Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

140
 
ixracın  kreditləşdirilməsi,  ixrac  kreditlərinin  sığortalanması  və  digər  tədbirlər 
sayılır.
126
  
Müasir  Azərbaycan  gerçəkliyində  qabaqcıl  ölkələrin  təcrübələrinin  mexaniki 
olaraq sözügedən sahəyə tətbiq olunması əksər hallarda gözlənilən müsbət nəticələri 
vermir.  Bu  baxımdan  xarici  ticarət  əlaqələrinin  tarif  tənzimlənmə  mexanizminin 
formalaşdırılması  və  hərəkətə  gətirilməsi  prosesində  ölkəmizin  qabaqcıl 
mərkəzlərinin  və  bu  sahədə  fəaliyyət  göstərən  ayrı-ayrı  tanınmış  elm  xadimlərinin 
potensial imkanlarından maksimum istifadə edilməlidir.  
Araşdırmalar bir daha sübut edir ki, respublikamızda xarici iqtisadi əlaqələrin 
dövlət  tənzimlənməsi  sisteminin  normativ-hüquqi  bazasının  sürətlə  dəyişən  qlobal 
şə
raitə  uyğun  olaraq  təkmilləşdirilməsi  bir  proses  xarakteri  daşımalıdır.  Xüsusilə 
ÜTT-nin  qaydaları  və  digər  beynəlxalq  konvensiyalarda  təsbit  olunmuş  beynəlxalq 
standartlarla  müqaisədə  bu  çatışmazlıqlar  özünü  daha  qabarıq  surətdə  biruzə  verir. 
dxal-ixrac  əməliyyatlarının  tənzimlənməsinin  qanunvericilik  bazasının  yaxın 
gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var.
127
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
126
 Dünyamalı Əmir oğlu Vəliyev, “Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri”, 
iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2010 
127
 Эмир-Ильясова Э. И., «Геополитика во внешнеэкономических связях Азербайджанской Республики», Баку, 
Издательство
 Элм, 2003 


141
 
NƏT CƏ VƏ TƏKL FLƏ
 
Dissertasiya  işində  tədqiqat  zamanı  müəyyən  ümumiləşdirmələr  aparılaraq 
nəzəri və praktiki əhəmiyyət kəsb edən nəticələr əldə edilmiş, konkret təkliflər irəli 
sürülmüşdür: 
1. Müasir şəratidə inkişaf səviyyəsindən asılı olmayaraq bütün  milli dövlətlər 
xarici  iqtisadi  əlaqələrə  cəlb  olunur,  onların  qarşılıqlı  asılılığı  artmaqdadır.  Xarici 
amillər ölkələrin, xüsusən gənc dövlətlərin taleyində getdikcə daha çox rol oynayır. 
Gənc  ölkələrdə  sərt  rəqabət  mübarizəsinə  uyğunlaşmaq  üçün  güclü  və  effektiv 
fəaliyyət  göstərən  hüquqi  təminat  modelinin  formalaşması  zəruridir.  Ona  görə  də 
milli dövlətlərin iqtisadi siyasətlərində strateji məsələlərin həlli müasir yanaşma tərzi 
tələb edir.  
2.  Ölkəmizin  beynəlxalq  iqtisadi  əlaqələrinin  strateji  istiqamətləri  mövcud 
dünya 
təcrübəsi 
nəzərə 
alınmaqla 
müəyyənləşdirilməli 
və 
daha 
da 
təkmilləşdirilməlidir.  Bu  məqsədlə,  Yaponiya  və  Çinin,  Cənub-Şərqi  Asiya 
ölkələrinin  dünya  bazarı  ilə  inteqrasiya  təcrübəsi  ümumiləşdirilir,  Azərbaycan  üçün 
ə
həmiyyətli  olan  konkret  təcrübədən  istifadə  edilməsi  təklif  edilir.  Eyni  zamanda, 
Qərb  və  Şərqdə  iqtisadi  quruculuq  təcrübəsinin  sintezi  olan  Türkiyənin  dünya 
təsərrüfatına  inteqrasiya  yolu  da  ölkəmiz  üçün  əhəmiyyətlidir.  Məhz  bu  sahədə 
Türkiyə  təcrübəsinin  müsbət  cəhətləri  ümumiləşdirilmiş  və  istifadə  edilmək 
məqsədilə konkret təkliflər irəli sürülmüşdür.  
3. Milli iqtisadi təhlükəsizlik üçün xarici mənşəli təhdidlər özünü göstərə bilər 
ki, onlar xarici iqtisadi siyasət strategiyasında mütləq nəzərə alınmalıdır: zəif nəzarət 
olunan  strateji  milli  ehtiyatların  –  kapital  və  intellektin  xaricə  axması;  xarici 
amillərdən – dünya konyukturasının vəziyyətindən, müəyyən malların və xidmətlərin 
idxalından,  xarici  borc  kapitalından,  istehsal-satış  şəbəkələrini  nəzarətdə  saxlayan 
nəhəng  TMŞ-lərin  siyasətindən  kritik  asılılıq;  ekoloji,  əhalinin  sağlamlığını, 
informasiya  sisteminin  normal  fəaliyyətini,  rəqabət  qabiliyyətinin  artırılmasını  və 
bütövlükdə ölkənin davamlı inkişafını təhlükə altına salan təhdidlər; “qara” pulların 
irimiqyaslı hərəkəti; xarici iqtisadi fəaliyyətdən yaranan kriminal xarakterli təhdidlər; 


142
 
Azərbaycandan  kölgə  iqtisadiyyatına  aid  kapitalın  külli  miqdarda  çıxarılması, 
kontrabanda, əmək ehtiyatlarının qeyri-leqal beynəlxalq hərəkəti. 
4.  Milli  dövlətlər  çərçivəsində  aradan  qaldırılması  mümkün  olmayan  qlobal 
mahiyyətə  malik  risklərin  proqnozlaşdırılması,  müntəzəm  olaraq  monitorinqinin 
aparılması,  onların  ekspert  qiymətləndirilməsi,  zəruri  təmayüllərə  operativ  reaksiya 
verilməsi və onların qarşısının alınması üçün xüsusi qurumun yaradılması lazımdır.  
5.  Ölkənin  davamlı  sosial-iqtisadi  inkişafının  təmin  olunması  üçün  xarici 
amillərdən  maksimum  istifadə  olunması  və  Azərbaycan  iqtisadiyyatının  dünya 
iqtisadiyyatına  səmərəli  inteqrasiya  olunması  məqsədilə  xarici  iqtisadi  strategiya 
blokuna  və  maliyyə  sektoruna  rəhbərlik  edən  orqanlar  tərəfindən  daha  da 
təkmilləşdirilməlidir.  Strategiyanın  məqsədlərinə  uyğun  olaraq  onun  konkret 
vəzifələrinin aşağıdakılardan ibarət olması təklif olunur: 
• 
Azərbaycanın  dünya  təsərrüfatı  sistemi  ilə  maliyyə-iqtisadi  əlaqələrinin 
forma və istiqamətlərinin çoxşaxəliliyinin, hər şeydən əvvəl emal olunmuş məhsul və 
məmulatların  xüsusi  çəkisinin  artırılması  hesabaına  ixracatın  diversifikasiyasının 
təmin  olunması,  mal  çeşidlərinin  artırılması  ilə  yanaşı,  xarici  bazarların 
coğrafiyasının genişləndirilməsi; 
• 
Beynəlxalq  istehsal-satış  və  maliyyə-kredit  şəbəkələrinə  qoşulmaqla 
Azərbaycan şirkətlərinin rəqabət qabiliyyətinin artırılması, bu yol ilə texnologiya və 
biznesdə  yeni  idarəçiliyin,  maliyyə  innovasiyalarının  gətirilməsi  imkanlarının 
genişləndirilməsi; 
• 
Xarici  maliyyə-iqtisadi  sferada  biznes  fəaliyyətinin  genişləndirilməsi 
üçün şəraitin yaxşılaşdırılması, maneələrin aradan qaldırılması; 
• 
Xarici 
iqtisadi 
siyasət 
vasitələrindən 
və 
maliyyə-kredit 
mexanizmlərindən  istifadə  etməklə  rəqabət  qabiliyyətinin  artırılması  və  ölkə  üçün 
həyati  əhəmiyyət  kəsb  edən  milli  iqtisadiyyat  sahələri  və  alt  sahələrinin  fəaliyyəti 
üçün  əlverişli  şəraitin  yaradılması  və  onların  beynəlxalq  hüquq  normalarına  uyğun 
himayə olunması; 
• 
Maliyyə  sektorunun  və  xarici  iqtisadi  fəaliyyəti  tənzimləyən  idarəçilik 
aparatının  daha  da  modernləşdirilməsi,  xarici  iqtisadi  siyasətin,  hər  şeydən  əvvəl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə