Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

59
 
təsərrüfatının payının artırılması vacibdir. Bunun üçün isə kənd təsərrüfatı sahəsində 
yeni  texnologiyaların  tətbiqi  ilə  əmək  məhsuldarlığının  artırılması  lazımdır.  Digər 
tərəfdən,  bu  sahədə  yaxşı  təcrübəyə  malik  olan  ölkələrlə  sıx  əməkdaşlıq  etmək, 
həmçinin  bu  ölkələrdə  mövcud  olan  modellərdən  Azərbaycan  reallığına  daha  yaxın 
olanını  seçib  onu  ölkədə  tətbiq  etmək  olduqca  vacibdir.  Çünki  kənd  təsərrüfatı 
məhsulları  arasında  elə  məhsullar  var  ki,  Azərbaycan  bu  məhsullar  üzrə  həm  də, 
dünya bazarında müqayisəli üstünlüyə malikdir. Bu isə o deməkdir ki, bu məhsullar 
rəqabətədavamlıdır,  sadəcə  yeni  texnologiyaların  tətbiqi  ilə  onların  istehsalını 
artırmaq lazımdır.  
Azərbaycanda  xidmət  sektorunun  da  liberallaşdırılması  və  bu  sektora  xarici 
sərmayənin  cəlbi  ilə  yeni  texnologiyların  gətirilməsi  və  məhsuldarlığın  artırılması 
prosesi  müşahidə  edilir.  Bu,  bank  və  maliyyə  sektorlarında  yeni  məhsulların  tətbiqi 
həm  bu  sektorların  özünün  maliyyə  vəziyyətinin  yaxşılaşmasına,  həm  də  onların 
təqdim  etdiyi  məhsullar  vasitəsilə  kiçik  və  orta  sahibkarlığın  maliyyə  mənbələrinin 
genişlənməsini şərtləndirir.  
Azərbaycanın  Avropa  Birliyi  ölkələri  ilə  ticarət  əlaqələrinin  genişləndirilməsi 
ölkəmizin  xarici  iqtisadi  münasibətlərini  daha  dayanıqlı  edir.  Buna  görə  də,  Qərb 
ölkələri  ilə  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsi  yalnız  dövlət  gəlirlərinin 
artması  deyil,  həmçinin  iqtisadi  və  siyasi  müstəqilliyimizin  gücləndirilməsi  və 
regionda ölkəmizin rolunun artması baxımdan əhəmiyyətlidir.
63
 
Azərbaycan dünyanın iqtisadi cəhətdən fövqəldövləti olan ABŞ-la sıx iqtisadi 
ə
laqələr yaratdı. Amerika Prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, 
məşhur politoloq Zbiqnev Bjezinski özünün "Böyük şahmat lövhəsi. Amerika ağalığı 
və onun geostrateji imperativləri" kitabında yazır ki, XX yüzilliyin sonunda Birləşmiş 
Ş
tatlar  planetin  hərbi-strateji,  iqtisadi,  texnoloji,  informasiya  və  mədəni  həyatında 
birinci və mütləq dünya hakiminə çevrilmişdir. Onun gücü özünün nəhəng iqtisadi və 
texnoloji  resurslarını  hərbi  məqsədlər  üçün  operativ  səfərbər  etməkdə,  amerikan 
həyat tərzinin və mədəniyyətinin cəlbediciliyindədir. 
                                                            
63
 Vüqar  Bayramov,  “Azərbaycanın  xarici  iqtisadi  əlaqələri:  qeyri-neft  sektorunun  inkişaf  potensialı  fonunda”,  Bakı, 
2012 / http://www.anl.az/down/meqale/xalqqazeti/2012/iyun/X42.htm 


60
 
Z.  Bjezinski  ABŞ-ın  müasir  dövrdəki  hegemon  rolunu  və  dünya  ağalığını 
Roma,  Çin  və  Monqol  imperiyası  ilə  müqayisə  edir  və  belə  bir  nəticəyə  gəlir  ki, 
keçmişdə mövcud olan bu imperiyalardan ABŞ-ın əsas fərqi mədəni üstünlüyündədir. 
Onun  fikrinə  görə,  çinlilərin,  monqolların,  avropalıların  yaratdığı  imperiyalar  güclü 
olsa  da,  səfərbəredici,  cəlbedici  deyildi  və  lazımi  məqamlarda  çeviklik,  operativlik 
nümayiş etdirə bilmirdilər.
64
 
Professor Ə. Həsənov yazır: "Əlbəttə, Amerikanın hegemonluğu, fövqəldövlət 
kimi  dünyada  gedən  proseslərdə  oynadığı  rolu,  XXI  əsrin  başlanğıcında  Qərbi 
Avropa  və  Yaponiya  kimi  güclü  dövlətlərlə  iqtisadi  yarışı  udmasını,  dünyada 
rəqabətə davamlı iqtisadi, siyasi, sosial, mədəni və texnoloji, ən təkmil informatika, 
telekommunikasiya,  bank-maliyyə  və  mikrobiologiya  sistemi  yaratmasını  inkar 
etmək  çətindir.  Amerikanın  demokratik  idarəçilik  sistemi,  vətəndaş  cəmiyyəti  və 
insan  hüquqlarının  aliliyi,  hüquqi  dövlət,  hakimiyyət  bölgüsü,  federal  quruluşu  və 
ikipartiyalı  sabit  siyasi  institutları  da  dünyanın  böyük  hissəsinə,  çoxsaylı  dövlət  və 
xalqlara nümunə ola bilər".
65
 
Dünyanın  sözügedən  fövqəldövləti  ilə  Azərbaycan  arasındakı  münasibətləri 
şə
rtləndirən  əsas  amillər,  bir  yandan,  ABŞ-ın  ölkəmizin  beynəlxalq  təhlükəsizliyinə 
və müstəqilliyinə təminat vermək, onun ayaq üstə dayanmasına ilkin iqtisadi və siyasi 
dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına 
yardım  etmək  imkanı  ilə  əlaqəlidirsə,  digər  yandan,  Azərbaycanın  ABŞ-ın  milli 
mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, 
xüsusən,  neft  yataqlarına  malik  olması  və  beynəlxalq  prinsiplərə  uyğun,  sivil  və 
müstəqil siyasət yeritməsi ilə bağlıdır.  
Azərbaycan-ABŞ  iqtisadi  əlaqələrinin  tarixi  XIX  əsrə  gedib  çıxır.  Hələ  XIX 
ə
srin  70-80-ci  illərində  Bakı  neft  sənayesinin  yaranması  və  formalaşması  dövründə 
ABŞ-ın  iri  şirkətləri  Azərbaycan  neftinə  maraq  göstəriblər.  Bu  illərdə  Rusiya 
bazarında  neft  məhsullarının  satışı  məşhur  Amerika  iş  adamı  Rokfellerin  "Standart 
oyl"  kompaniyasının  tam  nəzarəti  altında  idi.  Tədricən  Nobelin  təzyiqi  ilə  Rusiya 
                                                            
64
 Збигнев  Бжезинский,  «Великая  шахматная  доска  -  господство  Америки  и  его  геостратегические 
императивы
», перевод: О. Ю. Уральской, Москва, 1998 
65
 Натиг Алиев, «Нефть и нефтяной фактор в экономике Азербайджана в ХХI веке», Монография, 2010  


61
 
bazarından sıxışdırılıb çıxarılan Rokfeller bir qədər sonra öz nümayəndəsini Bakıya
 
göndərərək,  o  zaman  burada  möhkəm  mövqe  qazanmış  ngiltərə  və  digər  Avropa 
dövlətlərinin  şirkətləri  ilə  danışıqlar  aparmış  və  müəyyən  işlər  görmüşdür.  Lakin 
Avropa  dövlətləri  ilə  ABŞ  arasında  mövcud  olan  ziddiyyət  və  həmin  vaxt  üçün 
Amerikanın  nisbətən  zəifliyi  onun  Bakıda  daimi  möhkəmlənməsinə  imkan 
verməmişdir.  Sonrakı  illərdə  də  ngiltərənin  Azərbaycandakı  güclü  mövqeyi  və 
ingilis-amerikan  ziddiyyətləri  ABŞ-ın  Azərbaycana  fəal  müdaxiləsinə  və  onunla 
normal iqtisadi münasibətlər yaratmasına mane olmuşdur. 
1991-ci  il  oktyabrın  18-də  Azərbaycanda  müstəqillik  haqqında  Konstitusiya 
aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri 
də ABŞ oldu. Ulu Öndər Heydər Əliyevin ABŞ-a səfərləri ABŞ-ın imkanlı maliyyə-
kredit  qurumlarının  Azərbaycana  meyil  göstərən  neft  şirkət  və  birliklərinə 
qoşulmasına  da  ciddi  təkan  verdi.  Bir  qayda  olaraq,  bu  ölkənin  maliyyə-kredit 
idarələri  ABŞ-ın  tam  siyasi  və  beynəlxalq  himayəsi  altında  olmayan,  Amerikada 
dəstəklənməyən  və  onun  strateji  tərəfdaşı  hesab  olunmayan  ölkələrə  sərmayə 
qoymağa  xüsusi  səy  göstərmirlər.  Lakin  səfərin  nəticəsi  olaraq,  bu  yönümdə 
vəziyyətdə  ciddi  dəyişiklik  baş  verdi  və  nəinki  ABŞ-ın  güclü  maliyyə-kredit 
strukturlarının  Azərbaycanda  fəaliyyət  göstərmək  istəyən  neft  kompaniyalarına 
qoşulması  meyili  müşahidə  olundu,  habelə,  bu  sahədə  işlərin  gücləndirilməsi 
qərarlaşdırıldı. 
2001-ci  ildən  -  yeni  əsrin  başlanğıcından  Azərbaycan-ABŞ  münasibətləri 
strateji  partnyorluq  istiqamətində  yüksələn  xətlə  inkişaf  etmişdir.  Ümumiyyətlə, 
1998-2012-ci illərdə iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, 
regional  əməkdaşlıq,  beynəlxalq  təhlükəsizlik  və  hərbi  məsələlər  üzrə 
genişləndirilmiş və daha da inkişaf etdirilmişdir. 
ki ölkə arasındakı iqtisadi əlaqələr, ABŞ-ın Xəzər bölgəsi və Cənubi Qafqazda 
Azərbaycanın  həyata  keçirdiyi  transmilli  layihələrdə  iştirakı  intensiv  xarakter 
daşımışdır.  Bu  istiqamətdə  Amerikanın  bir  tərəfdən  öz  şirkətləri  vasitəsilə  Xəzər 
dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və istehsalı, digər tərəfdən bu 
ehtiyatların  dünya  bazarına  sərbəst  çıxışını  təmin  etmək  məqsədilə  Bakı-Tbilisi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə