Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   ...   53

11
 
I FƏS L. DÖVLƏT N XAR C   QT SAD  S YASƏT N N MAH YYƏT  VƏ 
XAR C   QT SAD  S YASƏT STRATEG YASININ 
FORMALAŞDIRILMASININ KONSEPTUAL ƏSASLARI 
 
1.1.
  Dövlətin xarici iqtisadi siyasətinin mahiyyəti və  
onu formalaşdıran amillə
Dövlətin  iqtisadi  siyasəti  –  ölkənin  cari  dönmədə  strateji  məqsədlərinin 
reallaşdırılması  üçün  onun  iqtisadiyyata  müdaxilə  prinsiplərini  konkretləşdirir. 
Dövlətin iqtisadi siyasətinin aşağıdakı istiqamətlərini qeyd edə bilərik:
1
 
-
  Xarici iqtisadi siyasət – əmtəə və xidmətlərin idxal və ixracı, xarici kapitalın 
ölkəyə cəlb edilməsi və kapitalın ölkədən xaricə çıxarılması və s.; 
-
  nstitusional  siyasət  –  iqtisadiyyatın  təşkilati  strukturunun  dəyişdirilməsi, 
köhnə  iqtisadi,  sosial  və  maliyyə  institutlarındakı  nöqsanların  aradan  qaldırılması, 
onların funksiya və əlaqələrinin dəyişdirilməsi və ya yeni institutların yaradılması; 
-
  Struktur  siyasəti  –  istehlakçıların  və  ümumi  kapitalın  formalaşdırılması, 
dövlətlərin  gəlir  və  xərcləri,  ixrac  və  idxal,  iqtisadiyyatın  sektorial  və  regional 
strukturları arasında makroiqtisadi proporsiyaların dəyişdirilməsi; 
-
  Sosial  siyasət  –  sosial  xidmətlərin  inkişafı,  sosial  təbəqələrin  gəlirlərinin 
differensiasiyası və bu və ya digər fəaliyyətlərin təşviq olunması; 
-
  nvestisiya  siyasəti  –  investisiya  miqyasının,  onların  mənbələrinin  və 
istifadə olunma istiqamətlərinin qurulması; 
-
  Qiymətləndirmə  siyasəti  –  istehsal  və  istehlak  bazarlarındakı  qiymətlərin 
tənzimlənməsi; 
-
  Maliyyə  siyasəti  –  dövlətin  maliyyə  resurslarının  formalaşdırılması  və 
istifadəsi və o cümlədən, dövlət büdcə vəsaitlərinin istifadəsi və ona nəzarət; 
-
  Pul-kredit siyasəti – pul və kreditlərin dövriyyəsi; 
-
  Regional  siyasət  –  regionların  iqtisadi  inteqrasiyası  və  onların  sosial 
təbəqələşməsi; 
-
  Xarici siyasət – yaxın dövlətlərlə inteqrasiya üzrə. 
                                                            
1
 Е. Н. Ведута, «Стратегия и экономическая политика государства», Москва, 2002, с.12 


12
 
Dövlətlərin  iqtisadi  siyasət  istiqamətlərinin  hazırkı  siyahısı  ölkənin  tarixi 
inkişaf  mərhələlərindən  asılı  olaraq  dəyişir.  Onlara  maddi  istehsal  və  qeyri-maddi 
istehsal  sferaları  üzrə  sahələr  siyasətini  (məsələn:  sənaye  siyasəti  və  ya  səhiyyə 
sahələri üzrə siyasət), mülkiyyətin özəlləşdirilməsi və ya yenidən özəlləşdirilməsi ilə 
bağlı siyasəti və vergi siyasətini əlavə etmək olar. 
Hər  bir  iqtisadi-siyasi  fəaliyyət  zamanı  qarşıya  qoyulmuş  məqsədlərə  nail 
olmaq üçün, müəyyən vaxtda və məkanda planın və ya fəaliyyətlərin dəqiq müəyyən 
olunmuş  ardıcıllığının  olması  mütləqdir.  qtisadi  fəaliyyət  planı  –  sərvət  və  gəlirin 
hasil  edilməsi  və  bölüşdürülməsi  üzrə  qeydlərin  yer  aldığı  balansın  olmasını  tələb 
edir və dövlətlərin iqtisadi strategiyalarını reallaşdırma aləti sayılır. Dövlətin gəlir və 
xərclərinin yer aldığı dövlət büdcəsi məhz bəhs etdiyimiz planın özüdür. Bu növ plan 
hələ qədim dövlətlərdə mövcud idi.
2
  
Xarici  iqtisadi  siyasət  –  dövlətin  idxal  və  ixrac,  gömrük  rüsumları,  tariflər, 
məhdudiyyətlər,  xarici  kapitalın  cəlb  olunması,  kapitalın  xaricə  ixracı,  xarici 
istiqrazlar,  digər  ölkələrə  iqtisadi  yardımların  göstərilməsi  və  birgə  iqtisadi 
layihələrin gerçəkləşdirilməsi sahəsində dövlət siyasəti deməkdir.  
200  dövlət  təşkilatını  birləşdirən  müasir  dünya  təsərrüfat  sistemi  özündə 
qarşılıqlı  əlaqələrin  asimmetrik  olduğu  dinamik  ərazini  əks  etdirir,  lakin  müxtəlif 
ölkələr bu əməkdaşlığa bərabər şərtlərlə və eyni dərəcədə cəlb olunmurlar.  
Avropa  ttifaqından  başlayaraq  regionalizm  siyasəti  bizə  “müxtəlif  surətli” 
dövlətlər anlayışını verdi. XX əsrin sonundan etibarən elmi texniki tərəqqinin inkişafı 
şə
raitində eyni iqtisadi mövqedə olan bir çox dövlətlər bir-birlərindən uzaqlaşmağa, 
öz  inkişaf  dərəcələrinə  müvafiq  müxtəlif  ölkə  qruplaşmalarının  iştirakçısı  olmağa 
başladılar.  nkişaf  tempində  ziddiyyətlərin  artdığı  bir  şəraitində  ayrı-ayrı  ölkələrin 
xarici iqtisadi siyasətləri, siyasətin məzmunu, dövlət bloklarının fəaliyyəti və bir çox 
başqa  xarici  amillər  əvvəlcədən  müəyyən  edilirdi.  SSR -nin  süqutu  və  milli 
dövlətlərin  qeyri-hərbi  ekspansiya  metodlarının  güclənməsi  ziddiyyətlərin  meydana 
                                                            
2
 
«Понятие и сущность внешнеэкономических связей и внешнеэкономической деятельности», статья /      
   http://www.economy-web.org/?p=55 


13
 
gəlmə  prosesini  daha  da  sürətləndirdi,  lakin  onların  sürəti  və  keyfiyyəti  olduqca 
müxtəlif idi.  
Cənub  Şərqi  Asiya,  Orta  Asiya,  MDB  məkanı,  Baltikyanı  ölkələr  buna  misal 
ola  bilər.  Bütün  bunlar  onu  göstərir  ki,  müasir  dövrdə  dünya  arenasında  iqtisadi 
qüvvələrin bu və ya digər balansı təkcə obyektiv şəraitlə deyil, həm də məqsədyönlü 
xarici iqtisadi siyasətlə xarakterizə olunur. Buna görə də qeyd etmək lazımdır ki, son 
vaxtlar  ölkələrin  təbii-iqlim  şəraiti,  iqtisadi  və  digər  maniələr  bir  çox  obyektiv 
proseslərin  realizəsinə  imkan  vermir.  Oxşar  xüsusiyyətlərə  və  inkişaf  səviyyəsinə 
sahib  bir  çox  ölkələrin  Beynəlxalq  Əmək  Bölgüsünə  müxtəlif  iyerarxiya 
səviyyələrində inteqrasiya etdiyini görmək olar.
3
 
Yuxarıda  qeyd  olunanları  nəzərə  alsaq  xarici  iqtisadi  siyasətə  tam  muxtar 
(müstəqil)  məfhum  kimi  baxmamız  məqsədə  uyğun  olmaz.  Çünki  müasir  dövrdə 
təkcə  ölkələrarası  qarşıdurmalar  deyil,  o  cümlədən  xarici  təsir  amilinə  çevrilən  və 
ictimai  dəyişikliklərə  səbəb  olan  amillər,  ocaqlar,  vasitələr  və  qarşıdurmalar 
mümkündür.  
Bununla  bağlı  G.  P.  Babinin  təbirincə  desək,  xarici  iqtisadi  siyasət  dünya 
bazarında müəyyən imtiyazlara malik ölkələrin iqtisadiyyatı əldə etmələrinə və daxili 
bazarı  xarici  malların  rəqabətindən  müdafiə  etmələrinə  yönəldilmiş  tədbirlər 
sistemidir. Belə nəticəyə gəlmək olar ki, dövlətin xarici iqtisadi siyasəti onun daxili 
iqtisadi  siyasətinin  mühüm  həlqəsidir.  Xarici  iqtisadi  siyasətin  məzmunu  ölkənin 
ictimai  quruluşunun  təbiəti,  milli  təsərrüfat  sisteminin  vəzifələri  və  eləcədə  xarici 
amillərlə  şərtlənir.  Xarici  iqtisadi  siyasət  ölkənin  xarici  və  daxili  siyasəti  ilə  təbii 
qarşılıqlı  əlaqədə  olub,  dünya  təsərrüfatının  mürəkkəb  koordinat  sistemində  milli 
iqtisadiyyatla  qarşılıqlı  fəaliyyətin  tərkibində  tamamlanır.  Dünya  təsərrüfat 
ə
laqələrində  tendensiya  növbəti  şəbəkəni  müəyyənləşdirir:  milli  iqtisadiyyat 
beynəlmiləlləşmiş istehsal həlqələrinin tərkib hissəsinə çevrilir və şəbəkənin məcmu 
elementlərinə təsir göstərməyə cəlb olunur.  
qtisadiyyatın  beynəlmiləlləşməsi  dünyanın  siyasi  xəritəsini  prinsipcə  dəyişir, 
şə
xsi  milli  maraqlara  uyğun  yeni  iqtisadi sərhədlərin,  strateji  məqsədli  arealların  və 
                                                            
3
 Буглай В. Б., Ливенцев Н. Н., «Международные экономические отношения», М: Финансы и статистика, 1996,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə