Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

26
 
Regional  xarici  iqtisadiyyat  kompleksi  strukturunun  öz  xüsusiyyətləri  var:  o 
dövlətin və eləcə də regionun xarici iqtisadi strategiya proqramının və konsepsiyanın, 
müəyyən  faktorların,  tarixi  şəraitin  və  istehsal-təsərrüfat  sferasında  qurulan 
ə
məkdaşlıq əlaqələrinin təsiri altında formalaşır.
19
   
Dünya təsərrüfat əlaqələrində iştirakın aktivləşdirilməsi və intensivləşdirilməsi 
məqsədilə,  dinamik  balanslaşdırılmış  və  optimal  funksionallaşdırılmış  istehsal-
kommersiya  sistemi  yaradılmalıdır.  Bu  məqsədə  nail  olma  vasitələri  –  ölkənin 
eksport  potensialının  genişləndirilməsi  və  müxtəlif  xarici  iqtisadi  fəaliyyət 
formalarının optimal daxil edilməsidir.
20
   
Xarici  iqtisadi  strategiyanın  formalaşdırılması  regionun  nisbi  rəqabət 
üstünlüyünün müəyyən olunmasını, dövlət və regional ixrac strategiyası kontekstində 
mövcud  ixrac  potensialının  inkişaf  etdirilməsini  və  genişləndirilməsini  və  o 
cümlədən,  ölkənin  ixtisaslaşmış  ixrac  sferasının  ayrılmasını  təklif  edir.  nkişaf  və 
genişləndirmə ölkə siyasətinə uyğun aparılır.
21
  
Dövlətin xarici siyasi strategiyası müəyyən tarixi mərhələdə sosial təbəqələrin 
balans dəyişikliklərinin istiqamətini müəyyən edir. Strateji məsələlərdən çıxış edərək 
dövlət  ictimai  qaydaya  nəzarət  edir,  vətəndaşların  fəaliyyətini  reqlamentləşdirir  və 
şə
xsi insiativlərin inkişafı üçün şərait yaradır, hər bir şəxsin təhlükəsizliyini, qanuni 
azadlıqlarını  və  mülkiyyətini  qoruyur,  cəmiyyətdə  bu  və  ya  digər  mənəvi 
oryentirlərin inkişafını təmin edir.  
Ə
gər  dövlətin  xarici  iqtisadi  strategiyası  onun  dünya  birliyindəki  mövqeyini 
möhkəmlədirsə  o zaman onu milli saymaq olar, əks təqdirdə o anti-millidir.  
Dövlətlərin  xarici  iqtisadi  strategiyası  onun  siyasi  strategiyasının 
reallaşdırılması  üçün,  iqtisadiyyata  dövlət  müdaxiləsi  alətlərinin  və  prioritetlərinin 
transformasiyasını müəyyən edir. O, dövlətlərin uzunmüddətli dövr üçün ən ümumi 
                                                            
19
 Макконнелл К.Р., Брю С.Л., «Экономикс: принципы, проблемы и политика» / Пер. с англ., Баку, 1992. 
   Чухно А. А., П. И. Юхименко, П. М. Леоненко, «Современные экономические теории», Знання, 2007 
20
 Сафаров  Тавис  Аглямович,  «Внешнеэкономический  комплекс  региона  России  в  условиях  интеграции  в 
мировое
 хозяйство», диссертация на соискание ученой степени доктора экономических наук, Москва, 2003 
21
 Шлямин Валерий Александрович, «Формирование внешнеэкономической стратегии России по отношению к 
странам
  северной  европы»,  диссертация  на  соискание  ученой  степени  доктора  экономических  наук,  Санкт-
Петербург
, 2008 


27
 
iqtisadi  fəaliyyət  istiqamətlərini  və  onların  reallaşdırılması  prinsiplərini  xarakterizə 
edir. 
20-ci əsrin əvvəllərində iqtisadi strategiya, sənayeçilər və fermerlər tərəfindən 
gücləndirilmiş  proteksionizm  və  azad  ticarət  arasında  kompromis  yollarla 
formalaşdırılırdı.  
Belə ki, sivil ölkələr daha çox diqqəti sosial siyasətə yönləndirməyə başladılar 
– işçi birlikləri, kartellər (trestlərin) və onların qarşılıqlı əlaqələri, vətəndaşların həyat 
səviyyəsinin  yüksəldilməsi  və  sosial  bərabərsizliklərin  aradan  qaldırılması  kimi 
fəaliyyət  problemlərinə  və  s.  qtisadi  siyasət  milli  strateji  maraqlara  müvafiq 
müəyyən olunurdu. “ deal iqtisadi siyasət iqtisadi problemlərin həlli sayılır.  lk sırada 
möhkəm  və  əhəmiyyətli  milli  maraqlar  durur”.  Dövlətin  bir  çox  doktrinaların 
tövsiyyələrinə  öz  qüvvəsini  sərf  edərək,  eqoistik  maraqları  çərçivəsində  inadla 
hərəkət etməsi ağır nəticələrə gətirib çıxarır.
22
  
Dövlətlərə  cəmiyyətin  (development  de  l’etat  social)  və  insanlığın  (de  l’etat 
intellectual)  mütərəqqi  inkişafını  təmin  edən  sivil  strategiya  lazımdır.  Sivilizasiya 
səviyyəsi  yalnız  ictimai  və  siyasi  münasibətlərin  inkişafı  ilə  deyil,  eyni  zamanda 
ə
xlaq  və  maarifçiliyin  inkişafı  ilə  müəyyən  olunur.  Henry  Thomas  Buckle 
sivilizasiyanın  tərəqqisini  hər  şeydən  əvvəl  biliklərin  genişləndirilməsində  və 
dərinləşdirilməsində  və  onun  xalq  arasında  yayılmasında  görürdü.  Şərq 
sivilizasiyasından  fərqli  olaraq,  obyektiv  qanunların  dərk  edildiyi  və  din  və 
incəsənətin  arxa  plana  keçdiyi  Qərb  sivilizasiyasının  əsas  hərəkətverici  qüvvəsi 
elmdir.  Bu  isə  oranın  əksəriyyət  vətəndaşlarının  digər  ölkələrin  əksəriyyəti  dilənçi 
vəziyyətində olan vətəndaşları ilə müqaisədə imtiyazlı olmaları ilə izah olunur.
23
 
Bu gün inkişaf etmiş ölkələrin digər ölkələr üzərində qüdrətinin əsas səbəbləri, 
digər  ölkələrdə  öz  xeyirlərinə  yaratdıqları  gəlirlərin  yenidən  bölüşdürülməsi  üçün 
beynəlxalq  ssuda  kapitalları  bazarlarını  istifadə  etmək  bacarıqları  sayılır.  Gəlirlərin 
bölgüsündə ədalətlilik prinsipini pozan qloballaşma strategiyası sivilizasiyanı ölümə 
                                                            
22
 Оборина  Екатерина  Дмитриевна,  «Формирование  стратегии  развития  внешнеэкономической  деятельности 
региона
», диссертация на соискание ученой степени кандидата экономических наук, Екатеринбург, 2011 
23
 Frank Levy, “Distribution of Income”, article / http://www.econlib.org/library/Enc/DistributionofIncome.html 


28
 
aparır.  Qloballaşmanın  inkişafının  həqiqi  sivilizasiyalı  strategiyası  sosial  effektiv 
staretgiya olacaq.
24
  
Dövlətlərin  xarici  iqtisadi  strategiyaları  dövlətlərin  iqtisadiyyata  müdaxilə 
alətlərini müəyyən edir. Xarici iqtisadi strategiya dövlətlərin fəaliyyət istiqamələrini 
və onların uzun müddətli reallaşdırılması prinsiplərini xarakterizə edir.  
Dövlətlərin xarici iqtisadi strategiya növləri aşağıdakılardır: 
• 
Qismən təcrid olunma strategiyası; 
• 
Proteksionizm strategiyası; 
• 
Azad ticarət strategiyası; 
• 
Defisitli bazarın doldurulması strategiyası. 
Bir çox ölkələr xarici rəqiblərin öz milli bazarlarına daxil olmamaları üçün öz 
güclərini  əsirgəmirlər.  Onların  maraqları  anlaşılandır  –  xarici  rəqabət  zəifləməyə 
imkan  vermir,  istehsalın  daima  yenilənməsini  tələb  edir,  məsrəfləri  aşağı  salır, 
keyfiyyəti  yüksəldir.  stehlakçıları  mümkün  qədər  ucuz  və  daha  yüksək  keyfiyyətli 
ə
mtəə əldə etmə maraqlandırır; əmtəənin mənşəyi və onun istehsalından qazanc əldə 
edənlər ilə bağlı məsələlər onları daha az maraqlandırır.  
Bu situasiya – dünyanın bir çox ölkələrində daimi iqtisadi və siyasi mübarizə 
qaynağıdır. Hökumətlər öz iqtisadi strategiyalarını elə qurmalıdırlar ki, ölkə bundan 
tam  olaraq  qazansın,  öz  daxili  bazarlarında  xarici  əmtəələrin  peyda  olmasından 
uduzmasın.
25
  
Ə
mtəələrin  idxal  və  ya  ixracını  stimullaşdırmasından  və  ya  əksinə 
məhdudlaşdırmasından  asılı  olaraq  dövlətin  yürütdüyü  dörd  əsas  xarici  iqtisadi 
strategiya növünü ayırd edə bilərik:  
1.  Qismən  izolyasiya  strategiyası  –  daxili  bazara  müəyyən  kateqoriya 
ə
mtəələrin  buraxılmaması  məqsədilə  həyata  keçirilir.  Məsələn:  kino  və  video 
məhsullar,  çap  məhsulları,  ölkə  əhalisinin  həyat  tərzinə  və  ideologiyaya  zidd  olan 
ə
mtəələr;  
                                                            
24
 Richard  T.  Ely  Lecture,  “History  of  Economic  Doctrines  and  Economic  History”,  by  Alexander  Gerschenkron, 
Harvard University 
25
 Б. М. Маклярский, «Мировая экономика», учебное пособие, Москва, 2004, с. 458 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə