Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

41
 
tələbi  yaradır,  çünki  özəl  sektorda  aktivlərin  toplanması  onların  gəlirlərinin 
ölçüsündən asılıdır, daha dəqiq desək aktivlər hər zaman xüsusi birdəfəlik gəlirlərlə 
tarazlıq  halındadır.  Bu  istiqamətin  nümayəndələri,  istehlakçıların  gəlirlərinin  bir 
ölkədən  digərinə  axınına  yol  verməmək  məqsədilə  idxalın  məhdudlaşdırılması  ilə 
bağlı  aktiv  siyasət  yürütməyi  təklif  etdilər.  Onlar  iqtisadiyyatı  üç  sektora  ayrırlar: 
özəl,  dövlət  və  xarici  ticari.  Onlar  ticari  və  maliyyə  axınlarını  tədqiq  etmişlər. 
Makroiqtisadi  dalğalanmaları  dövlətlərin  müdaxiləsinin  nəticəsi  olduğunu  hesab 
edirlər.  Məcmu  tələbin  lazımi  səviyyəsinin  saxlanılması  üçüm  vergi  qoyma 
alətlərindən istifadə etməyi təklif edirlər. 
Dövlətlərin  maraq  dairələrinə  müvafiq  vergi  dərəcələrindən  istifadə  etmələri 
dövlət  büdcəsinə  lazımi  miqdarda  vəsaitlərin  daxil  olmasına  imkan  verir;  büdcənin 
dolu  olması  xarici  iqtisadi  əlaqələrin  xarakterini  müəyyən  edir,  məcmu  tələbin 
səviyyəsi isə dövlət tərəfindən idxalla əlaqədar həyata keçirilən tədbirlər sistemindən 
asılı  olacaq.  dxal  siyasəti  hər  şeydən  əvvəl  tədiyyə  balansı  ilə  əlaqədar 
məhdudiyyətlərin  aradan  qaldırılmasını  tələb  edir.  Bu  isə  öz  növbəsində  ölkədə 
məcmu tələb və məşğulluğun tarazlığını təmin edir. 
Məlum  olduğu  kimi,  nəzəriyyədə  və  eləcədə  təcrübədə  xarici  iqtisadi 
fəaliyyətdə  dövlətin  rolunun  gücləndirilməsi  və  azad  ticarət  prinsiplərindən 
uzaqlaşma  xətti  boyunca  gedilir.  Neokeynsçilik  məktəbi  idxala  nəzarət  olunması 
ideyasını və ixrac məhsullarının isə rəqabət qabiliyyətinin yüksəldilməsi vasitələrini 
təklif  edir.  Ancaq  bütövlükdə  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyinin 
yüksəldilməsi problemini nəzərə almırlar. 
Yeni  Kembridj  məktəbi  isə  idxala  nəzarət  olunmasını  mühüm  hesab  etməklə 
yanaşı,  bunu  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  yeganə  aləti  hesab  etmir.  Bu 
məktəbin  nümayəndələri  hökumətlərə,  maliyyə-kredit  institutlarına  daha  aktiv  təsir 
etməyi  və  yalnız  dövlətin  deyil,  eyni  zamanda  özəl  şirkətlərin  fəaliyyət 
istiqamətlərinə  yönəldilmiş  planlaşdırma  elementlərini  həyata  keçirməyi  təklif 
edirlər.  Bu  şirkətlərin  iqtisadi  fəaliyyətlərini  dövlətin  maraqlarına  uyğun 
ə
laqələndirməyə  imkan  verir.  Bundan  əlavə  seçilmiş  istehsalçılara  maddi  yardım 


42
 
edilməsi (subsidiyalaşdırma), vergi güzəştlərinin tətbiqi, idxalın lisenziyalaşdırılması 
sisteminin tətbiq edilməsi və digər tədbirlərdən istifadə edilməsi tövsiyyə edilir.
43
 
Keynsin  və  onun  davamçılarına  məxsus  ideyaların  təsiri  altında  Fransada 
Dirijimz iqtisadi təlimi formalaşmışdır. Bu təlimin nümayəndələri Keyns məktəbinin 
iqtisadiyyatın dövlət tənzimlənməsi  ideyasını  yeni xarici  iqtisadi  fəaliyyət  şərtlərinə 
tətbiq  etdilər.  Dj.  Veyller  milli  iqtisadiyyata  qeyri-bazar  təsirlərinin  müxtəlif 
formalarını aradan qaldırmağı təklif etmişdir. O, bazar inteqrasiyası modelini və ona 
doğru gedən yolda üç mərhələni işləyib hazırlamışdı: 1) Millətlərarası tənzimləmənin 
koordinasiyası və xarici iqtisadi əlaqələrin daha effektiv formalarının tapılması üçün 
milli orqanların yaradılması; 2) Xarici iqtisadi siyasətin unifikasiyası və fövqəlmilli 
prioritetlərin  hesaba  alınması;  3)  Bütün  məhdudiyyətlərdən  azad,  istehsal 
faktorlarının sərbəst hərəkət edə biləcəyi zonanın yaradılması. 
Veyller  xarici  iqtisadi  fəaliyyət  problemlərinin  həlli  üçün  institusional 
faktorların əhəmiyyətini əsaslandırmışdır. O, ilk olaraq dünya bazarının fəaliyyətinin, 
müvafiq  struktur  və  normalar  tətsis  etmədən  və  bu  prosesləri  tənzimləyən  və 
koordinasiya edən institusional tədbirlər olmadan mümkün olmayacağını dəqiq ifadə 
etmişdir. Bütün sonrakı institusional modellər aktiv milli və fövqəlmilli tənzimləmə 
tələb edir.
44
 
Onun  ideyaları  Yel  (Yale)  Universitetinin  professoru  Leon  Neil  Cooperin 
ideyaları ilə həmahəngdir. L. Cooper hesab edir ki, xarici iqtisadi fəaliyyətin inkişafı 
dövlət  nəzarətini  tələb  edir.  Dünya  bazarının  mürəkkəbləşən  strukturu  problemlər 
törədir ki, bu problemlər yalnız ticarətin iştirakçısı olan ölkə hökumətləri tərəfindən 
çözülə  bilər.  Dövlətlər  davranış  normaları  işləyib  hazırlamalı  və  onların  yerinə 
yetirilməsini təmin edən milli strukturlar formalaşdırmalıdırlar.
45
  
Avropada  “Ümumi  bazarın”  fəaliyyət  təcrübəsi,  dünya  bazarını  tənzimləyən 
milli orqanların əhəmiyyətinin və təsir gücünün artdığını təsdiq etmişdir. Bu prosesin 
aparıcı  institutları  transmilli  şirkətlər  və  banklar,  dövlətlər  və  onların  regional 
birlikləri,  Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Bankı  və  Dünya  Ticarət  Təşkilatı 
                                                            
43
 В. Студенцов, «Новая кембриджская школа», «Мировая экономика и международные отношения», 1988, № 1 
44
«Особенности  государственного  регулирования  экономики  во  Франции.  Экономическая  политика 
дирижизма
», научная статья / http://www.studme.org/ 
45
 Cooper R., “The Economics of Interdependence”, 1968, № 4 


43
 
oldular.  Bu  təqdim  olunan  formal  institutlardan  başqa  dünya  bazarında  təkamül 
nəticəsində  yaranan  institusional  strukturlar  fəaliyyət  göstərirlər:  şirkət  birlikləri, 
mədəni, regional, ekoloji və digər qeyri-hökumət təşkilatları. Hansı ki, onlar müasir 
informasiya  texnologiyalarından  istifadə  edirlər,  ayrı-ayrı  dövlətlərin  sərhədlərindən 
kənara çıxa bilirlər və qlobal miqyasda qarşılıqlı əlaqələrdə olurlar. Bunlardan başqa 
qlobal  miqyasda  cinayətkar  və  terrorçu  təşkilatlar  yaranır  və  aktiv  fəaliyyət 
göstərirlər və beynəlxalq institutları öz maraqları üçün istifadə edirlər.  
Dünya  bazarının  daha  çox  dinamik  seqmenti  maliyyə  sektoru  sayılır.  Onun 
inkişafının  obyektiv  zərurəti  informasiya  texnologiyaları,  maliyyə  əməliyyatlarında 
kəskin  azalan  transaksiya  xərcləri  və  maliyyə  institutlarının  fəaliyyət  şərtlərindəki 
dəyişikliklər oldu. Aite Group məlumatlarına əsasən 2006-cı ilin sonlarına doğru 56 
% valyuta əməliyyatları elektron qaydada həyata keçirilmişdir. 
XX  əsrin  80-90-cı  illərində  inkişaf  etmiş  ölkələr  maliyyə  təşkilatlarının 
fəaliyyətinin diversifikasıyasını məhdudlaşdırmağı qeyd etdilər, bu isə dünya maliyyə 
bazarında maliyyə holdinqlərinin hakim mövqe tutmasına gətirib çıxardı. Mərkəzində 
bele  holdinqlər  olan  qlobal  maliyyə  “toru”  formalaşdı.  Bütün  növ  maliyyə 
ə
məliyyatlarının  bir  sistemdə  birləşməsi  sinergetik  effektə  səbəb  oldu  və  böyük 
maliyyə  institutlarının  birləşməsindən  effektin  miqyası  böyüdü.  Dünya  miqyasında 
maliyyə fəaliyyətlərinin inteqrasiyası valyuta-maliyyə sferasının real iqtisadiyyatdan 
ayrılmasına  gətirib  çıxardı.  Maliyyə  bazarı  əmtəə  bazarından  ayrı  müstəqil  rol 
oynamağa  başladı.  2006-cı  ilin  sonlarında  dünya  valyuta  bazarında  gündəlik 
ə
məliyyatların həcmi 1,2 trilyon dollara çatdı, onların sayı isə 600 minə yaxınlaşdı. 
Milli  hökumətlər  kapital  hərəkətinə  daha  az  nəzarət  etmək  iqtidarındadırlar. 
Bəzi qiymətləndirmələrə görə “yeddilik” ölkələrinin qiymətli kağızlar bazarının ən az 
30 %-nə dövlətlər tərəfindən nəzarət olunur və ya dövlət maraqlarına tabedir.
46
  
Bu  dəyişiklikləri  müşahidə  edən  tədqiqatçılarda  bazara  və  ümumilikdə  azad 
ticarətə  neqativ  münasibət  yaranır,  xarici  iqtisadi  əlaqələrin  institusional 
konsepsiyalarını formalaşdırdılar. Onlara neoinstitusional istiqamətin nümayəndələri 
olan  Jan  Tinbergen  və  John  Kenneth  Galbraith  aid  etmək  olar.  Tinbergen  vahid 
                                                            
46
 В. Буглай, «Доктрины наднационального регулирования экономических отношений», Москва, 1984 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə