Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

122
 
Xarici  ticarət  əlaqələrinin  tarif  tənzimlənməsinin  elementlərindən  biri  də 
gömrük  dəyəridir.  Bu  ölkəyə  gətirilən  məhsulların  qiymətləndirilməsinin  əsasında 
durur. Gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 
-
 
Gətirilən malların sərbəstləşmə qiyməti ilə; 
-
 
Eyni cinsli malların sövdələşmə qiyməti ilə; 
-
 
Dəyərin toplanması üsulu ilə; 
-
 
Dəyərin çıxılması üsulu ilə; 
-
 
Ehtiyat üsulu ilə. 
Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsinin  tarif  metodu  22  aprel  1998-ci  il 
tarixli  “Azərbaycan  Respublikasında  idxal-ixrac  əməlyyatları  üzrə  gömrük 
rüsumlarının  dərəcələri  haqqında”  Nazirlər  Kabinetinin  qərarı  və  digər  normativ 
aktlara uyğun həyata keçirilir.  
Xarici  ticarətin  tənzimlənməsinin  klassik  metodu  olan  gömrük  tarifləri 
təcrübədə  böyük  üstünlüyə  malik  olsalar  da,  beynəlxalq  sövdələşmələrdə  bütün 
ölkələr üçün universal forma kimi qəbul oluna bilmir. Buna görə də, müasir şəraitdə 
xarici iqtisadi əlaqələrin tənzimlənməsində qeyri-tarif siyasəti də yeridilir. Qeyri-tarif 
metodları  idxal  və  ixracın  həcm  və  strukturuna,  onların  coğrafi  istiqamətlərinə 
gömrük tariflərinə nisbətən daha çox təsir edir. Əgər dövlətin gömrük müdafiəsinin 
orta  səviyyəsini  kəmiyyətcə  kifayət  qədər  dəqiq  qiymətləndirmək  mümkündürsə, 
ə
ksinə qeyri-tarif metodlarından istifadə səviyyəsi isə onların çox böyük müxtəlifliyi 
və  müxtəlif  iqtisadi  məzmuna  malik  olmaları  üzündən  kəmiyyətcə  yalnız  təxmini 
qiymətləndirilə bilir.  
Beynəlxalq səviyyədə qəbul edilmiş təsnifləşdirmə sxemləri hal-hazırda qeyri-
tarif məhdudiyyətlərinin 800-ə qədər konkret növünü göstərir. Onların çoxu gömrük 
tariflərindən fərqli olaraq, kəmiyyətcə dəqiq qiymətləndirilə bilmirlər və buna görə də 
statistikada  zəif  əks  olunurlar.  Qeyri-tarif  metodlarının  məhz  bu  cəhəti,  dövlətlərə 
ticari  siyasət  sahəsində  öz  məqsədlərinə  nail  olmaları  üçün,  onları  ayrı-ayrılıqda  və 
yaxud da onların hər hansı bir müəyyən kombinasiyasını istifadə etməyə imkan verir. 
Azərbaycan  Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin 
malları üçün gömrük rüsumlarının son həddi Milli Məclis tərəfindən müəyyən olunur. 


123
 
Bəzən  mövsümi  xüsusi  növ  gömrük  rüsumları  da  tətbiq  olunur.  Mövsümi  rüsumlar 
ə
sasən malların idxal və ixracını operativ tənzimləmək məqsədilə tətbiq olunur.
111
  
Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 
qaydaları  haqqında  Prezidentin  fəarmanına  əsasən  müxtəlif  növ  idxal  və  ixrac 
ə
məliyyatlarının növləri aşağıdakılardır: 
1.  Respublikada  istehsal,  emal,  təkrar  emal  olunan  malların  ixracında 
rezidentlər sərbəstdirlər və nəzərdə tutulan hallar istisna olmaqla onların fəaliyyətləri 
məhdudlaşdırıla bilməz; 
2.  Kredit  ixrac  əməliyyatları  faktiki  mal  ixracından  sonra  haqqı  müəyyən 
şə
rtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə 
tutur; 
3.  Təkrar  ixrac  əməliyyatları  Azərbaycana  gətirilən  xarici  mənşəli  malların 
yenidən işlənilmədən digər xarici əməliyyatlardır; 
4.  Konseqnasiya  yolu  ilə  ixrac  əməliyyatları  xarici  şəxslərlə  bağlanmış 
müqavilələrə  əsasən  respublika  hüdudlarından  kənarda  satışı  müəyyən  müddət 
ə
rzində aparılan malların ixracını nəzərdə tutur; 
5.  Müvəqqəti  ixrac  əməliyyatları  xarici  ölkələrdə  xidmət  göstərilməsi,  lizinq 
ə
məliyyatlarının aparılması, sərgilərdə iştirak və s. üçün malların yenidən işlənmədən 
Azərbaycan Respublikasına qaytarılması şərti ilə ixracıdır; 
6. Rezidentlərin öz vasitələri hesabına idxal; 
7. Barter əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılqlı mal 
mübadiləsini nəzərdə tutur; 
8. Kooperasiya əməliyyatları xammal, yarım fabrikat və məhsulların bu və ya 
digər (təmiz, emal, son məhsul şəklində gətirilməsi və s.) məqsədlə müvəqqəti olaraq 
ixracını (və yaxud idxalını) nəzərdə tutur; 
9.  Sərhədyanı  ticarət  müstəsna  olaraq  müvafiq  sərhədyanı  ərazi  çərçivəsində 
istehsal  olunan,  eləcə  də  müvafiq  sərhədyanı  ərazi  çərçivəsində  istehlakı  nəzərdə 
tutulan, resbulikanın sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün rezidentlər 
                                                            
111
 Mirkişili Tahir Famil oğlu, “Keçid iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun 
təkmilləşdirilməsi istiqamətləri”, iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın 
avtoreferatı, Bakı, 2005 


124
 
tərəfindən  həm  sərhəd  dövlətlərlə,  həm  də  beynəlxalq  müqavilələrdə  müəyyən 
olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.
112
  
Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları  qtisadi  nkişaf Nazirliyinin 
rəyi  ilə  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunur.  Bütün  rezidentlər  tərəfindən 
satılan  malların  ölkə  ərazisindən  çıxarılmasına  gömrük  orqanları  tərəfindən  yalnız 
onların  haqqının  ödənildiyi,  yaxud  akkreditiv  və  ya  birinci  dərəcəli  bankların 
zəmanətinin  təqdim  edildiyi  ilə  əlaqədar  Azərbaycan  Respublikasında  valyuta 
ə
məliyyatlarının aparılması üçün icazəsi, müvəkkil bankların bunu təsdiqləyən sənədi 
təqdim olunduqda icazə verilir.  
Bütün  rezidentlər  tərəfindən  xarici  ölkələrdən  mal  alınması  və  xidmət 
göstərilməsi ilə bağlı olan idxal hesablaşmaları Azərbaycan Respublikasının mövcud 
qanunvericiliyinə  müvafiq  olaraq  aparılır.  dxal  hesablaşmalarına  nəzarət  müvafiq 
banklar tərəfindən həyata keçirilir.  
Xarici  ticarət  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı  malların 
respublikanın  gömrük  ərazisindən  aparılmasına  və  gətirilməsinə  gömrük  orqanları, 
hesablaşmalarına  isə  müvəkkil  banklar  nəzarət  edir.  Mövcud  qanunvericiliyin  və 
qaydaların  pozulması  halları  barədə  adı  çəkilən  orqanlar  tədbirlər  görülməsi  üçün 
aidiyyatı dövlət orqanlarına təqdimat verməlidirlər.  
Azərbaycan  Respublikası  vətəndaşlarının  və  xarici  ölkə  vətəndaşlarının 
işləmək  üçün  ölkədən  getməsi  və  ölkəyə  gəlməsi  məqsədlərini  “Əmək  miqrasiyası 
haqqında Azərbaycan Respublikasının qanunu” tənzimləyir. Bu qanunda göstərilir ki, 
ə
cnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan 
sonra Azərbaycanda işləyə bilərlər. 
Ümumiyyətlə  qanunda  əcnəbilərin  Azərbaycan  Respublikasında  əmək 
miqrasiyası  qaydaları  və  Azərbaycan  vətəndaşlarının  xarici  ölkələrə  əmək 
miqrasiyasının tənzimlənməsi mexanizmləri əks olunmuşdur. Yuxarıda adları çəkilən 
hüquqi  aktlardan  başqa  11  dekabr  1998-ci  ildə  Azərbaycan  BMT-nin  “Bütün  fəhlə 
miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” 18 dekabr 
                                                            
112
 Amil  Məmmədəli  oğlu  Məhərrəmov,  “Qloballaşma  şəraitində  Azərbaycan  Respublikasının  dünya  iqtisadiyyatına 
inteqrasiyasında  gömrük  siyasətinin  formalaşması  və  inkişaf  perspektivləri”,  iqtisad  elmləri  doktoru  alimlik  dərəcəsi 
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2010 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə