Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

47
 
stimullaşdırılması).  Ölkənin  rəqabət  qabiliyyətliliyinin  dəstəklənməsi  üçün  dövlət 
tədbirləri aşağıdakılardır:   
• 
stehsal amilləri ilə bağlı şərtlərə hökumətin təsir tədbirləri; 
• 
Tələb şərtlərinə hökumətin təsir tədbirləri; 
• 
Müvafiq və dəstəkləyici sahələrə hökumətin təsir tədbirləri; 
• 
Ş
irkətlərin  strategiyasına,  strukturuna  və  rəqabət  mübarizəsinə 
hökumətin təsir tədbirləri.
50
 
ngilis  iqtisadçısı  Tadeusz  Rybczynski  tərəfindən  işlənib  hazırlanmış 
nəzəriyyədə qeyd olunur: istehsal faktorlarından hər-hansı birinin daha yüksək təklifi, 
hazırkı  amilin  daha  intensiv  istifadə  olunduğu  sahələrdə  istehsal  həcminin  və 
gəlirlərin  qeyri-mütənasib  yüksək  artmına,  digər  amilin  intensiv  istifadə  olunduğu 
sahələrdə isə istehsal həcminin və gəlirlərin (böhranlar) azalmasına gətirib çıxaracaq. 
Hazırkı nəzəriyyə riyazi olaraq sübut edilmişdir.  
Hər-hansı  sahədə  istehsal  həcminin  artması  həmin  məhsula  tələbi 
stimullaşdırır,  ancaq  bütün  ölkələrin  daxili  bazarları  hər  zaman  məhduddur.  Daha 
yüksək tələb müvafiq olaraq xarici ticarət hesabına formalaşır.  
Rybczynski  nəzəriyyəsinin  sübutu  ölkənin  istehsal  imkanları  sərhəddinə 
ə
saslanır.  O  göstərir  ki,  iqtisadiyyatın  bir  seqmentində  istehsal  həcmini  artırmaq, 
digər  seqmentdə  istehsal  həcmini  azaltmadan  mümkün  deyil.  Beləki,  iqtisadiyyatın 
bütün  sahələri  müxtəlif  istehsal  amillərindən  istifadə  edirlər  və  sahələrdən  biri 
amillərdən  bir  qismini  digər  sahədən  çıxara  bilər.  Buna  görə  də,  ixracın  artırılması 
hər  zaman,  böhranlar  baş  verən  sahələrin  məhsullarının  idxalının  artırılması  ilə 
ə
laqədardır.  
Burada dağılmış ixrac məvhumu (“holland sindromu”) aşkar edilmişdir – yəni 
ixracdan əldə olunan gəlirlər idxalın ödənilməsinə kifayət etmir. Bu məvhum ixrac və 
idxal  məhsullarının  əlverişsiz  qiymət  dinamikası  zamanı  yaranır.  Bu  nəticələrdən 
qaçmaq  üçün  ölkə  diversifikasiya  (ixrac  strukturu  və  ticarətin  coğrafi  sərhədləri) 
olmalıdır.  
                                                            
50
 «Конкурентный ромб» М. Портера, статья /  
http://www.e-reading.link/chapter.php/103771/20/Ron'shina,_Nosova_-
   
_Mezhdunarodnye_ekonomicheskie_otnosheniya__konspekt_lekciii.html 


48
 
Nəzəriyyə  son  olaraq  təsdiq  edir  ki,  əgər  iki  istehsal  amilindən  birinin  həcmi 
çoxalarsa,  bu  zaman  əmtəə  və  amillərin  qiymət  sabitliyinin  təmin  olunması  üçün 
həmin artan amilin intensiv istifadə olunduğu məhsulların istehsalının artırılması və 
sabit amilin intensiv istifadə olunduğu digər məhsulların istehsalının isə azaldılması 
mütləqdir.  Əmtəələrin  qiymətlərinin  sabit  qalması  üçün  istehsal  faktorlarının  da 
qiymətləri  dəyişməz  qalmalıdır.  stehsal  amillərinin  qiymətləri  yalnız,  iki  sahə 
tərəfindən  istifadə  olunan  amillərin  nisbəti  sabit  qaldıqda  dəyişməz  qala  bilər.  Hər-
hansı bir amilin artması, həmin amilin intensiv istifadə olunduğu sahələrdə istehsalın 
artması və digər sahələrdə isə istehsalın azalması zamanı baş verə bilər. Bu isə sabit 
amillərin azad edilməsinə gətirib çıxarır hansı ki, inkişaf edən sahələrdə bu amillərin 
artan amillərlə birgə istifadəsi mümkün olur.
51
  
XX əsrin ortalarında (1948) Amerika iqtisadçıları Paul Anthony Samuelson və 
Volfgang  Stolper  tərəfindən  ikinci  dünya  müharibəsi  illərində  digər  bir  nəzəriyyə 
inkişaf  etdirilmişdir.  Nəzəriyyəyə  görə,  sərbəst  xarici  ticarət  ölkənin  bol  miqdarda 
sahib olduğu istehsal amilinin real gəlirini yüksəldir, qıt amilin gəlirini isə aşagı salır.  
Bunun səbəbinə belə açıqlıq gətirilə bilər: Sərbəst ticarət şərtlərində ölkə əmək 
və  sərmayə  amillərindən  hansına  daha  çox  sahib  olarsa  istehsalında  həmin  amilin 
daha  çox  istifadə  olunduğu  mallar  üzrə  ixtisaslaşacaq  və  həmin  malları  ixrac 
edəcəkdir.  Qıt  amillərdən  istehsal  olunan  malları  isə  xaricdən  idxal  edəcək.  Bu 
formada ixtisaslaşmadan dolayı, ölkənin bol miqdarda sahib olduğu amilə ölkə daxili 
tələb  artacaq,  qıt  amilə  isə  tələb  azalacaq.  Bu  isə  bol  amillərin  qiymətinin 
yüksəlməsinə,  qıt  amilin  isə  qiymətinin  aşağı  düşməsinə  səbəb  olacaq.  Beləcə  gəlir 
paylaşımı bol amilə yönəlik dəyişmiş olacaq. 
Xərcləri  yüksək  olan  sənaye  sahələrini  xarici  rəqabətdən  qorumaq  məqsədilə 
himayədarlıq siyasətinə müraciət olunur. Həmin sahələr ölkənin qıt amillərini istifadə 
edən  sənaye  sahələridir.  Himayədarlıq  siyasətindən  dolayı  bu  sahələrdə  istehsal 
                                                            
51
 В.И. Фомичев, “Международная торговля: Теорема Рыбчинского”, статья /    
    http://polbu.ru/fomichev_inttrading/ch06_i.html 


49
 
artacağı  üçün  qıt  amillərə  tələb  də  artacaq.  Dolayısıyla  bu  amillərin  qiyməti  də 
yüksələcək və nəticədə gəlir paylaşımı qıt amillər lehinə dəyişəcək.
52
   
Araşdırmamızda liberal neoklassik model ilə neoinstitusionalist konsepsiyanın 
müqaisəli  analizinə  daha  çox  diqqət  yönəldilmişdir.  Onların  müqaisəsi  göstərdi  ki, 
milli  iqtisadçıların  qarşılıqlı  asılılığı  institusional  və  o  cümlədən  bazar  faktorları  ilə 
şə
rtlənmişdir.
53
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
52
 Steve 
Suranovic, 
“International 
Trade: 
Theory 
and 
Policy”, 
article 

http://catalog.flatworldknowledge.com/bookhub/28?e=fwk-61960-ch05_s06 
53
 А. Алексеева, «Новая волна богатства», Эксперт, 2008, № 2 (591) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə