Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   ...   53

5
 
MDB və digər postsosialist ölkələrində xarici iqtisadi əlaqələrin tənzimlənməsi 
mövzusu  Rusiya,  Ukrayna  və  Şərqi  Avropa  ölkələrinin  bir  çox  tanınmış  alimləri 
tərəfindən  işlənilmişdir.  Həmin  dövrdə  Y.  F.  Avdokuşin,  V.  Q.  Draqonov,  A.  S. 
Filipenko, V.  . Fomiçev,  . P. Fominski, A. Kireev, V. Y. Rıbalkin, S. Şişkov kimi 
görkəmli  iqtisadçıların  problemə  həsr  olunmuş  əsərləri  elmi  ictimaiyyətin  həmişə 
diqqət mərkəzində olmuşdur.  
Son  zamanlar  xarici  iqtisadi  əlaqələrin  tənzimlənməsi  mövzusu  və 
Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  inkişaf  problemləri  ölkəmizin  iqtisadçı 
alimlərinin  də  tədqiqat  obyekti  olmuşdur.  Azərbaycanın  iqtisadçı  alimlərindən 
Səmədzadə Z. Ə., Ələsgərov A. K., Nadirov A. N., Bayramov Ə.  ., Əlirzayev Ə. Q., 
manov  N.  M.,  Həsənov  R.  T.,  Muradov  Ə.,  Qənbərov  F.  Ə.,  Əhmədov  M.  A., 
Bərxudarov  M.  .  və  başqaları  tərəfindən  müasir  dövrdə  beynəlxalq  iqtisadi 
münasibətlərdə  baş  verən  dəyişikliklər  və  hazırkı  şəraitdə  ölkəmizin  xarici  iqtisadi 
ə
laqələrinin  hüquqi  təminat  sisteminin  prinsipləri  və  xarakterik  xüsusiyyətləri 
araşdırılmışdır. 
Müasir  qloballaşma  şəraitində  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin 
genişlənməsi, bu əlaqələrin inkişaf qanunauyğunluqlarının dərk edilməsi və bu yolda 
qarşıya  çıxan  problemlərin  həlli  yollarının  axtarılması,  göstərilən  istiqamətdə  elmi 
araşdırmaların  davam  etdirilməsi  zərurətini  yaradır.  Hazırda  Azərbaycanın  xarici 
iqtisadi əlaqələrinin inkişaf etdirilməsində məqsədyönlü, effektiv və çevik strategiya 
və  hüquqi  təminat  sisteminin  oynaya  biləcəyi  həlledici  rol  mövzunun  seçilməsini 
şə
rtləndirmiş və bu problemin tədqiq olunması zərurətini müəyyən etmişdir. 
Tədqiqatın  məqsədi  və  qarşıya  qoyulan  vəzifələr.  Respublikamızın  xarici 
iqtisadi  siyasət  strategiyasının  formalaşdırılması  mexanizminin  hüquqi  təminatı  ilə 
bağlı  mövcud  vəziyyətin  öyrənilməsi  və  onun  təkmilləşdirilməsi  yollarının  aşkar 
edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların 
konseptual qiymətləndirilməsi əsasında, milli-iqtisadi mənafelər baxımından konkret 
təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədidir. 
Göstərilən  məqsədə  nail  olmaq  üçün  dissertasiya  işində  qarşıya  qoyulmuş 
vəzifələr isə aşağıdakılardır: 


6
 
-
  Ölkənin  xarici  iqtisadi  siyasətinin  spesifikasının  açıqlanması  və  onun  əsas 
istiqamətlərinin göstərilməsi; 
-
  Xarici iqtisadi siyasət strategiyasının inkişaf qanunauyğunluqlarının nəzəri-
metodoloji təhlilinin həyata keçirilməsi;  
-
  Xarici iqtisadi siyasət strategiyasının mövcud vəziyyətinin təhlili; 
-
  Müasir  iqtisadi  və  siyasi  qloballaşma  şəraitində  beynəlxalq  iqtisadi 
münasibətlər sistemində ölkənin əməkdaşlıq, inteqrasiya və inkişaf xüsusiyyətlərinin 
açıqlanması; 
-
  Azərbaycanın  dünya  təsərrüfatına  inteqrasiyasında  mövcud  tendensiyaların 
və ziddiyyətlərin şərhi; 
-
  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  dövlət  tənzimlənməsi  sistemində 
mövcud olan normativ-hüquqi bazanın tədqiqi; 
-
  Azərbaycanın  xarici  iqtisadi  siyasət  strategiyasının  formalaşdırılması 
mexanizminin  hüquqi  təminatının  təkmilləşdirilməsi  istiqamətlərinin  müəyyən 
edilməsi və onların səmərəliliyinin yüksəldilməsi yollarının göstərilməsi və s. 
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyektini müasir şəraitdə xarici 
iqtisadi  əlaqələrin  yüksək  templərlə  dinamik  artımı  şəraitində  Azərbaycanın  xarici 
iqtisadi  siyasət  strategiyasının  formalaşdırılması  mexanizminin  hüquqi  təminat 
sistemi,  predmetini  isə  hüquqi  tənzimləmə  mexanizmlərinin  təkmilləşdirilməsi 
istiqamətləri və perspektiv inkişafı təşkil edir. 
Tədqiqatın  nəzəri-metodoloji  əsasları.  Xarici  iqtisadi  əlaqələr  haqqında 
klassik, neoklassik və müasir nəzəriyyələr, iqtisad elmi sahəsində tanınmış alimlərin 
xarici  iqtisadi  əlaqələrin  formalaşdırılması  və  inkişafı  haqqında  elmi  əsərləri, 
prezidentin fərman və sərəncamları, eləcə də digər qanunvericilik aktları dissertasiya 
işinin nəzəri-metodoloji əsasını təşkil edir. 
Tədqiqat  prosesində  müqaisəli  təhlil  və  ümumiləşdirmə,  sistemli-struktur  və 
sistemli-funksional, analiz və sintez, induksiya və deduksiya və s. kimi metodlar və 
prinsiplərdən geniş istifadə olunmuşdur.  
Tədqiqatın  informasiya  mənbəyi.  Mövzu  ilə  əlaqədar  mövcud  elmi 
ə
dəbiyyatlardan  (azərbaycan,  rus,  türk,  ukrayna,  ingilis,  alman  dillərində),  dövri 


7
 
mətbuatdan, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və  qtisadi  nkişaf 
Nazirliyinin  hesabat  və  materiallarından,  digər  nazirlik  və  komitələrin 
məlumatlarından,  beynəlxalq  təşkilatların  materiallarından  və  hesabatlarından, 
məruzələrdən,  monoqrafiyalardan,  elmi  məqalələrdən,  elmi-tədqiqat  işlərindən 
istifadə olunmuşdur.  
Tədqiqatın elmi yeniliyi. Xarici iqtisadi siyasət strategiyasının hüquqi təminat 
sisteminə  müasir  dövrün  tələbləri  çərçivəsində  baxılması,  bu  sahədə  yeni 
problemlərin  aşkar  edilməsi  və  mövcud  problemlərin  həllinin  yeni  istiqamətlərinin 
göstərilməsi  tədqiqat  işinin  əsas  elmi  yeniliyidir.  Tədqiqat  işinin  elmi  nəticələrini 
konkret olaraq aşağıdakı kimi sistemləşdirmək olar: 
-
  Xarici  iqtisadi  siyasət  strategiyasının  mahiyyətinin  açıqlanması  sahəsində 
mövcud  olan  müxtəlif  elmi  baxışlar  nəzəri  cəhətdən  araşdırılmış  və  reallıqlara 
müvafiq surətdə konseptual ümumiləşdirmə aparılmışdır; 
-
  Xarici iqtisadi siyasət strategiyasının hüquqi təminatı sahəsində beynəlxalq 
təcrübə  öyrənilmiş,  konseptual  qiymətləndirmə  aparılmış  və  onların  müasir  dövrün 
reallıqlarına uyğun istifadəsi imkanları aşakara çıxarılmışdır; 
-
  Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti və onun normativ-hüquqi 
bazası  hərtərəfli  təhlil  edilərək,  ölkənin  müasir  xarici  iqtisadi  siyasətinin  spesifikası 
və onun əsas istiqamətləri göstərilmişdir; 
-
  Azad ticarət-proteksionizm dilemması, onların qarşılıqlı uyğunluğu problemi 
araşdırılmış, xarici iqtisadi əlaqələrin tənzimlənməsi sistemində dövlət müdaxiləsinin 
obyektiv və subyektiv sərhədləri müəyyənləşdirilmişdir; 
-
  Azərbaycanda  ixracat  profili  və  idxaləvəzləyici  rəqabətədavamlı  iqtisadi 
sahələrin yaradılması zəruriliyi əsaslandırılmış, milli istehsalın modernləşdirilməsi və 
inkişafı metodları müəyyənləşdirilmiş və bu istiqamətdə konkret təklif və tövsiyyələr 
verilmişdir; 
-
  Azərbaycanda xarici iqtisadi siyasət strategiyası sahəsində mövcud vəziyyət 
müqaisəli  təhlil  edilmiş,  müasir  iqtisadi  və  siyasi  qloballaşma  şəraitində 
Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  istiqamətləri  açıqlanmış,  beynəlxalq 
təşkilatlarla  əməkdaşlıqların,  inteqrasiya  psoseslərinin  müasir  vəziyyəti  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə