Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   ...   53

14
 
inteqrasiyanın  yaranmasına  səbəb  olur.  Sözsüz  belə  bir  bölgü  mürəkkəb  piramida 
yaradır ki, bu bölgüdə dünya təsərrüfatının informasiya və maliyyə kredit strukturları 
xüsusən  seçilir.  Xarici  dünya  ilə  qarşılıqlı  fəaliyyətin  üsul  və  qaydaları,  hüquq 
normalarının  böyük  arsenalı,  diplomatik  və  bəzən  də  hərbi  metodların  iştirakı 
olmadan  belə  bir  arenanın  ustalıqla  fəaliyyət  göstəməsi  mümkün  deyil.  Ticarət 
blokları – ayrı-ayrı ölkələr, təşkilatlar və həmçinin beynəlxalq maliyyə qurumları ilə 
qarşılıqlı  əlaqələrin  tənzimlənməsinə  kömək  edən  maliyyə-valyuta  platformaları  və 
səmərəli  ticarət  rejimlərinin  formalaşdırılmasına  və  milli  subyektlərin  əlverişli 
şə
rtlərlə  təmin  olunmasına  şərait  yaradır,  ölkələrin  xarici  iqtisadi  maraqlarının 
müdafiəsini təmin edir. 
Qeyd  etmək  lazımdır  ki,  xarici  iqtisadi  siyasət  göstərilən  funksiyaları  yerinə 
yetirməklə  ölkənin  iqtisadi  inkişaf  modelində  xüsusi  rol  oynayır:  dəyişdirici 
(əmtəələrin  idxalı  və  ixracı,  kapital,  işçi  qüvvəsi  və  s.  sahələrdə  regionların  inkişaf 
siyasəti),  toplayıcı  (hasilat,  bazarda  nüfuzun qorunub  saxlanılması,  xarici bazarların 
genişləndirilməsi),  tarazlayıcı  (ölkə  bloklarının  maraqlarına  uyğun  milli  maraqlar). 
Ölkələrin milli xüsusiyyətləri transformasiya yolu ilə siyasətin ümumi qəbul edilmiş 
elementlərinin  və  onları  reallaşdırma  mexanizmlərinin  əlaqələndirilməsinə  imkan 
verir.
4
 
Xarici  iqtisadi  siyasətin  əsas  istiqaməti  xarici  iqtisadi  fəaliyyətin  məcmusunu 
tənzimləməkdir:  əmtəə  və  xidmətlərin,  maddi,  əmək,  pul  və  intellektual  resursların 
beynəlxalq  hərəkəti.  Xarici  iqtisadi  siyasətin  tərkib  hissələri  xarici  ticarət  siyasəti, 
istehsal  və  elmi-texniki  əməkdaşlıq  sahəsində  siyasət,  texnologiya  və  s.  ötürülməsi 
sahəsində  siyasət  sayılır.  Dövlətin  xarici  iqtisadi  siyasətinin  hazırlanması  müəyyən 
baza tələb edir:  
-
  qtisadi institutların müvafiq sistemi; 
-
 Dövlətin  milli  xüsusiyyətlərini  nəzərə  alan  xarici  iqtisadi  siyasətin 
formalaşması üçün nəzəri baza; 
                                                            
4
 «Сущность, виды и методы внешнеэкономической политики государства», научная статья / 
  http://artref.ru/bez-rubriki/sushhnost-vidy-i-metody-vneshnee-konomi.html 


15
 
-
 
Lobbiçilik  sipərini  təmin  edən  cəmiyyətin  zəruri  demokratikləşmə 
səviyyəsi; 
-
 
qtisadiyyatda bu və ya digər lider həlqələrin təmin edə bilmədiyi  milli 
bazar strukturunun geniş şəbəkəsinin formalaşması.  
Bununla  əlaqədar  olaraq,  tam  qanuna  uyğun  formada  ölkələrin  ümumi 
cəhətlərini ayırmaq, bəzi ölkələrin uğur və nailiyyətlərinin formulunu və digərlərinin 
isə  xətalarını  əks  etdirmək  zərurəti  meydana  çıxır.  Yekunda  ölkələrarası 
qarşıqoymanın  zəruriliyini  qəbul  etsək,  onun  mühüm  və  tamamlayıcı  komponenti 
siyasətin qiymətləndirilməsi olacaq.
5
 
Hamıya məlum olduğu kimi xarici iqtisadi siyasət iki funksiyanı – müdafiə və 
təcavüz  funksiyasını  yerinə  yetirir.  Funksiyaların  belə  bölgüsünə  müvafiq  olaraq 
onlardan  hər  birinin  geniş  şərhini  verək.  Xüsusilə  ABŞ  və  Çin  kimi  ölkələrin 
təcavüzkar  siyasətlərinə  nüfuz  dairələrini  genişlətməyə  yönəlmiş  eksponsiyonist 
mearlar  da  daxildir.  Digər  ölkələrlə  münasibətdə  “təcavüzkar”  siyasət  sülh  və 
mehriban  qonşuluq  prinsiplərinin  həyata  keçirilməsi  tədbirləri  və  o  cümlədən, 
ə
məkdaşlığın  artırılması deməkdir.  Ehtimal  ki,  iqtisadiyyatın  bu  və  ya  digər  modeli 
xarici  iqtisadi  siyasətin  bu  və  ya  digər  elementindən  qurulmuş  olub,  lakin  fərq  bu 
elementlərin  kəmiyyətinin  seçimində,  liderlik  strategiyasının  uyğunlaşdırılmasında 
(işçi  qüvvəsinin  yüksək  faizi,  istehsalatda  məşğulluq  səviyyəsi,  yeni  texnologiyanın 
aparıcı rolu – “high trust societies”), yetkinləşmiş inkişafında (“low trust societies”) 
müəyyən  olunur.  Problem  ölkənin  stabilliyini  təmin  edən  iqtisadi  siyasətin 
dəyişdirilmiş  modelinin  seçimindədir,  beləki  istənilən  dəyişmə  ölkələr  arasındakı 
qarşılıqlı əlaqələr sistemində dəyişikliyə gətirib çıxarır. 
Yaşadığımız  iyirminci  əsrin  ikinci  yarısında  dövlətlərin  həyata  keçirtdikləri 
iqtisadi  syasət  növlərini  bir-birlərindən  ayıraraq,  daxili  və  xarici  iqtisadi  siyasət 
olaraq  sinifləndirmək  olduqca  çətindir.  Xarici  iqtisadi siyasət  ölkənin bütün  iqtisadi 
fəaliyyətinə  təsir  göstərməkdə  və  gündəlik  yaşantımızın  hər  mərhələsinə  öz  təsirini 
göstərməkdədir.  Məsələn:  xarici  ticarəti  məhdudlaşdıran  dövlət  siyasəti 
                                                            
5
 С. В. Решетникова, «Понятие и сущность внешней политики государств», научная статья /   
   http://studlib.com/content/view/75/6/ 


16
 
istehlakçıların  idxal  olunmuş  malları  daha  yüksək  qiymətə  almalarına  səbəb  olur, 
ə
ksinə daha liberal xarici ticarət siyasəti isə beynəlxalq ixtisaslaşmanın təmin etdiyi 
faydalardan  dövlətin  daha  çox  yararlanmasına  səbəb  olur.  Eyni  ilə  həyata  keçirilən 
xarici  iqtisadi  siyasət  sayəsində  ölkədəki  istehsalçılar  ilə  ixracatçılar  qorunaraq, 
onların  xarici  ölkələrə  daha  çox  mal  satmaları  təmin  olunur.  Bunun  tam  tərsi  də 
mümkündür.  Xarici  iqtisadi  siyasətin  əhatə  dairəsi  bu  formada  müəyyən  edildikdən 
sonra xarici iqtisadi siyasətin tərifini vermək olar. Professor Kenneth Boulding xarici 
iqtisadi  siyasəti,  bir  ölkənin  xarici  ölkələrlə  olan  iqtisadi  münasibətlərini 
tənzimləməyə istiqamətlənmiş tək tərəfli siyasət olaraq qeyd etmişdir. Həqiqətən də 
bu tərif çox ümumi və əhatəlidir. Bu səbəbdən dolayı xarici iqtisadi siyasəti geniş və 
dar  mənada  olmaq  üzrə  iki  yerə  ayıraraq  ələ  almaq  lazımdır.  Geniş  mənada 
beynəlxalq iqtisadi siyasət (xarici iqtisadi siyasət) – hökumətlərin ticarət və istehsal 
faktorlarının axın istiqamətinə, komponent və həcminə müdaxiləsinə istiqamətlənmiş 
bütün fəaliyyətlərin məcmusudur. Bu tərif yalnız tarif siyasətini deyil, eyni zamanda 
hökumətlərin  həyata  keçirtdikləri  pul  və  maliyyə  siyasətləri  kimi  ümumi  iqtisadi 
siyasətləri də əhatə etməkdədir. Xüsusilə pul və maliyyə siyasətləri xarici ticarət və 
sərmayə  qoyuluşlarına  böyük  ölçüdə  təsir  etmə  xüsusiyyətinə  malik  olduğundan 
xarici  iqtisadi  siyasətlə  yaxından  əlaqədardır.  Məsələn:  tam  məşğulluğa  nail  olmaq 
üçün qəbul edilən iqtisadi qərarlar, eyni zamanda ölkənin xarici iqtisadi əlaqələrində 
ə
ks olunmaqdadır. Bu nəzər nöqtəsindən mövzuya yanaşdığımız zaman xarici ticarət, 
xarici sərmayə qoyuluşları və tədiyyə balansı ilə əlaqədar olaraq qəbul edilən qərarlar 
bir  tərəfdən  milli  gəlirin  artımına,  bölünməsinə  və  səviyyəsinə  müxtəlif  təsirlər 
edərkən,  digər  tərəfdən  də  məşğulluq  səviyyəsində,  qiymətlərdə  və  ölkənin  digər 
daxili iqtisadi siyasətində öz əksini tapmaqdadır. Bu qarışıq təsirlərdən dolayı iqtisadi 
siyasəti tam olaraq daxili və xarici olmaqla iki yerə ayırmağa ehtiyac yoxdur.
6
  
Xarici  iqtisadi  siyasəti  ölkə  hökumətləri  tərəfindən  xarici  ticarətin,  daxili  və 
xarici sərmayə qoyuluşlarının məhdudlaşdırılması, tənzimlənməsi, təşvik edilməsi və 
ya  bunlara  yol  göstərilməsi  olaraq  qəbul  edərsək,  dar  mənada  beynəlxalq  iqtisadi 
                                                            
6
 «Внешняя политика, её сущность и функции», статья / 
  http://about-political.ru/vneshnyaya-politika-eyo-sushhnost-i-funkcii/ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə