Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   45   46   47   48   49   50   51   52   53

143
 
ixracatın  və  investisiyaların  stimullaşdırılması  mexanizm  və  alətlərinin 
təkmilləşdirilməsi. 
6. Dünya iqtisadi, maliyyə mühitinə inteqrasiya prosesi maliyyə sektorunun və 
xarici iqtisadi əlaqələrin tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsini zəruri 
edir.  Ona  görə  də,  xarici  iqtisadi  siyasət  startegiyasının  hazırlanması  və 
reallaşmasının  səmərəliliyinin  artırılması,  onun  stimullaşdırıcı  və  əlaqələndirici 
funksiyalarının daha təsirli hala gətirilməsi, dövlət və biznes strukturlarının qarşılıqlı 
ə
laqədar  fəaliyyət  göstərməsi  mexanizminin  yaradılması  üçün  kompleks  tədbirlər 
görülməlidir.  Azərbaycanın  maliyyə  və  biznes  strukturlarının  dünya  bazarlarına 
çıxması  üçün  dövlət  dəstəyinə  böyük  ehtiyac  vardır.  Bu  dəstəyin  miqyası  və 
formaları qabaqcıl dünya təcrübəsi istifadə edilməklə müəyyənləşdirilməlidir.  
7.  Xarici  iqtisadiyyatın  diversifikasiyasının  təmin  olunması  xarici  iqtisadi 
ticarətin infrastrukturunun genişləndirilməsini tələb edir. Məlum olduğu kimi coğrafi 
və  struktur  baxımından  genişmiqyaslı  qlobal  iqtisadiyyatla  əlaqələrin  dairəsinin 
artırılmasına xarici ticarət logistikasının qeyri-kamilliyi, gömrük rəsmiləşdirilməsinin 
mürəkkəbliyi,  qanunların  tətbiqində  bürokratik  sistemin  mövcudluğu  mənfi  təsir 
göstərir.  Ölkənin  olduqca  geniş  tranzit  potensialının  genişləndirilməsində  də  həmin 
amillərin  rolu  böyükdür.  xracatçı  şirkətlərə  informasiya,  yardım  və  digər  dəstəyin 
verilməsində  operativlik  təmin  edilməlidir.  nformasiya  –  məsləhət  xidmətinin 
göstərilməsi üçün ixtisaslaşmış (dövlət və ya qeyri-dövlət) strukturların yaradılması, 
bu  sahədə  vahid  xidmət  paketi  hazırlanmalıdır.  Ölkənin  xaricdə  fəaliyyət  göstərən 
ticarət nümayəndəliklərinin şəbəkələri və onların təbliğatçılıq sahəsində funksiyaları 
genişləndirilməli, xarici iqtisadi fəaliyyətə xidmət göstərən maliyyə-kredit qurumları 
dünya standartları səviyyəsinə yüksəldilməlidir.  
8.  Respublikamızda  idxalın  strukturunun  dinamikasının  təhlili  göstərir  ki, 
ə
vvəllər  idxalın  tərkibində  istehlak  malları  böyük  üstünlük  təşkil  etdiyi  halda,  son 
illər maşın və avadanlıq idxalı neft kontraktları ilə əlaqədar olaraq birinci yeri tutur. 
Lakin  istehlak  mallarının  çoxunun  idxalı  yüksək  səviyyədə  qalmaqdadır.  Dövlətin 
müvafiq tənzimləyici tədbirləri rəqabət üstünlüyünə malik malların daxili istehsalının 
artırılmasına yönləndirilməlidir. 


144
 
9. Son illər iqtisadi inkişafın sürətlənməsi daha çox neft amili ilə əlaqədardır. 
Ölkəmizin  xarici  ticarətinin  xammal  yönümlü  müasir  vəziyyəti  demək  olar  ki, 
istehsal  potensialının  maddi-texniki  bazası  ilə  şərtlənir.  Ölkənin  tarazlı  iqtisadi 
inkişafı  qeyri-neft  sektorunun  intensiv  inkişafından  asılıdır.  Maşınqayırma 
kompleksi, kimya və neft-kimya sənayesi, yüngül və yeyinti sənayesinin xaricə mal 
ixrac  edilməsində  potensialı  böyükdür.  Həmin  sahələrin  istehsal-texniki  bazasının 
yenilənməsi,  innovasiya  fəaliyyətinin  genişləndirilməsi  və  istehsal  vasitələrinin 
istehsalının  artırılması  diqqət  mərkəzində  olmalıdır.  Bu  prosesdə  yaranmış  yeni 
maliyyə imkanlarından, valyuta və kredit mexanizmindən geniş istifadə edilməlidir.  
10.  Kənd  təsərrüfatının  dünya  iqtisadiyyat  rejiminə  adaptasiyası  şərtləri 
olduqca  mürəkkəbdir.  Aqrar  bölmədə  yaranmış  vəziyyət  tələb  edir  ki,  bu  sahədə 
geniş  himayəçilik  tədbirləri  həyata  keçirilsin,  onun  büdcədən  birbaşa  dəstəklənməsi 
daha  da  artırılsın.  Himayəçilik  tədbirləri  qiymət,  dotasiya  və  digər  maliyyə-kredit 
amilləri vasitəsilə həyata keçirilməlidir.  
11.  Azərbaycanın  xarici  iqtisadi  siyasət  strategiyasının  maliyyə  valyuta 
aspektləri  araşdırılarkən  inflyasiyanın  yaranmasında  xarici  amillərin  rolu  müəyyən 
edilmiş,  manatın  bahalaşmasının  neqativ  nəticələri  təhlil  edilmiş  və  tədiyyə 
balansının  mövcud  problemləri  aşkara  çıxarılmış  və  həlli  yolları  göstərilmişdir. 
Maliyyə  mühitinə  inteqrasiya  prosesində  ciddi  problemlər  qarşıda  durur.  Postsovet 
məkanında,  xüsusən  ipək  yolu  ölkələrində  yeni  maliyyə  mühiti  yaranır,  kapital  və 
maliyyə axınları sürətlənir. Yaxın gələcəkdə yeni maliyyə  mərkəzi formalaşacaqdır. 
Həmin  mərkəzin  Qərbdə  bəzi  dairələrin  nəzərdə  tutduğu  kimi  Gürcüstanda  deyil, 
Azərbaycanda olması üçün düşünülmüş tədbirlər sistemi həyata keçirlməlidir. Məlum 
olduğu kimi, bunun vacib şərti valyuta-maliyyə və bank sahəsində liberallaşdırmanın 
aparılmasıdır.  Lakin,  təklif  olunur  ki,  belə  liberallaşdırma  tədbirləri  həyata 
keçirilərkən ehtiyatlı hərəkət edilməlidir.  
12.  Azərbaycanın  resurs  amilləri  ilə  yanaşı,  investisiya  və  innovasiyalar 
hesabına  rəqabət  üstünlüyü  əldə  etməsi  üçün  xarici  investisiyaların  cəlb  olunması 
olduqca  vacibdir.  Bnun  üçün  onların  fəaliyyətini  milli  maraqlara  daha  çox 
uyğunlaşdırmaq  təklif  olunur.  Xarici  investorlar  əsas  etibarilə  mineral  xammalın 


145
 
istehsalı  və  ixracı  sahələrinə  yönəlirlər.  Onların  fəaliyyətinin  qeyri-neft  sektoruna 
istiqamətləndirilməsi üçün tədbirlər sisteminin səmərəliliyi artırılmalıdır.  
13.  Beynəlxalq  mühitdə  xarici  iqtisadi  münasibətlər  qeyri-bərabər  qüvələrin 
kəskin mübarizə meydanına çevrildiyi üçün milli maraqların və milli təhlükəsizliyin 
təmin  olunması  Azərbaycan  dövlətinin  də  başlıca  funksiyasıdır.  Müasir  şəraitdə 
iqtisadi təhlükəsizliyə xarici amillərin təsiri güclüdür. Onlar diqqətlə öyrənilib nəzərə 
alınmalıdır.  
14.  Xairci  iqtisadi  əlaqələrin  tənzimlənməsində  böyük  rolu  olan  beynəlxalq 
maliyyə-iqtisadi  təşkilatlarla  (BVF,  Dünya  Bankı  və  ÜTT)  əlaqələrin  səmərəliliyi 
artırılmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  onların  yeritdiyi  siyasət  hər  şeydən  əvvəl 
transmilli  şirkətlərin  və  yüksək  inhisarçı  dövlətlərin  mənafeyinə  və  xarici  kapitalın 
hökmranlığının  təmin  olunmasına  xidmət  edir.  BVF-nun  tövsiyyə  və  tələbləri  yerli 
mütəxəssis  rəyləri  öyrənilməklə,  diqqətlə  nəzərdən  keçirilməlidir.  ÜTT-na  üzvlük 
məsələsi həll edilərkən bir çox məsələlərin nəzərə alınması vacibdir. Unutmaq olmaz 
ki, perspektiv inkişaf baxımından ölkəyə zərər vura bilən düşünülməmiş öhdəliklərin 
götürülməsi 
ölkənin 
beynəlxalq 
arenaya 
bərabərhüquqlu 
inteqrasiyasını, 
modernləşməsini  və  son  nəticədə  iqtisadi  inkişafını  mürəkkəbləşdirə  bilər. 
Azərbaycanın  daxil  olmaq  istədiyi  beynəlxalq  iqtisadi  təşkilatlara  üzvlük  məsələsi 
həll  edilməzdən  əvvəl,  Azərbaycanın  bu  təşkilatlara  daxil  olması  ilə  konkret  hansı 
məsələlərin  həll  ediləcəyi,  ölkənin  xarici  iqtisadi  siyasət  strategiyasında  hansı  rolu 
oynayacağı və bu zaman hansı güzəştlərə gediləcəyi qəti şəkildə aydınlaşdırılmalıdır.  
15. Respublikamızda xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi sisteminin 
normativ-hüquqi  bazasının  sürətlə  dəyişən  qlobal  şəraitə  uyğun  olaraq 
təkmilləşdirilməsi  bir  proses  xarakteri  daşımalıdır.  dxal-ixrac  əməliyyatlarını 
tənzimləyən  qanunvericilik  bazasının  yaxın  gələcəkdə  təkmilləşdirilməsinə  ehtiyac 
var.  Azərbaycanda  ixracın  dövlət  həvəsləndirmə  mexanizmi  işlənib  hazırlanmalıdır. 
Dünya bazar konyukturundan asılılığı zəiflətmək üçün ilk növbədə ixracat yönümlü 
qeyri-neft  istehsal  sahələrinin  inkişaf  proqramının  hazırlanması  lazımdır. 
Respublikanın 
ixrac 
imkanlarının 
genişləndirilməsi 
və 
ixrac 
bazarının 
diversifikasiyası Azərbaycanın ümumi iqtisadi siyasətində başlıca istiqamətlərdən biri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə