Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

23
 
Bütün iqtisadi təhlükəsizlik səviyyəsi ölkənin iqtisadi potensialından, müxtəlif 
təsərrüfat  sahələrindəki  əmək  münasibətlərindən  asılıdır.  Cəmiyyətin  istehsal 
gücünün və milli zənginliyinin məcmusundan təşkil olunan iqtisadi potensial, ölkənin 
dünya iqtisadi sistemində fəaliyyət göstərmə və ona müəyyən təsir etmə imkanlarını 
müəyyən edir. 
Milli iqtisadi təhlükəsizlik qapalı, avtarkiyalı milli iqtisadiyyatın yaradılmasını 
tələb  etmir,  əksinə  milli  iqtisadi  maraqların  qarşılıqlı  nəzərə  alınmasını  və  dünya 
iqtisadi fəaliyyətinin razılaşdırılmış normalarına riayət olunmasını nəzərdə tutur. Bu 
planda milli iqtisadi təhlükəsizlik problemləri, post-sovet məkanı ölkələri və inkişaf 
etməkdə  olan  ölkələr  üçün  son  dərəcə  əhəmiyyətli  rol  oynayır.  Milli  iqtisadi 
təhlükəsizlik  daxili  və  xarici  təzahür  edir.  qtisadi  cəhətdən  yüksək  inkişaf  etmiş, 
lakin əsas resurslarla və digər məhsul növləri ilə özünü təmin etmə səviyyəsi nisbətən 
aşağı olan ölkələrdə xarici iqtisadi əlaqələrin diversifikasiyasına kifayət qədər etibarlı 
şə
kildə zəmanət verilir; az inkişaf etmiş ölkələrdə isə ilk olaraq əsas resurs və məhsul 
növləri ilə kifayət qədər təmin olunma məsələsi qaldırılır. 
Beynəlxalq  və  regional  təhlükəsizlik  sisteminin  rolu  və  onların  beynəlxalq 
problemlərin həllinə təsiri müxtəlif ola bilər və bu üzv ölkələrin “xüsusi çəkisindən”, 
onların daxili strukturundan və o cümlədən, iştirakçıların hasilat səviyyəsinə nəzarət 
mexanizmlərinin mövcudluğundan asılıdır.
15
 
Hal-hazırda  qlobal  beynəlxalq  təhlükəsizlik  sistemi  BMT  sayılır.  Müstəqil 
dövlətlərin  könüllü  birliyi  əsasında  qurulan  bu  ümumdünya  təşkilatı  demək  olar  ki, 
bütün aspektlərdə təhlükəsizliyin təmin olunması məqsədini daşıyır. BMT beynəlxalq 
hüquq şərtləri baxımından sərt daxili struktura malik təşkilatlardan sayılır. O özünün 
hər  bir  qətnaməsinin  icra  edilməsinə  (hətta  güc  sanksiyaları  tətbiq  etməklə)  nəzarət 
edir.  
Digər  bütün  beynəlxalq  təhlükəsizlik  sistemlərinə  regional  yanaşmaq  olar. 
Onlar  ümumi  maraqlar  ətrafında  birləşən,  siyasi,  iqtisadi  və  hərbi  hərakatları  sərt 
koordinasiya edən ölkələr bloklarıdır. Regional təhlükəsizlik sistemi – etnik-mədəni 
                                                            
15
 А. Б. Родинова, «Экономическая безопасность государства», научная статья / 
   http://www.sakharov.ru/meo/meo2/33.htm 


24
 
yaxınlığına,  iqtisadi  və  ekoloji  maraqlarının  oxşarlığına  və  s.  əsaslanan  dövlətlərin 
müxtəlif təşkilatlarıdır. Bu cür sistemlərin beynəlxalq təhlükəsizliyi dəstəkləməsi öz 
daxili strukturları və beynəlxalq-hüquq tərtibatı baxımından olduqca mozaikdir.
 
 
Milli  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  ilə  milli  təsərrüfatların  və  dünya 
iqtisadiyyatının  bütün  olaraq  stabil  fəaliyyət  göstərməsinə  əlverişli  şərait  yaradılır. 
Bununla  belə  milli  iqtisadi  maraqlar,  bütün  dövlətlərin  iqtisadi  təhlükəsizliyinin 
formalaşdırılması ilə əlaqədar olan bütün ikitərəfli və çoxtərəfli danışıqlarda oryentir 
rolunu oynamalıdır.
16
 
 
 
1.2. Dövlətin xarici iqtisadi strategiyasının mahiyyəti  
və formalaşması istiqamətləri 
Dövlətlər  və  ya  regionlar  səviyyəsində  xarici  iqtisadi  əlaqələrin  inkişaf 
perspektivlərinə nəzər salsaq görərik ki, hal-hazırda milli iqtisadiyyatlarda funksional 
istehsal  qütbləşməsi  baş  verməkdədir.  Beynəlxalq  əmək  bölgüsü  sistemi  iki  yöndə 
dəyişir:  dünya  təsərrüfatının  mərkəzində  inkişaf  etmiş  ölkələr  qrupu  tərəfində  icra 
olunan elmi-tədqiqat və təcrübi-layihələndirmə fəaliyyəti, dünya informasiya sistemi 
və böyük həcmdə cəmləşmiş  maliyyə vəsaitləri durur; çevrəsində isə dağ-mədən və 
emal sənayesi durur. Çevrə qrupların dünya təsərrüfat nüvəsindən investisiya asılılığı 
20 ildə müqaisəyə gəlməz dərəcədə artmışdır.  
Elmi-texniki  inkişaf  şəraitində  heç  bir  ölkə  digər  ölkələrlə  əlaqələri  olmadan, 
xarici iqtisadi fəaliyyətini optimallaşdırmadan öz iqtisadiyyatını uğurla inkişaf etdirə 
bilməz.
17
   
Dövlətin  əsas  xarici  iqtisadi  siyasət  prinsiplərinin  reallaşdırılması  üzrə  dövlət 
fəaliyyətinin  istiqaməti  onun  strategiyasının  mahiyyətini  müəyyən  edir.
 
Xarici 
iqtisadi strategiyadan bəhs edərkən iki əsas an diqqətdən qaçırılmamalıdır. Birinci, bu 
fəaliyyət növünü həyata keçirən subyekt (bu dövlət, region və ya müəssisə ola bilər) 
müasir bazar iqtisadiyyatının önəmli xüsusiyyətlərini daşımalıdır. Subyekt – müəssisə 
                                                            
16
 Википедия – свободная энциклопедия / http://ru.wikipedia.org/wiki/Организация_Объединённых_Наций 
17
 Е. Н. Ведута, «Стратегия и экономическая политика государства», Москва, 2002, с. 14-21 
   Дмитриев  Валентин  Александрович,  «Региональная  стратегия  внешнеэкономической  деятельности:  
сущность
,  структура  и  методические  основы  ее  разработки»,  диссертация  на  соискание  ученой  степени 
кандидата
 экономических наук, Иркутск, 2000 


25
 
bilavasitə  xarici  iqtisadi  əlaqəyə  girir  və  xarici  iqtisadi  strategiyasını  reallaşdırır. 
Ancaq  dövlətin  xarici  iqtisadi  strategiyası  müəyyən  regionda  inkişaf  etməkdə  olan 
vəziyyətə müvafiq təyin olunur.  
kinci  –  xarici  iqtisadi  strategiya  beynəlxalq  əmək  bölgüsündə  (istehsalın 
beynəlxalq  ixtisaslaşması  və  kooperativləşməsi)  müəyyən  səviyyədə  iştirak  edən 
subyektlər  arasında,  müxtəlif  resursların  yerləşdirilməsi  ilə  əlaqədar  dövlətlərarası 
istehsal-təsərrüfat fəaliyyətinin xüsusi sferasıdır. 
Beləcə  xarici  iqtisadi  strategiya  –  müxtəlif  səviyyələrdəki  subyektlər  (dövlət, 
region  və  müəssisə)  tərəfindən  həyata  keçirilən,  material,  maliyyə,  əmək  və 
intellektual  resursların  beynəlxalq  əmək  bölgüsündə  (beynəlxalq  ixtisaslaşma  və 
ə
məkdaşlıq  vasitəsilə)  iştirak  yolu  ilə  dövlətlərarası  yerləşdirilməsilə  bağlı  istehsal-
təsərrüfat fəaliyyətinin xüsusi sferasıdır.
18
  
Xarici  iqtisadi  əlaqələr  sferası  ikili  xüsusiyyət  daşıyır:  1)  iki  ali  səviyyədəki 
subyektlər  –  dövlətlər  və  regionlar  (respublikalar)  müxtəlif  iştirak  səviyyələrində 
(intensivliklərdə)  beynəlxalq  iqtisadi  əməkdaşlığa  cəlb  olunurlar;  2)  müəssisələr  və 
təşkilatlar  –  onların  bir  qismi  əsasən  idaxal-ixrac  əməliyyatları  vasitəsilə  digər 
ölkələrlə bilavasitə əməkdaşlıq edirlər.  
Milli  təsərrüfat  həyatında  xarici  iqtisadi  əlaqələr  əhəmiyyətli  yerə  sahibdir. 
Beynəlmiləlləşmə və inteqrasiya prosesinin inkişafı ilə xarici iqtisadi əlaqələrin əhatə 
etdiyi iqtisadiyyat payı artmışdır. 
Təcrübədə  də  göründüyü  kimi,  xarici  iqtisadi  strategiyanın  rolunun  layiqincə 
qiymətləndirilməməsi  regional  resursların  kifayət  qədər  tam  istifadə  edilməməsinə, 
iqtisadi  inkişaf  tempinin  aşağı  düşməsinə,  nəticədə  regional  sosial-iqtisadi  siyasət 
effektinin aşağı düşməsinə gətirib çıxarır. Regional xarici iqtisadi siyasət – regionun 
beynəlxalq  əmək  bölgüsündə  iştirakın  optimallaşdırılmasına,  həmin  regionun 
üstünlüyünün  artırılmasına,  xarici  iqtisadi  əməliyyatların  coğrafi  balanlaşdırılması 
üçün, daxili bazarın xarici əmtəələrin rəqabətindən müdafiəsinə istiqamətlənmişdir.  
                                                            
18
 
И
. Ершова, «Субъекты внешнеэкономической деятельности», научная статья /  
    http://www.inventech.ru/lib/pravo/pravo-0232/ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə