə  sahəsinə  13  milyon, 
nəqliyyat-rabitə,  telekommunikasiya,  mətbuat,  avtomobil  və  daşıma  xidmətləri 
sahəsinə 100 milyon, ticarət, qida, mebel sahəsinə 370 milyon, inşaat sektoruna 360 
milyon dollardan artıq sərmayə qoyublar.  
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin dəqiq sayı məlum deyil. 
Öncəki  illərdə  bu  barədə  müxtəlif  rəqəmlər  səslənib,  amma  son  iki  ilə  aid  heç  bir 
statistik rəqəm tapmaq mümkün deyil.  
TÜS AB-ın  özünün  283  üzvü  var.  Bu  şirkətlərin  250-dən  çoxu  100  faiz 
Türkiyə  sərmayəsi  ilə  çalışır.  Amma  onların  toplam  yatırımının  həcminin  nə  qədər 
olduğu  məlum  deyil.  Türkiyə-Azərbaycan  iqtisadi  əlaqələrində  rol  oynayan 
təşkilatlardan  biri olan  Azərbaycan  Türkiyə  ş  Adamları  Birliyinin 91 üzvü var.  Bu 
ş
irkətlərdən yalnız 43-ü 100% Türkiyə sərmayəsi ilə çalışır.  
Bir  sıra  Türkiyə  şirkətləri  həm  AT B-də,  həm  də  TÜS AB-da  təmsil  olunur. 
Eyni zamanda bu iki qurumun heç birində təmsil olunmayan türk şirkətləri də var.
67
 
Son  illərdə  Azərbaycanın  iqtisadi  qüdrətinin  artması,  həyata  keçirilən 
diversifikasiya  siyasəti,  müasir  texnologiyalara  əsaslanan  və  rəqabətqabiliyyətli 
məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkənin xarici 
ticarətində də müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası 
genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Təkcə 2013-cü ildə 149 ölkə ilə 
xarici  ticarət  əməliyyatları  aparılmış,  xarici  ticarət  dövriyyəsi  3,4%  artaraq  34,7 
milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 6% artmışdır. 
                                                            
67
 «Azərbaycan-Türkiyə: bir millətin iki dövlətini bağlayan iqtisadi tellər”, elmi məqalə, Media Forum /  
    http://www.azerbaycanli.org/az/page434.html 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə