8
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşmasına təsiri, ölkəmizin
dünya təsərrüfatına inteqrasiyasının tendensiyaları və zidiyyətləri təhlil edilmiş və
konkret təkliflər irəli sürülmüşdür;
-
Azərbaycanda xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması
mexanizmlərinin hüquqi təminatı sahəsində kompleks təhlil əsasında onların
təkmilləşdirilməsi istiqamətləri müəyyən edilmiş və səmərəliliyinin yüksəldilməsi
yolları göstərilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti: Azərbaycan Respublikasının xarici iqtisadi
siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminat sisteminin
elmi tədqiqindən və bu tədqiqat əsasında xarici iqtisadi əlaqələrin hüquqi
tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərdən
ibarətdir.
Tədqiqatın nəticələrinin aprobasiyası: Tədqiqat işinin nəticələri Sumqayıt
Dövlət Universitetində təşkil olunan “Magistrantların XIV Respublika Elmi
Konfranslarında” məruzə edilmişdir. Sumqayıt Dövlət Universitetinin və Azərbaycan
Dövlət Prezident Yanında darəçilik Akademiyasının nəşrlərində dərc edilmişdir.
Tədqiqat işinin nəticələri üzrə 3 tezis dərc edilmişdir.
şin həcmi və strukturu.
Qarşıya qoyulan məqsəd və vəzifələrə uyğun olaraq
formalaşdırılmışdır. Dissertasiya işi 156 kompyuter səhifəsində cəmlənmişdir və
giriş, 3 fəsil, 9 paraqraf, nəticə və təkliflər, 150-yə yaxın mənbəyə istinad edən
ə
dəbiyyat siyahısından ibarətdir və o cümlədən, cədvəllər və sxemlər verilmişdir.
Dissertasiya işinin strukturu aşağıdakı kimidir:
Girişdə seçilmiş mövzunun aktuallığı əsaslandırılır, problemin öyrənilmə
vəziyyəti, tədqiqatın məqsəd və vəzifələri açıqlanır, elmi yeniliyi şərh edilir, nəzəri
və praktiki əhəmiyyəti göstərilir.
Dissertasiyanın “Dövlətin xarici iqtisadi siyasətinin mahiyyəti və xarici iqtisadi
siyasət strategiyasının formalaşdırılmasının konseptual əsasları” adlanan birinci
fəslinin birinci paraqrafında, dövlətin xarici iqtisadi siyasətinin mahiyyəti və onu
formalaşdıran amillər tədqiq edilmişdir. Birinci fəslin ikinci paraqrafında, dövlətin
xarici iqtisadi strategiyasının mahiyyəti və formalaşması istiqamətləri açıqlanmış.
9
Xarici iqtisadi strategiya formaları göstərilmiş və onların reallaşdırılması prinsipləri
tədqiq edilmişdir. Birnci fəslin üçüncü paraqrafında, dövlətin xarici iqtisadi
strategiyası ilə bağlı bir çox nəzəri yanaşmalara açıqlıq gətirilmişdir. A. Smit, D.
Rikardo, John Maynard Keyns, Nicholas Kaldor, Eli Filip Heckscher, Bertil Ohlin,
Leontyev Vasili Vasilyeviç, Michael Everett Perter, Rybczynski, Paul Anthony
Samuelson, Volfgang Stopler və başqa iqtisadçı alimlərin nəzəri yanaşmalarına geniş
yer verilmişdir.
Dissertasiyanın “Azərbaycan Respublikasının xarici iqtisadi siyasət
strategiyasının formalaşmasına təsir göstərən faktorlar və dünya təsərrüfatına
inteqrasiyanın tendensiyaları” adlanan ikinci fəslinin birinci paraqrafında,
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşmasında mövcud xarici
iqtisadi əlaqələrin rolundan bəhs olunur. Azərbaycanın hal-hazırda mövcud olan və
perspektivdə qurulması planlaşdırılan xarici iqtisadi əlaqələrinin vəziyyəti geniş şərh
edilir. kinci fəslin ikinci paraqrafında, Azərbaycanın yerləşdiyi məkanda inteqrasiya
proseslərinin müasir vəziyyəti və Azərbaycanın xarici iqtisadi siyasətinin
formalaşmasına təsir göstərən faktorlar tədqiq edilmişdir. Azərbaycanın inteqrasiya
etdiyi beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrindən, hərtərəfli iqtisadi və sosial
inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar və
regional birliklərlə əməkdaşlıqların genişləndirilməsi istiqamətlərindən bəhs olunur.
qtisadi inteqrasiya strategiyası müəyyənləşdirilərkən dünyada gedən iqtisadi
proseslərin inkişaf təmayüllərinin müasir xüsusiyyətləri diqqətlə öyrənilib nəzərdən
keçirilmişdir. kinci fəslin üçüncü paraqrafında, Azərbaycanın dünya təsərrüfatına
inteqrasiyasının tendensiyaları və ziddiyyətləri tədqiq edilir. Müxtəlif beynəlxalq
iqtisadi təşkilatlarla əməkdaşlıqların neqativ aspektlərindən, ölkə iqtisadiyyatının
inkişafını ləngidən bir sıra tələblərin qoyulmasından, Azərbaycanın yerləşdiyi
geosiyasi məkanda gedən proseslərdən bəhs edilir.
Dissertasiyanın “Azərbaycan Respublikasının xarici iqtisadi siyasət
strategiyasının
formalaşması
mexanizminin
hüquqi
təminatı
və
onun
təkmilləşdirilməsi istiqamətləri” adlanan üçüncü fəslinin birinci paraqrafında,
Azərbaycan Respublikasının dünya təsərrüfatına inteqrasiyasının institusional-
10
təşkilati mexanizmlərinin formalaşdırılması tədqiq edilmişdir. Ölkənin xarici iqtisadi
siyasətini tənzimləyən dövlət və beynəlxalq təşkilati-idarəetmə strukturlarının
(mərkəzi hakimiyyət orqanları, müvafiq nazirliklər, yerli hakimiyyət orqanları, qeyri-
hökumət təşkilatları, xarici iqtisadi ticarət strukturları, Azərbaycan Respublikası
ə
razisindəki beynəlxalq təşkilatların nümayəndəlikləri, konsorsiumlar, birgə
müəssisələr, marketinq, sığorta və nəqliyyat şirkətləri, TMŞ) fəaliyyəti
araşdırılmışdır. Üçüncü fəslin ikinci paraqrafında, Azərbaycan Respublikasının xarici
iqtisadi siyasət strategiyasının formalaşdırılmasının hüquqi təminatından bəhs olunur.
Xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi sisteminin normativ-hüquqi bazası,
Azərbacan Respublikasının iştirakçısı olduğu dövlətlərarası sazişlər, beynəlxalq
müqavilə və konvensiyalar tədqiq edilir. Üçüncü fəslin üçüncü paraqrafında,
Azərbaycan
Respublikasının
xarici
iqtisadi
siyasət
strategiyasının
formalaşdırılmasının hüquqi təminatının təkmilləşdirilməsi istiqamətləri araşdırılmış
və bu istiqamətdə müəyyən təkliflər irəli sürülmüşdür.
Dostları ilə paylaş: |