Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

131
 
elmtutumlu  məhsulların  dünya  ixracında  respublikamızın  ciddi  mövqe  tutmasına 
imkan verəcək; 
-
 
Bazar  tipli  innovasiya  sisteminin  formalaşdırılması,  özəl  sahibkarlıq 
sektorunun aktivliyinin təmin olunması, banklar, maliyyə bazarları, patentləşdirmə və 
sığorta sahə strukturları kimi institutların möhkəmləndirilməsi; 
-
 
Tədricən  bərpa  olunmayan  və  bərpa  olunan  resusrların  effektiv 
istifadəsini təmin edən proqramlara keçid; 
-
 
Audit,  enerji  və  resurs  istehlak  sisteminin  tətbiqi  ilə  resursların 
istehlakının  optimallaşdırılması.  Bu  xərclərin  və  qiymətlərin  azalmasını,  müvafiq 
olaraq istehsalın makro və mikro göstəricilərinin yaxşılaşmasını nəzərdə tutur; 
-
 
Korrupsiya  əleyhinə  milli  və  beynəlxalq  hüquq  normalarının  aliliyi 
prinsipinə riayət edilməsi;  
-
 
Beynəlxalq  və  dövlət  institutlarına  və  digər  strukturlara  nəzarət 
mexanizminin sonrakı təkmilləşdirilməsi; 
-
 
Normativ  sənədlərin  işlənib  hazırlanmasında  iştirak  və  hesabat 
formalarının  standartlaşdırılması  və  unifikasiyası  hesabına  biznesin  şəffaflığının 
təmin edilməsi; 
-
 
Ə
mtəələrin  istehsalında  və  marketinqində  monopolizmin  ləğv  edilməsi, 
daha  sonra,  maliyyə-kredit  və  vergi  siyasətinin  effektivliyinin  təmin  edilməsi 
hesabına investisiya fonunun və beynəlxalq ticarət rejiminin təkmilləşdirilməsi.
118
 
Azərbaycan  iqtisadiyyatının  müasir  inkişaf  mərhələsində  onun  xarici  iqtisadi 
siyasətinin  strateji  hədəfləri  ilk  növbədə  ölkə  iqtisadiyyatının  müasir  durumu,  onun 
dünya  iqtisadiyyatında  mövqeyinin  möhkəmlənməsi  və  ümumi  iqtisadi  inkişaf 
strategiyasının  reallaşdırılması  fonunda  formalaşır.  Hazırda  dövlətin  xarici  iqtisadi 
siyasətinin strateji istiqamətləri daha çox aşağıdakıları əhatə etməlidir: 
• 
Xarici  ticarətin  ümumi  dövriyyəsinin  artırılması  və  ÜDM-da  xüsusi 
çəkisinin daha da yüksəldilməsi; 
• 
dxal-ixrac balansının sağlamlaşdırılması; 
                                                            
118
 Руслан  Сафар  оглы  Абиев,  «Экономический  сувернитет  Азербайджанской  Республики  и  международное 
право
»,  автореферат  диссертации  на  соискание  ученой  степени  доктора  философии  по  юридическим  наукам, 
Баку
, 2010 


132
 
• 
Ölkənin  dünya  iqtisadi  məkanına  və  bazarlarına  inteqrasiyasının 
gücləndirilməsi; 
• 
Xarici investisiyaların qeyri neft sektoruna istiqamətləndirilməsi; 
• 
Beynəlxalq  iqtisadi  təşkilatlarda  təmsilçiliyin  gücləndirilməsi  və 
Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunma; 
• 
Beynəlxalq valyuta təşkilatları ilə fəaliyyətin səmərəliliyinin artırılması; 
• 
Beynəlxalq  qlobal  və  regional  iqtisadi  layihələrdə  təmsilçiliyin 
gücləndirilməsi; 
• 
Dünya  bazarlarında  enerji  daşıyıcıları  ixrac  edən  ölkə  kimi  təmsil 
olunmaq; 
• 
Xarici  ölkələrin  iqtisadiyyatına  investisiya  qoyuluşu  və  kreditlərin 
yerləşdirilməsi; 
• 
Xarici ölkələrdə istehsal və xidmət müəssisələrinin yaradılması və s.  
Eyni zamanda xarici ticarət siyasətinin prioritet istiqamətləri kimi aşağıdakıları 
nəzərə almaq son dərəcə vacibdir: 
• 
Xarici 
ticarət 
münasibətlərinin 
uzunmüddətli 
perespektivə 
istiqamətlənməsi; 
• 
Daxili  bazarın  qorunması  və  iqtisadiyyatın  real  sektorunun  inkişafının 
stimullaşdırılması; 
• 
Ölkədə  istehsal  olunan  məhsulların  dünya  bazarlarına  çıxarılmasına 
kömək edilməsi, yəni ixracatın stimullaşdırılması; 
• 
Xarici bazarlarda ölkə istehsalçılarının mənafelərinin qorunması; 
• 
xracatın struktur keyfiyyətinin artırılması; 
• 
Daxili bazarların tənzimlənməsi; 
• 
dxalın tənzimlənməsi məqsədi ilə səmərəli gömrük və vergi sisteminin 
tətbiqi; 
• 
Xarici ticarət balansına nail olunması; 
• 
Tədiyyə balansının tənzimlənməsi və s. 


133
 
Bu  və  digər  istiqamətləri  özündə  əks  etdirən  xarici  iqtisadi  siyasət  o  vaxt 
effektli  ola  bilər  ki,  onun  işlək,  çevik  və  milli  maraqları  təmin  edən  hüquqi 
tənzimləmə mexanizmləri olsun.
119
 
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının vacib problemlərindən biri 
də  xarici  ticarət  balansının,  idxal  və  ixracın  strukturunun  sağlamlaşdırılmasıdır. 
Xüsusilə  idxal  ixrac  əməliyyatlarında  “bir  pəncərə”  prinsiplərinin  tətbiqinə 
başlanması  olduqca  təqdirə  layiqdir.  dxal-ixrac  əməliyyatlarına  “bir  pəncərə” 
sisteminin tətbiqi və digər gömrük prosedurlarının sadələşdirilməsi, vergi sisteminin 
təkmilləşdirilməsi nəticəsində ölkədə xarici iqtisadi fəaliyyətin sürətlə artması, idxal-
ixracın strukturunun xeyli genişlənməsi müşahidə olunur. Nəticədə, idxal və ixracın 
strukturunun məqsədyönlü şəkildə dəyişməsinə, ölkə sahibkarlarının xarici bazarlara 
çıxış imkanlarının artırılmasına nail olunmuş və artıq Azərbaycan sahibkarlarının 27 
Avropa  ölkəsi  və  ABŞ  bazarlarına  rüsumsuz  və  ya  çox  aşağı  gömrük  vergiləri  ilə 
ixrac imkanları yaranmışdır. Bütün bunlar isə dünya bazarlarına Azərbaycanın qeyri 
neft məhsulları çıxarması sahəsində ardıcıl fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi 
imkanlarını daha da yaxşılaşdırır. Bu sahədə qarşıda duran əsas məsələlərdən biri də 
ayrı-ayrı  ölkələrlə  iqtisadi  əlaqələri  genişləndirməklə  bərabər,  dünya  iqtisadi 
məkanında xüsusi nüfuza malik olan beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək 
və onlarda təmsil olunmaqdır.
120
 
Bu  gün  Azərbaycan  Respublikasının  xarici  ticarətinin  strukturu  iqtisadi 
baxımdan  səmərəli  deyildir.  Hazırkı  şəraitdə  respublikamızda  xarici  ticarətin 
tənzimlənməsi  sahəsində  həyata  keçirilən  bütün  tədbirlər  ticarətin  maksimum 
liberallaşdırılması,  onun  ümumi  iqtisadi  inkişaf  tələblərinə  uyğun  şəkildə 
tənzimlənməsi mexanizminin müəyyənləşdirilməsi və ticarət siyasətini formalaşdıran 
bütün dövlət strukturlarının fəaliyyətinin ticarət sahəsində mövcud olan problemlərin 
həllinə yönəldilməsi məqsədini daşımalıdır.  
Bununla  yanaşı,  respublikamızda  daxili  bazarın  azad  rəqabət  prinsipləri 
ə
sasında tam formalaşması məqsədi ilə bütün əsassız məhdudiyyətlər tədricən aradan 
                                                            
119
 Berrin  Mutlu  Bölek,  “Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  səmərəliliyinin  yüksəldilməsi  istiqamətləri”,  iqtisad 
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2014 
120
 Kərimov  . A., “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri”, Bakı, ABÜ nəşriyyatı, 2005, s. 320 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə