Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

44
 
tənzimlənən və koordinasiya olunan mərkəzə sahib ölkələr arasında səmərələşdirilmiş 
ə
mək  bölgüsünə  əsaslanmış,  yeni  beynəlxalq  qayda  ilə  bağlı  konsepsiyasını  işləyib 
hazırlamışdı.  Galbraith  isə  öz  fəaliyyətində  planlı  və  bazar  iqtisadiyyatının 
uyğunsuzluğu  ilə  bağlı  tezisi  inkişaf  etdirmişdi.  Onun  fikirlərinə  görə,  bazarın 
ə
həmiyyəti  adi  texnologiyaya  sahib  sahələrdə  müşahidə  olunur,  yüksək 
texnologiyalar  tətbiq  olunan  sahələrdə  planlı  iqtisadiyyat  bazarı  sıxışdırıb  çıxarır. 
Planlaşdırma  sferası  öz  növbəsində  istər-istəməz  milli  sərhədləri  aşacaq  və 
beynəlxalq münasibətlərə yayılacaq. O hesab edirdi ki, inkişaf nəticəsində tez və ya 
gec dünya planlı hökumət tərəfindən idarə olunacaq.  
Sülh  yolu  ilə  və  ya  məcburi  qaydada  təsis  edilən  mərkəzi  hökumət  institutu 
kimi  dünya  hakimiyyəti  modelini  məşhur  Amerika  futuroloqu  Alvin  Toffler  təklif 
etmişdir.  O  hesab  edir  ki,  sənayeləşmə  prosesi  inkişaf  nəticəsində  yüksək-
sənayeləşməyə doğru dəyişir. Bu isə ona gətirib çıxarır ki, milli hökumətlər yüksək-
sənayeləşməyə  doğru  irəliləyişdə  yaranan  əsas  problemlərlə  mübarizə  apara  bilmir. 
O,  yüksək-sənayeləşməni  beynəlxalq  əmək  bölgüsünün  müasir  inkişaf  səviyyəsi 
adlandırır.
47
  
Xarici  iqtisadi  fəaliyyət  konsepsiyasının  analizi  göstərdi  ki,  nəzəri  səviyyədə 
iqtisadi liberalizmin və institusionalizmin ilkin mövqeyi alternativ xarakter daşıyır və 
bir-birinə  zidiyyət  təşkil  edir.  Əslində  bu  istiqamətlər  tərəfindən  təklif  olunan 
tədbirlər sistemi uyğunluq təşkil edir, birindəki üstünlüklər digəri hesabına baş verir. 
Məsələn,  ölkəmizdə  bazar  iqtisadiyyatı  yalnız  institusional  transformasiyadan  sonra 
mümükün olmuşdu. 
Daha bir nəzəri  yanaşma  monetarizmdir.  1980-ci  illərdə  iqtisadi  münasibətlər 
təcrübəsində  əhəmiyyətli  təsirə  malik  olmuşdur.  Monetarizm  nəzəriyyəsinin  əsas 
prinsipləri  milli  və  həm  də  beynəlxalq  sferada  neoklassiklərin  mövqeyinə  uyğun 
gəlir.  Burada  biz  Milton  Friedmanın  mülahizələrinə  əsaslanırıq.  O,  transmilli 
korporasiyaların fəaliyyətini qiymətləndirərək qeyd etmişdir ki, onların fəaliyyətinin 
“özünütənzimləmə” mexanizmi, hər hansı dövlət və ya beynəlxalq institutlardan daha 
tez və yaxşı insan cəmiyyətinə transformasiya etmək iqtidarındadır.   
                                                            
47
 Дж. К. Гэлбрэйт, «Экономические теории и цели общества», Москва, 1976  


45
 
XX əsrin 30-cu illərində  sveç iqtisadçıları Eli Filip Heckscher və Bertil Ohlin 
özlərinə məxsus beynəlxalq ticarət modeli yaratmışlar. Bu müddətə qədər beynəlxalq 
ə
mək  bölgüsü  və  beynəlxalq  ticarət  sistemində  böyük  dəyişikliklər  baş  vermişdir. 
Beynəlxalq  ixtisaslaşma  faktoru  kimi  təbii  fərqlərin  rolu  nəzərə  çarpacaq  dərəcədə 
azalmışdır.  nkişaf  etmiş  ölkələrin  ixracında  isə  sənaye  məhsuları  üstünlük  təşkil 
etməyə  başlamışdır.  Heckscher-Ohlin  modeli  sənaye  məhsullarının  beynəlxalq 
ticarətinin səbəblərini izah etmək üçün nəzərdə tutulmuşdur.  
Müəlliflərin  düşüncələrinə  görə,  nisbi  xərclər  baxımından  ölkələrarası  fərqlər 
aşağıdakılarla izah olunur: 
1) Müxtəlif əmtəələrin istehsalında amillər müxtəlif nisbətlərdə istifadə olunur; 
2) Ölkələrin istehsal faktorları ilə nisbi təmin olunma səviyyəsi eyni deyil. 
Burada amillərin mütənasibliyi qanunu tələb olunur: açıq iqtisadiyyatlarda hər 
bir ölkə, əmtəələrin istehsalında nisbətən daha yaxşı amillər tələb olunan sahələr üzrə 
ixtisaslaşmağa  cəhd  edir.  Beynəlxalq  mübadilə  -  bu  bol  amillərin  mübadiləsinin 
azlığıdır. 
Beləki,  bol  istehsal  amilləri  gizli  formada  ixrac  olunur  və  defisit  amillər  isə 
idxal  olunur.  Daha  doğrusu  əmtəələrin  bir  ölkədən  digər  ölkəyə  hərəkəti  dünya 
iqtisadiyyatı miqyasında istehsal amillərinin aşağı mobilliyini kompensasiya edir. 
Beynəlxalq 
ticarət 
prosesində 
istehsal 
amillərinin 
qiymətlərinin 
bərabərləşdirilməsi  baş  verir.  Həddindən  artıq  olan  amillərin  ilkin  qiymətləri  nisbi 
aşağı  olacaq.  Kapital  artıqlığı  kapitaltutumlu  əmtəələrin  istehsalında  ixtisaslaşmaya 
və  ixrac  sektorunda  kapital  transferinə  gətirib  çıxarır.  Kapital  tələbi  artır,  uyğun 
olaraq kapitalın qiyməti də artır.  
Ə
gər  ölkədə  əmək  artıqlığı  mövcudsa,  o  zaman  əməktutumlu  əmtəələr  ixrac 
olunacaq. Əməyin qiyməti də (əmək haqqı) artacaq.   
Hazırkı  nəzəriyyəyə  müvafiq  olaraq,  ölkələr  istehsalında  nisbətən  daha  çox 
istehsal  amillərinin  istifadə  olunduğu  əmtələri  ixrac  edir  və  istehsalında  nisbətən 
defisit amillərin istifadə olunduğu əmtəələri idxal edir. 
Müvafiq lazımi şərtlər: 


46
 
• 
Beynəlxalq  mübadilə  iştirakçısı  ölkələrdə  üstünlük  təşkil  edən  istehsal 
amilləri ilə istehsal olunan əmtəə və xidmətlərin ixrac tendensiyaları inkişaf edir və 
ə
ksinə ölkə defisit amillərdən istehsal olunan əmtəələri idxal edir; 
• 
Beynəlxalq ticarətin inkişafı amillərin qiymətlərinin, daha doğrusu qeyd 
olunan amillərin sahiblərinin əldə etdikləri gəlirlərin bərabərləşməsinə gətirib çıxarır. 
• 
stehsal amillərinin beynəlxalq mobilliyini kifayət qədər olduqda, ölkələr 
arasında amillərin özlərinin hərəkəti ilə ixrac əmtəələrinin əvəzləşdirilməsi imkanları 
mövcud olur.
48
 
Xarici  ticarət  nəzəriyyəsi  Amerika  iqtisadçısı  Leontyev  Vasili  Vasilyeviç 
tərəfindən inkşaf etdirilmiş və “Leontyev paradoksu” adlandırılmışdır. Leontyev qeyd 
olunan  paradoksda  Heckscher-Ohlin  nəzəriyyəsindən  istifadə  edərək  qeyd  etmişdir 
ki, Amerika iqtisadiyyatı hərbi dövrdən sonra kapitaldan daha çox əmək sərf olunan 
istehsal  sahələri  üzrə  ixtisaslaşmışdır.  Amerika  ixracı  idxal  ilə  müqaisədə  daha  çox 
ə
məktutumlu  və  daha  az  kapitaltutumlu  idi.  Bu  nəticə,  ABŞ  iqtisadiyyatı  ilə  bağlı 
daha əvvəllər mövcud olan bütün təsəvvürlərlə zidiyyət təşkil edirdi. Ümumi fikirlərə 
görə,  bu  Heckscher-Ohlin  nəzəriyyəsinə  uyğun  olaraq  həmişə  kapital  artıqlığı  ilə 
xarakterizə  olunur.  ABŞ  yüksək  kapitaltutumlu  əmtəələri  ixrac  edir,  ancaq  idxal 
etmir.  
Leontyev paradoksunun mahiyyəti ondan ibarətdir ki, ixracatda kapitaltutumlu 
ə
mtəələrin payı artmalı, əməktutumlu əmtəələrin isə azalmalıdır.
49
 
Michael Everett Porterin nəzəriyyəsi ölkənin rəqabət qabiliyyətlilik anlayışına 
gətirib  çıxarır.  Porterin  nəzər  nöqtəsinə  görə  milli  rəqabət  qabiliyyətlilik  konkret 
istehsalat  sahələrində  uğur  və  ya  uğursuzluğu  və  ölkənin  dünya  iqtisadiyyatında 
tutduğu  yeri  müəyyən  edir.  Milli  rəqabət  qabiliyyətlilik  sənayenin  imkanları  ilə 
müəyyən  edilir.  Ölkənin  rəqabətdə  üstünlüyü  yeniliklərin  və  təkmilləşdirmələrin 
stimullaşdırılması əsasında izah olunur (daha dəqiq desək istehsalda innovasiyaların 
                                                            
48
 Т. А. Фролова, «Теории международной торговли», Таганрог: ТРТУ, 2005 /      
    http://www.aup.ru/books/m175/1_3.htm 
    Эклунд К., «Эффективная экономика: Шведская модель», Москва, Экономика, 1991, Гл. 7. 
49
 «Парадокс Леонтьева», статья / http://mirovaja-ekonomika.ru/paradoks-leonteva/ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə